A. M. Qurbanov amea-nın müxbir üzvü



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə52/149
tarix06.05.2018
ölçüsü2,78 Mb.
#42890
növüDərs
1   ...   48   49   50   51   52   53   54   55   ...   149

 

162


terminoloji vahid kimi başqa dillərdən alınan və istərsə də 

dilin özündə yaranan sözlərin ədəbi dilin lüğət tərkibinə 

daxil olmasında müəyyən qanunauyğunluqlar gözlənilir. 

1960-1980-ci illərdə alınma sözlərin əvəzlənməsi olmasa 

da, bəzi terminoloji vahidlərin, xüsusən də 1940-60-cı 

illərdə yaranmış və istehsalat həyatı ilə bağlı olan dil 

vahidlərinin işləklikdən qaldığı müşahidə olunur. Bu illərdə 

meydana gəlmiş və ədəbi dildə geniş işlədilmə imkanı 

qazanmış terminoloji söz və ifadələrin nəzərə çarpan 

başlıca məna xüsusiyyətləri aşağıdakılardan ibarətdir: 

Təsərrüfat-iqtisadi həyatla bağlı olanlar. 1960-1980-

ci illərdə Azərbaycan ədəbi dilində cəmiyyətin texniki 

tərəqqisini və iqtisadi inkişafını əks etdirən qoşqusuz 

kultivator, çiyidsəpən maşın, pambıqyığan maşın, əməyin 

mexanikləşdirilməsi, gencərgəli üsul, qırmızı bayraqlı 

beşillik, kommunist əməyi zərbəçiləri, əməyin 

normallaşdırılması, plantasiya şumu, ictimai bostançılıq, 

briqada-qovşaq üsulu, İpatov metodu, Zlobin metodu, 

briqada podratı, kompleksli traktor-tarlaçılıq briqadası, 

cərgəvi üsul və s. kimi terminoloji birləşmələr dövr üçün 

xarakterikdir. 

Qeyd etməliyik ki, 1960-cı ilə qədərki dövrdə 

işlədilən  dar cərgələr (dar cərgəli üsul), habelə kvadrat 

yuva üsulu kimi birləşmələr artıq 1960-80-ci illərdə, demək 

olar ki, öz fəallığını itirir. Təsərrüfatın inkişafı ilə əlaqədar 

həmin üsulların iqtisadi əhəmiyyətinin və səmərəliliyinin 

azalması təsərrüfat həyatının artan tələbləri ilə uyuşmaması 

müvafiq olaraq onların ifadə vasitələrinin də öz işləkliyini 

getdikcə azaltmasına səbəb olur. Elmi-publisist üslubda 

işlədilən belə birləşmələrin mənasının aydınlığı üçün bəzən 

sadə şəkildə izahı verilir. Məsələn: Venoz damarlarda 

t r o m b l a r ı n   –   t ı x a c l a r ı n   əmələ gəlməsinə və 




 

163


damarın həmin hissəsinin iltihaba uğramasına tromboflebit 

deyilir  (K-11.01.1967);  Təcrübə göstərir ki, bir çox 

xəstəliklərin profilaktikası – baş verməsinin qarşısının 

alınması müalicədən daha asandır (K-11.01.1967) və s. 

Yuxarıda qeyd etdiyimiz kimi, bu cür faktlar ədəbi 

dilin lüğət tərkibində analitik proseslərlə bağlıdır, yəni bir 

tərəfdən, diferensiallıq mövcuddur – elmi üslub faktı ilə 

sıravi nitq faktı qarşılaşdırılır, digər tərəfdən, bunlar eyni 

bir anlayışı ifadə etmək üçün birləşir – bu isə inteqrasiya 

əlamətidir, beləliklə, leksik proseslər hər iki cəhəti – həm 

diferensiasiya, həm də inteqrasiya gedişini ehtiva edir. 

Mədəni-tərbiyəvi sahə ilə bağlı olanlar. 60-cı illərdə 

mədəniyyət və tərbiyə məsələlərinin inkişafı ilə bağlı 

olaraq, Azərbaycan ədəbi dilində xalq evi, mədəniyyət 

ocaqları, fəallar yığıncağı, Lenin cümə günü, siyasi gün və 

s. söz birləşmələri işlədilməyə başlamışdır. Ədəbi dildə 

özünəməxsus yer tutan bu ifadələr tədriclə daha geniş 

işlənmə arealı qazanmış və ümumxalq malına çevrilə 

bilmişdir. Müasir ədəbi dilimizdə belə birləşmələrin 

işlənmə imkanlarının artması onların ifadə etdiyi məfhum 

və anlayışların zəruriliyi, vacibliyi və digər tərəfdən, həmin 

ifadələrin diləyatımlı, dilin leksik-qrammatik təbiətinə 

uyğun olması ilə əlaqədardır. 

Elmi-texniki tərəqqi və kosmik fəzanın tədqiqi ilə 

əlaqədar olanlar. 50-ci illərin sonu, 60-cı illərin əvvəlləri 

ölkəmizdə elmin, texnikanın vüsətli inkişafı ilə səciyyə-

lənir. Bu dövrdə texnika sahəsində həqiqi inqilab, kosmo-

sun fəthi yeni məfhum və anlayışların yaranmasını şərtlən-

dirdiyi kimi, onların dildə ifadəsi üçün də yeni vahidlərin 

əmələ gəlməsi zərurətini meydana atdı. Bu sahədə yeni dil 

vahidləri rus dilindən alınsa da, dilin öz daxili imkanları 

yaddan çıxarılmır, imkan olduqca bu sahədə müvəf-




 

164


fəqiyyətli söz və ifadələr yaradılır. 60-cı illərin əvvəl-

lərindən Azərbaycan ədəbi dilində işlədilməsi müşahidə 

edilən və öz yeniliyi ilə səciyyələnən belə dil faktlarından 

bir neçəsini qeyd edək: teleqraf siqnalları, kosmik qidalar

telemetrik aparat, uçuş aparatları, kosmik uçuşlar, 

çoxpilləli kosmik raket, manevrli kosmik aparat, manevrli 

kosmik gəmi, kosmik fəza, orbital stansiya, planetlərarası 

stansiya, qlobal raket, planetlərarası kosmik fəza, 

planetlərarası fəza, kosmik beşillik, kosmik əmək növbəsi, 

avtomatik yempaylayan və s. 

Kosmik terminologiya üçün az-çox kütləvilik xarak-

terikdir ki, bu da hər şeydən əvvəl, həmin sahənin «özünün 

publisistik aktivliyi ilə əlaqədardır

1

. Lakin publisistik aktiv-



lik kosmik terminologiyanı professionallıqdan çıxarmır. 

Əkinçilik sahəsində işlədilənlər: 

Təsərrüfatın coşqun inkişafı ilə əlaqədar mətbuat 

dilində sahə terminlərinə geniş yer verilir. 

Müxtəlif xəstəlik adları bildirənlər: 

Üzüm bağlarında başqa bir qorxulu xəstəlik olan 

o n d i u m u n   yaranması  müşahidə  edilir  (K-3.04.1976); 

Finallarla yoluxmuş heyvanların əti xəstəliyin mikroblarını 

saxlayır  (K-10.06.1963);  Laktasiya dövründə onun 

məhsuldarlığı aşağı düşür (SK-3.04.1970); 

Üzüm 

bağlarında m i l d i y u  xəstəliyinə qarşı istifadə edilir (K-



18.04.1966) və s. 

Dərman preparatlarının adlarını bildirənlər: 

Davamlı s u s p e n z i y a  almağa kömək edən yardımçı 

maddə vardır (K-18.04.1966); 

Alınan preparatlar 

içərisində p o l i d o f e n  vardır (AG-3.04.1970); 

M e t i l m e r k a p t o f o n  işlədilən yerdə feldşer olmalıdır 

                                                           

1

 З.Ш.Мамедов. Терминологи



я

 по космонавтике о азерба

й

джанском 



я

зыке, Баку, АКД, 1987, стр. 8. 




Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə