A. M. Qurbanov amea-nın müxbir üzvü



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə53/149
tarix06.05.2018
ölçüsü2,78 Mb.
#42890
növüDərs
1   ...   49   50   51   52   53   54   55   56   ...   149

 

165


(AG-8.01.1965);  K u p r i k o l  pasta şəklindədir (K-

18.04.1966);  Tərkibində p r o t i e n  və mikro-element olan 

yemlərdən istifadə faydalıdır (AG-8.01.1965); K u p r i z o n  

islanan tozdur (SK-20.05.1977) və s. 

60-70-ci illərdə də ədəbi dilimizdə geniş kütlələr üçün 

anlaşılmaz ərəb-fars söz və ifadələrinin işlədilməsi halları 

nəzər-diqqəti cəlb edir. Əlbəttə, dilin bir tərəfdən, daxili 

imkanlar hesabına zənginləşdiyi, digər tərəfdən isə lüğət 

tərkibinin əsas hissəsinin sabitləşdiyi bir vaxtda anlaşılmaz 

ərəb-fars sözlərinin işlədilməsinə heç bir ehtiyac yoxdur. 

Bir neçə nümunə: 

Sözü təkrar elətdirmək, d ü b a r ə - s e b a r ə  soruşmaq 

Çərçizadənin xüsusiyyəti idi (A-1966, № 7); Müəllim onu 

təbrik edəndən sonra da otağın girəcəyində m ə b h u t , 

düşünсəli dayanmışdı (A-1968, № 4) və s. 

Bu misallarda «dübarə-sebarə» əvəzinə «iki-üç dəfd», 

«məbhut»  əvəzinə  «heyrətli»  işlətmək müəllif fikrini daha 

da aydınlaşdırardı. 

Bu dövrdə bir sıra alınma sözlərin müxtəlif 

variantlarda işlədilmə hallarına da təsadüf edilir. Məsələn, 

Avropa dillərinə məxsus artist sözü dilimizdə geniş şəkildə 

işlədilir. Lakin istər mətbuat, istərsə də bədii əsərlərin 

dilində bəzən qadın cinsini bildirmək üçün artistka//aktrisa 

və s. işlədilir. Hətta fəxri ad bildirən «xalq artisti» ifadəsi 

bəzən «xalq artistkası, xalq aktrisası» şəklində də işlədilir

1



Bütün bura qədər deyilənlər bir daha göstərir ki, sovet 

dövründə Azərbaycan ədəbi dili lüğət tərkibinin inkişaf 

tempi və istiqaməti birinci və ikinci mərhələdə eyni 

olmamışdır. Məsələn, 1920-30-cu illər dövründə ədəbi 

dildə külli miqdarda ərəb-fars mənşəli sözlər olduğu halda, 

                                                           

1

 Bax: R. İsrafilova. Dilimizin qayda-qanunlarını gözləyək. Dil mədəniyyəti, 



III buraxılış, «Elm» nəşriyyatı, Bakı, 1979, səh. 103-104. 


 

166


sonrakı dövrlərdə bunların işlənmə potensialı xeyli 

zəifləmişdir. İctimai-siyasi hadisələrlə əlaqədar rus dilindən 

alınan sözlərin bir qismi sonradan dildən çıxmış, bir qismi 

isə müvafiq qarşılıqları ilə əvəz edilmişdir. Vaxtilə ədəbi 

dildə mövcud olan türkizmlər ikinci mərhələdə-tamamilə 

sıradan çıxmışdır. 

Artıq 30-cu illərdən Azərbaycan dilinin daxili 

imkanları hesabına meydana gələn sözlərin potensialı 

artmağa başlayır. Dildə beynəlmiləl meyillə bərabər, xəlqi 

meyillər güclənir və bu cəhətdən milli sözlər hesabına yeni 

sözlərin yaradılmasında bir vüsət, bir sıçrayış müşahidə 

edilir: məsələn, çatdırıcı ton, yüksəklik, qıraq səslər, 

səsdüzümü, üfləmə (

духовой


), aralıq səs, sıçrayış, eşidiş 

(slux), dartımlı (alətlər) və s

1

. Elmin, texnikanın inkişafı, 



kosmosun mənimsənilməsi, eləcə də ictimai-siyasi 

proseslərin elmi mövqedən dərki-lüğət tərkibinə yeni 

anlayışların bütöv bir sistemini gətirir. Əlbəttə, elmi-texniki 

tərəqqi dedikdə, onun qlobal hadisə olduğunu xatırlatmaq 

lazımdır; təkcə respublika, ittifaq deyil, ümumən dünya 

miqyasında belə bir proses gedir və Azərbaycan ədəbi dili 

lüğət tərkibinin yeni anlayışlarla zənginləşməsində bu 

prosesin ciddi rolu müşahidə edilir. Bir avtomat idarəetmə 

sistemi, deyək ki, ancaq Yaponiyada mövcud ola bilər, 

lakin onun adı (eləcə də sistemin hissələrinin adları), 

prinsip etibarilə, Azərbaycan dilində də mövcud olmalıdır. 

Beləliklə, elmi-texniki tərəqqi söz yaradıcılığını getdikcə 

daha çox beynəlmilləşdirir. 

60-70-ci illərdə elmi-texniki tərəqqi ilə əlaqədar 

yaranmış termin-sözlərə nümunə olaraq aşağıdakıları 

göstərmək olar: fondverimi, traktor-avtomat, sürücü-

mexanik, lazer qayçısı, minifabrik, ot unu, aerobus, 

                                                           

1

 Ə. Bədəlbəyli. Musiqi lüğəti. Bakı, «Elm» nəşriyyatı, 1969. 




 

167


elektrobus, elektromobil, fotorəqəmyazan, vakuum sobası, 

kosmonavt-tərcüməçi, hidrovelosiped, videogücləndirici, 

astroverici, lazer bıçağı, elektrocərrahiyyə, biokütlə, 

bioiqlim, eroziyaölçən, kinoroman, mühəndis dilçiliyi

kosmik leksika və s.

1

 



60-70-ci illərdə təsərrüfatın, ictimai münasibətlərin, 

mədəniyyətin inkişafı ilə əlaqədar yaranan hər cür sözlər, 

ifadələr elmi-texniki tərəqqi faktıdırmı? – Şübhəsiz, yox. 

Məsələn, 60-70-ci illərdə meydana gəlmiş dincəliş, bildiriş, 

yollayış kimi sözlər dilin daxili imkanlarından fəal istifadə 

meyilindən irəli gəlirdi. 

70-ci illərin sonlarında «Avtomatik idarəetmə üzrə 

terminologiya lüğəti»nin

2

 (altı dildə) nəşri Azərbaycan 



ədəbi dili lüğət tərkibində elmi-texniki tərəqqi ilə bağlı 

yaranmış söz və ifadələri, birləşmələri əks etdirir; lüğətin 

azərbaycanca sözlüyü üzərindəki müşahidələr göstərir ki, 

anlayışların ifadəsi üçün müxtəlif dillərə məxsus müvafiq 

sözlər seçilmişdir. Aşağıdakı nümunələrə diqqət yetirmək 

kifayətdir. 

I. Azərbaycan sözləri ilə: ayırmalı axtarış, alışdırma 

bucağı, ardıcıl dolaq, artıqyükləmə, aşağı tezliklər, süzgəci, 

baş açar, dayanıqlıq və s. 

II. Rus-Avropa sözləri ilə: dinamik diapazon, diskret 

analiz, ekspotensial impuls, elektromexaniki ossiloqraf, 

elektronika, erqodik proses, iqnitron, impulslar generatoru, 

inteqrallayıcı kontur, intiqal mexanizmi və s. 

III. Ərəb-fars sözləri ilə: qeyri-xətti müqavimət, 

                                                           

1

 L.Kərimov. Elmi-texniki tərəqqi və yeni yaranmış termin sözlər. Azərb. 



SSR EA-nın Xəbərləri; ədəbiyyat, dil və incəsənət, Bakı,1987, № 4, s. 91-92. 

2

Русско-англо-азербайджанско-киргизско-туркменско-узбекский 



терминологический словарь по автоматическому управлению, Баку, изд. 

«Элм», 1977.

 



Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə