A. M. Qurbanov amea-nın müxbir üzvü



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə56/149
tarix06.05.2018
ölçüsü2,78 Mb.
#42890
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   ...   149

 

174


ilişkə  (əlaqə),  durum  (vəziyyət),  bilkin  (alim) və s. 80-ci 

illərdə bu hadisə az qala lüğət tərkibinin mənzərəsinə 

(əsasən, elmi üsluba) təsir edəcək gücdədir. 

60-70-ci illərdə lüğət tərkibinin stilistik funksional 

aspekti onu keyfiyyətcə xarakterizə edir, başqa sözlə, 

norma stabilliyinin yaranması imkan verir ki, dil 

daşıyıcılarının intellektual enerjisi daha çox üslubi plana 

sərf olunsun. 

 

* * * 


 

Beləliklə, sovet dövründə Azərbaycan ədəbi dili lüğət 

tərkibinin inkişafı müxtəlif sinxron mərhələlərdən keçir, 

hər bir mərhələ əvvəlki mərhələdən başlayır, onun davamı 

kimi çıxış edir, eyni zamanda nisbi müstəqilliyi ilə əlahiddə 

şəkildə mövcud olur; lüğət tərkibinin inkişaf məntiqini də 

bu münasibət müəyyən edir: leksik norma bir neçə onillik 

hüdudunda bu və ya digər mərhələnin ictimai-mədəni 

məzmununa uyğunlaşır, lakin əsas leksik fon mühafizə 

edilir, nəticədə, lüğət tərkibinin sabit qatı ilə funksional qatı 

arasındakı münasibət onun dialektikasının göstəricisi olur. 

 

 




 

175


III FƏSİL 

 

ƏDƏBİ DİLİN LÜĞƏT TƏRKİBİNİN  



DAXİLİ İMKANLAR HESABINA  

ZƏNGİNLƏŞMƏSİ 

 

Sovet dövrü Azərbaycan ədəbi dili lüğət tərkibinin 



inkişafı sinxron mərhələlər üzrə araşdırıldığı kimi, diaxron 

aspektdə – bütöv bir tam halında da nəzərdən keçirilə bilər 

və əslində, bu təhlil üsullarından biri digərini tamamlayır. 

İkinci halda lüğət tərkibini xarakterizə edən başlıca 

əlamətlər onun ümumi strukturunda baş verən hadisələrdir. 

Həmin hadisələrin əsas məzmununu lüğət tərkibinin 

zənginləşməsi təşkil edir. Zənginləşmə elə bir prosesdir ki

burada lüğət tərkibinin diaxron mənzərəsi açılır, tarixi-

mədəni inkişafın dildə faktlaşma üsulları meydana çıxır. 

K.M.Musayevin belə bir fikri diqqəti cəlb edir: «Türk 

dillərinin leksik tərkibinin zənginləşməsi məsələləri haq-

qında nəzəri tədqiqatlar lazımdır. Məlumdur ki, türk dilləri 

leksikasının zənginləşməsi həm daxili imkanlardan 

(materiallardan, vasitələrdən və yollardan) istifadə yolu ilə 

sözdüzəltmə hesabına, həm də dünyanın başqa dillərindən 

sözalma hesabına olur. Sözdüzəltmə və onun müxtəlif 

yollarının (sintetik, analitik, fonetik, leksik) mahiyyətini 

aydınlaşdırma və alınmalara nəzəri və praktiki qiymət – 

onları daha da dərindən öyrənmək üçün geniş imkanlar 

açır»


1

Bütün tarix boyu olduğu kimi, sovet dövründə də 



Azərbaycan ədəbi dilinin lüğət tərkibi iki yolla zənginləşir: 

1. Daxili imkanlar hesabına; 

                                                           

1

 



К.М.Мусаев. Основные проблемы изучения лексики тюркских языков. 

— СТ, 1978, № 3, стр. 35

 



 

176


2. Başqa dillərdən alınmalar hesabına. 

Sosial-ictimai münasibətlərlə bağlı olaraq, dildə 

sözlərin müəyyən qismi köhnələrək istifadədən qaldığı 

kimi, yeni sözlərin yaranması meyili də mövcuddur. 

Cəmiyyət həyatında sosial dəyişikliklər və inkişaf 

perspektivləri ilə bağlı olaraq, yeni sözlərin yaranması, 

habelə bir çox sözlərin köhnəlməsi prosesində intensivlik 

və ya lənglik müşahidə edilir. XX əsrin əvvəlləri, xüsusilə 

Oktyabr inqilabından sonrakı illər cəmiyyət həyatını mütə-

rəqqi inkişaf yoluna aparan hadisələrlə zəngin olduğundan, 

bu hadisələrə müvafiq şəkildə çoxlu yeni sözlər meydana 

çıxırdı. Vaxtını başa çatdırmış ictimai hadi-sələr isə özləri 

ilə bərabər bir sıra sözlərin də köhnəlməsinə səbəb olurdu. 

Lakin dildə bütün köhnə ictimai hadisələr, əşya və 

münasibətlər birdəfəlik unudulmur. Vaxtını başa çatdırmış 

hadisələrin gələcək nəsillərə bədii yolla xatırladılmasında 

köhnə sözlərdən də istifadə olunur. Bu zaman köhnəlmiş 

sözlər lüğət fondundan çıxır, lakin ədəbi dilin bədii üslubu 

hesabına lazım gəldikdə yenidən canlandırılır. 

Ədəbi dilin zənginləşməsində məna dəyişkənliyinə 

uğrayan sözlərin, dialektizmlərin, habelə kalka yolu ilə 

yaranan leksik vahidlərin və xalq dili əsasında yaranmış bir 

çox sabit birləşmələrin hər biri, dilin daxili inkişafı bu 

amillərin təsir gücündən və əhatəsindən asılıdır. Bunların 

təsiri güclü isə hər bir konkret dil də özünəməxsus 

elementlərə malikdir. Oktyabr inqilabından sonra Azərbay-

can ədəbi dilinin zənginləşməsi üçün bu amillərin təsir 

gücünün artmasına daha real zəmin yaranmışdır. Dilin 

daxili imkanlar hesabına zənginləşməsi yollarından biri və 

məhz başlıca amili ictimai quruluşla əlaqədar 

dəyişikliklərin, xüsusən sovet dövründə elmi-texniki, siyasi 

və mədəni münasibətlərin inkişafıdır. 




 

177


                            Yeni sözlərin yaranması 

 

Sovet dövründə Azərbaycan ədəbi dili lüğət tərkibinin 



strukturunda gedən inkişaf, birinci növbədə, tarixi-ictimai 

mühitin dəyişməsi ilə əlaqədar olaraq köhnəlmə-yeniləşmə 

prosesinin güclənməsi ilə diqqəti cəlb edir. Hər iki proses 

(həm köhnəlmə, həm də yeniləşmə) dil təfəkküründə 

dialektik vəhdətdə mövcuddur; hətta o halda ki, məsələn, 

lüğət tərkibinin müəyyən sahəsi arxaikləşir, ona oppozisiya 

təşkil edən lüğəvi sahə yaranmır, yenə də həmin vəhdət 

qalır, çünki bu və ya dikər sahədəki arxaikləşmə, yaxud 

yeniləşmə (lüğəvi vahidin istifadədən çıxması, yaxud 

istifadəyə bilavasitə daxil olması – yeni sözün yaranması) 

elə bir assosiativ gücə malik olur ki, bütövlükdə leksik-

semantik sistem daxilində əksəlaqə yaradır. 

Köhnəlmiş sözlər bir leksik vahid kimi, yalnız dilin 

passiv fondunda yaşayır, lakin keçmiş dövrə aid müəyyən 

əhvalat və ya hadisənin təsvirində həmin dövrü daha 

qabarıq canlandırmaq məqsədilə belə sözlərdən istifadə 

edilir. Bununla da dialektizmlər ilə köhnəlmiş sözlər 

arasında bir funksional oxşarlıq müşahidə edilir. 

Dialektizmlərdə yerli kolorit əks olunduğu kimi, 

köhnəlmiş sözlərdə tarixi keçmiş və həm də müəyyən 

mənada milli kolorit ifadə edilir. Beləliklə, bir zamanlar 

dildə ümumişlək səciyyə daşıyan bu sözlər indi tarixi 

keçmişin təsviri ilə əlaqədar bədii ədəbiyyatda işlədildikdə 

ədəbi dilin bədiilik imkanlarının artmasına öz müsbət 

təsirini göstərir. Köhnəlmiş sözlər, bir qayda olaraq, 

köhnəlmiş ictimai münasibətlər, insan fəaliyyətindən 

kənarda qalan əşya və hadisələr, istehsalat vasitələri və s. 

ilə əlaqədar olaraq dilin aktiv fondundan passiv fonduna 

keçən vahidlərdən ibarətdir. 



Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə