A. M. Qurbanov amea-nın müxbir üzvü



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə40/149
tarix06.05.2018
ölçüsü2,78 Mb.
#42890
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   149

 

123


maraq doğurur. Təsadüfi deyildir ki, belə vasitələr ədəbi 

dildə yaranmış yeni meyillərin ənənəsi ilə əlaqədar sonrakı 

dövrlərdə də davam etmiş, xalqın əmək və məişət həyatı ilə 

bağlı tarla gözəli, hava avtobusu, hava gəmisi, polad at, ağ 

qızıl, ağxalatlılar, qara qızıl, vətənin qanadları, göydələn 

və s. kimi müxtəlif söz və ifadələr meydana gəlmişdir

1



 



* * * 

 

30-cu illərdə Azərbaycan dili lüğət tərkibinin, o 



cümlədən terminologiyasının zənginləşməsində rus dilinin 

çox böyük təsiri olmuşdur. Rus dilindən alınan terminlər 

bilavasitə elmi-texniki yenilikləri, habelə ictimai-iqtisadi və 

mədəni inkişafı özündə əks etdirirdi və bu cür dil 

vahidlərinin alınıb işlədilməsi zəruri ehtiyac və həyatı 

tələbatdan doğurdu. Bu zəruri tələbat bir də özünü onda 

büruzə verdi ki, həmin dövrdə ərəb-fars, habelə türk 

sözlərinin dildən çıxarılmasına və sosializm quruculuğu 

zəminində yaranan sovetizmlərlə əvəz edilməsinə dərin bir 

meyil yarandı

2



O dövrdə Azərbaycan ədəbi dilində rus dilindən 



alınan prostoy, ustanovka, posyolka, rekonstruksiya tipli bir 

çox sözlər də işlədilmişdir

3

 ki, bunlar müasir ədəbi dilimiz 



üçün o qədər də xarakterik deyildir. Lakin belə sözlər o 

                                                           

1

  Bax:M.Adilov. Qəzet dili, ADU nəşriyyatı, Bakı, 1973, səh. 19; Дж. 



Мамедов. Газетны

й

 стил



ь

 современного азерба

й

джанского литера-



турного 

я

зыка, АКД, Баку, 1973, стр. 63; И. О. Мамедов. Лексика 



газеты.«Коммунист», АКД, Баку, 1974, стр. 10-11 və s. 

2

А.А.Магеррамов. Вопросы 



я

зыка (алфавита, орфографии, термино-

логии и грамматики, в азерба

й

джанско



й

 советско

й 

печати, АКД, Баку, 



1950, стр. 24-25. 

3

 V.İ.Aslanov. Leksik xüsusiyyətlər. Azərbaycan ədəbi dili tarixi (sovet 



dövrü), səh. 120. 


 

124


zaman çap olunmuş lüğətlərə də daxil edilmişdir

1



30-cu illərdə də rus dilindən alınıb Azərbaycan ədəbi 

dilində işlənən bir sıra sözlər sonralar ümumxalq dilində 

sabitləşmiş ərəb-fars mənşəli, bir qismi isə Azərbaycan dili 

qarşılığı ilə əvəz olunmuşdur. Bu dövrdə Azərbaycan ədəbi 

dilində işlədilib, sonrakı mərhələdə müvafiq qarşılıqları ilə 

əvəz olunmuş rus dili alınmalarını iki qrupa ayırmaq olar: 

Azərbaycan sözləri ilə əvəz olunanlar. Sovet 

dövründə Azərbaycan dilinin ifadəlilik vasitələri inkişaf 

etdikcə daxili imkanlar əsasında yeni anlayışların ifadəsinə 

xidmət edən bir sıra yeni sözlər yaranırdı. Bunların bir 

qismi dildəki bəzi alınmaları əvəz etmək baxımından ma-

raqlı idi. Təsadüfi deyildir ki, sovet dövründə Azər-baycan 

dilinə məxsus sözlərin istər əvəzedici kimi, istərsə də yeni 

anlayışların ifadə vasitəsi kimi işlənmə potensialı getdikcə 

artırdı. Azərbaycan ədəbi dilində başlanğıcdan müəyyən 

səbəblərlə əlaqədar işlədilmiş rus sözləri daxili imkanlar 

əsasında sözdüzəltmə meyilinin güclənməsi nəticəsində 

xalis Azərbaycan sözləri ilə əvəz olunurdu. Prostoy, usta-

novka  kimi sözlərin sonralar boşdayanma, qurğu, habelə 

neftostroy  mürəkkəb sözündə ikinci tərəfin tikinti 

(nefttikinti) sözü ilə əvəz edilməsi bu prosesin nəticəsi idi. 

Bu dövrdə rus dilindən alınmaların səciyyəvi xüsusiy-

yətlərindən biri də onların mənşə dildə işlədilən formasının 

olduğu kimi saxlanılması idi. Bu cəhətdən həmin dövrün 

ədəbi dilində işlənmiş kontorşik, tonna, kadro, metro kimi 

sözləri qeyd etmək kifayətdir. Azərbaycan dili-nin daxili 

qanunlarına uyğun olmayan belə sözlər sonralar dildəki 

sabitləşmə prosesində fonetik tələblərə uyğun-laşdırıldı. 

Ərəb-fars mənşəli sözlərlə əvəz olunanlar. 30-cu 

                                                           

1

  Bax:  Azərbaycanca-rusca lüğət, Azərnəşr, Bakı, 1939; Orfoqrafiya lüğəti, 



Azərnəşr, Bakı, 1940. 


 

125


illərdə ərəb-fars mənşəli sözlərin dildən çıxarılması meyili 

o qədər güclü olmuşdur ki, hətta ümumxalq səciyyəsi 

daşıyan və yeni dövrdə yeni ictimai məzmun qazanma 

imkanlarına malik olan bir çox sözlər də bu meyilin təsiri 

ilə passiv lüğət fonduna daxil edilmişdir. Lakin bu, termin 

yaradıcılığı sahəsindəki çətinliklərlə əlaqədar müvəqqəti bir 

hal idi; sonralar passiv lüğət fonduna keçirilmiş ümumxalq 

səciyyəli ərəb-fars sözlərindən termin yaradıcılığı sahəsin-

də yenidən istifadə edilməyə başladı. İctimai-siyasi, sosial-

mədəni, elmi-texniki tərəqqi, habelə inzibati vəzifə, sahə, 

həcm anlayışı ilə bağlı bir sıra rus dili alınmaları ümumxalq 

dilində uzun dövrlərdən bəri işlədilərək lüğət tərkibində 

fəal yer tutan ərəb-fars mənşəli vahidlərlə əvəz olundu. Rus 

dilindən alınmış aqressor  (təcavüzkar),  zayom  (istiqraz), 

kontrrevolyusioner  (əksinqilabçı),  stil  (üslub),  propaqanda 

(təbliğat),  deleqasiya  (nümayəndə),  revolyusion  (inqilabi), 

akitasiya  (təbliğat),  ekonomiya  (iqtisadiyyat),  abliqasiya 

(istiqraz vərəqəsi), sklad  (anbar),  smena  (növbə), 

kommerasiya  (ticarət),  prosent  (faiz),  kalendar  (təqvim), 

student  (tələbə),  aeroplan  (təyyarə),  prezidium  (rəyasət 

heyəti),  uçastok  (ərazi),  okruq  (dairə) kimi sözlər həmin 

dövr ədəbi dilinin ayrı-ayrı üslublarında, xüsusən, rəsmi 

publisist, elmi və bədii üslub nümunələrini özündə birləş-

dirən mətbuat dilində geniş işlədilirdi. Ədəbi dilin inki-

şafının ikinci mərhələsində bu sözlər Azərbaycan dilində 

əvvəlcədən mövcud olan, sosializmin coşğun inkişafı 

şəraitində yeni ictimai məzmun qazanan ümumişlək ərəb-

fars mənşəli sözlərlə əvəz edilmişdir

1



 



* * * 

30-cu illər Azərbaycan ədəbi dilində ərəb-fars mənşəli 

                                                           

1

 Sözlərin əvəzediciləri mötərizədə verilmişdir. 




Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə