Abġd tahġRLĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   19   20   21   22   23   24   25   26   ...   176

 
46 
6  dəvə, 1220 baş qoyun, 1  buzov, 60  pud  un, 1400  rublluq  zinət əşyaları, 6 keçi.  
1818  rublluq  digər  əşya  itirmişlər.  Bir  nəfər  öldürülmüş,  iki  nəfər  yaralanmışdır. 
Bir  mülk  dağıdılmış,  10  desyatin  meşə  qırılmışdır.  Məqalədə  müəllif  zərərçəkən 
müsəlman  kəndlərinin  adını  sadalayır.  Aydın  olur  ki,  zərərçəkən  yaşayış 
məntəqələri arasında erməni kəndi yoxdur. «İndi baxaq ki, xristian əhalisi nə qədər 
zərər çəkib? 
Şahsevənlərin basqın etdiyi bütün müddət ərzində yoldan keçən bir erməninin 
60 rublluq malı qarət edilmişdir». 
C.Hacıbəyli  bütün  faktları  sadaladıqdan  sonra  nəticə  çıxarmağı  oxucunun 
ixtiyarına buraxır: «İndi ədalət naminə oxucu hökm çıxarsın: sərhəd quldurlarından 
daha çox kimin müdafiəyə ehtiyacı var?» 
C.Hacıbəyli  təkcə  islamın  cari  problemləri  ilə  yox,  həm  də  bu  dinin  tarixi, 
digər  dinlərlə  münasibəti,  dünya  mədəniyyətindəki  yeri  və  rolu  barədə  sanballı 
məqalələr  yazmışdır.  Bu  yazılarında  müəllif  təkcə  öz  mühakimələri  ilə 
kifayətlənmir,  yeri  gəldikcə  Şərqin  və  Qərbin  tanınmış  din  tədqiqatçılarına 
müraciət  edir.  İslamın  qüdrətli  təəssübkeşi  C.Hacıbəyli  müsəlman  qayda-
qanunlarını  əxlaq  və  hüquq  normalarını  təftiş  edən,  yaxud  qərəzli  təhrif  edənlərə 
qarşı  amansız  mövqe  tutur,  özünün  kəsərli  dəlilləri  ilə  həqiqətin  meydana 
çıxmasına çalışırdı. 
«Avropalılar  islam  haqqında»  məqaləsində  («Kaspi»  qəzeti,  1913-cü  il,  12 
iyun,  №  129)  C.Hacıbəyli    C.Filipatın  «La  Revue  bleue»  jurnalında  «Nə  üçün 
fransızlar  islamı  öyrənməlidir»  adlı  yazısına  münasibətini  bildirir.  Müəllif 
məqalədəki «Avropalılar islamı kifayət qədər bilmir» fikrini təsdiqləyir və islama 
münasibətdə bir sıra yanlışlıqların da yaranmasının səbəbini bunda görür. Qraf de-
Bulanvilin  «Məhəmmədin  həyatı»  əsəri  islamı  dərindən  öyrənmək  baxımından 
yaxşı mənbədir. C.Hacıbəyli oxucularını inandırır ki, yalnız islamı mənimsəməklə 
həqiqəti ortaya çıxarmaq olar. 
«Ərəblərin fəthi və hökmranlığı dövründə islam» («Kaspi», 6 noyabr 1915-ci 
il, №248) adlı məqaləsi Ceyhun bəyin islamı dərindən mənimsədiyinə dəlalət edir. 
Məqalədə  qraf  Anri  de  Kastrinin  1907-ci  ildə  çap  olunmuş  (dördüncü  nəşr) 
«İslam»  adlı  tanınmış  əsərinin  ikinci  hissəsinin  Qirey  Metsxal  tərəfindən  fransız 
dilindən  ixtisarla  tərcüməsindən  danışılır.  Bəri  başdan  deyək  ki,  müəllif 
Q.Metsxalın  bu  təşəbbüsünü  alqışlayır  və  başqalarını  da  belə  təcrübələrdən 
bəhrələnməyə  dəvət  edir.  Q.  Metsxal  tərcüməyə  yazdığı  ön  sözdə  qeyd  edir  ki, 
fransız  müəllifinin  toxunduğu  bütün  problemlər  rus  oxucusu,  rus  müsəlmanları 
üçün  böyük  əhəmiyyət  daşıyır.  Çünki  islamın  cəmiyyətdə  yeri  və  rolu  barədə 
xoşagəlməz fikirlər hakimdir, həm də onun digər dinlərlə o cümlədən, xristian dini 
ilə münasibətləri haqda bəzən qeyri-obyektiv mülahizələr yürüdülər. 
İslam yaranandan Avropada belə bir ədalətsiz fikir formalaşmışdı ki, guya bu 
dinin  yayılması  üçün  hakimiyyətdən  və  qılıncdan  istifadə  olunur.  C.Hacıbəyli 
təəssüflə  qeyd  edir  ki,  «müsəlman  «dözülməzliyi»  və  «müsəlman  fanatizmi» 
ifadələri bu gün də bəzi publisistlərin səxavətlə işlətdikləri sözləridir. Bunu onların 
öz vicdanlarının mühakiməsinə buraxaq. C.Hacıbəyliyə görə, çox hallarda «islam 
fanatizmi», «həmrəyliyi» barədə rəy qəsdən, qərəzli yaradılır; sadəcə olaraq islam 
barədə məlumatın azlığı buna şərait yaradır. Odur ki, vacib məsələyə islam-xristian 


 
47 
münasibətlərinə  həsr  olunmuş  təşəbbüslər  təqdir  olunmalıdır.  Müəllif  əmin 
olduğunu  bildirir  ki,  bu  mövzuda  əsaslandırılmış,  qərəzsiz  yazılar  islam  barədə 
cəmiyyətdə cərəyan edən pis fikirləri alt-üst edəcək. Ceyhun bəy hesab edir ki, hər 
bir müsəlman ziyalısı da bu sahədə bacardığını etməlidir, hər kəs öz ətrafındakı rus 
vətəndaşını xalqının həyatı, adət-ənəsi. İnancı, mənəviyyatı, tarixi ilə tanış etməyə 
səy göstərməlidir. Əgər bunu öz qüvvəmizlə edə bilmiriksə, bacarmırıqsa, o zaman 
əcnəbi müəlliflərdən bizim üçün daha əhəmiyyətli əsərlərini yaymağa çalışmalıyıq. 
«İslam»ın  Q.Mextsalın  tərcüməsində  təqdim  olunan  hissəsində  əsas  ideya 
ondan  ibarətdir  ki,  islamı  və  onun  nümayəndələrini  fanatizmdə,  dözülməzlikdə 
günahlandırmaq üçün heç bir əsas yoxdur. İslam barədə bu iradların müqabilində 
müəllif  islamçıların  qeyri-müsəlmanlara  qarşı  xeyirxah,  insani  münasibətindən 
misallar göstərir. İslamın yayılması tarixi belə nümunələrlə zəngindir. 
İslamın  qısa  zamanda  belə  sürətlə  yayılmasının  başqa  bir  səbəbi  islam 
rəhbərlərinin  böyük  zəkası  və  bacarığıdır.  Məhz  bunun  sayəsində  islam  az 
müddətdə Şimali Afrikaya, Qərbi Avropaya ayaq açmışdır. 
632-ci  ildə  Məhəmməd  Peyğəmbər  vəfat  edəndə  islam  Ərəbistanın  az 
hissəsində  yayılmışdı.  «Lakin  ilk  islam  rəhbərləri  arasında  nadir  zəkaya  və  fitri 
istedada malik olanlar çox idi» - bu fransız alimi Abbat de Brolinin qəti qənaətidir. 
O  yazırdı:  «Məhəmmədə  iman  gətirənlər  səmimi,  cəsarətli,  ağıllı  və  hissiyyatlı 
adamlar idi. Bunlar Abu Bəkir və Ömər idi. Bu dözümlü, ədalətli, bacarıqlı, enerjili 
iki  ərəb  nəhəng  imperiyanı  idarə  etməyə  qadir  idi  və  onlarla  mübarizə  aparan 
xristian imperatorlarından, xristian hökmdarlarından yüksəkdə dayanırdılar». 
Başqa bir Avropa alimi Robertson özünün «V Karlın tarixi» əsərində yazırdı 
ki, Məhəmmədə inam gətirənlər böyük ruh yüksəkliyi və ardıcıllıqla, dözümlülük 
ruhu ilə prozelitizmin vəhdətini yaratmışlar. 
Ərəblərin  Suriya  və  Şimali  Afrikaya  yürüşləri  Roma  və  Vizantiya 
imperiyasının  basqını  ilə  müqayisədə  sülh  məramlı  olmuşdur.  Bu  zaman  əslində 
zorakılıq və qəddarlığa yol verilməyib. 
C.Hacıbəyli  əsərin  daha  aktual  səslənən,  dövr  üçün  zəruri  hesab  etdiyi 
hissələrin  şərhinə  daha  geniş  yer  verir  və  islamın  bəşəri,  humanist  dəyərlərini 
qabarıq  göstərməklə,  «müsəlman  fanatizmi»nin,  «dözülməzliyi»nin  ideoloq  və 
təbliğatçılarına öldürücü zərbə vururdu. Müəllif məqalədə əsərin belə bir hissəsinə 
oxucunun diqqətini yönəldir. Müsəlmanlar yürüş zamanı yollarına çıxan  xalqlara 
təkliflərlə müraciət edirdilər: 
-
 
ya Quranı qəbul etməli; 
-
 
ya öz din və adətlərini saxlamaqla vergi verməli; 
-
 
ya da silahının gücünə arxalanmalı. 
Nəzərə  alsaq  ki,  imperiyalar  tarixində  amansız  müharibələr,  qırğınlar, 
qəddarlıqlar, dağıntı və min bir cür digər fəlakətlər bir norma olmuşdur. O zaman 
ərəblərin bu cür hərəkəti çox humanist görünər. 
Quranda  islamın  dəyərləri,  aliliyi,  humanizmi,  bəşəriliyi  daha  parlaq  şəkildə 
öz əksini tapmışdır. Bu müqəddəs kitabın başlıq və surələrindən bəzi nümunələri 
misal göstərməklə deyilənləri təsdiqləmiş olardıq. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə