A. M. Qurbanov amea-nın müxbir üzvü



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə43/149
tarix06.05.2018
ölçüsü2,78 Mb.
#42890
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   149

 

132


vahidləri kimi təsbit edildi. İkinci zərərli meyil ictimai-

siyasi, elmi-texniki tərəqqi, təsərrüfat-iqtisadi və s. 

hərəkatla bağlı anlayışlar ifadə edən bir çox sözlərin kütləvi 

şəkildə rus dilindən alınıb işlədilməsindən ibarət idi. Bu 

sözlərin Azərbaycan dili qanunları ilə uyğunlaşmayan, dilin 

leksik-semantik tələblərinə cavab verməyən, ümumxalq 

malı ola bilməyən hissəsi təbii olaraq dildən çıxarılmış və 

yerini müvafiq paralellərə vermişdir. Üçüncü meyil 

Azərbaycan dilində daxili imkanlar hesabına yeni sözlər 

yaradılması ilə səciyyələnirdi. Məlum olduğu kimi, dildə 

kənar elementlərin təsiri nə qədər güclü olsa da, daxili 

imkanlar həmişə aparıcı xarakter daşıyır. Lakin daxili 

imkanlar hesabına yaranan sözlərin hamısı dilin inkişafı ilə 

bağlı tələbatı tam təmin edə bilmir. Yalnız elə sözlər 

ümumişlək xarakter qazanır ki, onlar həqiqi zərurətlə 

əlaqədar yaranmış olsun. Sovet dövrü ədəbi dilinin ilk 

mərhələsində bu zərurət yeni ictimai anlayışların 

ifadəsindən ibarət idi. Bu dövrdə-meydana gələn və ictimai 

həyatın real ifadəçisi kimi işlənən sözlərin böyük bir qismi 

ədəbi dilin lüğət tərkibini zənginləşdirdiyi halda, bəziləri 

fərdi yaradıcılıq təşəbbüslərinin məhsulu kimi yaranaraq 

purizm təsiri bağışlayırdı. Bu sözlərin yaradılmasında 

məqsəd heç də dilin zənginliyini təmin etmək, onun ifadə 

imkanlarını genişləndirmək deyil, əslində uzun müddətdən 

bəri dilimizdə işlənib, ümumxalq səciyyəsi kəsb etmiş 

alınmalardan dilimizi «təmizləmək», dili «milliləşdirmək» 

idi ki, bu, zərərli nəticələrə apara bilərdi. Belə ki, 

ümumxalq malına çevrilmiş sözlərdən imtina etmək, bir 

tərəfdən mümkün deyildi, digər tərəfdən isə, bu, dili 

yenidən çılpaqlaşdırmaq, ifadə imkanının zənginliyindən əl 

çəkmək demək idi. Ona görə də uydurma sözlər dilin lüğət 

tərkibində özünə daimi yer qazana bilmədi. 




 

133


N.P.Petrov çuvaş dili haqqında yazır: «30-40-cı 

illərdə ədəbi dilin leksik vasitələrinin seçilməsi neytral 

üslub adlanan ən normativ, ən ənənəvi, ən standart dil 

yaratmaq məqsədi güdür»

1

. Demək lazımdır ki, bu fikir 



müəyyən qeyd-şərtlə müvafiq mərhələdə Azərbaycan dilinə 

də aid edilə bilər. 30-40-cı illərdə lüğət sahəsində dil 

quruculuğunun əsas məqsədi optimal leksik norma 

yaratmaqdan ibarət idi. Əsas işi bir sıra hallarda yenə 

ziyalılar görürdülər, ona görə də həmin optimal leksik 

normanı yaratmaq çətin mübarizə şəraitində gedirdi. 

Şübhəsiz, mübahisələrin kəsilməsi (əlbəttə, söhbət prin-

sipial məsələlərdə olan mübahisələrin kəsilməsindən gedir) 

də yenə 30-cu illərin ortalarından etibarən xalq kütləsinin 

ictimai-mədəni fəaliyyətinin genişlənməsilə mümkün oldu. 

30-cu illərin ortalarından etibarən ziyalılar daha ardıcıl 

şəkildə demokratik mövqedə durdular, onların tərkibi 

sürətlə dəyişdi. 

Birinci mərhələnin sonlarında artıq ədəbi dilin 

normativ leksik tərkibi müəyyənləşmişdi. Ə.Babazadə, D. 

Quliyev, Y.Əliyev və C.Əfəndiyevin birgə tərtib etdikləri 

«Orfoqrafiya lüğəti» 1940-cı ildə nəşr edildi, bu lüğət 

müəyyənləşmiş normanı əks etdirirdi. 

1920-1940-cı illərdə lüğət tərkibinin normalaşması 

prosesi başa çatdı, söz yaradıcılığı mənbələrinə leksik 

inkişafın münasibəti müəyyən edildi, ədəbi dillə xalq 

dilinin qarşılıqlı əlaqəsi təmin olundu. Sonrakı mərhələdə 

lüğət tərkibinin inkişafı məhz birinci mərhələdə əsası 

qoyulmuş prinsiplərlə gedir. 

 

 

                                                           



1

 

Н.П.Петров. Чувашский язык в советскую эпоху, Чебоксары, Чувашс-



кое книжное издательство, 1980, стр. 124. 


 

134


                              İ k i n c i   m ə r h ə l ə   

40-80-ci illərdə lüğət tərkibinin inkişafı 

 

1940-1980-ci illər mərhələsi Azərbaycan ədəbi dilinin 



həqiqi mənada çiçəklənmə dövrünü təşkil edir. Ədəbi dilin 

inkişaf prosesi gücləndikcə lüğət tərkibinin zənginləşməsi 

üçün daha real imkanlar yaranan bu mərhələdə dildaxili 

qanunların çəkisi də artmağa başlayır. Bu mərhələnin ən 

səciyyəvi xüsusiyyətləri söz yaradıcılığı imkanlarının 

artması ilə birlikdə ədəbi dilin terminoloji potensialının rus 

dili alınmaları hesabına zənginləşməsindən ibarətdir. Bu 

mərhələdə, xüsusən mərhələnin ilk dövrlərində ədəbi dildə 

işlənmiş, lakin ümumxalq malı ola bilməyən bir sıra rus 

sözlərinin potensialı azalmış, daha məqbul və ümumişlək 

ərəb-fars mənşəli sözlər yenidən ədəbi dilə qaytarılmışdır. 

Lüğət tərkibinin mənşə mənzərəsini təsəvvür etmək 

üçün 1940 və 1975-ci illərdə nəşr olunmuş orfoqrafiya 

lüğətlərinin leksikasının bu baxımdan (mənşə münasibəti 

baxımından) müqayisə edilməsi maraqlı nəticələrə gəlməyə 

imkan verir; hər şeydən əvvəl ona görə ki, bu lüğətlərdən 

birincisi, lüğət tərkibinin sovet dövründəki inkişafının 

birinci, ikincisi isə ikinci mərhələsini təqribi yekunlaşdırır. 

İrəlicədən qeyd edək ki, o sözlər ki Azərbaycan dili 

sözdüzəldicilik vasitələri ilə formalaşıb, kökünün hər hansı 

dilə məxsus olmasına baxmayaraq onlar Azərbaycan sözləri 

kimi hesaba alınır. 

Cədvəldə  Az – Azərbaycan, ƏF – ərəb-fars, RA – 

rus-Avropa mənşəli sözləri göstərir: 




 

135


 

Hərflər 


Mənşə 

tərkibi 


1940 1975 Hərflər 

Mənşə 


tərkibi 

1940 1975 

 

1 2 3 4 1 2 3 4 



Az 


808  

(-51,8%)


2600  

(75,9%) 


Az 


812  

(62%) 


3082  

(83,3%) 


ƏF 

120  


(7,7%) 

235  


(6,7%) 

ƏF 


203  

(15,4%) 


330  

(8,9%) 


RA 

631  


(40,5%) 

593  


(17,4%) 

RA 


296  

(22,6%) 


282  

(7,8%) 


Az 


124  

(38,4%) 


504  

(62,2%) 


Az 


1025  

(73,2%) 


4382  

(89,7%) 


ƏF 

70  


(21,6%) 

151  


(18,6%) 

ƏF 


173 

(12,4%) 


383 

(7,6%) 


RA 

129  


(40%) 

155  


(19,2%) 

RA 


202  

(14,4%) 


119 

(2,7%) 


Az 


726 

(58,9%) 


3883  

(86,3%) 


E (

Э



Az 

114 


(25,8%) 

658 


(72,4%) 

ƏF 


131 

(10,6%) 


380 

(8,5%) 


ƏF 

37 


(8,4%) 

72 


(8%) 

RA 


377 

(30,5%) 


233 

(5,2%) 


RA 

291 


(65,8%) 

178 


(19,6%) 

Ə 

Az 



309 

(62,8%) 


1338 

(75,7%) 


Az 


(16,1%) 


10 

(21,8%) 


ƏF 

183 


(37,2%) 

430 


(24,3%) 

ƏF 


(3,2%) 


(2,1%) 


RA –  – 

RA 25 


(80,7%) 

35 


(76,1%) 

Az 



180 

(49,4%) 


776 

(77,7%) 


İ 

Az 


355 

(47,1%) 


1754 

(77,3%) 


ƏF 

150 


(41,2%) 

207  


(20,7%) 

ƏF 


153 

(20,2%) 


405 

(17,8%) 


RA 

34 


(9,4%) 

15 


(1,6%) 

RA 


249 

(32,7%) 


109 

(4,9%) 


Y (

Е, Й, 


Ю, Я

Az 



738 

(90,4%) 


1878 

(96,7%) 


Az 


605 

(48,1%) 


2543 

(74%) 


ƏF 

24 


(3%) 

48 


(2,5%) 

ƏF 


128 

(10,2%) 


415 

(12%) 


RA 

54 


(6,7%) 

15 


(0,8%) 

RA 


523 

(41,7%) 


480 

(14%) 


Az 


399 

(90,3%) 


1542 

(88,1%) 


Az 


163 

(38,4%) 


579 

(63,3%) 


ƏF 

43 


(9,7%) 

153 


(8,7%) 

ƏF 


80 

(18,8%) 


230 

(25,2%) 


RA –  55 

(3,3%) 


RA 

182 


(42,8%) 

105 


(11,5%) 


Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə