A. M. Qurbanov amea-nın müxbir üzvü



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə39/149
tarix06.05.2018
ölçüsü2,78 Mb.
#42890
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   149

 

120


terminoloji səciyyəli sözlərin işlənmə potensialı artmışdı. 

Çox tezliklə ümumxalq dilinə daxil olan bu tipli alınmalar 

ədəbi dilin inkişafına da müsbət təsir göstərdi. Yaranmış 

yeni anlayışların ifadəsi üçün belə sözlərin özünəməxsus 

yeri var idi. Bunlar ayrıca işləndiyi kimi, söz birləşməsi 

tərkibində də işlədilərək müəyyən anlayış bildirməyə 

xidmət edirdi. Ədəbi dilin həmin inkişaf mərhələsində rus 

dilindən alınmış sözlərin iştirakı ilə yerli komitə, yeni 

texnika, əkin kompaniyası, pambıq planı, kultivasiya işləri, 

sosialist əkinçiliyi, sosializm iməciliyi, toxumçuluq kolxoz-

ları, yem bazası kimi birləşmələr əmələ gəlirdi və bunlar 

gündəlik informasiya prosesində fəal yer tuturdu. 

Komponentlərindən biri rus, digəri ərəb-fars mənşəli 

sözlərlə ifadə olunan birləşmələr. Bu tipli birləşmələrin 

komponentləri kimi çıxış edən sözlər alınmalardan ibarət 

olsa da, ümumxalq səciyyəlidir. Yeni ictimai dövrü 

səciyyələndirən bu cür birləşmələrdən 30-cu illərdə 

aşağıdakıların xüsusilə fəal işlədilməsini müşahidə etmək 

olurdu;  sosialist heyvandarlığı, heyvandarlıq sovxozu, 

tədarük planı, rayon təşkilatları, proletar rəhbərliyi və s 

Azərbaycan dilində həmin dövrdə bu cür birləş-

mələrlə yanaşı, hər iki komponenti rus dilindən alınmış 

sözlərlə ifadə olunan texniki normalar, radio studiyaları və 

s. tipli birləşmələrə də təsadüf edilirdi ki, günün tələblərinə 

cavab vermək və ədəbi dili zənginləşdirmək baxımından 

bunlar da özünəməxsus müsbət rol oynayırdı. 

Təsərrüfatın inkişafı ilə əlaqədar, bu dövrdə ərzaq 

vergisi, ərzaq sapalağı, ərzaq kitabçası, yeni iqtisadi 

siyasət  və s. kimi bir sıra birləşmələr də yaranmışdı ki, 

bunlar sonralar ifadə etdikləri məfhumların köhnəlməsi ilə 

öz işləkliyini itirməyə başlamışdır. 

Bu dövrə məxsus ictimai-siyasi, təsərrüfat-mədəni və 




 

121


elmi-texniki tərəqqi ilə əlaqədar bəzi söz birləşmələrinin bu 

və ya digər komponenti rus dilindən alınmış elə sözlərlə 

ifadə olunurdu ki, sonralar onlar Azərbaycan dilində 

əvvəlcədən mövcud olan və mənaca daha anlaşıqlı görünən 

sözlərlə əvəz edildi. Əslində, həmin dövrdə yeni yaranan 

birləşmələrdə bilavasitə rus dilindən alınan sözlərin 

işlədilməsi təbii idi, çünki yeni şəraitə uyğun məfhum və 

anlayışlar əvvəlcə rus dilində yaranır, adlandırılır, sonra isə 

başqa dillərdə onların ifadə qarşılıqları meydana çıxırdı. 

Yeni yaranan məfhum və anlayışlar müəyyən müddətdən 

sonra başqa dillərdə, o cümlədən Azərbaycan dilində də 

milli terminoloji vasitələrlə ifadə edilməli olurdu. Məsələn, 

bir neçə nümunəyə diqqət edək: 

Pambığı saxlamaq üçün bütün kolxozlarda binaların 

təmiri, bütün t r a n s p o r t   v a s i t ə l ə r i n i n  təmiri təmin 

edilsin  (K-4.05.1931);  K u l t u r   u ş a q   y a s l i l ə r i  təşkil 

etmək, bu yaslilərə yaxşı xidmət etmək üçün təcrübəli 

kolxozçu qadınlar ayırmaq lazımdır (K-4.05.1931); 

Seçicilərin s i y a s i   a k t i v l i y i n ə  başçılıq etmək lazımdır 

(K-4.05.1931);  Bu buruqda bərk süxurları qazmaq üçün 

f a s o n l u   b a l t a l a r d a n  istifadə edilmişdir (K-4.05. 

1931);  Düşmənlər vətənimizi soymaq və onu f a ş i z m  

k a l o n i y a s ı n a  çevirmək həsrətindədirlər (K-22.08. 

1939);  Sovet dövlətinin qüdrəti artdıqca, v a r ı l m a z  

p o l y u s u  fəth edən qəhrəman şahinlərimizin şöhrəti 

dünyanı bürüdükcə alçaq düşmənlərimizin də bizə qarşı 

vəhşi kini artır (K-3.08.1939). 

Bu birləşmələrdəki kultur, aktiv kimi sözlər hələ 20-ci 

illərdən ədəbi dildə işləndiyi halda, yasli, fason, kaloniya, 

polyus  sözlərinə məhz 30-cu illərin mətbuatında təsadüf 

olunur. Daha sonralar bu cür alınmalar Azərbaycan 

dilindəki  mədəni, fəal, müstəmləkə, qütb kimi ərəb-fars 




 

122


mənşəli sözlərlə, yasli  və  fason  sözləri isə Azərbaycan 

dilinə məxsus uşaq bağçası, dişli balta birləşmələri ilə əvəz 

edilmişdir. 

30-cu illərdə cəmiyyətin sosial inkişafı və elmi-

texniki tərəqqi ilə əlaqədar məcazi məna daşıyan bir sıra 

yeni sözlər və söz birləşmələri də yaranmışdı. Bilavasitə 

yarandığı dövrün sosial ifadəsinə xidmət edən belə dil 

vahidlərinin mühüm bir qismi hətta sonrakı dövrlərdə də öz 

işləkliyi ilə nəzəri cəlb edir. Həmin dövrlə bağlı məcazi 

mənalı söz və ifadələrin daha geniş yayılanlarına aid 

aşağıdakıları göstərmək olar: 

Ş u r a   g ə m i s i  cəsarət və qorxusuzluqla dalğaları 

kəsir  (K-3.07.1937);  İ n q i l a b   d a l ğ a l a r ı n ı n  yüksəlişi 

nəticəsində kapitalizm sistemi getdikcə sarsılmaqdadır. 

Üçüncü b o l ş e v i k   y a z ı n a  bolşevik hazırlığı davam edir 

(K-1.05.1930);  Sovet  h a v a   g ə m i s i n i n   Portland 

yaxınlığında zəfərli finişi sosialist dövlətinin əzəmətini bir 

daha nümayiş etdirdi (K-10.04.1932);  Mayın 30-da qrup 

həmkarlar komitəsi ə l a ç ı l a r   g e c ə s i  təşkil etmişlər (K-

27.07.1937); Bunlar quruculuğumuz üçün c a n l ı   r ə q ə m -

l ə r d i r   (Kİ-2.04.1935);  Bütün işləri b o l ş e v i k   r e l s -

l ə r i n ə  keçirməyə başlamışlar (K-4.02.1930);  Həmkarlar 

orqanlarının müştərək müqavilənamələrin müzakirəsi 

işində gecikmələrinə baxmayaraq, bu hazırlıq işləri işçilər 

arasında b o l ş e v i k   s ü r ə t i  ilə aparıldı (K-29.03.1932); 

Komsomol buruğuna verilmiş 6 düyməli kvadrat aşağı 

keyfiyyətli və gödək olduğu üçün işin surətlə getməsinə 

mane olur (K-30.03.1932) və s. 

Ümumiyyətlə, ədəbi dilin inkişaf xüsusiyyətlərini 

özündə parlaq şəkildə əks etdirən mətbuat dilində yeni 

dövrün ictimai-siyasi, mədəni-kütləvi və elmi-texniki 

tərəqqisinə aid məcazi ifadə vasitələrinin işlədilməsi xüsusi 




Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə