A. M. Qurbanov amea-nın müxbir üzvü



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə58/149
tarix06.05.2018
ölçüsü2,78 Mb.
#42890
növüDərs
1   ...   54   55   56   57   58   59   60   61   ...   149

 

181


neologizmlərin yaranması tələblərinə tam cavab verir. Belə 

ki, dildə indiyə kimi olmayan yeni bir vahid əmələ 

gətirilməsi tələbi ödənilmiş olur. Məna dəyişməsində də 

ictimai amillərin, həmçinin sosial-iqtisadi inkişaf və elmi-

texniki tərəqqinin rolu böyükdür. Lakin məna dəyişmə-

sində, əvvəlki məna bu və ya digər dərəcədə saxlanmaqla 

sözə yeni çalarlar əlavə olunur, yeni söz, yeni vahid isə 

əmələ gətirilmir. Məsələn, vaxtilə yoldaş sözü Azərbaycan 

dilində  yol yoldaşı, ortaq, köməkçi mənalarında işlənmişsə 

də, sovet dövründə artıq bu sözün məsləkdaş  mənası da 

meydana çıxmışdır. Bununla da söz, quruluşca olduğu kimi 

qaldığı halda, onun məzmun planında dəyişmə baş vermiş 

və semantik sahəsi genişlənmişdir. Rus dilindəki 

пионер, 


вратар, память

 və s. kimi sözlərdə də buna oxşar proses 

baş vermiş, sovet dövründə onların ictimai mənaları 

genişlənmişdir

1

. A.A.Brakinanın da neologizmlərə həsr 



etdiyi əsərində semantik dəyişməyə uğramış sözlər mənaca 

genişlənmə və ya daralma yox, məhz neologizm kimi izah 

olunmuşdur. Müəllif belə hesab edir ki, sputnik  sözünün 

искусственный спутник

  mənasında işlənərək semantik 

cəhətdən genişlənməsi ilə neologizm yaranmışdır

2



Lakin göründüyü kimi, burada yeni linqvistik vahid 



yaranmamış, elmi-texniki tərəqqi ilə əlaqədar, sözün təkcə 

semantik sahəsi genişlənmişdir. 

Neologizmlərin yaranmasında başlıca şərt yeni 

sözlərin meydana gəlməsi olduğu üçün tədqiqatçıların bir 

qismi məhz bu xüsusiyyəti əsas götürmüşlər. Bu cəhətdən

müasir rus dilinə həsr olunmuş dərslikdəki «dilçilik 

                                                           

1

 Bax: 



Современный русский язык. I ч., М„ «Высшая школа». 1978, стр. 

33.


 

2

 



А.А.Брагина. Неологизмы в русском языке. М., Изд. «Просвещение», 

1973, стр. 17.

 



 

182


ədəbiyyatında sadəcə olaraq yeni sözə deyil, lap təzətər 

sözə, dildə lap yenicə işlənən sözə, yeniliyini danışanlar 

duyduğu sözə neologizm deyilir»

1

 fikrinə tamamilə haqq 



qazandırmaq mümkündür. Neologizmlərin səciyyəvi 

xüsusiyyətləri ilə əlaqədar

 

olan belə bir fikrə rus dilinə həsr 



olunmuş başqa əsərdə də təsadüf olunur: «birinci qrupa 

daxil olan neologizmlər (dilçilik neologizmləri – N. X.) 

yeni əşya və hadisələri, yeni ictimai münasibətləri, elm və 

texnikada yeni kəşfləri bildirməyə xidmət edir, məs: 

колхоз, электровоз, мичуринец, суворовец

 və b.»


2

Azərbaycan dilçiliyində də neologizmlər ümumdil və 



fərdi (okkozional) olmaqla iki qrupa bölünmüşdür. Burada 

da ümumdil neologizmlərinin başlıca xüsusiyyəti onların 

yeni əşya və hadisələrin adları kimi meydana çıxması 

zərurəti ilə izah olunur. Semantik dəyişmədən – sözlərin 

mənaca daralması və genişlənməsindən ayrıca bəhs edilir

3



Ümumdil (linqvistik) neologizmləri. Azərbaycan 

dilindəki ümumdil neologizmlərinin yaranmasında dörd 

əsas meyil müşahidə edilir. Bunlardan biri cəmiyyətin 

sosial inkişafı ilə əlaqədar yaranmış anlayışların yeni 

sözlərlə ifadə edilməsi zərurətindən doğan başlıca meyildir. 

İkincisi, alınma söz əvəzinə Azərbaycan dilinin sözyaratma 

qanunları əsasında yeni vahidlərin düzəldilməsi meyilindən 

ibarətdir. Bu meyillər istər sözdüzəldici şəkilçi vasitəsi ilə, 

istərsə də analitik yolla düzələn neologizmlərdə müşahidə 

olunur. Azərbaycan dilindəki ümumdil neologizmlərinin 

üçüncü qismini ərəb-fars mənşəli və ya vaxtilə Azərbaycan 

                                                           

1

 Bax: 


Современный русский язык. I ч., М., «Высшая школа», 1978, стр. 

33.


 

2

 



А.М.Земский, С.Е.Крючков, М.В.Светлаев. Русский язык. ч. I, М., Изд. 

«Просвещение», 1971, стр. 38.

 

3

  Bax:  Azərbaycan bədii dilinin üslubiyyatı (oçerklər), Bakı, «Elm» 



nəşriyyatı, 1970, səh, 102. 


 

183


dilinin daxili imkanları əsasında düzəlmiş bəzi sözlərin 

əvəzinə əsasən rus dilindən alınmış vahidlərin işlədilməsi 

təşkil edir. Məcazi mənalı yeni vahidlərin əmələ gəlməsi ilə 

neologizmlərin mövcud potensialının genişlənməsi 

dördüncü meyildir. Qeyd etməliyik ki, Azərbaycan 

dilçiliyində söylənmiş fikir və mülahizələrdə neologiz-

mlərin yeni məfhum ifadə etməsi xüsusiyyətinə daha çox 

diqqət yetirilmişdir. Sovet dövründə Azərbaycan dilinin 

lüğət tərkibinə daxil olmuş ümumdil neologizmlərinin 

yaranma xüsusiyyətləri, əsas etibarilə, aşağıdakılardan 

ibarətdir. 

Azərbaycan ədəbi dilində bilavasitə ictimai-siyasi 

amillərin və elmi-texniki tərəqqinin təsiri ilə yaranan 

neologizmlər başlıca yer tutur. Belə ki, cəmiyyətdə baş 

verən inkişafla həmahəng olaraq, dildə də bir sıra yeni 

sözlər yaranır. M.İ.İsayev dilin cəmiyyətlə bağlı inkişaf 

perspektivləri barədə yazır: «Dil cəmiyyətlə sıxı əlaqədə 

mövcud olur və inkişaf edir. Tarixi bir zərurət kimi 

meydana gələn dil cəmiyyətin onun qarşısına qoyduğu 

tələblərə cavab verməyə qadir olmalıdır. Dil cəmiyyətin 

vəziyyətini əks etdirir və onun tərəqqisinə fəal kömək 

göstərir. Dil və cəmiyyətin dialektik əlaqəsi bundadır»

1



Sovet dövründə Azərbaycan ədəbi dilində məhz 



cəmiyyətdəki inkişaf perspektivlərini əks etdirən bir çox 

yeni sözlər meydana gəlmişdir. Azərbaycan dilində ictimai-

siyasi inkişaf və elmi-texniki tərəqqi ilə əlaqədar, düzəltmə 

və mürəkkəb quruluşlu neologizmlərin əmələ gəlməsi daha 

çox müşahidə olunur. 

Düzəltmə neologizmlərin yaranmasında əsas etibarilə 

                                                           

1

 



М.И.Исаев. Языковое строительство как один из важнейших 

экстралингвистических факторов развития языка. «Язык и общество», 

М., Изд. «Наука», 1968, стр. 82.

 



Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə