A. M. Qurbanov amea-nın müxbir üzvü



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə41/149
tarix06.05.2018
ölçüsü2,78 Mb.
#42890
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   149

 

126


sözlərin ümumi potensialı getdikcə azalmağa başlayır. 

Yalnız uzun müddətdən bəri işlədilərək ümumxalq səciy-

yəsi qazanmış və dilimizin lüğət fonduna daxil olmuş 

sözlərə təsadüf edilir. İnqilabdan əvvəlki dövrdə «yüksək 

üslub» ənənəsi üzrə işlədilən sözlər isə olduqca azlıq təşkil 

edir. Həmin sözlər də sonralar ya Azərbaycan dilinə məx-

sus, ya da rus dilindən alınan daha anlaşıqlı qarşılıqları ilə 

əvəz edilir. Bu dövrdə işlədilən həmin sözlərdən aşağı-

dakılar xüsusilə səciyyəvidir: 

Azərbaycan dili qarşılığı ilə əvəz edilənlər. M ü t -

t ə h i d  xarici ticarət yaradılması məsələlərində, inter-

nasional bolşevik siyasəti əleyhinə birinci çıxış yapmışdır 

(K-2.02.1931);  Azərbaycan H i l a l - Ə h m ə r  Cəmiyyəti 

kommunist firqəsinin rəhbərliyi altında böyük müvəf-

fəqiyyətlər əldə etmişdir (K-6.01.1936);  1920-ci ildən bəri 

təşkilat m ü t t ə s i l  artır (YY-4.03.1932);  Əli Bayramov 

n a m i n ə   tikiş  fabrikasının bir nəfər işçisi Polşada 

səfarətimiz üzərinə həyasız hücum hazırlandığı məlumatını 

nifrətlə dinləmişdir (K-5.04.1932) və s. 

Bu misallardakı müttəhid  sözü əvəzinə sonralar 

Azərbaycan dilinə məxsus birləşmiş, Hilal-Əhmər əvəzinə 

Qırmızı Aypara, müttəsil əvəzinə  daim, naminə əvəzinə 

adına  sözləri işlədilməyə başlanmışdır. 30-cu illərdə nəşr 

olunmuş lüğətlərdə də inqilabdan əvvəlki dövrdə assimil-

yativ təsirlə işlənən, ədəbi dilin keçid, hətta dirçəliş və 

normalaşma dövrlərində də mühafizə olunan istihalə, 

mühəqqəq, müğayir, nəməkdan, pərvəriş, xoşnud və s. kimi 

ərəb-fars mənşəli sözlərə təsadüf edilir

1



Lakin sabitləşmə mərhələsində bu sözlər də tarixin 



ciddi sınaqlarından çıxa bilməyərək öz işləkliyini itirmiş

                                                           

1

 Bax. Azərbaycanca-rusca lüğət. Azərnəşr, Bakı, 1939; orfoqrafiya lüğəti, 



Azərnəşr, Bakı, 1940 


 

127


onların əvəzinə ədəbi dilin saflaşmasını və zənginləşməsini 

təmin edən müvafiq ifadə vasitələri əmələ gəlmişdir. 

Rus dilindən alınan sözlərlə əvəz edilənlər. 30-cu illər 

ədəbi dilində işlədilən ərəb-fars mənşəli elə sözlərə də 

təsadüf edilir ki, bunlar sonradan rus dilindən alınan bey-

nəlxalq səciyyəli qarşılıqları ilə əvəz olunmuşdur. Əfvi-

ümumi və cümhuriyyət kimi sözlər belələrindəndir.Ədəbi 

dilin sonrakı inkişaf dövrlərində əfvi-ümumi – amnistiya, 

cümhuriyyət isə respublika sözü ilə əvəz edilmişdir. 

Daha anlaşıqlı ərəb-fars sözləri ilə əvəz edilənlər. 

Ədəbi dilin dirçəliş və normalaşma dövründə bir sıra ərəb-

fars mənşəli sözlər istər ifadə və istərsə də məna cəhətdən 

ədəbi dilin inkişaf tələblərini ödəmirdi. Bu dövrdə dilin 

daxili inkişaf amilləri, habelə xəlqiləşmə və kütləviləşmə 

meyilləri güclü olduğundan lüzumsuz görünən ərəb-fars 

mənşəli sözlərin də işlənmə potensialı daralırdı. Dilin inki-

şaf meyilləri əsasında həmin sözlərin yalnız əsl Azərbaycan 

və ya rus sözləri ilə deyil, habelə uzun illərdən bəri dili-

mizdə işlənib sabitləşmiş və xəlqi xarakter daşıyan daha 

anlaşıqlı ərəb-fars qarşılıqları ilə əvəz olunması da özünü 

göstərir. Belə ki, bu dövrdə işlənən əfkar-ümumiyyə, 

müsəlləh, cahan kimi sözlər sonralar yeni ictimai məzmun 

çaları olan ictimai rəy, silahlı, dünya sözləri ilə əvəz edil-

məsində bu meyilin mühüm təsiri olmuşdur. 

Göründüyü kimi, hələ inqilabdan əvvəlki dövrün 

ədəbi dili üçün səciyyəvi olan çətin anlaşıqlı ərəb-fars söz-

ləri 30-cu illərin əvvəllərində də Azərbaycan dilində 

işlənmişdir. Sonrakı illərdə isə belə sözlərin işlədilməsinə, 

ümumiyyətlə təsadüf edilmir. Onlar öz yerini getdikcə dili-

mizin lüğət tərkibində sabitləşmiş sözlərə və rus dilindən 

alınmalara verir. 

* * * 



 

128


       30-cu  illərdə,  xüsusən  bu  mərhələnin  ilk  illərində 

Azərbaycan ədəbi dilində inqilabdan əvvəlki dövrün 

səciyyəvi «yüksək üslub» ənənəsi ilə bağlı bilavasitə türk 

dilinə məxsus olan sözlərin də işlədilməsinə təsadüf olunur. 

Bu sözlərin bir qismi türk, digər qismi isə Avropa mənşəli 

idi. Avropa mənşəli sözlərdə türk dilinə məxsus ifadə tərzi 

saxlanılırdı. Bu sözlər, əsas etibarilə, aşağıdakılardan ibarət 

idi. 


Türk mənşəli sözlər. Türk sözləri ayrı-ayrı nitq 

hissələrinə məxsus müxtəlif dil vahidlərindən ibarət idi. 

Sonralar həmin sözlər ədəbi dildən sıxışdırılıb çıxarıldı. 

Bunlara aid aşağıdakıları misal göstərmək olar: 

Analıq və cocukluk mühafizəsinə keçən ildə 29700 

manat xərclənmişdir (K-29.03.1932); 

Saxta p a r a  

dövlətlər arasında mübarizə üçün bir vasitə olaraq 

burakılmışdır  (Gİ-2.06.1935);  Bu kurslara bin nəfər cəlb 

olunacakdır  (Gİ-5.03.1932);  Buna baxmayaraq, Dəvəçi, 

Xaçmaz, Xudat və Kusar kibi böyük dairələri əhatə edən 

imalatxanalarda ayda bir traktoru təmir e d ə m i r l ə r . 

Bugünkü ihtiyaclarımıza karşı çox geridə k a l d ı k l a r ı n ı , 

şübhəsiz, təsdik edərsiz (Gİ-2.06.1935);  Okruqlarda, 

dairələrdə və başka şəhərlərdə xidmətdə b u l u n a n  

xidmətçilər xidmətə b u l d u k l a r ı  yerdə təmizlənəcəkdirlər 

(K-18.07.1932) və s. 

Bu qəbildən olan türkizmlərə Sovet hakimiyyətinin 

ilk onilliklərində yaranmış bədii ədəbiyyat nümunələrində 

də təsadüf olunurdu. Məsələn: 

Tək-tək qapıya gəldikdə üzünü elə bərk tutardı ki, bir 

d ü r l ü  müəllim öz məqsədinə nail olmazdı (S. Hüseyn); 

Mənim  yol  a r k a d a ş l a r ı m   iki  kişi,  onunku  ixtiyar  bir 

qadın idi (S. Hüseyn); Kəlmələr,  cümlələr  bir  i r m a q   kimi 

yerinə görə sakit, durğun, mövqeyinə görə sərin və çoşğun 



Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə