Abġd tahġRLĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə20/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   16   17   18   19   20   21   22   23   ...   176

 
40 
təsvir  edilən  mənzərə  daha  qabarıq  təqdim  olunur.  «Qafqaz  müsəlmanlarının 
maarifi»  («Kaspi»  qəzeti,  1914-cü  il,  22  aprel,  №  89)  məqaləsində  faktlar 
müddəaları  müşayiət  edir,  odur  ki,  deyilənlər  inandırıcı,  əsaslı  olur.  Adı  çəkilən 
məqalə  1908-12-ci  illər  ərzində  Qafqaz  müsəlmanlarının  təhsilə  yiyələnmə 
səviyyəsi göstərilir. Həmin dövrdə 3 milyona yaxın müsəlman əhalisindən vur-tut 
17.725  nəfəri  ümumi    təhsil  almışdır.  O  zaman  hər  100  rus  uşağından  58  nəfəri 
təhsilə yiyələnmişsə, bu rəqəm müsəlmanlarda 7 nəfər olmuşdur. Digər millətlərlə 
müqayisədə təhsilimiz çox geri qalır – müəllifin gəldiyi kədərli nəticə budur. Hələ 
1912-ci ildə isə C.Hacıbəyli yazırdı: «Böyüməkdə olan nəslə isə daha çox məktəb, 
daha çox maarif lazımdır». («Yaralı yerimiz haqqında» («Kaspi» qəzeti, 1912-ci il, 
24 oktyabr, № 240). 
Maarifin yaranmasında məktəblərin rolunu qiymətləndirən C.Hacıbəyli hesab 
edirdi 
ki, 
müəllimlərin 
özlərinin 
yetişdirilməsi, 
hazırlanması 
vacib 
məsələlərdəndir.  Bu  mənada  o,  Qori  və  İrəvan  seminariyaların  artan  tələbatı 
ödəmədiyini  dəfələrlə  qeyd  etmiş,  Bakıda  seminariya  açılmasının  zəruriliyini 
göstərmişdir. «Müəllim seminariyası haqqında» («Kaspi» qəzeti, 1915-ci il, aprel, 
№73)  məqaləsində müəllif xəbər  verir  ki,  Xalq  Təhsili  Nazirliyi  Bakıda  müəllim 
seminariyası yaratmağa icazə vermişdir. Bu faktın əhəmiyyətini şərh edən müəllif 
göstərir  ki,  son  vaxtlar  Bakıda  məktəblərin  sayı  artmışdır.  Lakin  hər  il  rus-tatar 
məktəbləri üçün 8 müəllim buraxan Qori müəllimlər seminariyası və ildə 2-3 nəfər 
müəllim yetişdirən İrəvan seminariyası indiki  tələbatı ödəmir. Odur ki, vaxtı əldən 
verməmək, Bakıda müəllim seminariyasının açılmasını sürətləndirmək lazımdır. 
Bu  mövzuya  bir  müddət  sonra  yenidən  qayıdan  C.Hacıbəyli  («Sabunçu 
seminariyası  haqqında»,  «Kaspi»  qəzeti,  1915-ci  il,  25  oktyabr,  №  238)  yazırdı: 
«Maariflənmək  ehtirası,  yanğısı  –  indiki  dövrdə  müsəlmanların  böyük 
əksəriyyətini  əhatə  edən  əhval-ruhiyyəni  dəqiq  ifadə  üçün  bundan  başqa  söz 
seçmək  çətindir…  Avropa  təhsilinə  qarşı  çıxmaq  dövrü  keçmişdir».  Görünür, 
kütlədəki  yüksək  əhval-ruhiyyə  müəllifə  də  sirayət  etmişdir.  Bir  tərəfdən  xalqın 
maariflənməyə  meyli,  digər  tərəfdən  cəhalət,  nadanlıq,  zülmət  tərəfdarlarının  geri 
çəkilməsi C.Hacıbəylini ruhlandırmışdır. O, coşğun ehtirasla yazırdı: «Buna qarşı 
(təhsilə qarşı çıxanlar nəzərdə tutulur – A.T.) çıxan cənablar anlamırlar ki, saman 
çöpü ilə güclü selin qarşısını kəsmək  mümkün olmadığı kimi,  həyatın tələbindən 
irəli gələn bu təbii prosesin önünə də sədd çəkmək mümkün deyil». 
Müəllif yazır ki, 5-6 il əvvəl Bakı kəndlərində «müəllim» kəlməsini ehtiyatla 
işlədirdik.  Bu  gün  isə  kəndlilər  məktəb  açmağı  təkidlə  xahiş  edir,  bu  işə  maddi 
yardım  göstərməyə  hazır  olduqlarını  bildirirlər.  «İndi  əhali  daha  irəli  baxır. 
Adamlar  yalnız  özləri  haqqında  fikirləşmir,  qardaş,  qonşusu  barədə  də  düşünür, 
onların da maarifə can atmasına çalışır». 
C.Hacıbəyli  göstərir  ki,  bu  mənada  Sabunçu  əhalisi  xüsusi  fəallıq  göstərir. 
Qori  və  İrəvan  müəllimlər  seminariyalarının  tələbatı  ödəmədiyi  üçün,  yeni 
seminariya haqqında düşünürlər. 
C.Hacıbəyli məktəb, maarif işi sahəsində dövlətin həyata keçirdiyi tədbirlərlə, 
ziyalıların  bu  sahədəki  səy  və  təşəbbüsləri  ilə  yanaşı  ayrı-ayrı    mesenatların, 
xeyriyyə  cəmiyyətlərinin  fəaliyyətinə  də  böyük  əhəmiyyət  verirdi.  Xeyriyyə 


 
41 
cəmiyyətlərinin  maarif,  məktəb  sahəsindəki  işinə  dair  C.Hacıbəylinin  yaradıcılığı 
haqqında ayrıca bəhs ediləcəkdir. 
 
“Azərbaycan müəllimi” qəzeti, 8 oktyabr 1996 
 
Ceyhun Hacıbəylinin dini görüĢləri 
 
XX  əsrin  əvvəllərində  Azərbaycanın  ədəbi-mədəni,  ictimai-siyasi  həyatında 
baş verən təbədüllatları cəmiyyətdə cərəyan edən proseslərin inikası adlandırmaq 
olar.  Bütün  sahələrdə  həyat  sanki  qaynayır,  çalxalanır,  tərəqqi  ilə  tənəzzülün 
mübarizəsi daha qabarıq forma alır, bəzən toqquşmalarla müşayiət olunurdu. 
Din  sahəsində  baş  verən  dəyişikliklər  daha  aydın  şəkildə  özünü  göstərirdi. 
Əlbəttə, bunun səbəbləri çoxdur. Fikrimizcə, dində baş verən proseslərə təsir edən 
amillər aşağıdakılardır: 
-  XX  əsrin  əvvəllərində  Avropada  və  Rusiyada  təhsil  görmüş  dünyəvi 
ziyalıların yetişməsi; 
- maarifçiliyə meylin artması; 
-
 
qəzet, jurnalların kütləvi nəşri; 
-
 
iqtisadi münasibətlər. Sənayenin inkişafı; 
-
 
sinfi mübarizənin güclənməsi və s. 
Heç  şübhəsiz,  xalqının  tarixinə  və  taleyinə  bütün  varlığı  ilə  bağlı  olan 
C.Hacıbəyli ətrafında baş verən proseslərə biganə qala bilməzdi. Təsadüfi deyil ki, 
gənc  yaşlarından  qələmə  sarılan  Ceyhun  bəyin  daha  tez-tez  toxunduğu 
mövzulardan  biri  də  din  idi.  Hələ  10-cu  illərin  əvvəllərindən  o,  mətbuatda, 
xüsusilə,  daha  çox  əlaqə  saxladığı,  əməkdaşlıq  etdiyi  «Kaspi»də  dönə  –dönə  bu 
mövzuya müraciət edir, islamın dəyərləri, qanunları, dini ayinlər haqqında, habelə 
cəmiyyətdə dinin yeri və rolu barədə sanballı məqalələrlə çıxış edirdi. 
«Quranın  tərcüməsinə  dair»  adlı  məqaləsində  («Kaspi»  qəzeti,  1912-ci  il,       
12  aprel,  №  82)  C.Hacıbəyli  çox  mühüm  bir  məsələyə  toxunur.  Müəllifin  qəti 
qənaətinə  görə,  «nöqsanlarımızın  bir  səbəbi  Quranı  hərənin  bir  cür  şərh  etməsi, 
onun  tərcüməsinin  olmamasıdır».  C.Hacıbəyli  haqlı  olaraq  sual  verir  ki,  əgər 
Quranın tərcüməsi yoxdursa, müsəlman öz  müqəddəs kitabının məzmununu necə 
öyrənməlidir? Müəllif kinayə ilə cavab verir ki, bəlkə ərəb dilini bilməyən «qara 
mollalardan?!». Quranın uzun müddət doğma dilə tərcümə edilməməsi cəmiyyətdə 
bir sıra bəlalar yaratmışdır ki, xalq uzun illər ondan əzab çəkmişdir. 
Quranın  tərcümə  edilməməsi,  doğru-düzgün  şərh  olunmaması  bəzən 
bilməyərəkdən  islamın  özünün  əleyhinə  çevrilən  fikirlər  doğurur,  digər  tərəfdən, 
nadanlıq,  cəhalət,  fırıldaqçılıq  üçün  münbit  zəmin  yaradırdı.  C.Hacıbəyli  yazırdı: 
«Xalqa öz dilində təqdim olunan Quran, şübhəsiz, tədricən onun dünyagörüşündə 
dəyişiklik edəcək». Çox təəssüflər ki, islamın böyük təəssübkeşi C.Hacıbəylinin bu 
istəyi, arzusu illər uzunu həyata keçirilməmişdir. Xalq,  millət. Elə islamın özü də 
bundan ziyan çəkmiş, zərbələr almışdır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə