1. Təsviri incəsənət kursunun məzmunu, məqsədi və vəzifələri


Kurikulum. Təsviri fəaliyyət məşğələlərinin tədrisi metodikası və təşkili xususiyyətləri



Yüklə 301,97 Kb.
səhifə27/64
tarix15.05.2022
ölçüsü301,97 Kb.
#87106
1   ...   23   24   25   26   27   28   29   30   ...   64
tesviriince

11.Kurikulum. Təsviri fəaliyyət məşğələlərinin tədrisi metodikası və təşkili xususiyyətləri.

Məktəbəqədər təhsil proqramının (kurikulumunun) məqsəd və vəzifələri.

Məktəbəqədər təhsil proqramında (kurikulumunda) məktəbəqədər yaşlı uşaqların ilkin həyati bacarıq və vərdişlərə yiyələnməsi tələb olunur, onlara gələcək həyat fəaliyyətində lazım olacaq bacarıq və vərdişlərin, qabiliyyətlərin aşılanması ön plana çəkilir. Onların bir şəxsiyyət kimi formalaşmasının bünövrəsi qoyulur. Məktəbəqədər təhsil proqramında (kurikulumunda) uşaq fəaliyyətinin təmin olunması və bacarıqlarının formalaşması, onun bir subyekt kimi inkişaf etməsi üçün müvafiq təhsil şəraitinin yaradılması nəzərdə tutulur.

Bu məqsədin reallaşdırılması üçün aşağıdakı vəzifələrin həyata keçirilməsi məqsədəmüvafiq hesab edilir.

Məktəbəqədər dövrdə uşaqların inkişafının tənzimlənməsi.

Uşaqların məktəb təliminə hazırlığının məzmununun tənzimlənməsi.

Məktəbəhazırlığın təşkili qaydalarını təqdim etməklə keyfiyyətin təmin olunması. Məktəbəqədər təhsil sahəsində çalışan mütəxəssislərin səriştəliliyinin artırılması.

Bütün maraqlı tərəflərin (məktəbədər təhsil mütəxəssisləri, ailələr, valideynlər və s.) rollarının müəyyənləşdirilməsilə məktəbəqədər təhsilin keyfiyyətinin təmin edilməsi.

Məktəbəqədər təhsilin kurikulumu hazırlanarkən aşağıdakı prinsiplər əsas götürülmüşdür: uşaqyönümlülük;

nəticəyönümlülük;

inkişafyönümlülük;

inteqrativlik;

hər bir uşağın inkişafı üçün bərabər şəraitin yaradılması; millilik və dünyəviliyin nəzərə alınması;

uşaqların məktəb təliminə hazırlanmasının zəruriliyi.

Məktəbəqədər təhsil proqramı (kurikulumu) şəxsiyyətyönümlü xarakter daşıyır.Şəxsiyyətyönümlülük proqramın (kurikulumun) məqsəd və məzmunu ilə bağlı olub, cəmiyyət üçün yararlı şəxsiyyətin formalaşdırılmasının yerinə yetirilməsini təmin edir. Şəxsiyyətyönümlü təhsil proqramına (kurikulumuna) görə uşaqlarla gələcək həyat fəaliyyətində ona lazım olacaq ən zəruri ilkin həyati  bacarıq və qabiliyyətlərin yaradılması istiqamətində iş aparılır, bacarıq və vərdişlər aşılanır, qabiliyyətlərin formalaşması ön plana çəkilir. Onların bir şəxsiyyət kimi formalaşmasının bünövrəsi qoyulur. İnkişaf sahələri üzrə bütün nəticələr uşaqlara, onların inkişafının təmin olunmasına yönəldilir və inkişafı əks etdirir.

 

 Məktəbəqədər təhsil proqramı (kurikulumu) hazırlanarkən uşaq fəaliyyətinin təmin olunması və bacarıqlarının formalaşması, onun bir subyekt kimi inkişaf etməsi üçün müvafiq təhsil şəraitinin yaradılması nəzərə alınmışdır. Məzmunda standartların verilməsi və bu standartların təhsilalanlara yönəldilməsi uşaqyönümlülüyü ifadə edir. Bu keyfiyyət uşaqlara nəyi, necə və kiminlə öyrənmək və oynamaq istədiklərinə imkan yaradır. Bu yanaşma uşaqları fəaliyyətlərə təşəbbüs etməyə, öz yollarını müəyyənləşdirməyə istiqamət verir. Öz təcrübələrinə, onları əhatə edən ətraf mühitlə fəal ünsiyyətə əsaslanaraq yeni bilik və bacarıqlar əldə etməkdə və bütöv şəxsiyyət kimi inkişaf etməkdə uşaqlara şərait yaradır.



Məktəbəqədər təhsil proqramı (kurikulumu) həm də nəticəyönümlüdür. Onun məzmunu nəticələr formasında ifadə edilmişdir. Nəzərdə tutulmuş bütün bilik və fəaliyyətlər həmin nəticələrdə əhatə olunmuşdur. Nəticəyönümlülük son nəticəni görməyə, əldə olunacaq nailiyyətləri əvvəlcədən təsəvvür etməyə imkan yaradır. Bu isə uşaqların inkişafını müşahidə etmək, istiqamətləndirmək üçün qiymətləndirmə aparmaq baxımından əhəmiyyət daşıyır.

Uşaqların idrak fəallığının izlənilməsi, inkişaf səviyyələri və nailiyyətlərinin təhlil edilməsi, bilik, bacarıq və vərdişlərinin inkişaf səviyyəsinin tənzimlənməsi onun inkişafyönümlülüyünü meydana çıxarır. Uşaqlar müxtəlif yollarla öyrənir və öyrəndiklərini də müxtəlif vasitələrlə ifadə edirlər. Ona görə də kiçikyaşlı uşaqların öyrənmə prosesi səmərəli təşkil olunmalıdır. Belə ki, planlaşdırmada və təlim zamanı hər bir uşağın inkişaf səviyyəsi və maraq dairəsi, inkişaf prinsipləri nəzərə alınmalı, uşaqların yeni məlumatlar əldə etməsi və hərtərəfli inkişafı təmin olunmalşdır.

Məzmunun inteqrativliyi məktəbəqədər yaşlı uşaqların bütün inkişaf sahələrinin əlaqəli inkişafını təmin etmək məqsədinə xidmət edir. Təlimin məzmununun fiziki, sosial-emosional, idraki və estetik bacarıqların ifadə olunmasına yönəlməsi isə onun inteqrativ xarakterinin bir cəhətidir. Məktəbəqədər təhsil proqramında (kurikulumunda) məzmuna, həm də uşağa, onun maraq, ehtiyac və imkanlarına və s. uyğun müvafiq təlim strategiyaları verilir. Gözlənilən nəticələrin əldə olunması və inteqrativliyin nəzərə alınmasında təlim məqsədlərinin və mühitin yaradılması vacib hasab edilir. Bu zaman uşaqların bir şəxsiyyət kimi fəaliyyətə cəlb edilməsi, onun meyl və maraqlarının nəzərə alınması, uşaqlar və böyüklərlə əməkdaşlığı, yaradıcılığı və təşəbbüskarlığı xüsusi olaraq nəzərə alınır diqqət mərkəzində saxlanılır.

Orada müəyyən olunmuş nəticələr həyati bacarıq və vərdişləri ehtiva etməklə uşaqların idraki, fiziki, estetik, yaradıcı, hissi və psixomotor bacarıqlarının inkişafına yönəldilir. Məktəbəqədər təhsil proqramının (kurikulumunun) inteqrativ məzmunda hazırlanması uşaq bağçalarında uşaqların zəruri bilik, bacarıq və vərdişlər qazanmalarına və uşaq şəxsiyyətinin formalaşması üçün lazım olan praktik işlərin həyata keçirilməsinə imkan yaratır. Məzmunun inteqrativliyi uşaqlar üçün bütün inkişaf sahələrində (fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik, idrak, sosial-emosional və estetik inkişaf) öyrənmə imkanları yaradır. Tərbiyəçilər həm də uşaqların maraqlarını və onların arzularını nəzərə almaqla, təlim mühiti yaradırlar. Tədqiqatlar göstərir ki, inteqrativlik məktəbəqədər yaşlı uşaqların inkişafında ən yaxşı və səmərəli yanaşmadır. Bunun üçün işin müvafiq qaydada planlaşdırılması əhəmiyyətli hesab edilir. Ona görə də tərbiyəçilər fəaliyyətlərini müasir səviyyədə qurmaq üçün plan hazırlamaq bacarığına yiyələnməlidirlər.

Məktəbə hazırlıq mərhələsində uşaqların inkişafı, tərbiyəsi və təhsili prosesinin məqsədəuyğun təşkili məktəbəqədər təhsilin səmərəliliyinin yüksəldilməsinə xidmət edir. Bu isə həm də hər bir uşağın inkişafı üçün bərabər imkanların yaradılması zərurətini meydana çıxır. Beləliklə, keyfiyyətli təhsil baxımından bütün uşaqlar üçün eyni təlim şəraiti yaradılır və pedaqoji proses onların potensial imkanlarını nəzərə almaqla tənzimlənir. Məktəbəqədər təhsil proqramı (kurikulumu) sənədində ümumi təlim nəticələrini reallaşdırmaq üçün uşaqların inkişafında bərabər imkanların yaradılması xüsusi prinsiplərdən biridir.

Millilik və dünyəvilik milli və ümumbəşəri dəyərlərin qorunması və onların dialektik vəhdətinin təmin edilməsi əsasında dünyəvi təhsil sisteminin yaradılması və inkişaf etdirilməsidir.

 Məktəbəqədər təhsil kurikulumunun məqsədlərindən biri də uşaqların məktəb təliminə hazırlanmasıdır. Uşaqların məktəb təliminə hazırlığı onlarda oxumaq həvəsini, məktəbə müsbət emosional münasibəti inkişaf etdirir və möhkəmləndirir. Uşaqların məktəbə müvəffəqiyyətlə adaptasiya olunması üçün onlarda sosial keyfiyyətləri formalaşdırır. Məktəb təliminə hazırlığın əsas məqsədi uşaqların tələb və imkanlarını nəzərə almaqla onların inkişafı, tərbiyəsi və təhsili prosesini təşkil etməkdir. Məktəbəqədər təhsil proqramında (kurikulumunda) bu mühüm məsələlər xüsusi olaraq nəzərə alınmışdır.


Yüklə 301,97 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə