A. M. Qurbanov amea-nın müxbir üzvü



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə46/149
tarix06.05.2018
ölçüsü2,78 Mb.
#42890
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   149

 

142


məhz bu illərdə bütün mürəkkəbliyi ilə dərk edilir ki

«Şəkilcə milli, məzmunca sosialist mədəniyyətimizin 

inkişafında ən mühüm sahələrdən biri də istilah məsə-

lələridir. İstilah yaradıcılığı xalqın, dövlətin ciddi 

məsələləri sırasında durmalıdır. Elmin, mədəniyyətin 

kütləvi və həyati olması, istilahların xalqın ruhuna uyğun, 

xalqın başa düşəcəyi bir şəkildə və digər tərəfdən də elmi 

əsaslar üzərində qurulması məsələsini qarşıya qoyur. Buna 

görə də istilah yaradıcılığı Azərbaycan mədəniyyətinin 

keçmiş tarixini, indiki vəziyyətini və gələcək inkişaf 

yollarını nəzərə alaraq, məsələyə ciddi və hərtərəfli 

yanaşmağı tələb edir»

1



Həmin qənaətin müəyyənləşməsi üçün, əslində, xeyli 



vaxt lazım gəlmişdi, ictimaiyyət müzakirələrə qoşulmuşdu; 

elə bunun nəticəsi idi ki, istilah (istilah «terminologiya»da 

geniş mənada işlədilirdi) yaratmaq prinsipləri demokratik 

planda quruldu. 1952-ci ildə Azərbaycan SSR EA Rəyasət 

heyəti yanında Terminologiya Komitəsi təşkil edildi və 

komitə müxtəlif sahələr üzrə terminoloji lüğətlərin 

hazırlanmasına nəzarətə başladı. Ümumiyyətlə, belə bir 

fakt maraqlıdır ki, 1930-cu ildən 1940-cı ilə qədər, yəni 

birinci mərhələnin son onilliyində 30-a yaxın, 1941-1942-ci 

illərdə 4 terminoloji lüğət nəşr olunduğu halda, 1942-ci 

ildən Terminologiya Komitəsinin təşkilinədək, yəni on il 

ərzində heç bir terminoloji lüğət nəşr edilməmişdir…

2



Əlbəttə, bu, o demək deyildir ki, 40-cı illərdə termin 



yaradıcılığı zəifləyir. Sadəcə olaraq, bir tərəfdən, müharibə 

dövründə bu cür professional məsələlərə diqqət azalır, 

ikinci tərəfdən, həmin illərin keçid dövrü olması özünü hiss 

                                                           

1

 M.A.Şirəliyev. Göstərilən əsəri, səh. 41. 



2

Ə.Ə.Orucov. Terminoloji leksika haqqında bəzi qeydlər. Nitq 

 

mədəniyyəti məsələləri, Bakı, «Elm» nəş., 1969, səh. 15. 




 

143


etdirir; 30-cu illərə qədər gələn paralellik (ikiqat yox, üçqat 

paralellik: Azərbaycan, ərəb-fars, rus-Avropa) 40-cı illərdə 

tam mənası ilə aradan qalxmırsa, demək hələ yaşamaq 

iddiasındadır, daxili enerjisi var. Bu enerji ancaq 50-ci 

illərdə tükənir. 

50-ci illərdə nəşr olunan terminoloji lüğətlər maksi-

mum demokratik lüğətlər hesab oluna bilər; lüğətlərin 

sözlüyündə milli vahidlər aparıcıdır; məsələn, «İzahlı neft 

geologiyası lüğəti»ndən

1

 aşağıdakı terminlərə diqqət edək: 



ana süxurlar, asılı sular, axtarış quyusu, açıq yataqlar, 

aşırılmış qırışıq, bərkitmə, buzlaqarası çöküntülər, verim 

əyrisi və s. və i. a. 

50-ci illərdə terminologiya sahəsindəki axtarışların 

müəyyən nəticələri 60-cı illərdə buraxılmış lüğətlərdə əks 

olunur. «Botanika terminləri lüğəti»

2

 buna nümunə ola 



bilər. Lüğətdə dəmyə əkin, amöbəoxşar quruluş, örtülü 

toxumlular, paxlalı, budaqlanma, su qıtlığı, əmici tellər, 

becərmə, sorucu, sistem kimi terminoloji söz və ifadələrlə 

yanaşı, birbaşa tərcümədən gələn, yaxud müvəffəqiyyətsiz 

tapılmış vahidlər də mövcuddur; məsələn: soxulmuş areal, 

təpədən böyümə, hava gübrəsi, yetişmiş oyuncaq və s. 

Beləliklə, 40-cı, xüsusilə 50-ci illərdə Azərbaycan 

ədəbi dili lüğət tərkibinə münasibətdə aşağıdakı meyillər 

diqqəti cəlb edir: 

1) axtarışların ümumiyyətlə lüğət tərkibini əhatə 

etməsi dayanır, diqqət daha çox terminologiya məsələlərinə 

verilir: 30-cu illərdə lüğət tərkibinin demokratik əsaslar 

üzərində qurulması terminologiyanın da tədricən bu isti-

qamətdə təşkilini təkid edir; 

                                                           

1

 Q.A.İsmayılov, Ə.V.Məmmədov, S.H.Salayev. İzahlı neft geologiyası 



lüğəti, Bakı, Azərb. Dövlət neft və elmi-texniki ədəbiyyat nəşriyyatı, 1959. 

2

 Botanika terminləri lüğəti, Bakı, Azərb. SSR EA nəş., 1963 




 

144


2) sabit leksik normanın müəyyənləşməsi ilə lüğət 

tərkibində stilistik diferensiasiya güclənir; 

3) yeni anlayışlar əksərən sintaktik yolla ifadə olunur, 

ona görə də söz birləşmələrinin leksik-semantik imkanları 

genişlənir – hər şeydən əvvəl, metaforalaşma yolu ilə 

müxtəlif sahələrə aid ifadələr yaranır. 

50-ci illərdə ədəbi-bədii dildə lüğət materialı ilə 

əlaqədar gedən proseslər ümumən lüğət tərkibindəki 

dialektik münasibətləri ifadə edir; bir tərəfdən ənənəvi söz-

obrazlar qalır (afət, pünhan, əsrar, cilvə, qəmzə, peyman, 

əhd və s.), digər tərəfdən leksik novatorluq aydın görünür

1



Ədəbi-bədii dildə leksik inkişaf həmişə iki şəkildə 

özünü göstərir: arxaikləşmə yolu ilə, bir də yeniləşmə yolu 

ilə; sözlərin arxaikliyini onların işlənmə tezliyi, daha 

doğrusu, məhdud işlənmə xüsusiyyəti müəyyən edir

yeniləşmə isə üslubi dəblə bağlı olur, söz və ifadələr 

tədricən işləkliyini genişləndirir. 50-ci illərdə ədəbi-bədii 

dildə arxaikləşmə ən çox ərəb-fars sözlərini əhatə edir, 

yeniləşmə isə bir qayda olaraq milli təfəkkür vasitəsilə 

diktə olunur (yəni yeniləşmə milliləşmə atributu ilə çıxış 

edir); məsələn: tellənmək, sızıldı, vətəncanlı, çillə-çillə, 

adamcığaz

2

 və s. 



Poetik təfəkkürün söz axtarışı milli köklərə istinad 

etdiyinə görə alınan məhsul da demokratik məzmuna malik 

olur; əlbəttə, bu məhsulun normativləşib - normativləş-

məməsini ədəbi dilin, onun estetik məzmununun sonrakı 

vəziyyəti müəyyən edir, lakin fakt faktlığında qalır ki, 

                                                           

1

  Bax:  T. Hacıyev. Elmi-zehni səviyyə və bədii dildə novatorluğun faktı. – 



«Azərbaycan» jur., 1980, № 10. 

2

 Misallar buradan alınır: 



Г.А.Абдуллаева. Художественный стиль 

современного азербайджанского литературного языка, Баку, АКД, 1987, 

стр. 15-16.

 



Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə