Abġd tahġRLĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   18   19   20   21   22   23   24   25   ...   176

 
44 
Bu, insanın azadlığı, ləyaqət və hüququdur ki, bunların naminə imam Hüseyn 
könüllü  olaraq  öz  həyatını,  uşaqlarının,  qardaşlarının,  qohum  və  yaxınlarının 
həyatını qurban vermişdir». 
Hakimiyyət  hərisləri  və  qəsbkarların  iradəsi  və  zorakılığı  ilə  yaşamaqdansa, 
həlak  olmağı  üstün  tutan  imam  bilirdi  ki,  onun  hərəkəti  despotizmə  bir  zərbə 
olacaqdır. Beləliklə, imam Hüseyn özünün və yaxınlarının qanı ilə insanın azadlığı 
və hüquqlarını əldə etdi. C.Hacıbəyli yazır: «Bax, Kərbəla faciəsinin əsl mahiyyəti 
bundadır.  Bu,  bizlərdən  çoxunamı  məlumdur?».  Müəllifin  təəssüflə  verdiyi  və 
məqaləni  bitirdiyi  bu  sual  oxucunu  uzun  müddət  düşündürür  və  məhərrəmlik 
mərasiminin, o cümlədən aşuranın məqsəd və əhəmiyyətini dərindən dərk etməyə 
vadar  edir.  Tarixi  hadisələrdən  ibrət  dərsi  alan,  azadlıq,  müstəqillik  və  insan 
hüquqlarını dəyərləndirmək əvəzinə özünə işgəncə, əzab vermək yolverilməzdir. 
Məhərrəmliklə  bağlı  C.Hacıbəylinin  müraciət  etdiyimiz  yazıları  Azərbaycan  
publisistikasının gözəl nümunələri olmaqla yanaşı, yazıldığı dövrdə də, bu gün də, 
güman  etmək  olar  ki,  sabah  da  aktuallığını,  əhəmiyyətini  itirməyən  əsərlərdir. 
Onları toplayıb, tərcümə edib çap etmək bir çox cəhətdən faydalı olardı. Ən əvvəl, 
burada məhərrəmliyin mahiyyət və tarixi mükəmməl araşdırılmışdır. İkincisi, dini 
ədəbiyyat adı ilə adamlara sırınan zərərli, ziyanlı bəzi nümunələr öz-özünə aradan 
çıxar.  Üçüncüsü,  məhərrəmlik  və  aşura  zamanı  qarşı  əks-təbliğata  rəvac  verəcək 
hərəkətlərə yol verilməz. 
«Mövlud» («Kaspi», № 11-15 yanvar, 1915-ci il) adlı məqalə ilə C.Hacıbəyli, 
bir  tərəfdən,  Məhəmməd  Peyğəmbərin  mübarək  ad  gününü  qeyd  edir,  digər 
tərəfdən,  bu  əziz  gündə  o,  dindar  qardaşlarını  müharibədən  əziyyət  çəkən, 
köməksiz  adamlara,  xüsusilə,  Qars  qaçqınlarına  yardım  etməyə  çağırır.  Yazır  ki, 
bizlərdən  kimsə  bu  günü  bayram  kimi  qeyd  etmək  istəsə,  o  zaman  bizə  pənah 
gətirən qaçqınlara kömək etsin. 
Ceyhun  Hacıbəyli  qələmi  ilə  həmişə  millətin,  dinin  təəssübkeşi,  müdafiəçisi 
rolunda  çıxış  etmişdir.  Bu  mənada  onun  «Sərhəddə»  adlı  məqaləsi  çox 
ibrətamizdir.  Məqalədən  aydın  olur  ki,  bir  sıra  Qafqaz  qəzetləri  İranla  sərhəddə 
yerləşən  xristian  əhalisinin  silahlandırılmasını,  yerli  müdafiənin  təşkilini 
canfəşanlıqla təbliğ və müdafiə edirlər. «Həm rus dilində, həm də başqa xalqların 
(ermənilər  nəzərdə  tutulur  –  T.A.)  dilində  çıxan  bir  sıra  qəzetlər  ali  hakimiyyət 
orqanlarını  bu  məsələnin  müsbət  həllinə  çağırır,  bu  zaman  onu  əsas  tuturlar  ki, 
İranın vəhşi tayfaları bizə hücum edən təqdirdə, sərhəd vilayətlərdəki xristian əhali 
basqınçıların  zərbəsinə  məruz  qalacaqlar».  C.Hacıbəylini  təəccübləndirən, 
təəssüfləndirən  həm  də  odur  ki,  Arazın o tayından gözlənilən təhlükəyə  daha çox 
məruz  qala  biləcək  əhalinin  həyəcanı  «ba  çalınan  səslər  arasında»  eşidilmir. 
Müəllif  yazır  ki,  qəzetlərin  xristian  pərdəsi  ilə  təqdim  etdiyi  əhali  əsasən 
ermənilərdən ibarətdir. Onların yerləşdiyi yaşayış məntəqələri üçün heç yerdə real 
təhlükə  yoxdur.  Bu  kəndlərin  əksəriyyət  dağlarda  yerləşir  və  ora  getmək  üçün 
hökmən  müsəlman  kəndlərindən  keçmək  lazımdır.  «Bax,  bütün  bunlar 
silahlanmağa.  Xristian  əhalisini  özünümüdafiəyə  hay-küylə  çağıran  qəzetlərin 
diqqətindən niyə yayınmışdır? Yoxsa, yenə «müsəlman həmrəyliyi» ifadəsi rəhbər 
tutulur?  Doğrudanmı,  belə  fikirləşirlər  ki,  münasib  məqamda  sərhədi  keçən 
şahsevənlər öz müsəlman qardaşlarının başlarını sığallayacaqlar?» C.Hacıbəyli çox 


 
45 
böyük  cəsarətlə  opponentlərinin  mənfur  niyyətlərini  faş  edir.  Bu  zaman  o  hay-
küydən, pafoslu ifadələrdən yox, ağlın, məntiqin, faktların gücündən istifadə edir: 
«Hər  hansı  Qafqaz  qəzetini  götürün  və  sərhəd  komissarlığının  məlumatlarını 
izləyin:  şahsevənlərin  hücumuna  məruz  qalan  müsəlman  kəndidir.  Öldürülən 
müsəlmandır.  Əmlakı  talan  edilən  müsəlmandır,  mal-qarası  sürülüb  aparılan 
müsəlmandır.  Ən  əvvəl  yaxşı  coğrafi  mövqedə  yerləşdiklərinə  görə,  ikincisi  isə 
xeyli yaxşı müdafiə işi görüldüyünə görə bu günə kimi erməni kəndlərinə heç bir 
ziyan dəyməmişdir». 
Müəllifin  fikrincə,  quldur  üçün  heç  bir  din,  dil  fərqi  yoxdur.  O,  yolunun 
üstündəki kəndin-xristian, ya müsəlman əhalisinin olduğunun fərqinə varmayacaq. 
Onun bir şüarı var: 
«Talan etmək». Quldurda başqa stimul, ideya axtarmaq ən azı sadəlövhlükdür. 
Quldurların basqınında müsəlman «həmrəyliyi», «dözümsüzlüyü» axtarmaq ən azı 
gülüncdür. C.Hacıbəyli böyük kədərlə yazırdı: 
«Erməni-tatar qırğını zamanı qarışıqlıqdan istifadə edən şahsevənlər Arazdan 
bu  tərəfə  keçmiş  və  Arazboyu  kəndləri  talamışlar.  Hətta  onların  silahlarını  da 
almışlar. Budurmu, müsəlman həmrəyliyi». 
Müəllifin  qənaətinə  görə,  bütün  deyilənlər  onu  göstərir  ki,  bəzi  Qafqaz 
qəzetlərinin  söylədikləri  təhlükə  daha  çox  sərhəddəki  müsəlman  əhalisi  üçün 
realdır  və  ən  əvvəl  zərər  çəkən  onlar  olacaqlar.  Xristianları  əslində  təhlükə 
gözləmir. 
C.Hacıbəyli  məqaləni  belə  yekunlaşdırır:  Əgər  ali  hakimiyyət  orqanları 
sərhəddəki  xristian  əhalisinin  silahlanmasına  razılıq  versə,  həmin  tədbir 
müsəlmanlara  da  şamil  edilməlidir.  Yalnız  bu  şərtlə  sərhəd  əhalisinin 
silahlandırması deyilən ideya məqsədə xidmət etmiş olardı. 
Bu  məqalə  ilə  Ceyhun  bəy  islam  «fanatizmi»,  «həmrəyliyi»,  «dözülməzliyi» 
ibarələri  ilə  hay-həşir  salan,  mətləbə  dəxli  oldu-olmadı  islama  hücum  edənlərə 
layiqi  cavab  vermişdi.  Maraqlı  və  təqdirəlayiqdir  ki,  C.Hacıbəyli  öz  fikrində, 
mövqeyində  möhkəm,  əməlində  ardıcıldır.  Toxunduğu  mövzunu  «taleyin 
ixtiyarına» buraxmır. Mətbuatda və ictimaiyyətdə onun əks-sədasını izləyir. Lazım 
gələndə mövzuya yenidən müraciət edir. 
«Kaspi»  qəzetinin  1915-ci  il  6  mart  tarixli  52-ci  nömrəsindəki  «Ordan-
burdan»  adlı  məqaləsində  oxuyuruq:  «Əgər  oxucu  xatırlayırsa,  sərhəd  əhalisinin 
bir  qismini  silahlandırmağa  həsr  olunmuş  məqalədə  demişdik  ki,  şahsevənlərin 
«panislamist»  ideyasından  qorxub  əhalinin  bir  hissəsini  silahlandırmaq,  digər 
hissəsini  taleyin  ixtiyarına  buraxmaq  sadəlövhlük  olardı.  Sanki  mənim  o  vaxt 
dediklərimi  sübut  etmək  üçün  qəzet  səhifələri  şahsevənlərin  quldurluğundan  bəhs 
edən materiallarla doldurulmuşdur». 
C.Hacıbəyli  «müsəlman  həmrəyliyi»  deyə  hay-küy  qaldıranlara  qəzəbli 
suallarla  müraciət  edir:  «Quldarlar  öz  qurbanlarını  seçmişlərmi?».  «Müsəlman 
həmrəyliyi,  onlarda  öz  dindaşlarının  həyatına  və  əmlakına  qarşı  az  da  olsa, 
mərhəmət hissi oyatmışdırmı?». 
Daha sonra, müəllif öz fikrini faktlarla möhkəmləndirir. Aydın olur ki, bir gün 
ərzində quldurların basqını zamanı müsəlmanlar 21 at, 1 samovar, 1 xalça, 1 yəhər, 
4 qatır, 1 xurcun, 12 inək, 17 öküz, 4 çuxa, 4 arxalıq, 1436 rubl, 10 döyüş  patronu, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə