A. M. Qurbanov amea-nın müxbir üzvü



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə59/149
tarix06.05.2018
ölçüsü2,78 Mb.
#42890
növüDərs
1   ...   55   56   57   58   59   60   61   62   ...   149

 

184


aşağıdakı sözdüzəldici şəkilçilər iştirak edir: 

-ıcı, (-ici, -ucu, -ücü) şəkilçisi. Bu şəkilçi vasitəsilə 

sovet dövrü ədəbi dilimizdə bayraq  sözü ilə birinci növ 

təyini söz birləşməsi şəklində işlənərək əmək cəbhəsində 

fərqlənmə anlayışı ifadə edən «keçici» sözü yaranmışdır. 

Bu söz ictimai əməyin coşqun inkişafı illərinin məhsulu 

olduğu üçün kollektivləşmə dövründə, Böyük Vətən 

müharibəsindən sonrakı quruculuq illərində işlənmiş, 1960-

cı ildə nəşr olunmuş «Azərbaycan dilinin orfoqrafiya 

lüğətinə daxil edilmiş və sonrakı lüğətlərdə də qeydə 

alınmışdır

1

. Mətbuatda və bədii dildə 1960-cı illərdə daha 



fəal işlənməyə başlanmışdır: 

Briqadamız  bu  il  k e ç i c i   b a y r a q   almışdır  (K-

16.03.60);  Bu il bizim zavodumuz əmək qələbələrinə görə 

keçici bayraqla təltif edilmişdir (K-18.04.65);  Keçici 

bayraqlar yan-yana durur (S. Vurğun) və s. 

İctimai əməyin cəmiyyətdəki fəal mövqeyi ilə 

əlaqədar düzəldilmiş keçici  sözü artıq ədəbi dilin indiki 

mərhələsində neologizmlikdən çıxmış, ümumxalq səciyyəsi 

qazandığı üçün ümumişlək sözlər sırasına keçmişdir. Son 

dövrlərdə bu sözün semantik imkanlarının genişlənməsi 

sayəsində yeni keçici vımpel söz birləşməsi də meydana 

çıxmışdır:  Keçici vımpel məktəblilərə təqdim olundu (AP-

18.05.76). 

-ıcı (-ici, -ucu, -ücü) şəkilçisi vasitəsilə Azərbaycan 

dilində sosialist cəmiyyətinin demokratik inkişaf 

nailiyyətlərini əks etdirən seçici  sözü də əmələ gəlmişdir. 

Bu sözün yaranması keçici  sözünə nisbətən daha əvvəlki 

dövrə aid olduğu üçün, demək olar ki, 30-cu illərdən nəşr 

olunan bütün Azərbaycanca-rusca lüğətlərdə, orfoqrafiya 

                                                           

1

 Bax: Azərbaycanca-rusca lüğət. Bakı, 1965; Azərbaycan dilinin orfoqrafiya 



lüğəti, Bakı, 1975; Azərbaycan dilinin izahlı lüğəti, I c., Bakı, 1966 və s. 


 

185


lüğətlərində və izahlı lüğətdə qeydə alınmışdır. Seçici sözü 

yarandığı vaxtdan öz kütləviliyi ilə ümumxalq xarakteri 

qazanmışdır. Artıq çoxdan bəri bu söz ümumişlək 

leksikaya daxil olmuşdur. Seçici  sözünün işlədilməsinə 

müxtəlif dövrlərdə, ədəbi dilin müxtəlif üslublarında bol-

bol rast gəlmək olur: 

S e ç i c i l ə r  səhər tezdən məntəqəyə toplaşmışdılar 

(K-16.04.38);  S e ç i c i l ə r l ə  söhbət aparılmışdır (K-

22.03.51); Deputatlığa namizədlərlə s e ç i c i l ə r i n  görüşü 

keçirilmişdir (K-12.02.76) və s. 

Azərbaycan dilində -ıcı (-ici, -ucu, -ücü) şəkilçisi 

vasitəsilə elmi-texniki nailiyyətləri əks etdirən qırıcı  sözü 

də əmələ gəlmişdir. Bu sözün yaranması, əsasən, I 

mərhələnin ikinci onilliyinə təsadüf etsə də, 30-cu illərdə 

nəşr olunmuş lüğətlərə, həmçinin 1940-cı ildə nəşr 

olunmuş «Orfoqrafiya lüğəti»nə düşməmiş, yalnız 1941-ci 

ildə nəşr olunmuş «Azərbaycanca-rusca» lüğətə daxil 

edilmişdir. 

Qırıcı sözü də keçici və seçici sözləri kimi, artıq dilin 

ümumişlək leksikasına daxil olmuşdur. Ona görə də bu 

sözə ədəbi didin müxtəlif üslublarında təsadüf edilir: 

Sovet q ı r ı c ı l a r ı  düşmənin canlı qüvvəsinə və 

texnikasına böyük tələfat verir (K-16.03.42);  Q ı r ı c ı  

təyyarələr göydə halay vururdu (K-18.07.44); 

Q ı r ı c ı l a r ı m ı z ı n  o biriləri qəsəbənin üzərində hərlənir 

və yoldaşlarının keşiyini çəkirdi (Ə. Vəliyev) və s. 

Həmin şəkilçinin köməyi ilə yaranmış «soyuducu» 

sözü də öz yaranma və ədəbi dilimizdə işlənmə taleyinə 

görə maraqlıdır. 

Rus dilindəki «xolodilnik» sözünün azərbaycanca 

qarşılığını axtaran yazıçılarımız müxtəlif sözlərdən istifadə 

etmişlər. R. Rza «soyutqan» sözünü şeirə gətirmişdir: 




 

186


S o y u t q a n , televizor, radio, qəndqıran maşın (R. Rza). 

Yazıçı M. Hüseyn isə «Yeraltı çaylar dənizə axır» 

romanında bu mənada «buz dolabı» birləşməsini 

işlətmişdir: B u z   d o l a b ı n d a n   yağ,  pendir  çıxartdı. 

-lıq (-lik, -luq, -luk) şəkilçisi. Azərbaycan dilində 

məhsuldar olan bu şəkilçi vasitəsilə də sovet dövründə bir 

sıra neologizmlər yaranmışdır. Bu cəhətdən yenilik, 

üzümçülük  kimi sözlər xüsusilə maraqlıdır. Yenilik  sözü 

Sovet hakimiyyətinin ilk illərində köhnəliklə mübarizə 

prosesində yaranmışdır. Kütləvi xarakter daşımaq 

baxımından geniş imkanlara malik olan bu söz tezliklə 

ədəbi dilin lüğət tərkibinə keçmişdir: 

Y e n i l i k  tərəfdarları bu mübarizədə qalib gələcəkdir 

(K-18.07.28);  həyatda və məişətdə yenilik yaratmaq 

təşəbbüsü alqışlanmalıdır (SK-21.08.32); 

Y e n i l i k  

kükrəyib köhnəliyi məhv etmək istəyir, köhnəlik təslim 

olmaq istəmir (Ə. Vəliyev) və s. 

Yenilik  sözü ədəbi dilin indiki mərhələsində əsas 

etibarilə əməli məzmun daşıyır: Aqreqatın y e n i l i y i  

dərmanlamanın səmərəliliyi ilə ölçülür (SK-18.08.76); 

Briqadamızın üzvləri İpatovo metodundan y e n i l i y i  öz 

əmək təcrübələrinə tətbiq edirlər (SK-12.02.76). 

Yenilik  sözünün əməli məzmununun genişləndiyi 

indiki mərhələdə ondan -çı  şəkilçisi vasitəsilə şəxs çalarlı 

yenilikçi sözü də düzəlmişdir: 

Qabaqcıl kollektivlərin və yenilikçilərin 

vətənpərvərlik hərəkatı təşəbbüsçülərinin təcrübəsi fəal 

surətdə təbliğ edilsin (K-2.07.83);  Təsərrüfatın müxtəlif 

sahələrində yenilikçilərin təşəbbüsləri müdafiə edilir (AG-

8.02.87) və s 

Sovet dövrü Azərbaycan ədəbi dilində -lıq  şəkilçili 

önlük sözünün də işlədilməsinə təsadüf edilir: 



Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə