A. M. Qurbanov amea-nın müxbir üzvü



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə51/149
tarix06.05.2018
ölçüsü2,78 Mb.
#42890
növüDərs
1   ...   47   48   49   50   51   52   53   54   ...   149

 

158


alınmalardan aşağıdakıları göstərmək mümkündür: 

Bütün müttəfiq respublikalardan, bütün o b l a s t  və 

ölkələrdən cəbhəyə ət, meyvə və şərab göndərilmişdir (K-

4.04.1943); Dərhal bütün ölkədə, kəndlərdə, posyolkalarda 

zayoma yazılış başlandı (K-30.04.1942);  S.Korelin yol-

daşın n a ç a l n i k  olduğu sexin işçiləri planı ödəmişdi. 

Cəbhəyə zəhmətkeşlərin d e l e q a s i y a l a r ı  gəldilər (K-

4.04.1943) və s.  

Buradakı  oblast, posyolka, naçalnik, deleqasiya 

sözləri inqilabın ilk illərindən daha çox işlənmiş, 1940-45-

ci illərdə də işlənməkdə davam etmişdir. Artıq 1960-cı 

ildən sonra belə sözlərə ədəbi dildə təsadüf olunmur, bunlar 

müvafiq şəkildə ərəb-fars mənşəli vilayət, qəsəbə, rəis, 

nümayəndə sözləri ilə əvəz edilir. 

Ehtiyac duyulan sözlərin əvəzlənməsi prosesi 1960-cı 

illərdən sonra kütləvi şəkil alsa da, bəzi sözlərin öz yerini 

ərəb-fars alınmalarına verməsi prosesi hələ 1940-45-ci 

illərdən müşahidə olunur. Bu dövrdə bəzi hərbi-texniki, 

hərbi-inzibati, habelə iqtisadi sahəyə aid sözlərin Azər-

baycan və ərəb-fars dili qarşılığı ilə paralel işlədilməsi də 

əvəzolunma xüsusiyyətini özündə əks etdirir. Həmin 

dövrdə bu tipli sözlərdən aşağıdakıların paralel işlənməsi 

müşahidə edilirdi: 

Aeroplan – təyyarə: Partizanlar özlərini elə gös-

tərirdilər ki, guya a e r o p l a n l a r  üçün yanacaq aparırlar 

(K-30.01.1942);  Belorusiya cəbhəsində qırıcı t ə y y a -

r ə l ə r i n  köməyi ilə düşmən t ə y y a r ə s i n i  vurub 

salmışlar (K-18.10.1944); 

Ştab – qərargah: Döyüşçülərimiz çoxlu ş t a b  

sənədləri ələ keçirmişlər (K-7.06.1942);  Müttəfiqlərin 

xüsusi qanunlar qərargahı xəbər verir (K-14.07.1944); 

Zayom – istiqraz: Bu gün hərbi z a y o m u n   buraxılışı 




 

159


haqqında qərarı dərc edirik (K-30.04.1942);  Zəhmətkeşlər 

i s t i q r a z  vərəqələrini almağa başlamışlar (K-

30.04.1942). 

Nemes  –  alman:  Qızıl  Ordu  sovet  torpağını  a l m a n -

f a ş i s t  işğalçılarından azad etmişdir (K-1.01.1945); 

Şpion – casus: İgid sovet partizanları nemeslərin xeyli 

hərbi  işçisini,  ş p i o n u n u   qırmışlar  (K-18.10.1941);  Gizli 

casusların pozğun işləri aradan qaldırılsın (K-1.01.1945). 

1940-45-ci illərdə rus dilindən alınmış bir sıra 

sözlərdə mənbə dilin bəzi qrammatik-orfoqrafik 

əlamətlərinin saxlanıldığı da müşahidə edilir. Belə sözlərdə 

rus dilinə aid başlıca əlamətlər söz sonunda -a, -on, -et 

hissəcikləridir: 

P r o q r a m m a y a   konsert də daxil edilmişdir (K-

30.04.1942);  Bu günlərdə t e l e q r a m m a   almışlar  (K-

8.04.1943);  Yüz minlərlə t o n n a  neft vermişlər (K-

30.01.1942); 

K o m i t e t  məni Sverdlov kommunist 

universitetinə göndərdi (Ə.Vəliyev);  K o m i t e t i n   özü  bu 

məsələ ilə məşğul olur (K-30.01.1942) və s 

Bəzi sözlərdə «

ц

» hərfinin saxlanması və söz sonunda 



qoşa samit işlədilməsi də rus dili sözlərinin əslinə müvafiq 

yazılmasının nəticəsi idi: 

M e t a l l  qırıntısı toplamaq işin yalnız yarısını 

görmək deməkdir (K-14.07.1944); 

Ц

e x i n  Staxanovçuları 



yeni məhsullar buraxmağa  başlamışlar  (K-30.01.1942)  

və s. 


 

* * * 


 

Azərbaycan ədəbi dilinə rus dilindən daxil olan bir 

sıra sözlərin sonradan ərəb-fars mənşəli sözlərlə əvəz 

edilməsi meyili ilə əlaqədar 50-ci illərin sonlarında bu cür 




 

160


sözlərin işlədilmə potensialının artması müşahidə olunur. 

İkinci mərhələdə yenidən həyata qaytarılan ərəb-fars 

sözlərinin içərisində elələri də vardır ki, onlar əslində ifadə 

və məna cəhətdən 1920-30-cu illərdə işlədilən və ədəbi 

dildə özünə yer tuta bilməyən ərəb-fars sözlərindən 

fərqlənmirdi. Təsadüfi deyildir ki, belə sözlər də sonradan 

ədəbi dildə nüfuz qazana bilməmiş və öz işləklik 

fəaliyyətini itirmişdir. 

1940-60-cı illərdə beynəlmiləl sözlər ədəbi dilimizdə 

öz yerini daha da möhkəmləndirirdi. Belə ki, sonrakı 

dövrlərdə mübarizə rus dilindən alınmış beynəlmiləl 

terminlərin xeyrinə başa çatdı. 40-cı illərdə ərəb-fars 

mənşəli sözlər çox işləndiyi halda, bu dövrün sonlarına 

doğru onların müqabilində beynəlmiləl səciyyəli rus sözləri 

də paralel şəkildə işlədilməyə başlamış, daha sonralar isə 

ərəb-fars mənşəli bir çox sözlər beynəlmiləl səciyyə 

daşımaq imkanından məhrum olduğuna görə işləkliyini 

itirmiş və öz yerini beynəlmiləl sözlərə vermişdir. 40-cı 

illərin sonlarına doğru ədəbi dildə paralel işlədilmiş belə 

sözlərdən aşağıdakıları göstərmək olar: 

Məfkurə – ideologiya: Bizim ölkədə hər bir şəxsin öz 

siyasi-m ə f k u r ə v i  səviyyəsini artırması üçün zəruri olan 

bütün imkanlar vardır (K-30.04.1942);  İdeoloji məsələlər 

barədə lazımi nəticələr çıxarmışlar (Ə-21.08.1948) və s. 

Darülfünun – universitet: Azərbaycan Dövlət 

D a r ü l f ü n u n u n   bu  nömrəli  yataqxanasında bəzi 

müvəffəqiyyətlər əldə edilmişdir (AM-10.01.1947); 

S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti tarix 

fakültəsinin tələbələri ilə gənc seçicilərin görüşü olmuşdur 

(K-12.04.1954) və s. 

 

 



 

161


 

Lüğət tərkibinin inkişafı 60-80-ci illərdə elə 



keyfiyyətə malikdir ki, bu keyfiyyəti qeyd edilən 

yarımmərhələni nəinki 40-80-ci illəri əhatə edən ikinci 

mərhələdə, həmçinin bütövlükdə sovet dövrü kontekstində 

fərqləndirir. Bu keyfiyyət ondan ibarətdir ki, bu dövrdə 

lüğət tərkibinin daxili imkanlar hesabına inkişafı ilə başqa 

dillər hesabına inkişafı arasında mütənasiblik qüvvətlənir 

və keyfiyyət həddinə çatır, odur ki, 60-80-ci illərdə lüğət 

tərkibi funksional mövqedən izah və şərh olunmağı tələb 

edir; prinsiplər dəyişir, yəni daha biz yarımmərhələni 

müxtəlif mənbələrə münasibətinə görə deyil, iqtisadi-

təsərrüfat, ictimai-siyasi, mənəvi-mədəni sahələr üzrə 

(diferensial şəkildə) nəzərdən keçiririk, çünki mənbələrə 

münasibətdəki psixoloji fərqlərin aradan qalxdığı hiss 

olunur, neytrallaşma prosesi gedir. Bu dövrdə lüğət 

tərkibindəki mütəhərriklik aradan qalxır. Aydındır ki, ədəbi 

dilin lüğət tərkibində söz laylarının tez-tez dəyişməsi dilin 

zənginləşməsinə mütərəqqi təsir göstərə bilməz, hər şeydən 

əvvəl, bu proses ünsiyyətin yaxşılaşmasına mənfi təsir 

göstərir. Belə ki, tez-tez dəyişən vahidlər dərhal hamı 

tərəfindən qavranıla bilmir; yeni sözlərin bir çoxları isə, 

ümumiyyətlə, ünsiyyətə daxil ola bilmir, deməli, əslində 

yaşamaq hüququna malik olmur və bu əsasda ədəbi dilin 

şifahi və yazılı qolları arasında uçurum yaranmış olur. 

İkinci tərəfdən isə, dilin lüğət tərkibinin tez-tez dəyişmələrə 

məruz qalması lüğətlərin tərtibində çətinlik və dolaşıqlıq 

yaradır. Ona görə də dilin lüğət tərkibində yeniləşmə 

prosesi özü də müəyyən qanunauyğunluqlara tabe edilməli

bu sahədə müəyyən tələblər gözlənilməlidir. 60-cı ildən 

sonra belə proseslər çox zəif müşahidə edildiyindən istər 



Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə