A. M. Qurbanov amea-nın müxbir üzvü



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə63/149
tarix06.05.2018
ölçüsü2,78 Mb.
#42890
növüDərs
1   ...   59   60   61   62   63   64   65   66   ...   149

 

196


çox hallarda uyar  sözü həqiqətən müvafiq  sözünün 

əvəzedicisi kimi çıxış edə bilir: 

Landşaftda u y a r ı  olmayan kompozisiyasız ağaclar 

yığını memarlıq əsərlərini də yaraşıqdan salır (K-3.07.83); 

Göründüyü kimi yaşıllığın memarlıqla uyarlığı çox mühüm 

məsələdir (K-20.08.82). 

Yeni olduğundan bu söz də lüğətlərə düşməmişdir. 

Uyar  sözü məna və ifadə cəhətdən dilin daxili tələblərini 

ödəyə bilsə də, müvafiq sözü ilə əlaqədar bir sıra vahidləri, 

o cümlədən məqsədəmüvafiq, müvafiq sahə, müvafiq yer və 

s. kimi birləşmələr tərkibində işlənə bilmir. 

Azərbaycan dilində alınma sözləri əvəz etmək üçün 

mürəkkəb yolla da bir sıra yeni kalkalar düzəldilmişdir. 

Azərbaycan dilində xüsusən son zamanlar yaranmış, 

ictimai fəaliyyət sahələri ilə bağlı olan belə sözlərdən 

aşağıdakıları qeyd etmək olar: 

Tamixtiyarlı. Bu söz Azərbaycan dilində son zamanlar 

ərəb mənşəli səlahiyyətli  sözünü əvəz etmək məqsədi ilə 

düzəldilmişdir. Qeyd etməliyik ki, tamixtiyarlı sözü əslində 

fars mənşəli tam  və ərəb mənşəli ixtiyar  sözlərinin 

birləşməsindən ibarət olsa da, ifadə edilən anlayışın 

kütləviliyi cəhətdən səlahiyyətli  sözündən üstündür. Belə 

ki,  tam  və  ixtiyar  sözlərinin ümumxalq səciyyəsi güclü 

olduğundan onun mənası hamı üçün daha anlaşıqlıdır. 

Bununla belə, bu sözün səlahiyyətli  sözünü bütövlükdə 

əvəz etdiyini də hələlik iddia etmək olmaz. Tamixtiyarlı 

sözü neologizm səciyyəli olduğundan lüğətlərə də daxil 

edilməmişdir. Lakin bu sözün müvəffəqiyyətlə 

işlədilməsinə mətbuat dilində güclü bir meyil hiss olunur: 

Rayon aqrar-sənaye birlikləri və onların şuraları kolxoz və 

sovxozların mənafeyini əsas tutmaqla istehsala təsir 

göstərməyə qabil olan demokratik əsaslı, t a m i x t i y a r l ı  




 

197


dövlət və təsərrüfat idarə orqanlarıdır (K-25.06.83). 

Qarşıdurma.  Azərbaycan ədəbi dilində son zamanlar 

ictimai-siyasi hadisələrlə əlaqədar işlədilən bu söz ərəb 

mənşəli  ziddiyyət  və  müxalifət  kimi sözləri əvəz etmək 

məqsədi ilə düzəldilmişdir. Qarşıdurma  sözü anlayış və 

ifadə cəhətdən ərəb mənşəli bu kimi sözlərdən üstündür. 

Ərəb mənşəli ziddiyyət  və  müxalifət  sözlərində onların aid 

edildiyi anlayışlarla münasibətdə bir abstraktlıq müşahidə 

edildiyi halda, qarşıdurma  sözündə məna konkretliyi 

güclüdür. Təsadüfi deyildir ki, bu kimi üstün xüsu-

siyyətlərinə görə qarşıdurma sözü 1975-ci ildə nəşr edilmiş 

«Azərbaycan dilinin orfoqrafiya lüğəti»nə də daxil 

edilmişdir. Bu sözdən ədəbi dildə terminoloji vahid kimi 

istifadə olunur: Nüvə qarşıdurması şəraiti beynəlxalq 

siyasətdə yeni münasibətlər tələb edir (Əİ-1.01.87); 

Sosialist dövlətləri zəmanəmizin bütün mürəkkəb 

məsələlərini nüvə qarşıdurması yolu ilə deyil, danışıq yolu 

ilə həll etməyə çalışırlar (B-30.06.82) və s. 

Sututar.  Bu söz ədəbi dildəki su anbarı söz 

birləşməsini əvəz etmək üçün işlədilir. Su anbarı söz 

birləşməsi artıq dildə terminoloji mənalı leksik vahid kimi 

formalaşmış olsa da, mürəkkəb vahid üslubi neologizmlər 

hesab edilir və onların bədii təsvir vasitəsi kimi işlənməsi 

fikri təqdir olunur

1

. Ümumiyyətlə götürdükdə isə istər 



linqvistik, istərsə də okkazional neologizmlərin yaran-

masında dil qanunlarından kənar heç nə yoxdur. Yəni bu 

sözlər dilin qanunauyğunluğlarına müvafiq olaraq ya 

sözdüzəldici şəkilçilər vasitəsilə, ya da analitik üsulla 

əmələ gətirilir. Başlıca fərq ondan ibarətdir ki, linqvistik 

neologizmlərin ümumxalq dilinə daxil olma imkanları daha 

                                                           

1

  Bax:  Azərbaycan bədii dilinin üslubiyyatı (oçerklər), «Elm», Bakı, 1970, 



səh. 93-97. 


 

198


çoxdur. Fərdi neologizmlərdə isə bu imkan aşağı 

səviyyədədir. Hər halda, istər linqvistik və istərsə də 

okkazional neologizmlər dildə yeni yaranan vahidlər kimi 

maraqlıdır. N. M. Şanski rus dili üçün yeni olan sözlərlə 

əlaqədar yazır: «Rus dili leksikasında zühur edən hər bir 

neologizm rus dili sözdüzəltmə, rus dili semantik sistemi və 

qrammatik quruluşunun qayda və qanunlarından kənar yeni 

söz hesab edilə bilməz»

1



Azərbaycan dilində də ədəbi dilin inkişafı prosesində 



linqvistik neologizmlərlə yanaşı, okkazionalizmlər də 

meydana gəlmişdir. Bunların mühüm bir qismi həqiqətən 

ancaq yazıçı üslubunun məhsulu olduğuna görə bu və ya 

digər müəllifin bədii yaradıcılığına xasdır. Hətta belə 

neologizmlərin müəyyən qismi məhz onu yaradan yazıçının 

əsərlərində də süni görünür və təkrar işlədilmə lüzumu 

qazana bilmir. Okkazionalizmlərin bəziləri isə ümumdil 

səciyyəli neologizmlərdən prinsipcə fərqlənmir və ədəbi 

dilə keçmək imkanına malik olur

2



Həqiqətən də Azərbaycan yazıçılarının düzəltdiyi bir 

çox neologizmlər üslubi məqsədlə yanaşı, dildə məna 

təravəti ilə diqqəti cəlb edir və lüğət tərkibinin 

zənginləşməsinə təsir göstərir. Ümumdil neologizmləri 

bilavasitə alınma sözü əvəz edir, tam hüquqlu vahid kimi, 

ədəbi dildə onun yerində işlədilir. Okkazional neologizmlər 

isə ədəbi dildən alınma sözü sıxışdırıb çıxara bilmir, 

əksinə, həmin sözlə birlikdə dilin leksik-semantik 

potensialını genişləndirən sinonim cərgə əmələ gətirir. 

Əlbəttə, ümumdil neologizmləri kimi, okkazionalizmlər də 

dildə müəyyən leksik-semantik normalara müvafiq yaranır 

                                                           

1

 

Н. М. Шанский. Лексикология современного русского языка, изд. 



«Просвещение», М., 1972, сящ. 163.

 

2



 Bax: S.Cəfərov. Müasir Azərbaycan dili, «Maarif», Bakı, 1970, səh. 71-72. 


Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə