A. M. Qurbanov amea-nın müxbir üzvü



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə42/149
tarix06.05.2018
ölçüsü2,78 Mb.
#42890
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   149

 

129


axın zənn edilirdi (S. Hüseyn); Bu günsüz y a r ı n  olmaz. 

Bu gün yoxsa y a r ı n l a r  da qurulmaz (R. Rza). Elə bil ay 

durur bulud dalında; O ellər gözəli, o   e l   y a v r u s u  (S. 

Vurğun) və s. 

Misallardan göründüyü kimi, türk (osmanlı) sözləri 

ərəb-fars, xüsusilə də rus dilindən alınan sözlərdən prin-

sipcə əsaslı surətdə fərqlənir: ərəb-fars və rus-Avropa mən-

şəli leksika bir qayda olaraq terminoloji xarakter daşıyır. 

Bu, əlbəttə, söz yaradıcılığı prosesi ilə bağlı idi, axtarışın 

nəticəsi idi. Türk (osmanlı) sözləri isə qeyri-terminoloji 

səciyyədədir (bin – «min», kibi – «kimi», cocuq – «uşaq» 

və s). 


Avropa mənşəli sözlər. 30-cu illərdə Azərbaycan 

ədəbi dilində türk dilinin fonetik xüsusiyyətlərini saxlayan 

Avropa mənşəli sözlər də qalmaqda idi. Daha çox termi-

noloji səciyyə daşıyan bu sözlər ya ayrıca, ya da birləşmə 

daxilində işlədilmişdir. Məsələn: 

Mərkəzi p o s t a n ı n  qəzetə şöbəsi işə soyuk yanaş-

dığına görə yerli posta kantrollarında a b o n a  toplamak işi 

də dört ayağından aksayır (Gİ-2.06.1935);  Əmək  b u r a -

s ı n d a   olan  bütün  işçilərə  təklif olunur ki, təmizliyə 

gəlsinlər  (Gİ-2.06.1935);  T e a t r o n u n   bu  təşəbbüsü  son 

zamanlarda onun nə kadar kütlələrə doğru getdiyini sübut 

edir  (Gİ-2.08.1935);  Kolçomağa və onun a g e n t ə s i  olan 

sağ və sol opportunizma qarşı firkənin baş xətti uğurunda 

kütləvi təşkilat işləri genişləndirəcəyimizə söz veririk (K-

4.07.1937). 

Tədricən ümumxalq malına çevrilib dilin lüğət tər-

kibinə daxil olan bu sözlər ədəbi dilin sonrakı inkişaf 

mərhələsində Azərbaycan dilinin daxili qanunlarının təsiri 

ilə müəyyən fonetik dəyişmələrə məruz qaldı, sadələş-

dirilərək poçt, abunə, birja, teatr, agent şəklinə salındı. 




 

130


30-cu illər ədəbi dilini səciyyələndirən xüsusiy-

yətlərdən biri də bəzi məna paralellərinin və sinonim 

cərgələrin meydana çıxması idi. Dildə bir-birinin məna 

paraleli kimi işlənən sözlərdən sonralar daha ümumişlək 

olanları özünə yaşamaq hüququ təmin edə bilmişdir. 

Maraqlıdır ki, bəzi hallarda ədəbi dildə işlənmə hüququ 

qazana bilməyən paralellərin bir qisminin yerində ərəb-fars 

mənşəli sözlərin işlənməsi üstünlük təşkil etmişdir. Aradan 

çıxan sözlərin içərisində xalis Azərbaycan sözlərinə və rus 

dili alınmalarına da təsadüf olunurdu. Məsələn, bu dövrdə 

işlənən işçi-fəhlə paralellərindən Azərbaycan dilinə məxsus 

işçi  sözü getdikcə işləklikdən qalmış, onun yerini ərəb 

mənşəli  fəhlə  sözü tutmuşdur. «İşçi» sözü dilin sonrakı 

mərhələsində daha geniş məna kəsb etmişdir; daha 

doğrusu, əvvəllər dar mənada – yalnız fəhlə  mənasında 

işlədilən bu söz sonradan mənasını genişləndirərək, lazımi 

məna yükünü qazanmışdır. İndi işçi  sözü «fəhlə» anlayışı 

ilə yanaşı, bütünlükdə ictimai əməklə məşğul olanlar 

mənasında çıxış edir. 

Bu dövrdə fars mənşəli dərnək  sözünün müqabilində 

işlədilən rus dilinə məxsus krujok  sözü də leksik-semantik 

cəhətdən özünü doğrulda bilməmiş, sonrakı mərhələdə, 

ümumiyyətlə, dilin lüğət tərkibindən çıxmışdır. 

Ədəbi dildə bu cür paralellərin mübarizəsi ilə birlikdə

bir sıra sinonim cərgələrin işlədilməsi də müşahidə edilirdi. 

Daha çox ictimai məzmunlu əməkçi – zəhmətkeş, hamilik – 

ictimai yedəyə almaq, zərbəçi – qabaqcıl kimi sinonim 

cərgələr bu dövr üçün xüsusilə səciyyəvi idi. Belə sinonim 

cərgələr ədəbi dilin söz ehtiyatını, ifadə imkanlarını, məna 

potensialını zənginləşdirməklə yanaşı, dilin təsirlilik vasitə- 

 



 

131


lərinin qüvvətlənməsində də mühüm rol oynayırdı.

1

  



Beləliklə, birinci mərhələdə (1920-1940-cı illər) ədəbi 

dilimiz, lüğət tərkibinin sabitləşməsi üçün vahid normaların 

meydana çıxması, daxili imkanların artması, ifadə 

imkanlarının zənginləşməsi baxımından möhtəşəm bir yol 

keçmişdir. 

Cəmi iyirmi il davam edən bu mübarizələr dövründə 

ədəbi dil, xüsusən onun lüğət tərkibi çox böyük mütərəqqi 

dəyişmələrə məruz qalmışdır. Cəmiyyətdəki hadisələrin 

inkişafı ilə həmahəng baş verən bu dəyişmələr nəticəsində 

ilk dövrlərdə hegemonluq edən ərəb-fars sözləri, habelə 

türkçülük meyilləri zəifləmiş, ədəbi dilin lüğət tərkibinə 

daxil olmuş türk dili sözləri dildə özlərinə daimi 

vətəndaşlıq hüququ təmin edə bilməmiş, onların yerini 

əksərən daxili imkanlar hesabına meydana çıxan sözlər 

tutmuşdur. Bu dövrdə Sovet hakimiyyəti illərində yaranan 

yeni anlayışları ifadə etmək baxımından Azərbaycan dili 

lüğət tərkibində rus dili söz və ifadələrinin də xüsusi çəkisi 

artmışdır. 

Bütün bu müsbət hallarla yanaşı, ədəbi dilə 

münasibətdə bəzi zərərli meyillər də yaranmışdı ki, bunlar 

dilin təbii inkişafına öz mənfi təsirini göstərirdi. Bu 

meyillərdən birincisi ərəb-fars sözlərindən tamamilə imtina 

etməkdən ibarət idi. Həmin meyillə əlaqədar dildə mövcud 

olan külli miqdarda lüzumsuz ərəb-fars sözləri ilə birlikdə 

ümumişlək xarakterli leksemlər də atılırdı. Lakin ədəbi 

dilin sabitləşmə dövründə lüğət tərkibinin inkişafı üçün 

mütərəqqi rol oynayan, Azərbaycan dilinin tələbləri ilə 

uyuşan, yeni ictimai məzmun qazanma imkanına malik 

olan ərəb-fars sözləri qaytarılaraq yenidən dilimizin işlək 

                                                           

1

  Bax: 


Дж. Mамедов. Газетный стиль современного азербайджанского 

литературного языка, АКД, Баку, 1973, стр. 13.

 



Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə