A. M. Qurbanov amea-nın müxbir üzvü



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə57/149
tarix06.05.2018
ölçüsü2,78 Mb.
#42890
növüDərs
1   ...   53   54   55   56   57   58   59   60   ...   149

 

178


Tək-tək köhnəlmiş sözlər yeri gəldikdə yenidən 

fəallaşa və ədəbi dildə işləklik qazana bilər. Belə sözlər də 

ədəbi dilin zənginləşdirilməsinə xidmət edir, lakin ədəbi 

dil, başlıca olaraq, yeni sözlər hesabına zənginləşir. 

Hər bir dilin inkişafında və xalqın ictimai həyatında 

neologizmlərin rolu böyükdür. Çünki neologizmlərdə bir 

qayda olaraq yeni anlayışların ifadəsi öz əksini tapır. 

Burada, aydın məsələdir ki, ictimai dəyişikliklərlə, elmi-

texniki tərəqqi və s. ilə bağlı meydana çıxan anlayışların dil 

vahidləri ilə ifadə edilmə zərurəti başlıca rol oynayır. Lakin 

neologizmlərin hamısı eyni dərəcədə dilin lüğət tərkibində 

möhkəmlənmir. Yeni yaranan, yeni anlayışları ifadə edən 

sözlər öz işlənmə intensivliyinə görə müəyyən müddətdən 

sonra dilin lüğət tərkibinə daxil olur və neologizmlikdən 

çıxır. N.M.Şanski göstərir ki, yeni sözlər o halda neologizm 

hesab edilir ki, onlarda məntiqi-məfhum yeniliyi və ya 

üslubi özünəməxsusluq əks olunsun. Məsələn, rus ədəbi 

dilindəki 

прилуниться, космодром, луноход, видео-

телефон, универсам, миниюбка, максипальто, автоход

 

kimi yeni sözlər işlənmişsə, artıq onların yenilik dövrü başa 



çatmışdır. Belə sözlər ümumxalq səciyyəsi qazandıqdan 

sonra ədəbi dilin lüğət tərkibinə daxil olmuş və neologizm 

xüsusiyyətini itirmişdir

1



Yeni sözlər gündəlik ünsiyyətdə işlədilməklə tədricən 

neologizm olmaq xarakterini itirir və dilin aktual leksik 

vahidlərinə çevrilir. 

Neologizmlərin bəziləri müəyyən müddətdə dildə 

işlənsə də, quruluş və semantik cəhətdən dilin daxili 

qanunlarına müvafiq gəlmədiyi üçün istifadədən qalır. 

Fərdi-üslubi neologizmlər isə yazıçı təxəyyülünün məhsulu 

                                                           

1

  Bax: 


Н.М.Шанский. Лексикология современного русского языка, М., 

«Просвещение» 1972, стр. 159.

 



 

179


kimi, məhz həmin yazıçının əsərlərinin lüğət tərkibinə daxil 

olmaqla məhdudlaşır. Beləliklə, neologizmlərin hamısı 

dildə işlək olmur və vətəndaşlıq hüququ qazanmır. 

Daxilindəki belə müxtəlifliyə görə neologizmlər iki qrupa 

bölünür. 

Sovet dövrü Azərbaycan ədəbi dilində neolo-

gizmlərdən bəhs edərkən, cəmiyyətin sosial inkişafının hər 

bir mərhələsində yaranan sözləri nəzərə almaq lazımdır. 

Məlum olduğu üzrə, sosializm cəmiyyəti quruculuğunun 

ayrı-ayrı mərhələlərində ictimai-siyasi inkişafla əlaqədar 

elə sözlər yaranmışdır ki, həmin dövr hadisələri başa 

çatdıqdan sonra bunların işlədilməsi lüzumu da aradan 

qalxmışdır. Məsələn, vaxtilə Azərbaycan dilində işlədilmiş 

yeni iqtisadi siyasət, ərzaq sapalağı, ərzaq kartoçkası, 

ortabab kəndli, yoxsul kəndli, muzdur əməyi və s. kimi 

vahidlər bu qəbildəndir. Bu xüsusiyyət elmi-texniki 

tərəqqinin səviyyəsi ilə əlaqədar yaranmış sözlərə da aiddir. 

Məsələn, vaxtilə işlədilmiş dərzbağlayan, taxıldöyən, 

taxılsovuran  və s. kimi sözlər elmi-texniki tərəqqinin 

sonrakı inkişafı ilə əlaqədar yaranmış yeni sözlərin 

müqabilində öz işləkliyini itirmişdir. 

Qeyd etməliyik ki, ictimai-siyasi inkişafla əlaqədar 

yaranmış sözlərin çox mühüm bir qismi sonradan ədəbi dilə 

daxil olmaq hüququ qazanmışdır. Sovet dövründə rus 

dilində yaranmış 

вертолет, комсомолец, магнитофон, 

орденоносный, райком

  və s. sözlər də bu qəbildəndir

1



Yarandığı dövrdə neologizm kimi səciyyələndirilən belə 



sözlər rus dilində olduğu kimi, SSRİ xalqlarının dillərinə, o 

cümlədən Azərbaycan dilinə də daxil olaraq ümumxalq 

səciyyəsi qazanmış və lüğət tərkibinə keçmişdir. Bu tipli 

sözlərin bir qismi Azərbaycan dilinə hazır şəkildə daxil 

                                                           

1

 Bax: 



Современный русский язык, I, М., «Высшая школа», 1978, стр. 33.

 



 

180


olmuş, bəziləri isə bu dilin qaydalarına uyğun şəkildə 

işlədilmişdir. Məsələn, 

комсомолец

  əvəzinə  komsomolçu, 

орденоносный

 əvəzinə ordenli  və s. Neologizmlərin 

ümumxalq səciyyəsi qazanması onların lüğət tərkibinə keçə 

bilməsində başlıca amil olduğundan dilçilik ədəbiyyatında 

bu tipli yeni sözlərə ümumdil və ya linqvistik neologizmlər, 

ikinci qrupa isə fərdi və ya üslubi (okkazional) 

neologizmlər daxil edilir. 

Fərdi (okkazional) neologizmlər ədəbi dilin lüğət 

tərkibinə daxil ola bilmədiyi üçün onlar üslubi və ya 

müəyyən ekspressivlik yaradan vasitələr kimi qiymət-

ləndirilir. Ədəbi dilin lüğət tərkibinin zənginləşməsi 

mənbələrindən biri kimi, ümumdil neologizmləri xüsusilə 

maraqlıdır. 

Elmi ədəbiyyatda neologizmlərin üç başlıca proseslə 

bağlı yarandığı qeyd edilir. Bunlar aşağıdakılardan 

ibarətdir: a) yeni anlayışların adından ibarət olanlar 

(

атомоход, космодром, астронавт, лунодром



);  b) 

köhnə sözlərin əvəz edilməsi yolu ilə yarananlar 

(

цеппелиндрижабль, авиатор-летчик, сленг-жаргон



); 

c) semantik cəhətdən dəyişərək yeni məna qazananlar 

(

пионер, память, вратар



)

1

 və s. 



Bizə elə gəlir ki, semantik cəhətdən dəyişmiş sözləri 

neologizmlərdən ayrı şərh etmək lazımdır. Çünki 

neologizm, ümumiyyətlə, ictimai həyatda, elm və texni-

kada, məişətdə yaranmış yeni anlayışların adlarından 

ibarətdir. Bu adların yaranmasında isə müxtəlif üsullardan, 

hətta başqa dildən söz alınması üsulundan da istifadə edilə 

bilər. Yeni yaranmış anlayışların adlandırılması ilə yanaşı, 

köhnə sözlərin də yeniləri ilə əvəz edilməsi əməliyyatı 

                                                           

1

 Bax: 



Современный русский язык. I, Минск, изд. БГУ, им. В. И. Ленина, 

1979, стр. 215. 154

 



Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə