A. M. Qurbanov amea-nın müxbir üzvü



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə50/149
tarix06.05.2018
ölçüsü2,78 Mb.
#42890
növüDərs
1   ...   46   47   48   49   50   51   52   53   ...   149

 

155


kalka şəklində meydana çıxmış belə birləşmə formalarının 

leksik-semantik quruluşu onları nisbi sinonim saymaq 

barədə S.Cəfərovun irəli sürdüyü fikrə haqq qazandırmır. 

Müəllifin misal gətirdiyi kino-teatr, texniki-quraşdırma, 

qazma-buruq, komsomol-gənclər, kino-texnik, kino-

rejissor, mühəndis-texnik

1

 tipli söz-formalar, ümumiyyətlə, 



nisbi sinonim anlayışından uzaqdır. S.Cəfərovun «Müasir 

Azərbaycan dili» kitabında onlar yaxın mənalı sözlərin 

birləşməsi yolu ilə düzələn mürəkkəb sözlər kimi izah 

edilir


2

. R.İsrafilova isə bu cür əlavəli söz-formaları 

komponentləri arasında bərabərlik, bəzən də asılılıq 

müşahidə edilən qoşa sözlərin birləşməsi adlandırır

3

. Elmi 


cəhətdən özünü doğrultmayan bu fikir sonralar da təkrar 

edilmişdir

4



Əlavəli söz-formaların getdikcə inkişaf edərək 



mürəkkəb sözlərə çevrildiyi müşahidə edilir. Bu proses 

fotosərgi, fotomüxbir kimi sözlərdə qabarıq surətdə öz 

ifadəsini tapmışdır. 

 

* *  



 

1940-1960-cı illər ərzində də cəmiyyətin sosial 



inkişafı ilə əlaqədar rus dilindən Azərbaycan dilinə bir sıra 

yeni terminoloji sözlər daxil olmaqda davam etmişdir. 

Bununla yanaşı, həmin dövrdə rus dilindən alınmış bəzi 

                                                           

1

 S.Cəfərov. Azərbaycan dilində söz yaradıcılığı, ADU nəşriyyatı, Bakı, 



1960, səh. 136. 

2

  Bax:  S.Cəfərov. Müasir Azərbaycan dili, Bakı, «Maarif» nəşriyyatı, 1976, 



səh. 202. 

3

 



Р.Д.Исрафилова. Обогащение в советский период словарного состава 

азербайджанского языка за счет внутренных ресурсов и отражение его в 

словарях, АКД, Баку, 1971, стр. 37.

 

4



 Müasir Azərbaycan dili, I c., Bakı, «Elm» nəşriyyatı, 1978, səh. 236. 


 

156


sözlər sonralar xalis Azərbaycan və ya ərəb-fars mənşəli 

sözlərlə əvəz olunmuşdur. 

Azərbaycan dili qarşılığı ilə əvəz olunanlar. 40-cı 

illərdə ədəbi dildə işlənib, sonradan Azərbaycan dili 

qarşılığı ilə əvəz olunmuş aşağıdakı sözləri qeyd etmək 

olar: paraxod, otdeleni, laqer və s. Məsələn: 

Hərbi əsirlər üçün l a q e r  düzəltmişlər (K-

7.06.1942);  Yunanıstanın Səlanik portunda fəhlələr 

paraxoda ərzaq yükləməkdən boyun qaçırmışlar (K-

10.01.1949); 

Serjant Savelyevin otdelenisi kəndin 

yaxınlığında durmuşdur (K-10.1.1949) və s. 

Dilin sonrakı inkişafı dövründə laqer  sözü  düşərgə, 

paraxod  sözü  gəmi, otdeleni sözü isə bölmə  sözü ilə əvəz 

edilmişdir. 

Ümumişlək xarakterli ərəb-fars sözləri ilə əvəz 

olunanlar. 1940-55-ci illərdə işlənmiş rus dili alınmalarının 

xeyli hissəsi sonralar ərəb-fars mənşəli sözlərlə əvəz 

edilmişdir. 1960-cı illərdən sonra ədəbi dilimizdə daxili 

imkanlar əsasında söz yaradıcılığının daha çox geniş-

lənməsi, rus dilindən beynəlmiləl terminlər alınması 

meylinin artdığı müşahidə edilməklə yanaşı, kütləviləşmə 

və xəlqiləşmə amillərinin güclənməsi ilə əlaqədar bir sıra 

ərəb-fars mənşəli sözlərin yenidən həyata qaytarıldığı 

müşahidə edilir. Ədəbi dildə xəlqiləşmə cəhətdən özünü 

doğrultmayan alınmaları əvəz edən belə sözlər yeni 

anlayışları bildirmək baxımından ictimai məzmunca 

genişlənirdi. 

İctimai-siyasi və mədəni-kütləvi sahələrə məxsus 

anlayışları bildirən aşağıdakı sözlər sonralar əvəz edildi: 

Neft Bakısının partiya a k t i v i  də təbrikində eyni 

sözləri yazır (K-30.01.1942);  Oktyabr r e v o l y u s i y a s ı  

adına zavodun fəhlələri daha çox məhsul istehsal etməyə 



 

157


çalışır 

(K-30.01.1942); 

Həmin elmin cəmiyyətin 

p r o q r e s s i v  inkişafında bir əngəl olduğunu göstərmək 

başlıca vəzifədir (Ə-21.08.1948) və s. 

Bu misallardakı aktiv, revolyusiya, proqressiv sözləri 

1960-cı illərdə və sonrakı inkişaf dövründə fəal, inqilab, 

mütərəqqi  kimi ərəb-fars sözləri ilə əvəz edildi. Lakin 

əvəzlənmə bu sözlərin hamısında eyni dərəcədə deyil. Belə 

ki, revolyusiya  sözü artıq dilin lüğət tərkibindən çıxmış və 

tamamilə inqilab sözü ilə əvəz olunmuşsa, qalan iki söz, az 

da olsa, qarşılıqları ilə paralel olaraq işlənməkdədir. 

1940-60-cı illərdə ədəbi dilimizdə işlədilən və əvəz 

edilməsinə ehtiyac duyulan rus dili alınmalarının bir qismi 

mədəni-kütləvi sahəyə məxsus sözlərdən ibarət idi. Belə 

sözlər sırasında aşağıdakılar xüsusilə xarakterikdir: 

Pediatriya kafedrası dosent vəzifəsini tutmaq üçün 

konkurs elan etdi (K-7.06.1942);  D.M.Hüseynov kənd 

təsərrüfatı elmləri k a n d i d a t ı d ı r  

(K-7.06.1942); 

K u l t u r a  saraylarında, ailə məclislərində Qızıl Ordunun 

şərəfinə söz söyləndi (K-10.01.1943);  Rayon  i n t e l l i -

q e n t l ə r i  çox a k t i v l i k  göstərmişlər (K-4.04.1943); 

«Ordenli Azərbaycan cəbhəyə» t ə m a s ı n d a   veriliş 

keçirilmişdir (K-30.04.1942); Hərbi qulluqçulara məvacib, 

habelə s t i p e n d i y a  verilsin (AM-10.01.1947) və s. 

Bu misallardakı konkurs, kandidat, kultura, intelli-

qent, tema, stipendiya kimi sözlər 1960-cı illərdə müvafiq 

olaraq  müsabiqə, namizəd, mədəniyyət, ziyalı, mövzu, 

təqaüd  kimi ümumxalq səciyyəli ərəb-fars sözləri ilə əvəz 

edilmişdir. 

Azərbaycan ədəbi dilində 1940-45-ci illərdə rus 

dilindən alınmış bəzi inzibati-idarə, təşkilat, vəzifə, ərazi 

bildirən sözlər də var idi ki, bunlar da əsasən, 1945-ci ildən 

sonra müvafiq ərəb-fars sözləri ilə əvəz edilmişdir. Bu tipli 



Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə