A. M. Qurbanov amea-nın müxbir üzvü



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə37/149
tarix06.05.2018
ölçüsü2,78 Mb.
#42890
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   149

 

114


quruculuğundakı inkişaf və irəliləyişlə bağlı olaraq, bunla-

rın bir qisminin işlənmə dairəsi sonralar tədricən məhdud-

laşmışdır. 

Sovet hakimiyyətinin ikinci onilliyində Azərbaycanda 

mühüm sosial və iqtisadi irəliləyişlər baş verdi. Bu 

irəliləyiş başqa sahələrlə yanaşı, milli mədəniyyətin yüksə-

lişinə də aid idi. 

30-cu illərdə Azərbaycan ədəbi dilində baş verən 

inkişaf xüsusiyyətlərini ətraflı xarakterizə edərək Ə.Dəmir-

çizadə həmin dövrdə roman dilinin inkişaf etdiyini, 

müxtəlif sahələrə aid lüğətlər hazırlandığını, Azərbaycan 

dilinin ümumxalq dili və yazılı dil əsasında yenidən 

qurularaq müasir tələblərə müvafiq halda inkişaf etməyə 

başladığını göstərir

1



Bütün bunlarla yanaşı, qeyd etmək lazımdır ki, 30-cu 



illərdə xalq dilinin imkanlarından hələ də kifayət qədər 

istifadə olunmurdu; görkəmli türkoloq A.N.Samoyloviç 

1936-cı ildə belə bir sual verirdi: «Azərbaycan dilində 

ulduz və bürc adları seçilərkən çox da uzaq olmayan 

keçmişdə ulduzlar və bürclər əmək təqvimində görkəmli 

yer tutan əkinçilərdən və maldarlardan ibarət geniş 

zəhmətkeş xalq kütlələrinin nücum elminə aid termino-

logiyası nə dərəcədə nəzərə alınmışdır?»

2

 – bu sual 



astronomiyaya dair terminoloji leksikanın lüğətlərdəki 

ifadəsinin yarıtmaz halda olduğunu göstərirdi və məsələ 

burasında idi ki, təkcə astronomiya terminləri deyil, kənd 

təsərrüfatının, sənətkarlığın müxtəlif sahələrinə aid termin-

lər də 30-cu illərdə xalq dilindən bəzən lazımi effekti ilə 

                                                           

1

 Bax: Ə. Dəmirçizadə. Azərbaycan ədəbi dilinin inkişaf yolları, Bakı, 1958, 



səh. 44. 

2

 К.М.Мусаев. Современна



я

 терминологи

я

 литературных т



ю

ркских 


я

зыков Советского Со

ю

за. – СТ, 1981, № 6, стр. 9. 




 

115


toplanmırdı. Dövrün xarakterini çatışmazlıqlarla yanaşı, 

bunun aradan qaldırılmasına elmi mövqelərdən yönəlmiş 

cəhdlər də eyni dərəcədə müəyyən edir. 

Ümumən, 30-cu illər üçün səciyyəvi olan, daxili 

imkanlar əsasında yaranmış sözləri və söz birləşmələrini 

aşağıdakı kimi qruplaşdırmaq mümkündür: 

D ü z ə l t m ə   s ö z l ə r .   30-cu  illərdə  dövrün  ictimai-

siyasi və mədəni-iqtisadi vəziyyəti ilə bağlı bir çox 

düzəltmə sözlər yaranmışdır. Bu sözlərin bir çoxu müasir 

ədəbi dilimizdə də özünə mühüm yer qazanmış leksik 

vahidlərdən ibarətdir. Bunları, başlıca olaraq, aşağıdakı 

kimi qruplaşdırmaq olar: 

Azərbaycan dili bazası əsasında düzələnlər. Yeni dövr 

hadisələrini ifadə edən bu sözlər xarakter etibarilə o dövr 

üçün neologizmlərdən ibarət idi. Dövrün ictimai-siyasi 

həyatı ilə sıx bağlı olan bu cür neologizmlərin mühüm bir 

hissəsi ədəbi dilin lüğət tərkibində özünə uzunmüddətli 

yaşamaq hüququ təmin etsə də, ictimai-siyasi hadisələrin 

mövqe və vəziyyətindən asılı olaraq bəzilərinin işlənmə 

imkanları zəifləmişdir. 30-cu illərdə Azərbaycan dili bazası 

əsasında yaranmış və neologizm hüququ qazanmış 

düzəltmə sözlərə dair aşağıdakı faktlar xüsusilə 

səciyyəvidir: 

Onlar yalnız texnikanı cəsarətlə y e n i l ə ş d i r ə n l ə r  

deyil, həmçinin sosializm yarışının gözəl təşkilatçıları 

olmuşlar  (K-4.05.1931);  Kadrların seçilməsinə bu cür 

q a y ğ ı s ı z c a s ı n a  yanaşmaq olmaz (K-2.02.1931): 

Y o x l a n ı ş  nəticələrinin möhkəmləndirilməsi öz ifadəsini 

tapmalıdır  (K-25.07.1937);  Traktor sürməyi məndən 

öyrənmiş ə v ə z ç i m  703 hektar şumlamışdır (K-

6.07.1936);  Kənddə ortabablarla aparılası işlərin və 

ə y i n t i l ə r ə  qarşı mübarizənin mərkəzi vəzifə olduğu ilə 




 

116


doğrultmağa çalışmışlar (K-3.01.1936);  AHİŞ təsərrüfat 

hesablı briqadaların xüsusi t o p l a n ı ş ı n ı  çağırmışdır (K-

14.05.1934);  Geoloji kəşfiyyat bazasının vəziyyəti qəti 

surətdə s a ğ l a m l a ş d ı r ı l m a l ı d ı r  (K-14.05. 1934). 

Dövrün ictimai-siyasi hadisələri ilə bağlı olan bir sıra 

düzəltmə sözlər ədəbi dildə sabitləşə bilməmiş, köhnələrək 

passiv lüğət fonduna daxil olmuşdur; Məsələn: 

Onların i z d a ş l a r ı  öz işlərini davam etdirirlər (K-

24.05.1932);  E l l i k l ə ş d i r i l m i ş   təsərrüfatın  mənafeyi 

yolunda mübarizədə möhkəmlənməmiş və təşkil olunmamış 

yoxsullar arasında tərəddüd ola bilər (K-24.08.1932); 

Nüyədi  kənd  şurası  sədri  q u y r u q ç u l u q d a   çox  irəli 

getmişdir (K-14.05. 1933) və s. 

Bu sözlərin bir qisminin sonrakı dövrdə işlənməsinə 

lüzum qalmamış, ellikləşmə  sözü isə daha müvəffəqiyyətli 

kollektivləşmə sözü ilə əvəz edilmişdir. 

Rus dili bazası əsasında düzələnlər. İctimai həyat 

durmadan, çox böyük surətlə inkişaf edirdi. Bütünlükdə 

dünyaya yeni pəncərə açan Oktyabr inqilabı ölkədə bütün 

sahədə köklü dəyişikliklərin əsasını qoymuşdu. Çox qısa 

bir müddətdə yenilik qələbə çalmalı, yeni ictimai-siyasi 

quruluşun üstünlükləri öz əksini tapmalı idi. Ona görə də 

ictimai həyatın bütün sahələrində inkişaf, yeniləşmə tempi 

çox surətli, yüksək idi. Bu surət, yüksəliş dildə də öz əksini 

tapırdı. Dilin dəyişməyə, inkişafa daha çox meyilli olan 

lüğət tərkibi yeniləşmə, təkmilləşmə istiqamətində daha 

böyük surətlə zənginləşirdi. Bu sahədə isə dilin daxili 

imkanları, yaxud sırf alınmalar kifayət etmirdi. Ona görə də 

dilimizə məxsus şəkilçilər vasitəsilə hətta alınmalardan 

yeni sözlər yaradılırdı. Bu cəhətdən rus dili alınmaları 

xüsusi rola malik idi. Dövrün başlıca ictimai-siyasi və 

təsərrüfat həyatı ilə bağlı yaranmış bu  qəbil düzəltmə 




Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə