A n a r əsərlər I hekayələr, povestlər



Yüklə 3,36 Mb.
Pdf görüntüsü
səhifə19/171
tarix30.09.2017
ölçüsü3,36 Mb.
#2501
1   ...   15   16   17   18   19   20   21   22   ...   171

 60 

təklifdə təmiz körpə sadəliyi vardı. Mən bilirdim ki, bu təklifi 

mən də bax beləcə, uşaqcasına qəbul etsəm və razılaşsam, 

getsəm orada cavanların arasında bu aldanış çox tez aşkar 

olacaqdır. Orada, onların içində  mən nə  qədər yad 

görünəcəyəm. Zaman qürbətinə düşmüş  qərib. Yaşını azmış 

biçarə. Onlarla dil tapmaq, özünü cavanlığa, mənə nisbətdə 

arsızlığa qoymaq, yaşı, çoxdan ötmüşkən  şux bir gənc və 

yaxud kefcil bir gənclik dostu rolunda çıxış etmək fikri isə 

məndə yalnız ikrah hissi oyadırdı. Lakin bir an, nə az, nə çox, 

düz bir an məndə  dəli bir istək oyandı. Oraya getmək. Məhz 

Nərgizlə birlikdə getmək və orada bütün istedadımı, bütün 

həvəsimi, bütün təcrübəmi, məndə nə varsa, məndə nə qalıbsa, 

məndə  nə sönməyibsə, hər  şeyi atmaq, onlarla, o parlaq, 

hazırcavab,  şux gənclərlə döş-döşə  gəlmək, Nərgizi onlardan 

almaq, ondardan aparmaq. Bu xülya idi. Lakin bir an, nə az, nə 

çox, düz bircə an mən bu xülyaya inandım. Məni başa düşün. 

Mən o gəncləri sevirdim. Onlar ağıllı, sağlam, atəşli, gözəl 

gənclər idi. Mən onlarla yalnız bircə  şey üstündə çarpışmaq 

istəyirdim. Mən Nərgizi onlardan, oradakı  oğlanlardan, 

qızlardan, Asəfdən, onun tay-tuşlarından, yaşdaşlarından 

almaqla öz gəncliyimi qaytarmaq istəyirdim, gənclikdə 

itirdiyim qadını  Nərgizdə tapmaq, bu gecikmiş  məhəbbətdə 

təsəlli aramaq istəyirdim. Nərgizin dikdaban çəkmələriylə 

gənclik fəlsəfəmin amansız laqeydliyini tapdamaq istəyirdim. 

Bir də 20 yaşında, o vaxt, o gün, saat üçə on beş  dəqiqə 

qalanda qaytarmadığım, qaytarmağa cəhd etmədiyim taksini 

indi geri döndərmək istəyirdim. Lakin mən bilirdim bu 

xülyadır və  mən bilirdim ki... olan oldu, keçən keçdi. Mən 

bilirdim getməyəcəm. 

Aralığa sükut çökmüşdü. Biz susurduq. Sükut yayın bürküsü 

kimi  əziyyət verirdi. Bəlkə  məhz bu ağır sükutu pozmaqçün 

Nərgiz birdən dedi: 

–Bu axşam televizora baxın ha. 

–Niyə? Nə var ki? 

downloaded from KitabYurdu.org




 61 

–Maraqlı veriliş var. 

–A... – sonra soruşdum, – Sən də baxacaqsan? 

–Hə. Əlbəttə. 

Mən dedim: 

–Onda mən də baxaram. 

Maşın sola buruldu. İndi o sakit, adamsız küçələrlə gedirdi. 

Asəfgil bu həndəvərdə olurdular. 

Mən düşünürdüm: "Budur, bax, indi Nərgiz düşüb gedəcək. 

Onun paltosunun üstündən geydiyi bu yağışlığı heç mənim 

xoşuma gəlmirdi. Lakin mən xatırladım ki, qışda bəzi  şəhər 

ağaclarını cürbəcür yöndəmsiz, qaba – saman-həsir örtüklərə 

bürüyürlər, ört-basdır edib qışın sazağından, ayazından 

gizlədirlər. Qışda onlar şaquli qoyulmuş nataraz odunlara 

oxşayır. Lakin qış keçir. Şaxta keçir. Örtükləri açırlar və 

onların kobudluğu altından nazik, zərif, gözəl, yaşıl bahar çıxır. 

Mən düşündüm ki, Nərgiz indi maşından düşəcək, görüşüb 

gedəcək, orada bu yöndəmsiz yağışlığını, paltosunu çıxaracaq, 

onu soyuqdan qoruyan bu kobud bürümələrin içindən isə 

kövrək, incə yaşıl paltarlı bir bahar çıxacaqdır. Bu bahar rəqs 

edəcəkdir. Güləcək, danışacaqdır. Könlünün nəvazişini, istisini 

insanlarla bölüşəcək, mehribanlığıyla sevindirəcək, 

etinasızlığıyla qüssələndirəcəkdir və haçansa məclisin  şirin 

yerində bir neçə  dəqiqə qonaqlardan, rəqslərdən, tostlardan, 

komplimentlərdən ayrılacaq, televizora qapılacaq, verilişə 

baxacaqdır. Mən də evimin kimsəsizliyində bu verilişə 

baxacağam. Bu bir neçə  dəqiqə o mənimlə olacaqdır. Daha 

doğrusu, onun fikirləri, hissləri, təəssüratı  mənimkiylə eyni 

olacaqdır. Biz eyni şeydən həzz alacağıq, eyni şeyə güləcək, 

eyni  şeydən riqqətlənəcəyik. Deyirlər qabaqlar sevişənlər bir–

birlərindən ayrı düşəndə aya baxarlarmış: gözlər, xəyallar orda 

birləşərmiş.  İndi isə televizora baxmaq olar. Baxışlar, qəlblər 

onun ekranında birləşər. Bu təsəlli deyildimi? 

Sürücü dedi: 

–Çatdıq? Buradır?  

downloaded from KitabYurdu.org




 62 

–Hə. 


Maşın dayandı.  

Nərgiz maşından düşdü. Düşərkən məndən soruşdu:  

–Pul vermək lazımdır, hə?  

Mən zarafata saldım: 

–Bəs necə ki? Yoxsa elə bilirsən ki, sənin qara gözlərindən 

ötrü...  

Lakin cümləni qurtarmayıb susdum. Onun qara gözlərini 

görüb susdum. 

Mən dedim: 

–Ay qız, səninçün eyib deyil, mən dura–dura...  

Nərgiz gülümsündü: 

–Yaxşı, nə deyirəm ki... 

O getdi. 

Dikdaban, zərli, balaca çəkmələriylə küçəni, yağışı döyə-

döyə getdi. Uzun-uzun ardınca baxdım. Ardınca baxa-baxa 

qaldım. Uzaqlaşdı. Mən yalnız onu görürdüm. Ətrafı 

görmürdüm. Nə küçəni, nə gecəni, nə evləri, nə adamları, nə də 

ki, yağışı. Elə bil o gedən yolun iki tərəfi divar idi. Elə bil o

baxışlarımın koridoruyla gedirdi. 

Addımlarının səsi get-gedə yavaşıdı, özü get-gedə 

balacalandı, dəhlizə girib görünməz oldu.  

–Sür. 


Maşın hərəkətə  gəldi. Sürücü radionu qurdu. Məqalə 

oxunurdu. Səs qırıq–qırıq, xırıltılı  gəlirdi. Gah itir, gah 

eşidilirdi. Başqa stansiyalar da qatışıb mane olurdular. 

Yalnız ayrı–ayrı sözləri başa düşmək olurdu: "Siyasi 

dairələr... olunmuş... Son məlumat... dünən... xarici işlər..." 

Sanki uzaq bir şəhərlə telefon danışığıydı. 

Sürücü soruşdu:  

–Arvadındır? 

–Yox. 

–Nişanlındı? 



Sürücü bizə diqqətlə baxmamışdı, danışığımıza diqqət 

downloaded from KitabYurdu.org




 63 

yetirməmişdi. Mən dedim: 

–Yox. 

–Deməli, elə–belə, gəzirsiniz. 



Sürücü gündüz işığında bizimlə üzbəüz gəlsəydi, belə sual 

verməzdi.  Əlbəttə, o mənə  və  Nərgizə bircə  kərə  işıqda 

baxsaydı... 

Mən dedim: 

–Yox. 

–Aaa... 


O,  əliylə qeyri-müəyyən bir hərəkət elədi. Mənə  tərəf 

döndü. Bic–bic gülümsündü. Başını yellədi. 

–Aydındı, – dedi. 

Mən tutuldum.  

–Nə aydındı? – deyə sərt soruşmaq istədim.  

Soruşmadım.  

Mən bildim ki, o Nərgiz haqqında pis düşünə bilər. Mən onu 

fikirlərdən daşındırmaq üçün olanı deməliydim, onun bu 

aldanışını bircə  kəlməylə, ya bircə  hərəkətlə ona 

anlatmalıydım. Lakin mən düşündüm ki, bir də bu adam yəqin 

ki, ömründə nə mənə, nə də Nərgizə rast gələcəkdi. Nə məni, 

nə Nərgizi tanıyacaqdı və onun bu aldanışı heç kəsə zərrə qədər 

də ziyan gətirməz. Bu fikir yalnız onun öz içində qalacaq, o da 

bir axşam, bəlkə bir neçə saat, bəlkə bir neçə dəqiqə – gələcək 

sərnişinə  qədər. Mən kədərləndim ki, heç bir vaxt bu adama 

rast gəlməyəcəm, məni və  Nərgizi  ər-arvad, yaxud nişanlı, 

yaxud elə–belə sevişən sayan bu yeganə insanla bir neçə 

dəqiqədən, bir neçə metrdən sonra əbədilik üzülüşəcək və bir 

də heç bir vaxt, heç bir vaxt görüşməyəcəyəm. Doğrudur, 

maşının nömrəsini yadda saxlamaq olardı. Amma nə fayda? 

Məgər bu təsəllimidir?  

–Belə gedəcəyik? 

–Bəli, bu döngəni burul, saxla. 

Birdən mən istədim, yaman istədim, sürücüyə deyəm ki, bəli 

o qız nişanlımdır, bu yaxında isə arvadım olacaq. Bəli, biz 

downloaded from KitabYurdu.org




Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə