A. M. Qurbanov amea-nın müxbir üzvü



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə47/149
tarix06.05.2018
ölçüsü2,78 Mb.
#42890
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   ...   149

 

145


məhsulun özü milli əsaslar üzərində yaranmışdır. Bu cür 

novatorluq həm geniş, həm də dar miqyaslı ola bilir, başqa 

sözlə, fərdi səciyyə daşıyır. 

50-ci illərdə lüğət tərkibinin mənzərəsini müəyyən 

edən bir mühüm məsələ də ondan ibarətdir ki, dialekt 

leksikası kütləvi şəkildə ədəbi-bədii dilə ayaq açır; bu, 

mənşə etibarilə stilistik hadisə olsa da, nəticə-etibarilə 

normativ hal alır: üşürgələnmək, suvadaq, çiləkən, cələ, 

oxranmaq, təntimək (İ.Şıxlı); 

ölüşkəmək, öykəşik 

(İ.Hüseynov);  çığnamaq, çəhlim; (B.Bayramov) və s. 

Görünür, 30-cu, 40-cı, 50-ci illərdə şivə materialına maraq 

da ədəbi dilin lüğət tərkibinin xalq dilinə daha yaxın 

olmasına təkan verir; o illərdə dialekt materialının 

toplanması sahəsində böyük işlər görülürdü, bu isə 

ümumən leksik normaya təsir etməyə bilməzdi. Təsir 

ikitərəfli idi; həm leksik-semantik planda, həm də formal-

söz yaradıcılığı planında gedirdi – hər iki halda lüğət 

tərkibi xəlqiləşirdi. Dialektlərin təsiri diferensial sahələri – 

ədəbi-bədii dili də, elmi üslubu da eyni zamanda əhatə edir, 

lakin ədəbi-bədii dildə öz xəlqi gücünü daha çox hiss 

etdirir. 

40-50-ci illərdə Azərbaycan ədəbi dili lüğət tərkibində 

stilistik diferensiasiyanın artması onunla nəticələnir ki, 

leksik proseslərin bu və ya digər funksional üslub üçün 

avtonomiyası müəyyənləşir; hər bir üslubun öz kon-

tekstində öz tipologiyasına uyğun axtarışlar gedir və bu cür 

diferensiallıq lüğət tərkibinin ümumi mənzərəsinə təsir 

edir. 

 

* * * 



 

 



 

146


Ədəbi dilin bu mərhələsində (40-60-cı illərdə) daxili 

imkanlar hesabına bir sıra yeni düzəltmə və mürəkkəb 

sözlər, söz birləşmələri meydana çıxmışdır. Bunları 

aşağıdakı kimi qruplaşdırmaq olar: 

Düzəltmə sözlər. Bütün dövrlərdə olduğu kimi, 

Böyük Vətən müharibəsindən sonrakı dövr ədəbi dilində də 

söz yaradıcılığının əsas qolu morfoloji yolla yeni sözlər 

yaradılması olmuşdur. Coşğun sosial-iqtisadi inkişaf 

dövründə düzəltmə yolla sözyaratmanın rolu xüsusilə 

artmışdır. Yeni anlayışları ifadə etmək üçün söz yaradıcılığı 

prosesində, hər şeydən əvvəl, sənət, peşə və digər əməli 

fəaliyyət sahələri ilə bağlı sözlər əmələ gətirən şəkilçilərin 

məhsuldarlığı daha çox diqqəti cəlb edir. 

Bu dövrdə sözyaratma prosesində daha fəal iştirak 

edən və nəzəri daha çox cəlb edən əsas şəkilçilər 

aşağıdakılardır: 

-çı (-çi, -çu, -çü) şəkilçisi. Dilimizdə sənət, peşə, 

ixtisas anlayışı bildirən sözlərin əmələ gəlməsində bu 

şəkilçinin mühüm rolu olmuşdur. 

Sovet dövrü Azərbaycan ədəbi dilinin inkişafının 

xüsusilə ikinci mərhələsində lüğət tərkibi bu şəkilçi 

vasitəsilə düzəlmiş ictimai məzmunlu bir çox yeni sözlərlə 

zənginləşmişdir. Həmin sözlərin böyük əksəriyyəti kənd 

təsərrüfatı və ictimai əmək sahələri ilə bağlıdır. Əsasən, 

1940-60-cı illərdə düzəlmiş -çı

4

 şəkilçili üçyüzçü, rekordçu, 



təşəbbüsçü, universalçı, podratçı, avtomobilçi, yemçi, 

hüquqçu və s. sözlər xüsusilə səciyyəvidir. 

-çı,  +  -lıq şəkilçisi. Ədəbi dilin sabitləşmə dövründə 

bu iki şəkilçinin birləşməsi yolu ilə də xeyli yeni söz 

düzəlmişdir. Bu cür sözlərdən kartofçuluq, təsərrüfatçılıq, 

baramaçılıq, qarğıdalıçılıq və sairi göstərmək olar. 

-ıçı (-içi, -uçu, -üçü) şəkilçisi. Ədəbi dilin ictimai 



 

147


məzmunlu yeni sözlərlə zənginləşməsində -ıçı (-içi, -uçu, -

üçü)  şəkilçisi vasitəsilə düzələn sözlərin də özünəməxsus 

rolu vardır. Bu şəkilçi vasitəsilə xüsusən kənd 

təsərrüfatının inkişaf xüsusiyyətlərinə aid anlayışları əks 

etdirən göstərici, sazlayıcı, çiləyici, tozlayıcı və s. kimi bir 

sıra yeni sözlər əmələ gəlmişdir. 

1940-60-cı illərdə sosialist əmək həyatının coşğun 

inkişafı ilə əlaqədar yeni anlayışları ifadə edən düzəltmə 

sözlərin sinonim cərgələri yaranmışdır ki, ədəbi dilin lüğət 

tərkibinin zənginləşməsində bunların da müəyyən rolu 

vardır. Bunlardan əməkçi  və  zəhmətkeş  sözləri xüsusilə 

səciyyəvidir. Bu sözlərin məna yaxınlığı, xüsusən onların 

bir komponent kimi iştirak etdiyi kənd əməkçiləri – kənd 

zəhmətkeşləri, tarla əməkçiləri – tarla zəhmətkeşləri, rayon 

əməkçiləri – rayon zəhmətkeşləri kimi birləşmələrdə 

qabarıq şəkildə özünü göstərir. 

Mürəkkəb sözlər. Nəzərdən keçirilən dövr üçün bir 

çox yeni mürəkkəb sözlər də səciyyəvi idi. Bunların böyük 

əksəriyyəti lüğət tərkibinə daxil olaraq ədəbi dili 

zənginləşdirən vasitələr kimi mühüm rol oynasa da, bəziləri 

elmi-texniki tərəqqi və istehsal proseslərinin təkmilləşməsi 

ilə əlaqədar işləklik potensialını itirmiş, yalnız lüğət 

tərkibinin əlavə hissəsində öz izlərini saxlaya bilmişdir. 

Müəyyən dövrdə ədəbi dildə işlək olmuş mürəkkəb sözlərin 

bir qismi isə həmin dövr hadisələri ilə bilavasitə bağlı 

olduğundan onların da işlənmə potensialının zəifliyi 

müşahidə edilir. 

Azərbaycan ədəbi dilinin lüğət tərkibini zənginləş-

dirmək baxımından bilavasitə sosialist təsərrüfatının çiçək-

lənməsi, elmi-texniki tərəqqi və ümumiyyətlə, ictimai 

həyatın müxtəlif sahələrinin inkişafı ilə bağlı bu dövrdə 

yembasdırma, məktəbdənkənar, kolxozlararası, cərgələr-




 

148


arası, pambıqyığan, çiyidsəpən, silosdöyən, silosbasdıran, 

bağsalma, bağbecərmə, çaybecərmə, tütünbeçərmə, taxıl-

becərmə və s. kimi mürəkkəb sözlər işlənməkdə idi. 

Söz birləşmələri. Bu dövrü səciyyələndirən yeni 

anlayışların ifadəsi ilə əlaqədar yaranmış bir sıra söz 

birləşmələri diqqəti cəlb edir. Ədəbi dildə yaranan belə 

birləşmələr, əsasən, terminoloji funksiya daşıyırdı. 

Qeyd etməliyik ki, belə birləşmələr sosialist 

gerçəkliyinin təntənəsi ilə bağlı anlayışları ifadə etdiyindən 

ümumxalq səciyyəsi daşımağa daha çox meyilli olmuşdur. 

Ona görə də ümumxalq dilinin kütləvi ifadə vasitələri 

sırasına keçdikcə onların terminoloji cəhəti də bir növ 

unudulmuş olur. Başqa sözlə desək, belə birləşmələr vaxt 

keçdikcə terminə xas olan məhdud işlənmə dairəsindən 

çıxır və onların istifadə əhatəsi genişlənir. Lakin ədəbi 

dildə həmin dövrlərdə terminoloji səciyyəli elə söz 

birləşmələrinə də təsadüf edilir ki, onların bildirdiyi 

anlayışlar sonradan aradan çıxdığı üçün həmin birləşmələr 

də öz işləkliyini itirir. 

1940-1945-ci illərdə ədəbi dildə hərbi məzmunlu 

birləşmələr geniş işlənmə əhatəsinə malik idi. Bununla 

yanaşı, həmin dövrdə kənd təsərrüfatı və sənayenin 

irəliləyişi ilə əlaqədar olan yeni terminoloji vahidlər də 

yaranırdı. Təsərrüfat quruculuğu və sənayenin inkişafı 

məsələlərini əks etdirən birləşmələrin potensialı 1945-ci 

ildən sonra xüsusilə güclənməyə başlamışdır. Müharibədən 

sonra da ədəbi dildə hərbi terminlərin işlədildiyinə təsadüf 

olunurdu. Lakin bunların çoxu sülh və əmin-amanlıq 

dövrünə məxsus ictimai məzmuna malik idi. Ümumiyyətlə, 

1940-60-cı illərdə yaranan terminoloji səciyyəli söz 

birləşmələrini onların ifadə etdikləri məzmuna görə bir 

neçə qrupa ayırmaq olar. 




Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə