A. M. Qurbanov amea-nın müxbir üzvü



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə55/149
tarix06.05.2018
ölçüsü2,78 Mb.
#42890
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   ...   149

 

171


60-cı illərdə xalq dilinə məxsus sözlərin, ifadələrin 

birinci növbədə ədəbi-bədii dildə işləkliyi estetik 

başlanğıca malik olsa da, nəticə etibarilə linqvistik 

hadisədir, çünki tədricən ümumdil səciyyəsi daşıyır və 

başqa üslubları da əhatə edir. 

«70-80-ci illər bədii nəsrində kənd mövzusu əsas yer 

tutur. Respublikanın müxtəlif rayon və kəndlərindən gəlmiş 

Azərbaycan ziyalıları nümayəndələri, yazıçılar kənd 

mövzusuna daha tez-tez müraciət edirlər»

1



«70-80-ci illər nəsrində ədəbi dilə ən yaxşı və koloritli 

dialekt sözlərini gətirmək meyili hiss olunur»

2

, müəllif 



buraya aşağıdakıları aid edir: qənşər, dam («ev» 

mənasında),  əppək, qəlbi, ustufca, yassar, məmə («ana» 

mənasında), mığmığa, pencər, ağnamaq, anşırmaq, 

eymənmək, kəsdirmək («anlamaq» mənasında), səngimək, 

qımışmaq, irişmək, təpimək, tınçıxmaq və s. Şübhəsiz 

bunların bir qisminin dialektizm olmaması barədə müəlliflə 

mübahisə etmək olar (məsələn: qənşər, irişmək və s), lakin 

fakt faktlığında qalır ki, bu tipli sözlərin ədəbi-bədii dilə 

kütləvi gəlişi əsasən qeyd edilən dövrlə bağlıdır. 

60-70-ci illərdə ədəbi-bədii dildə xalq danışıq 

leksikasının üstünlüyü 20-30-cu illərdəkindən fərqlənir: 

əsas fərq bundadır ki, 20-30-cu illərdə xalq danışıq 

leksikası ədəbi norma təşkil etmək baxımından fəallaşır, 

yəni bu elə fəallaşmadır ki, lüğət tərkibinin keyfiyyətini 

müəyyən edir, 60-70-ci illərdə isə xalq danışıq leksikasının 

üstünlüyü müəyyənləşmiş kontekstdə gedir, normanı 

yenidən qurmur, ədəbi-bədii dilin demokratikləşməsi 

                                                           

1

 

М.А.Кулиева. Лексические диалектизмы в азербайджанской советской 



художественной прозе (1970-1980-е годы), Баку, АКД, 1987, стр. 6.

 

2



 

М.А.Кулиева. Лексические диалектизмы в азербайджанской советской 

художественной прозе (1970-1980-е годы), Баку, АКД, 1987, стр. 6.

 



 

172


ümumən ədəbi-bədii fikrin demokratikləşməsi ilə yanaşı 

gedir. 


Ümumxalq leksikasının 60-70-ci illərdə ədəbi-bədii 

dilə kütləvi gəlişinin öz spesifikası var; o mənada ki, bu 

mərhələdə bir tərəfdən ədəbi-bədii təfəkkürün özü 

xəlqiləşir, folklor ifadə tərzinə qayıdış müşahidə edilir, 

digər tərəfdən, müxtəlif nəsillərdən olan yazıçılar həmin 

prosesdə eyni cür çıxış etmirlər. Ədəbiyyata 30-cu illərdə 

gələn yazıçılar (S. Rəhimov, M. İbrahimov, Ə. Əbülhəsən

Ə. Vəliyev, M. Dilbazi, O. Sarıvəlli və b.) 60-cı illərdə də 

məhz 30-cu, 40-cı illərin söz duyğusu ilə yazıb-yaradırlar; 

onların da əsərlərində xalq dili leksikası çox işlənir, lakin 

məsələ burasındadır ki, bu cür işləklik 30-cu illərin norma 

axtarışlarının davamı idi və leksik sabitlik yaratmaq 

uğrunda gedirdi. 50-ci illərin sonu, 60-cı illərin əvvəl-

lərində İ.Şıxlı, B.Bayramov, İ.Hüseynov, S.Əhmədov, Ə. 

Əylisli kimi ədəbi prosesə kənd koloriti ilə qoşulan 

yazıçıların nitqində xalq dili leksikasını artıq normativ 

fonda görürük, yəni bir tərəfdən, 30-cu illərin sabit lüğət 

fondu var, başqa tərəfdən isə, bu kontekstdə xəlqiləşmə 

gedir; bu proses xeyli dərəcədə stilizasiya faktı kimi 

maraqlıdır. 

60-cı illərdə ədəbiyyata gəlmiş görkəmli nasir-

lərimizdən Elçin yazır: «Ədəbi dilin lüğət tərkibinə daxil 

olan hər söz, qeyd etdiyimiz kimi, bədii dildə əlavə mənalar 

kəsb edir və məhz bu mənalara görə də biz bədii əsərin 

lüğət tərkibini müxtəlif semantik-üslubi qruplara bölə 

bilərik. Hər bir yazıçının leksikası ədəbi dilin başqa 

üslublarına aid leksikanı (elmi, publisistik və s.), 

emosional-ekspressiv leksikanı (hörmət ifadə edən sözlər, 

kobud sözlər, qarğışlar və s), dialektizmləri, müxtəlif 

məişət sözlərini və s. əhatə edir. Bütün bu sözlərin 




 

173


işlədilməsi müəyyən norma və çərçivələr daxilində olmalı, 

mövzuya, obrazların ictimai-psixoloji vəziyyətinə, əsərin 

ümumi ideyasına uyğun gəlməlidir. 

Bədii dili təsvir olunan gerçəklikdən uzaqlaşdırmaq 

«realizm» xatirinə süni yollarla bu «realizmə» yaxınlaş-

dırmaq kimi lüzumsuzdur»

1



Yazıçı, göründüyü kimi, dövrün leksik norma 



həssaslığını duyur, ona həm nəzəri baxımdan qiymət verir, 

həm də onu əməli olaraq yazı təcrübəsində sübuta yetirir. 

60-cı illərdə leksikada xəlqiləşmə bədii üslubun şeir qolunu 

da, nəsr qolunu da eyni dərəcədə ehtiva edir. 

Ədəbi-bədii dillə yanaşı, publisistik mətnlərin dilində 

də xalq danışıq leksikasının artımı diqqəti çəkir; məsələn, 

1960-1970-ci illərdə «Kommunist» qəzetində, janrından 

asılı olmayaraq, bütün materialların dilində bu cür 

leksikanın fəal olduğu qeyd edilmişdir. Buraya: çaxnaşma, 

çörəkpulu, tutarlı şapalaq, həngamə, naşı, kefkom, vurmaq 

(içki içmək), bordaq, maçal

2

 tipli sözlər daxildir. 



1960-80-ci illərdə xalq dilinə maraq elmi üslubun 

müxtəlif təzahürlərini də əhatə edir; məsələn, «Xalq 

сoğrafiya terminlərinin izahlı lüğəti» nəşr olunur

3

. Bu 



dövrdə elmi terminologiyanın etnoqrafik faktlarla zəngin-

ləşdirilməsi ilə yanaşı, qədim türk söz-terminlərinin 

canlandırılması cəhdləri də özünü göstərir; nümunə üçün 

deyək ki, mifoloq-ədəbiyyatşünas, professor M. Seyidovun 

əsərlərinin dilində aşağıdakı qəbildən olan leksika intensiv 

şəkildə işlənir: bağımsızlıq  (müstəqillik),  bilki  (məlumat), 

                                                           

1

 Elçin. Tənqid və ədəbiyyatımızın problemləri, Bakı, «Yazıçı», 1981, səh, 



293. 

2

 И.О.Мамедов. Лексика газеты «Коммунист», АКД, Баку, 1974, стр. 25-



27. 

3

 E.Q.Mehrəliyev. Xalq coğrafiya terminlərinin izahlı lüğəti, Bakı, «Maarif» 



nəşriyyatı, 1987. 


Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə