A. M. Qurbanov amea-nın müxbir üzvü



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə48/149
tarix06.05.2018
ölçüsü2,78 Mb.
#42890
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   ...   149

 

149


Hərbi vəziyyət və müharibə şəraiti ilə əlaqədar 

işlənənlər.  Böyük Vətən müharibəsi illərində dövrlə, 

şəraitlə əlaqədar yalnız Azərbaycan ədəbi dilində deyil, 

bütün SSRİ xalqlarının dillərində hərbi terminlərin işlənmə 

potensialı genişlənmişdi

1

. Köhnə hərbi terminlərlə yanaşı, 



yeni hərbi məfhumları, anlayışları ifadə etmək üçün dilin 

öz daxili imkanları hesabına yeni hərbi terminlər meydana 

çıxırdı. 

Azərbaycan ədəbi dilində 1940-1945-ci illər üçün 

daha səciyyəvi olan, sonralar işlənmə potensialı zəifləyən 

söz birləşmələrindən küçə vuruşmaları, düşmən 

avtomatçıları, cəbhə xətti, hərbi komendant, hərbi 

sifarişlər, komanda məntəqəsi, atıcı diviziya, döyüşən ordu, 

qərb cəbhəsi, cənub cəbhəsi, Qafqaz cəbhəsi, avtomatçı 

qruplar və s. göstərmək olar. Bunların bəzilərinin, xüsusən 

hərbi dairə, hərbi sifarişlər, qoşun dəstəsi, hərbi anbar və s. 

tipli birləşmələrin sonrakı dövrlərdə imperialist dövlətlərin 

hərbi təcavüzkarlıq planları və sürətlə silahlanma tədbirləri 

ilə əlaqədar işlədilməsinə də təsadüf etmək mümkündür. 

Hərbi leksik qat ümumən bu dövrdə türk dillərinin 

leksikasında əhəmiyyətli yer tutmuşdur, Azərbaycan 

dilində də hərbi terminologiyanın işləkliyi diqqəti çəkir; 

20-ci, 30-cu illərdə bu leksik qat publisistikanın ixtiyarına 

keçmişdi və təkcə hərbi məzmunlu anlayışları deyil, 

təsərrüfatın, elmin, mədəniyyətin yüksəlişi ilə bağlı 

anlayışları da metaforlaşaraq ifadə edirdi; məsələn: əmək 

cəbhəsi, zərbə vurmaq, zəhmət ordusu, hücum, səfərbərlik, 

                                                           

1

  Bax:  M.Ş.Şirəliyev. Azərbaycan sovet bədii ədəbiyyatının dili. – 



«Ədəbiyyat» qəzeti, 1951, 16 may: Yenə onun: 

К вопросу развития азер-

байджанского литературного языка в советский период. 10 лет. АН 

Азерб. ССР (1945—1955). Изд. АН Азерб. ССР, Баку, 1957, стр.

 598-599; 

Yenə onun: Sovet dövrü Azərbaycan ədəbi dilinin inkişafı. – «Azərbaycan 

dili və ədəbiyyat tədrisi», I bur., Bakı, 1957, səh. 14, və s. 



 

150


döyüşkən, gənc qvardiya və s. ifadələrin əsas hissəsi rus 

dilindən kalka idi, lakin Azərbaycan dilində dərhal 

vətəndaşlıq hüququ almışdı. 

30-cu illərdən hərbi terminologiya təkcə ölkənin 

təsərrüfat yüksəlişi ilə yox, həm də müdafiəsi ilə əlaqədar 

mətbuat dilində sıx-sıx işlədilməyə başlayır. Böyük Vətən 

müharibəsi dövründə isə hərbi leksik qatın böyük aktivliyə 

malik olması artıq tarixi zərurət idi. 

Böyük Vətən müharibəsi – sovet cəmiyyətinin 

tarixində mühüm mərhələ olduğuna görə bütün SSRİ 

xalqlarının dillərinə, birinci növbədə, lüğət tərkibinə təsir 

edir; bu dövr rus dilində gedən leksik-semantik proseslərə 

ayrıca tədqiqat işi həsr edilmiş, hərbi şəraitlə əlaqədar 

yaranan sözlərin, ifadələrin geniş təhlili verilmişdir

1



Analoji proseslər Azərbaycan dilində də getmişdir. Hərbi 



leksika bütün funksional üslub sahələrində işlənir və öz 

növbəsində başqa leksik-semantik sahələrə də təsir edir, 

yəni dövrün mənəvi-ictimai iqlimi necədirsə, lüğət tərkibi 

də onun ifadəçisidir. 

Böyük Vətən müharibəsi dövrünün leksik-stilistik 

prosesləri müharibədən sonrakı dövrün dilində də müəyyən 

rezonans verir, xüsusilə ədəbi-bədii dil sahəsində bu daha 

aydın şəkildə müşahidə edilir. İstər müharibə dövründə, 

istərsə də müharibədən sonra hərbi terminologiyada 

paralellik kifayət qədər güclü idi; məsələn: həm pota, həm 

bölük; həm front, həm cəbhə; həm flot, həm donanma; həm 

tankist, həm tankçı işlənir; lakin bu cür paralellik daha çox 

dövrün ədəbi dilinin işgüzar xarakterindən irəli gəlirdi

tədricən aradan qalxdı. 

Təsərrüfat quruculuğu məsələləri ilə əlaqədar 

                                                           

1

  Bax: 


А.Н.Кожин. Лексико-стилистические процессы в русском языке 

периода Великой Отечественной войны. М., «Наука». 1985.

 



 

151


işlənənlər. Azərbaycan ədəbi dilində 1940-cı illərdən sonra 

kənd təsərrüfatı, ağır sənaye, sosial-iqtisadi

 

inkişaf və s. 



məsələlərlə bağlı bir çox söz birləşmələri də yaranmışdır ki, 

bunların böyük bir qismi ədəbi dilin inkişafında fəal 

mövqeyi ilə diqqəti cəlb edir. Sosial-ictimai hadisələrlə 

bağlı birləşmələrin işlənmə potensialı həmin hadisələr öz 

dövrünü başa çatdırdıqdan sonra dildə məhdudlaşmağa 

başlamışdır. 

Oktyabr inqilabından sonra ədəbi dilin lüğət tərkibini 

zənginləşdirən vasitələrdən biri kimi, sosialist təsərrüfatı, 

aqrar sənaye və mədəni əkinçiliklə bağlı söz birləşmələri 

mühüm rola malik oldu. 1940-1945-ci illərdə hərbi 

vəziyyətlə əlaqədar işlədilən terminlərlə yanaşı, təsərrüfat 

quruculuğuna, xüsusən də kənd təsərrüfatına aid bilavasitə 

sosialist təsərrüfatı və sosialist əkinçilik sisteminin 

nailiyyətlərini əks etdirən payızlıq əkini (K-20.09.1943); 

dondurma şumu (K-16.06.1949);  Herik şumu (K-

17.09.1943); 

birinci seyrəltmə, yarış şərtləri (K-

18.10.1941);  sosialist əkinçiliyi, gündəlik tapşırıq (K-

14.07.1944);  ehtiyat əmək qüvvələri (K-25.04.1945) kimi 

söz birləşmələri də səciyyəvi idi. 

Böyük Vətən müharibəsinin ağır sınaqlarından zəif 

çıxmış təsərrüfatın durmadan inkişaf etdirilməsi, yeni 

təsərrüfat sahələrinin meydana gəlməsi, elm və texnikanın 

sürətli inkişafı müvafiq olaraq yeni sözlərin və söz 

birləşmələrinin yaradılmasını zəruriləşdirdi. Təsərrüfatın 

yeni mütərəqqi üsulları, idarəetmənin sosial-iqtisadi 

əsasları və texniki inkişafını əks etdirən yeni söz və ifadələr 

meydana gəldi. Məsələn, 1945-1955-ci illərdə ottarlalı 

əkin, tam növbəli əkin (K-25.04.1945);  dar cərgələr, 

köndələninə becərmə (K-12.06.1946);  çarpaz becərmə 

(SK-6.05.1947); kvadrat yuva üsulu (K-8.03.1951); traktor 



Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə