Abġd tahġRLĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   20   21   22   23   24   25   26   27   ...   176

 
48 
II  surə,  256-cı  ayədən:  Dində  zorakılıq  yoxdur.  Doğruluq  azğınlıqdan  aydın 
fərqlənir.  Hər  kəs  şeytanı  və bütləri inkar  edib,   Allaha  iman  gətirərsə, o  artıq  ən 
möhkəm bir dəstəkdən yapışmış olur. 
VI surə, 108-ci ayədən: Allahdan başqalarına tapınları söyməyin. Yoxsa, onlar 
da bilmədikləri üzündən Allahı düşməncəsinə söyərlər. 
XXV surə, 63-cü ayədən: Rəhmanın bəndələri o kəslərdir ki, onlar yer üzündə 
təmkinlə,  təvazökarlıqla  gəzər,  cahillər  onlara  söz  atdıqları  zaman  onlarla  gözəl, 
yumşaq danışarlar. 
Əgər  bir  tərəfdən,  Şərq  xalqları  üçün  ərəblərin  yürüşü  Vizantiya  tərəfindən 
onlara  verilən  fiziki,  maddi  və  mənəvi  məhrumiyyətlərdən  azad  edilməsidirsə, 
digər  tərəfdən,  islamın  sürətlə  yayılmasını  şərtləndirən  amillərdəndir.  Roma 
imperiyasının despotizmini  əvəz  edən  islam  liberalizmi  insanların qəlbində  əbədi 
yuva salırdı. 
Məşhur  fransız  alimi  Dozi  yazırdı  ki,  ərəblərin  hökmranlığının  dinc  dövrü 
digər  dinlərə  ibadət  edənlərə  münasibətdə  daha  humanist  xarakter  daşımışdır. 
Qeyri-müsəlmanlar  zorakılıqla  yox,  məhz    inama  görə  islamı  qəbul  etmişlər.  Bu 
münasibətlə  II  Ömərin  yerli  nümayəndəsi  Xəyyamın  ona  yazdığı  məktub  çox 
ibrətamizdir. 
«Əgər  Misirdə  işlər  bu  cür  davam  etsə,  heç  şübhəsiz,  bütün  xristianlar  bir 
nəfər  kimi  islamı  qəbul  edəcək,  bununla  da  dövlət  onlardan  xəzinəyə  daxil  olan 
gəlirdən məhrum olacaq». 
II Ömərin cavabı daha maraqlıdır: 
«Allah  Məhəmməd  Peyğəmbəri  öz  elçisi  kimi  göndərib,  dilənçi  payı  yığan 
kimi yox». 
İslamdan  sonra,  İspaniyada  xristianlar,  xüsusilə  azad  yaşamağa  başladılar. 
Avropada  izlənən,  təqiblərə  məruz  qalan  yəhudilər  xilafətdə  təhlükəsiz  sığınacaq 
tapırdılar. Tarixdə belə təkzibolunmaz faktlar çoxdur. 
C.Hacıbəyli  islamı  təhrif  edənlərə,  onu  ədalətsiz  hücumlarla  gözdən  salmağa 
çalışanlara  cavab  olaraq,  məqaləsini  belə  itirir:  «Müsəlman  fatehlərinin  inama 
dözümlülüyü  müqabilində  «xaç  yürüşlərinin»  qəddarlıq  nümunələrindən  misal 
gətirsək, müsəlmanların zorakılıq və fanatizm daşıyıcıları kimi təqdim olunması ən 
böyük və ciddi səhv olardı». 
C.Hacıbəyli  təkcə  islamın  tarixinə  və  müqəddəs  kitab  Qurana  əsaslanaraq, 
müsəlmançılığı müdafiə etmir, həm də dində baş verən dəyişiklikləri, ruhanilərin 
problemlərini  cəsarətlə  mətbuat  səhifəsinə  çıxarır.  Geniş  ictimaiyyətlə  öz  fikir  və 
mülahizələrini bölüşdürürdü. 
Bu  mənada  «Kaspi»  qəzetinin  üç  nömrəsində  (29  noyabr,  №  267;  3  dekabr,  
№  270;  8  dekabr,  №  274)  dərc  olunmuş  «Ruhanilərin  ehtiyacı»  adlı  iri  həcmli 
məqalə diqqəti xüsusilə cəlb edir. Məqalə belə başlayır: 
«Bəzi  istisnaları  nəzərə  almasaq,  bizim  jurnalistlər  müsəlman  ruhaniləri 
haqqında  çox  amansız,  sərt  mövqe  tuturlar.  Onlar  «cəhalət,  qaranlıq  elçilərini», 
«zərərli  elementləri»,  xalqın  ziyanlı  instinktlərini  qızışdıranları,  elm  və  maarifin 
yayılmasına qarşı duranları «yerlə yeksan edir», «biçirlər». 


 
49 
Bir  sözlə,  bizdə  ruhaniləri  söymək  dəbdədir.  Mollalar  barədə  hər  hansı  bir 
müsəlmanla  söhbət  et,  o  mollaları  bütün  bəlaların  mənbəyi,  qatı  düşməni 
adlandıracaq. 
Məsələ  burasındadır  ki,  mollalar  haqqında  C.Hacıbəylinin  qeyd  etdiyi  bu 
ictimai  rəy  birdən-birə,  əsassız  yaranmamışdır.  Bir  tərəfdən,  cəmiyyətdə  Qərbin 
uydurduğu «müsəlman fanatizmi», «dözülməzliyi» pərdəsi ilə islamla mübarizəsi. 
Digər  tərəfdən,  xalqını  bütün  varlığı  ilə  sevən  qələm  sahiblərinin  –  M.Ə.Sabirin, 
C.Məmmədquluzadənin  öldürücü  satirası,  felyetonları  adamlar  arasında  mollalar 
barədə mənfi fikrin formalaşmasına xidmət etmişdir. 
C.Hacıbəylinin  fikrincə,  ruhanilər  haqqında  xoşagəlməz  rəyin  əmələ 
gəlməsinin  bir  səbəbi  də,  onların  süstlüyü,  soyuqluğu,  fəaliyyətsizliyidir.  Bunun 
özünün  də    səbəbləri  var.  Başlıcası  isə  ruhani  təhsili  verən  mütəşəkkil  ali 
müəssisələrin olmamasıdır. C.Hacıbəyli bu barədə – Bakıda ruhani seminariyasının 
açılmasının vacibliyi haqqında hələ 1913-cü  ildə «Kaspi»də yazmışdır. O vaxt da, 
müəllif  qeyd  etmişdir  ki,  ruhani  seminariyasının  olmaması  xalqın  tərəqqisi  və 
maariflənməsi  yolunda  ciddi  maneədir.  Bu  zaman  C.Hacıbəyli  həm  də  ona 
əsaslanırdı  ki,  bizdə  seminariyanın  olmadığından,  adamlar  ruhani  təhsili  almaq 
üçün İran və Türkiyənin müxtəlif şəhərlərinə gedirlər. Başqa həyat tərzi, yad mühit 
onları  öz  xalqından  uzaq  salır.  Belə  tərbiyə  və  təhsillə  geri  dönən  «mənəviyyat 
ataları» xalqa necə fayda verə bilərlər? Amma xalqın öz içərisində yetişən ruhani 
xalqın  ideya  və  mənəvi  ehtiyaclarını  daha  yaxşı  bilər,  xalqdan  uzaq  düşməzlər.  
Məsələ  burasındadır  ki,  Qafqazın  ali  ruhani  nümayəndələri  də  seminariyanın 
açılmasına  ehtiyac  olduğunu  etiraf  etməyə  başlamışlar.  Belə  təhsil  müəssisənin 
vacibliyini Zaqafqaziya şeyxülislamı Abdusalam Axundzadə qeyd etmiş, ilk addım 
kimi ali hakimiyyət orqanları qarşısında məsələ qaldırmışdı. Onlar razılıq versə də, 
Şeyxin vəfatı bu işin davam etdirilməsinə mane olmuşdur. 
Sonralar  bu  məsələ  ilə  şeyxülislam  axund  Pişnamazzadə  məşğul  olsa  da, 
vəsait çatışmazlığı ucbatından seminariyanın açılmasına nail ola bilməmişdir. 
C.Hacıbəyliyə  görə,  vəsait  tapmaq,  vəqfin  və  məscidlərin  yardımı  ilə, 
şübhəsiz, seminariya açmaq olardı. Müəllif göstərir ki, ruhanilərimizin kədərli, ağır 
vəziyyətə düşməsinə seminariyanın olmamasından başqa səbəblər də var. 
Qəzetin  növbəti  nömrələrindən  birində  verilmiş  məqalədə  bu  səbəblərdən 
bəhs  etməzdən  əvvəl,  C.Hacıbəyli  oxucunun  diqqətini  «Kaspi»nin  264-cü 
nömrəsində  Tiflisdən  verilmiş  bir  xəbərə  cəlb  edir.  Xəbərdə  bir  seminariyanın 
açılması  ilə  bağlı  görülən  tədbirlərdən  bəhs  olunur.    Göstərilir  ki,  ruhani  və 
dünyəvi  şəxslərdən  ibarət  Komissiya  Tiflis  seminariyasının  proqramını, 
Nizamnamə  və  ştat  cədvəlini  hazırlamaqla  məşğuldur.  Komissiyanın  qənaətinə 
görə,  seminariya  iki yolla  yarana bilər:  ya  müstəqil,  ya  da hansısa  dini  məktəbin 
yenidən qurulması ilə. Komissiya ikinci yolu seçmişdir. 
C.Hacıbəyli  əmindir  ki,  Komissiyanın  işinə  Tiflisdən  başqa  Qafqazın  digər 
şəhərlərindən  də  ziyalı  müsəlmanlar  cəlb  edilməlidir.  Yalnız  Tiflisin  Komissiya 
üzvlərinin  iştirakı  ilə  indiki  tələblərə  cavab  verə  bilən  dini  mərkəzin  açılması 
müşkül məsələdir. 
Xalqını,  onun  mənəvi,  maddi  dəyərlərini  yüksək  qiymətləndirən,  tərəqqi  və 
maarif  naminə  yorulmadan  çalışan  C.Hacıbəyli  ayrı-seçkiliyin,  müxtəlif 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə