A. M. Qurbanov amea-nın müxbir üzvü



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə34/149
tarix06.05.2018
ölçüsü2,78 Mb.
#42890
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   149

 

105


ictimai-siyasi, habelə elmi-texniki tərəqqiyə aid terminoloji 

xarakterli sözlər idi. 

20-ci illərdə də Azərbaycan ədəbi dilində rus dilindən 

alınmış sözlər mühüm yer tuturdu. 

Azərbaycanda inqilabdan sonra rus dilindən alınan 

sözlərin böyük əksəriyyəti dövrün aktual hadisələrini əks 

etdirən ictimai-siyasi məzmunlu dil vahidləri idi. Elmi-

texniki tərəqqiyə aid beynəlmiləl sözlərin alınmasına 

inqilabdan əvvəlki dövrə nisbətən, 20-ci illərdən daha güclü 

ehtiyac yaranmışdı. 

Birinci Türkoloji qurultayın termin yaradıcılığı sahə-

sində çox böyük rolu oldu. Məhz həmin qurultaydan 

sonrakı illərdə çap olunmuş lüğətlərdə rus dilindən alınmış, 

dövrün sosial-siyasi hadisələrini əks etdirən bir çox termi-

noloji vahidlər öz əksini tapmışdır. 1929-cu ildə V. Xuluflu 

tərəfindən nəşr edilən «İmla lüğəti»ndə verilmiş bolşevik

bolşevizm, demonstrasiya, konstruksiya, kontr-revolyusiya, 

kooperasiya, kooperativ, koordinasiya, pioner, proletar, 

sovet, sovetizasiya, sosial, sosializm, revolyusiya, 

revolyusioner

1

 və s. kimi sözlər buna misal ola bilər. 



Azərbaycan terminologiyasının və termin nəzəriy-

yəsinin inkişafında o dövrün mətbuatında dərc olunan əsər-

lər böyük əhəmiyyətə malik idi. Belə əsərlərdə əsas 

etibarilə terminlərin rus dilindən alınması məsələləri şərh 

olunur, alınma terminlərin quraşdırma və uydurmalardan 

fərqli olaraq dildə özünə möhkəm yer qazana biləcəyi, 

perspektivli inkişaf yolu barədə mülahizələr söylənilirdi

2



                                                           

1

 İmla lüğəti. Bakı, 1929; habelə bax: K.İsmayılova. Sovet dövrü Azərbaycan 



ədəbi dili lüğət tərkibinin vəziyyəti və inkişafı. «Azərbaycan ədəbi dili tarixi» 

(sovet dövrü), III hissə, Bakı, 1982, səh. 65. 

2

 Bax: «Azərbaycanı öyrənmə yolu» jurnalı, 1928, № 1, səh, 15-20, 21; 1930, 



№ 3, səh. 3-5, 6-13 və s. 


 

106


Rus dilindən alınan terminlər hələ o zaman buraxılmış 

ikidilli lüğətlərdə də öz əksini tapırdı

1



Bununla belə, həmin dövrdə puristlər rus və Avropa 



alınmalarının işlədilməsinə qarşı mübarizə aparırdılar. 

Lakin geniş xalq kütlələrinin dilində işlədilən rus dili

2

 

alınmaları ədəbi dilə daha tez daxil olmaq imkanı qaza-



nırdı. Sosial-iqtisadi dəyişiklik və inkişafla bağlı olan belə 

terminlərin qondarma sözlərə nisbətən yaşamaq üçün daha 

real imkanları var idi. Rus dili alınmalarının Azər-baycan 

ədəbi dilində intensiv işlənə bilməsi ilə əlaqədar, hətta belə 

bir ifrat meyil yaranmışdı ki, dildəki ərəb-fars sözlərini də 

əvəz etmək lazımdır. A.Məhərrəmov bu müna-sibətlə yazır: 

«Puristlərin və pantürkistlərin bu mürtəce meyillərinə qarşı 

yönəldilmiş bir sıra qəzet məqalələrində dilimizdə rus və 

beynəlxalq terminlərin mövcud olması zərurəti göstərilirdi. 

Bu cərəyanın nümayəndələri ərəb və fars terminlərini rus 

və beynəlxalq sözlərlə əvəz etməyi təklif edirdilər»

3

. Hələ 



inqilabdan əvvəlki illərdə rus dilindən alınan sözlərin 

Azərbaycan ədəbi dilinin inkişafındakı mütərəqqi rolu ilə 

əlaqədar T.Hacıyev göstərir ki, bu sözlərin içərisində nəinki 

alındığı dövr üçün, hətta bugünkü ictimai həyat üçün də 

zəruri olan proletar, sosializm, bolşevik, universitet, 

demokrat, baykot, avtomobil, pasport və  s. terminlər var 

idi. Müasir ədəbi dildə işlənməyən часть, начальник, 

инженер, ушгола, экономика, политика kimi sözlərin o 

zamankı ədəbi dilə daxil edilməsi başlıca olaraq ərəb-fars 

                                                           

1

 Bax. Русско-турецкий словарь. Т. I, Баку, 1928. 



2

T.Hacıyev. XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili. Bakı, “Maarif”, 

1977, səh.138-139. 

3

 А.М.Магеррамов. Вопросы 



я

зыка (алфавита, орфографии, терми-

нологии и грамматики) в азерба

й

джанско



й

 советско

й

 печати, АКД, 



Баку, 1950, стр. 25. 


 

107


sözlərinin əvəz edilməsi meyili ilə bağlı idi

1



20-ci illərdə Azərbaycan ədəbi dilində rus dilindən və 

rus dili vasitəsilə Avropa dillərindən alınıb işlədilmiş 

sözləri üç qrupa ayırmaq olar: 

Azərbaycan dilinin lüğət tərkibində sonralar sabit-

ləşən terminoloji səciyyəli sözlər. Bu qrupa daxil olan 

sözlər müasir ədəbi dilimizdə indi də fəal şəkildə 

işlədilməkdədir. Bu sözlərin bir qismi fonetik tərkibcə, 

əsasən, sabit qalmış, cüzi dəyişikliyə uğramışdır. Belə 

sözlərə  hidrostansiya, kooperativ, internasional, plenum, 

teleqraf, texnika, komitə, büro və s. misal göstərmək olar. 

20-ci illərdə nəşr olunan «İnqilab və mədəniyyət» 

jurnalında, «Kommunist», «Gənc işçi», «Kəndli qəzetəsi» 

kimi qəzetlərdə işlədilmiş bu sözlər sonrakı dövrlərdə, 

xüsusilə ədəbi dilin inkişafının ikinci mərhələsində tam 

mühafizə olunmuşdur. Cəmiyyətin inkişafı ilə bağlı vacib 

anlayışları əks etdirən bu sözlər semantik cəhətdən də 

mühafizə olunmuşdur. Üstəlik, bu sözlərin ictimai mənaları 

cəmiyyətin sosial inkişafı ilə əlaqədar genişlənməyə 

başlamışdır. 

20-ci illərdə işlənərək tədricən sabitləşmə imkanı 

qazanmış terminoloji vahidlərin bir qismində müəyyən 

dəyişmə baş verdiyi müşahidə olunur. Belə sözlərdən 

sistema, kommunizma, proletariya və s. xüsusilə səciy-

yəvidir. Ədəbi dilin sonrakı inkişaf mərhələsində belə 

sözlər də semantik cəhətdən mühafizə olunmuş, onların da 

ictimai məzmunu genişlənmişdir. Bu cür sözlərdəki 

dəyişiklik isə, əsasən, orfoqrafik səciyyəlidir. Bu sözlərin 

sonundakı  -a, -ya elementləri Azərbaycan dili sözlərinin 

quruluş tələbləri ilə uyuşmadığına görə sonralar islah 

                                                           

1

 T.Hacıyev. XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili. Bakı, «Maarif», 



1977, səh. 138-139. 


Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə