A. M. Qurbanov amea-nın müxbir üzvü



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə49/149
tarix06.05.2018
ölçüsü2,78 Mb.
#42890
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   ...   149

 

152


briqadası, istehsal briqadaları (K-12.04.1954),  gənclər 

briqadaları, əkinçilik mədəniyyəti (K-16.02.1955) kimi 

terminoloji vahidlərin işlədilməsi səciyyəvi idi. Bunların 

mühüm bir qismi, xüsusilə kvadrat yuva üsulu, kommunist 

gənclər briqadaları, əkinçilik mədəniyyəti və s. sonrakı 

dövrlərdə də öz işləklik xüsusiyyətini mühafizə etmişdir. 

1955-1960-cı illərdə meydana çıxan bu tipli 

terminoloji birləşmələrdə texniki tərəqqiyə aid anlayışlar öz 

əksini tapırdı. Bu cəhətdən, həmin dövrdə işlədilən 

kompleks mexanikləşdirmə, texniki kadrlar (K-16.04.1958); 

təmir-texniki stansiyaları (K-18.05.1959),  çoxsahəli kənd 

təsərrüfatı  (SK-14.04.1960) kimi birləşmələr də çox 

işlənən terminoloji dil vahidlərindən idi. 

İctimai-siyasi və mədəni-kütləvi inkişafla əlaqədar 

işlənənlər.  1940-1960-cı illər arasında meydana çıxmış və 

ya ümumişlək xarakter almış xalq evi, özfəaliyyət dərnəyi, 

sağlamlıq ocağı, mədəni ocaqlar, məktəbdənkənar tərbiyə, 

fəallar yığıncağı, siyasi dərnəklər, siyasi biliklər kimi söz 

birləşmələri mədəni-kütləvi, ictimai-siyasi inkişafla bağlı 

yaranmışdır. 

Xalq təsərrüfatının inkişafı ilə əlaqədar işlənənlər. 

1940-1960-cı illərdə xalq təsərrüfatının və ictimai 

istehsalın inkişafını səciyyələndirən mənzil tikintisi, 

istehsal gücü, təsərrüfat xərcləri, sənaye müəssisəsi, sənaye 

mərkəzləri və s. birləşmələr də nəzəri cəlb edir. 

1940-1960-cı illərdə ədəbi dildə bəzi elə söz 

birləşmələrinin işlədilməsinə də təsadüf edilir ki, bunlar 

sonrakı illərdə, xüsusən 1960-cı ildən sonrakı dövrdə ədəbi 

dilin səlisləşməsi və qrammatik normalılığın inkişafı ilə 

əlaqədar müəyyən dəyişikliyə uğrayaraq dilin qrammatik 

təbiətinə, habelə anlayışın mahiyyətinə daha çox 

uyğunlaşdırılmışdır. Bu cəhətdən həmin dövrdə işlədilmiş 




 

153


elm namizədləri (K-16.02.1955);  elm doktorları (K-

18.VIII.1956),  sosialist öhdəçiliyi (SK-14.04.1960) söz 

birləşmələrini göstərmək olar. 60-cı illərdən sonra elm 

namizədləri  və  elm doktorları birləşmələri mətbuatda 

elmlər namizədləri və  elmlər doktorları, 70-ci illərdə isə 

sosialist öhdəçiliyi birləşməsi sadələşdirilərək sosialist 

öhdəliyi şəklində formalaşdırılmışdır. 

 

* * * 



          1940-cı  ildən  sonrakı  dövrlərdə  Azərbaycan  ədəbi 

dilini səciyyələndirən xüsusiyyətlərdən biri də «gəmi-

peyk» tipli xüsusiləşməyən əlavələrin fəal işlənməsi və bir 

sıra belə struktur vahidlərin yaranmasıdır. Bunlar da 

özlüyündə mürəkkəb sözlərə oxşayır. Əksəriyyəti rus 

dilindən kalka yolu ilə yaradılan yeni dil vahidləri kimi 

maraqlıdır. Sosializm cəmiyyətinin inkişaf qanunauyğun-

luqları ilə əlaqədar ayrı-ayrı fəaliyyət sahələrinin geniş-

lənməsi sayəsində dildə əlavəli formaların yaranması meyli 

artır. Belə formalar, başlıca olaraq, elmi-texniki tərəqqi və 

cəmiyyətin sosial inkişafı ilə əlaqədar müxtəlif sahələrin 

inteqrasiyası şəraitində meydana gəlir. Məhz buna görə də 

əlavəli konstruksiyalarda, bir qayda olaraq, müxtəlif 

fəaliyyət sahələrinin inteqrasiyasına aid anlayışlar öz əksini 

tapır. İnsanın əməli fəaliyyəti ilə əlaqədar yeni sahələrin 

yaranması əlavəli konstruksiyaların yeni tiplərinin meydana 

gəlməsini şərtləndirir. İnkişaf etmiş sosializm şəraitində 

belə söz-formaların yaranması imkanları xüsusilə genişlənir 

və onların komponentləri Azərbaycan dilinə məxsus sözlər-

dən, habelə alınmalardan təşkil olunur. 

Azərbaycan dilində bilavasitə 1940-cı illərdən, xüsu-

sən də elmi-texniki tərəqqi dövrü kimi səciyyələnən bərpa 

və quruculuq illərindən sonra əmələ gələn əlavəli söz-



 

154


formalardan aşağıdakılar geniş işlənmə dairəsinə malik 

olmuşdur: 

Əlavəsi və əsas komponenti Azərbaycan dili sözləri 

ilə ifadə olunanlar: satış-sərgi, tikinti-quraşdırma, baxış-

üçaylıq. 

Komponentlərindən biri Azərbaycan, digəri ərəb-fars 

sözləri ilə ifadə olunanlar: adam-gün, dayaq-nümunə, 

yarış-müsabiqə, nəzarət-ölçü, gəmi-peyk, hesabat-seçki. 

Komponentlərinin hər ikisi ərəb-fars alınmaları ilə 

ifadə olunanlar: mədəni-məişət, tədris-təcrübə, tədris-

istehsalat. 

Komponentlərindən biri Azərbaycan dilinə məxsus, 

digəri rus dilindən alınmış sözlə ifadə edilənlər: dülgərlər-

betonçular, sarğı-izolyasiya, kvadrat-yuva, dəmir-beton. 

Hər iki komponenti rus dilindən alınmış sözlərlə ifadə 

olunanlar:  nasos-kompressor, kollektor-drenaj, vaqon-

restoran. 

Komponentlərdən  biri  rus, digəri ərəb-fars mənşəli 

sözlərlə ifadə olunanlar: texniki-təşkilat, layihə-smeta, 

maddi-texniki, sərnişin-poçt, seminar-müşavirə, mühəndis-

texnik və s. 

Azərbaycan ədəbi dilində xüsusən son zamanlar daha 

çox işlədilməyə başlamış belə sözlərdə, konstruksiyalarda, 

bir qayda olaraq, birinci komponent əsas üzv, ikinci isə 

əlavə kimi çıxış edir. Əlavə üzv əsas üzvə aid mənanın 

meydana çıxmasında bəzən yardımçı rol oynayır. Belə 

birləşmələrdən bəhs edən S.Cəfərov da onlardakı kompo-

nentlərdən birinin əlavə xarakteri daşıdığını və digərini 

müəyyənləşdirmək üçün vasitə olduğunu göstərir. Bununla 

belə


1

, qeyd etməliyik ki, bilavasitə rus dilinin təsiri ilə 

                                                           

1

 S.Cəfərov. Azərbaycan dilində söz yaradıcılığı, ADU nəşriyyatı, Bakı, 



1960, səh. 156. 


Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə