A. M. Qurbanov amea-nın müxbir üzvü



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə54/149
tarix06.05.2018
ölçüsü2,78 Mb.
#42890
növüDərs
1   ...   50   51   52   53   54   55   56   57   ...   149

 

168


ehtimal xətası, zaman sabiti, idarəetmək vasitələri, şərti 

ehtimallıq, hadisələr zəbri, həyəcanlaşdırıcı təsir və s. 

Bir sıra hallarda isə bir anlayış müxtəlif mənşəli 

sözlərin birləşməsi ilə ifadə olunmuşdur; bizim fikrimizcə, 

elmi-texniki anlayışların bu cür ifadəsi perspektivlidir, 

çünki burada həm ənənəvi (əsasən milli) elmi təfəkkürün, 

həm də dünya elmi fikrinin müasir nailiyyətlərinin (bunun 

da ənənəsi var, lakin biz həmin ənənəni deyil, müasir 

nəticəni qəbul edirik) əlaqəsi təmsil edilir: avtomatik 

işəsalıcı, doymamış maqnit sistemi, eksperimental vahid, 

elektron deşiyi, düyüm nöqtəsi və s. 

Avtomatlaşma elmi-texniki inqilabın mühüm 

mərhələsidir və elmin istehsalatla birləşməsi zamanı 

mümkün olur; elmlə istehsalatın birləşməsi öz növbəsində 

ictimai münasibətlərin xarakterinə təsir edir

1

. Ona görə də 



60-cı, 70-ci illərdə lüğət tərkibində gedən inkişafı təkcə bu 

və ya digər elm sahəsinin terminoloji bazasının zənginləş-

məsi kimi başa düşmək düzgün deyil, bu proses universal 

xarakter daşıyır

2



Sovet dövrü lüğət tərkibinin inkişafında tərcümə işi 



xüsusi əhəmiyyətə malikdir

3

. Yeni anlayışların toplandığı 



informasiyalar ilk növbədə əsasən rus dilində olur (bəzən 

ingilis, fransız, alman dillərində olan elmi-texniki 

məlumatlardan da Azərbaycan dilli oxucu faydalanır, lakin 

bu dillərdən elmi-texniki ədəbiyyat adətən tərcümə edilmir 

və ya çox cüzi tərcümə edilir), Avropa dillərində faktlaşan 

elmi-texniki informasiya da bizə rus dili vasitəsilə çatır. 60-

                                                           

1

 



Философский словарь. М., Политиздат, 1987, стр. 305-306. 

2

 N.M.Xudiyev. ETT və dilin lüğət tərkibi, – «Elm və həyat» jur., 1987, № 



10, səh. 20. 

3

 Lüğət tərkibinin inkişafında tərcümənin rolu barədə irəlidə ayrıca 



danışılacaqdır. 


 

169


70-ci illərin dil təcrübəsi göstərir ki, yeni anlayışların dildə 

ifadəsi prosesində yaranan söz-terminlərin adətən Avropa 

dillərinə mənsub hissəsi saxlanılır, rusca hissəsi kalka 

olunur; məsələn, 

анод пусковой

 – işəsalma anodu, 

асимметрический волчок

 – asimmetrik fırfıra, 

близ-

кодействие



 – yaxına təsir, 

блок подвижный

 – mütəhərrik 

blok, 


болометр полупроводниковый

 – yarımkeçirici 

bolometr, 

спектрометр зеркальный

 – güzgülü 

spektrometr və s.

1

 

Eyni xüsusiyyət daha kütləvi söz-terminlərə də aiddir: 



qanadlı raket (

крылатая ракета

),  elektrocərrahiyyə 

(

электрохирургия



), biokütlə (

биомасса


) və s. 

Doğrudur, kalka yolu ilə yaranan birləşmələrdə 

Azərbaycan dili vahidləri üstünlük təşkil edir, lakin 

konstruksiyanın yadlığı (bu adətən yarımçıq kalka zamanı 

müşahidə edilir) bəzən bu prinsipi pozur; məsələn: biokütlə 

tipli formalarda olduğu kimi. 

Beləliklə, 60-cı illərdən etibarən daha çox sürətlənən 

elmi-texniki tərəqqi ədəbi dilimizin lüğət tərkibində 

aşağıdakı proseslərlə əlamətdardır: 

1) söz-terminlərin potensialı genişlənir, Avropa 

dillərindən ədəbi dilimizin lüğət tərkibinə müxtəlif sahələrə 

aid çoxlu sözlər, ifadələr keçir; 

2) orta əsrlərdən bəri elmi üslub faktı kimi ədəbi dildə 

işlənən ərəb-fars mənşəli sözlər, bütöv ifadələr müasir 

elmi-texniki təfəkkürün ifadəçisinə çevrilir; yəni elmi-

texniki tərəqqinin yaratdığı anlayışlar boş yerdə yaran-

madığı kimi bu anlayışların ifadəsi də ənənəvi leksik 

konteksti inkar etmir; 

3) bilavasitə elmi-texniki (professional) səciyyə 

                                                           

1

 Nümunələr bu mənbədən alınır: Fizika terminləri lüğəti, Bakı, «Elm» 



nəşriyyatı, 1986. 


 

170


daşıyan anlayışlar kütləviləşir və ümumdil faktlarına 

çevrilir; 

4) terminoloji lüğət əsasən yeni söz birləşmələri 

hesabına artır; əslində, sintaktik yol söz yaradıcılığının ən 

demokratik formasıdır, eyni zamanda həmin yol yeni 

yaranan anlayışların analitik təfəkkür faktı olduğunu – 

başqa anlayışların münasibətindən yarandığını ifadə edir

1



Eyni zamanda qeyd etmək lazımdır ki, 60-70-ci 

illərdə bir sıra çətinliklər də ortaya çıxır; bu, hər şeydən 

əvvəl, yeni anlayışın beynəlmiləl, yaxud milli sözlə 

adlandırılması məsələsindən ibarətdir

2

 (eləcə də aralıq 



məsələləri həll etmək lazım gəlir: alınma söz hansı fonetik 

tərkibdə işlənməlidir? bütün hallarda alınma söz milli 

qarşılığı ilə əvəz edilməlidirmi? və s.): mövcud ikidilli və 

birdilli lüğətlər, eləcə də nitq (yazılı, yaxud şifahi) 

materialları üzərində apardığımız müşahidələr bu sahədə 

axtarışların davam etdiyini göstərir. 

Elmi-texniki tərəqqi ilə yanaşı, 60-cı illərdən etibarən 

Azərbaycan ədəbi dili lüğət tərkibinin inkişafına daha bir 

sıra ekstralinqvistik amillər təsir göstərir; nəticə etibarilə, 

lüğət tərkibinin – leksik normanın nisbi sabitliyi təmin 

olunur. Deyək ki, 60-cı illərdə ədəbi dilin lüğət tərkibi xalq 

danışıq dili hesabına zənginləşir; bu cür zənginləşmə, hər 

şeydən əvvəl, bədii üslubda gedir. Əslində, 60-cı illərdən 

etibarən ədəbiyyatın xəlqiləşməsində bir meyar da ədəbi-

bədii dilin xəlqiləşməsidir ki, onun mühüm komponentini 

leksika təşkil edir. 

                                                           

1

 Qeyd edək ki, sintaktik yolla ifadə-termin yaradıcılığı sovet dövründə 



müxtəlif mərhələlərdən keçir; bu barədə bax: 

С.А.Садыгова. Терми-

нологические словосочетания в азербайджанском литературном языке

АКД, Баку, 1986.

 

2

  Bax:  V.İ.Aslanov. Termin yaradıcılığında unifikasiya vacib şərtdir. – 



Azərbaycan terminologiyası problemləri, Bakı, APİ nəşri, 1988, səh. 31-32. 


Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə