A. M. Qurbanov amea-nın müxbir üzvü



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə64/149
tarix06.05.2018
ölçüsü2,78 Mb.
#42890
növüDərs
1   ...   60   61   62   63   64   65   66   67   ...   149

 

199


və buna görə də ədəbi dilə keçə bilmək imkanına malik 

olur. Ümumi halda, okkazional neologizmlərin hamısını 

ədəbi dilə daxil olmaq hüququ baxımından eyniləşdirmək 

mümkün deyildir. Belə ki, okkazional sözlərin bir qismi 

həqiqətən uydurma təsiri bağışlayır. Buna görə də yazıçı 

dilində özünü göstərən okkazional neologizmləri aşağıdakı 

kimi qruplaşdırmaq olar: 

Ümumxalq səciyyəsi qazanmağa meyilli olan 

okkazionalizmlər.  Okkazional neologizmlərin bu tipinə 

aşağıdakıları misal göstərmək olar: 

Əyləclənmək.  Əyləclənmək sözü ədəbi dildə hələlik 

ümumdil neologizmi kimi işlədilən və lüğətlərdə qeydə 

alınmamış əyləc sözü əsasında düzəlmişdir. Bu sözlə yazıçı 

dilində tormozlanmaq sözü əvəz edilir: 

Bütün bunlara vaxtında əməl edilməyəndə yedəklənən 

maşın dartınırdı, ə y l ə c l ə n i r d i  və til yoxuşda yedəkçini 

möhkəm dara salırdı (B. Bayramov); 

Ədəbi dildə əyləç  sözünün ümumişlək leksik vahid 

kimi işlədiləcəyi halda, əyləclənmək  sözünün də ədəbi dilə 

daxil olma imkanları genişlənəcəkdir. 

Asmalıq.  Asmalıq fars mənşəli zivə  sözünü əvəz 

etmək məqsədilə yazıçı dilində işlədilir. Qeyd etməliyik ki, 

zivə  sözünün özü də dialekt səciyyəsi daşıyır, ümumxalq 

xarakterli vahid kimi hamı tərəfindən işlədilmir. 

Azərbaycan dilinin leksik-semantik tələbləri ilə tam şəkildə 

uyğun gələn asmalıq sözü ifadə və anlayış cəhətdən uğurlu 

hesab edilə bilər: 

A s m a l ı q d a n   quru  dəyişək  gətirib  kağızların 

arasına atdı (B. Bayramov). 

Asmalıq  sözü 1940-cı ildə nəşr edilmiş «Azərbaycan 

dilinin orfoqrafiya lüğəti»ndə, habelə 1951 və 1962-ci 

illərdə nəşr edilmiş azərbaycanca-rusca lüğətlərdə qeydə 




 

200


alınsa da paltar sərilən ip mənasında deyil, qaşıq-çəngəl 

qoymaq üçün ipdən toxunmuş əşya, habelə qurudulmuş 

meyvə mənalarında verilmişdir. Paltarasılan ip mənasında 

asmalıq sözü yenidir. 

Hələlik bədii ədəbiyyatda işlədilən bu sözün ədəbi 

dilə daxil olmaq imkanı genişdir. 

İşıqlı.  Mövcud lüğətlərdə qeydə alınmış işıqlı  sözü 

«işığı olan» anlayışını bildirir. Yazıçı qələminin məhsulu 

kimi meydana gələn «işıqlı» sözü isə ərəb mənşəli «ziyalı» 

sözünü əvəz etmək məqsədi daşıyır: Əri fəhlə fakültəsi 

bitirmişdi. Elmli, işıqlı hesab olunurdu (B. Bayramov); Özü 

də elmli, işıqlı adam olmuşdu (M. İbrahimov); …özünü 

gəldi-gəlmədi qabağa dürtməyi, gözə soxmağı sevən bəzi 

«ziyalılardan» qat-qat mədəni, i ş ı q l ı , mənəviyyatlı 

adamlardır (Anar) və s. 

İstiölçən Yazıçı üslubunun məhsulu olan bu söz ədəbi 

dildə işlədilən termometr sözünün əvəz edilməsi məqsədilə 

düzəldilmişdir: Evə gəldim. İ s t i ö l ç ə n ə  baxdım (R. Rza). 

Təqdirəlayiq haldır ki, bu söz termometr  sözünün 

əvəzedicisi kimi «Azərbaycan dilinin izahlı lüğəti»nə (III 

c., 1983) daxil edilmişdir. 

Rus dilindən kalka yolu ilə alınıb işlənən radio-

qəbuledici  (radiopriemnik) sözünün əvəzinə, bədii ədəbiy-

yatda «radiotutan» sözünün də işlədilməsinə rast gəlinir: 

Gülsənəm arvad bucaqdakı nikel çarpayını da, 

r a d i o t u t a n ı  da builki qazancı hesabına almışdı (M. 

Hüseyn);  Axı o, radiotexnik dərnəyinə getmişdi, radio-

tutanlardan başı çıxırdı (M. İbrahimov). 

Bədii əsərlərin leksik tərkibi səviyyəsi ilə məhdud-

laşan okkazionalizmlər. Bədii ədəbiyyatda bəzən ifrat yeni 

sözdüzəltmə meyillərini də müşahidə etmək olur. Yeni söz 

düzəltmək təşəbbüsü altında bəzən elə leksik vahidlər 




 

201


meydana gətirilir ki, onlar hətta əvvəldən mövcud olan 

qarşılığının mənasını ya tam vermir, ya da onu təhrif edir. 

Bəzi hallarda paralel okkazionalizmlər düzəldilir. Okka-

zionalizmlərin müəyyən bir qismi isə ədəbi dildəki for-

malara bənzədilərək analitik yolla düzəldilir. Lakin bir çox 

hallarda bu tipli okkazionalizmlər də ədəbi dilin tələbləri 

baxımından leksik-semantik cəhətdən özünü doğrultmur. 

Xüsusən son dövrlərdə yazıçı dilində yeni okkazional 

sözlərin yaradılması meyilinin artdığı müşahidə edilir. 

Ümumiyyətlə, bu cür okkazionalizmləri aşağıdakı kimi 

qruplara bölmək olar: 

a)  Dildə mövcud qarşılığına semantik cəhətdən tam 

bərabər olmayan okkazionalizmlər.  Bədii ədəbiyyatda bir 

sıra elə okkazionalizmlərə təsadüf edilir ki, onlar ümumdil 

neologizmləri kimi, bilavasitə dildəki alınma sözü əvəz 

etmək məqsədi ilə düzəldilmişdir. Lakin bu və ya digər 

yazıçı tərəfindən düzələn yeni sözlərin bu qismi mənanı 

təhrif edir və dilin ifadəlilik imkanlarının genişlənməsinə 

təsir göstərə bilmir. Bu cəhətdən bədii əsərlərdə təsadüf 

edilən sığalsızlıq, dincliksiz, yöndəmləmək, ömürlük, soyut-

maz və s. kimi sözlər xüsusilə səciyyəvidir. 

Sığalsızlıq  sözü ədəbi dildə kökü ərəb mənşəli olan 

səliqəsizlik  sözünü əvəz etmək üçün işlədilmişdir: hər 

səmtdə sərtlik, dəmir qarışıqlığı, s ı ğ a l s ı z l ı q , hökm-

fərma idi (B.Bayramov);  Sığalsızlıq  sözünün kökü olan 

sığal heç də eynilə səliqə mənası daşımır. Bunlardan birin-

də hamarlıq, digərində təmizlik çaları üstünlük təşkil edir. 

Bununla da sığalsızlıq sözünün ədəbi dildə səliqəsizlik sözü 

yerinə işlədilməsi ehtimalı və imkanları azalmış olur. 

Eyni fikri dincliksiz sözü barədə də demək olar. Dinc-

liksiz  sözünün işlədilməsi ilə yazıçı ərəb mənşəli istira-

hətsiz  sözünü əvəz etmək istəmişdir: Övlad istəyən ana 




Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə