A. M. Qurbanov amea-nın müxbir üzvü



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə45/149
tarix06.05.2018
ölçüsü2,78 Mb.
#42890
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   149

 

139


çəkisi 1%, rus-Avropa mənşəli sözlərin xüsusi çəkisi 

23,1%, V hərfi ilə başlayan sözlərdə uyğun olaraq 6,5% və 

14,8%,  V  hərfi ilə başlayan sözlərdə 3% və 20,8%, 

ümumiyyətlə lüğət tərkibində isə 7,1% və 21,6% azalır. 

Beləliklə, lüğət tərkibində baş verən inkişafın statistik 

ifadəsi birinci mərhələyə nisbətən ikinci mərhələdə milli 

vahidlərin maksimum üstünlüyə malik olduğunu (yəni 

52,2%-ə qarşı 80,9%), alınma sözlərin isə azaldığını (yəni 

47,8%.-ə qarşı 19,1%) göstərir; ikinci mərhələdə millilik 

normativləşir – həm milli vahidlərin kəmiyyəti artır, həm 

də qeyri-milli leksik material imkan daxilində azərbay-

cancalaşır, Azərbaycan dili leksik-semantik sisteminin üzvi 

tərkib hissəsinə çevrilir. 

Cəmiyyət həyatında baş verən bir çox ictimai-siyasi 

hadisələrlə əlaqədar bu mərhələnin ayrı-ayrı dövrlərində 

ədəbi dilin inkişafında spesifik cəhətlər müşahidə olunur. 

Məsələn, 1946-1950-ci illərdə sənaye və kənd təsər-

rüfatının inkişafı, 1955-1960-cı illərdə kosmik fəzanın 

tədqiqi, 1960-cı illərdən sonra elmi-texniki tərəqqinin 

coşğun inkişafı ilə dildə yeni dövr üçün səciyyəvi olan 

sözlərin yaranması ikinci mərhələnin əsas xüsusiy-

yətlərindəndir. Beləliklə, ədəbi dilin 1940-1980-ci illəri 

əhatə edən inkişaf mərhələsində də tam sabitlik olma-

mışdır. Ədəbi dildən bu və ya digər alınma sözün 

çıxarılması, onun yerinə başqasının gətirilməsi və ya bu 

dilin özündə ona qarşılıq axtarılması kimi proseslər daim 

davam etmişdir. 60-cı illərdən sonra lüğət tərkibində belə 

dəyişmə proseslərinin nisbətən azalması və ictimai-iqtisadi, 

habelə elmi-texniki tərəqqi ilə əlaqədar Azərbaycan dilinin 

daxili imkanlarına əsaslanan yeni sözlərin yaradılması 

meyili daha da güclənir. Bu dövrdə rus dilinin təsiri ilə 

yaranan və rus dilindən alınan yeni terminoloji vahidlərin 




 

140


ədəbi dildə işlədilməsi davam edir. Buna görə də 1940-80-

ci illər mərhələsinin özünü də iki əsas dövr üzrə (1940-

1960-cı və 1960-1980-ci illər) səciyyələndirmək 

məqsədəuyğundur. 

 

I. 


 

1940-cı illərin əvvəllərindən etibarən ədəbi dilin lüğət 

tərkibi, başqa cür desək, leksik norma elmi-mədəni mühit 

tərəfindən daha ardıcıl şəkildə nəzərdən keçirilir, müzakirə 

olunur. 1944-cü il Dil konfransında M.A.Şirəliyev 

«İstilahlar yaradılmasındakı əsas prinsiplər» mövzusunda 

məruzə edir

1

. Məruzədə göstərilir ki, «elm və texnikanın 



ayrı-ayrı sahələri üçün yaranan istilahların mənbəyi bir 

tərəfdən bu milli dillərin öz geniş, zəngin lüğət materialları, 

digər tərəfdən də bu dildə çoxdan bəri işlədilən əcnəbi 

sözlər ola bilər»

2



M.A.Şirəliyev aşağıdakı alınma sözlərin işlədilməsini 



ona görə nöqsan sayır ki, onun fikrincə, həmin sözlərin 

qarşılığı mövcuddur: 

эпоха, реакция, уклон, база, базис, 

импорт, экспорт, агитация, пропаганда, гипотеза, 

абстракт, обсолют, анархия, централизм, тирания, 

культура, экономика, автор, стил, образ, инфинитив, 

лексика, грамматика, геометрия, арифметика, 

процент, циркул, география, календар, карта, эхо, 

территория, полюс, космос, каток, физкультура, 

мускул, нерв, орган, температура, пулс, холера, слесар, 

                                                           

1

  Bax:  M.A.Şirəliyev. İstilahlar yaradılmasında əsas prinsiplər. – Dil 



institutunun əsərləri, Bakı, Azərb. SSR EA nəşriyyatı, 1947, I cild, səh. 27-

42. 


2

 Yenə orada, səh. 27. 




 

141


мастерская, керосин

 və s


1

M. A. Şirəliyevin nümunə gətirdiyi lüğəvi vahidlərin 



bir hissəsi ədəbi dildə normaya çevrilib işləndi (məsələn: 

baza, bazis, abstrakt, anarxiya, obraz, leksika, qrammatika, 

kosmos, orqan və s.), lakin bununla belə, müəllifin müdafiə 

etdiyi prinsiplər əsasən özünü doğruldur; onun fikrincə, 

istilahlar mümkün qədər xalq dilindən alınmalıdır, yaxud 

xalq dili əsasında düzəldilməlidir (məsələn: yarış, beşillik

uduş, bildiriş, dilçilik, udlaq, toxuma, atıcılıq, bucaq, 

üçbucaq, səsboğan, səstutan, taxıldöyən və s.

2

); ərəb-fars 



sözləri ki, artıq Azərbaycan dili tərəfindən mənimsənilib, 

onlar dildən çıxarılmamalıdır; nəhayət, rus-Avropa 

sözlərindən müasir elmin, mədəniyyətin ifadəçisi kimi 

istifadə edilməlidir

3

. M. A. Şirəliyev doğru olaraq göstərir 



ki, «əgər xalq dili lazımi dərəcədə öyrənilmiş və buna aid 

geniş lüğətlər yazılmış olsaydı, biz bu gün dil və istilah 

yaradılması işində o qədər də çətinlik çəkməzdik»

4



M. A. Şirəliyevin məruzəsi ədəbi dilin lüğət tərkibinin 

sovet dövründəki inkişafının birinci mərhələsindəki 

vəziyyəti ümumiləşdirir və ikinci mərhələnin başlanğıcında 

inkişaf üçün demokratik, real prinsiplər müəyyən edir; 

doğrudur, ikinci mərhələdə də bir sıra təbəddülatlar baş 

verir, lakin həmin demokratik prinsiplər əsas etibarilə 

gözlənilir, çünki onları inkişafın öz daxili məntiqi irəli 

sürmüşdü. 

Lüğət tərkibinin daha ciddi normalar əsasında 

təkmilləşməsi istiqamətində aparılan araşdırmalar Böyük 

Vətən müharibəsi ilə əlaqədar ləng gedir, amma dayanmır; 

                                                           

1

M.A.Şirəliyev. Göstərilən əsəri, səh. 28. 



2

 Yenə orada, 29. 

3

 Yenə orada 



4

 Yenə orada, səh. 30. 




Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə