Abġd tahġRLĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə21/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   17   18   19   20   21   22   23   24   ...   176

 
42 
İslama edilən yersiz hücumlar, bəsit şərh və təfsirlər də C.Hacıbəylini narahat 
edirdi. Gənc publisistə görə dini hay-küylə müdafiə etmək mənasızdır və əks təsir 
verə bilər. Dinə, onun tarixinə. İslamın qayda, qanunlarına dərindən bələd olmaq. 
Sonra opponentlə hər cür mübahisəyə girişmək olar. Məhz, buna görə C.Hacıbəyli 
tez-tez dini mərasimlər, onların qeyd olunması haqqında maraqlı məqalələr yazırdı. 
Ceyhun  bəy  cəmiyyətdə  hökm  sürən  cəhalət  və  cahilliyin,  mövhumatın  bir 
səbəbini də dini savadsızlıqda görür və İslam ümmətini maarifləndirmək niyyəti ilə 
çoxsaylı məqalələr çap etdirirdi. 
«Mövlud»  («Kaspi»  qəzeti,  6  noyabr,  1995-ci  il,  №  248)  «Ruhanilərin 
ehtiyacı» («Kaspi» qəzeti, 20 noyabr, № 267; 3 dekabr , № 270; 8 dekabr № 274, 
1915-ci  il)  adlı  məqalələrini,  habelə  Ramazan,  Qurban  bayramları  haqqında 
yazılarını bu məqsədlə yazmışdır. 
C.Hacıbəyli məhərrəmlik və aşura mövzusuna da dəfələrlə müraciət etmişdir. 
Dövrün  nüfuzlu  qəzetlərindən  sayılan  «Kaspi»də  dərc  olunan  «Məhərrəmlik 
yaxınlaşır»  (20  oktyabr,  №223,  1915),  «Aşura»  (5  noyabr,  №247,  1915), 
«Məhərrəmlik  günlərində»  (12  noyabr  №252,  1915)  məqalələri  bu  gün  də 
aktuallığını itirməmişdir. 
Mədrəsə  və  mollaların  kifayət  qədər  olduğu  Azərbaycanda  məhərrəmlik  və 
aşura  barədə  dalbadal  məqalə  yazmağa  Ceyhun  bəyi  nə  vadar  edirdi?  Ən  əvvəl 
qeyd  olunmalıdır  ki,  mövhumat  və  cəhalət  tərəfdarları  bəzən  İslamı  əldə  bayraq 
edir, ondan özlərinə sərfəli şəkildə yararlanmağa çalışırdılar. 
Digər  tərəfdən,  bu  mövzudan  «ilhamlanan»  qələm  sahibləri,  o  cümlədən 
«Molla  Nəsrəddin»  mollalara  «hücumu»  genişləndirirdi.  Avropadan  gələn 
səyyahlar,  tacirlər,  jurnalistlər  isə  İslama  bu  ikili  münasibətə  «mat»  qalır,  öz 
məqsəd  və  düşüncə  ölçüləri  ilə  İslama  qiymət  verirdilər.  Məhz  belə  bir  dövrdə 
C.Hacıbəylinin  məhərrəmlikdən  bəhs  edən  yazılarla  mətbuatda  çıxış  etməsi  çox 
əhəmiyyətli  idi.  «Məhərrəmlik  yaxınlaşır»  məqaləsində  müəllif  məhərrəmliyin 
tarixini  oxuculara  təqdim  edir,  azadlıq  və  qəhrəmanlıq  simvolu  olan  imam 
Hüseynin və onun 72 qohum və silahdaşlarının xatirəsinin anılmasını təqdir edir. 
Lakin  Ceyhun  bəy  bu  zaman  ifrata  varılmasının,  özünə  işgəncə  verərək 
Qurana  zidd  hərəkətlərin  edilməsinin  qatı  əleyhdarı  kimi  çıxış  edir.  O,  yazır  ki, 
dindarlarımız və ziyalılar bu cür adətlərə qarşı amansız, barışmaz mövqe tutmağı, 
özünə işgəncə verənlərə və onları şirnikləndirənlərə bu zərərli, ziyanlı ənənəyə son 
qoymağın vaxtı çatdığını başa salmalıdırlar. 
C.Hacıbəyli qeyd edir ki, ictimaiyyət mərsiyəxanlara, onların bəzən əks-təsirə, 
əks-təbliğata  çevrilən  mərsiyələrinin  məzmununa  da  fikir  verməlidir.  Qoy 
mərsiyəxanlar  əsl  həqiqətdən,  Kərbəla  hadisəsinin  mahiyyət  və  məzmunundan 
bəhs  etsinlər.  Bu  faciənin  qəsdən  şişirdilməsinə  ehtiyac  yoxdur,  faktların 
sadalanması  kifayətdir.  Əgər  mərsiyəxan  «gün  74  saat  davam  etdi»,  «Fərat  öz 
başlanğıcını  göylərdən  götürdü»,  yaxud  «70.000  qanadı,  başı  olan  əlli  mələk» 
deyirsə, bütün bunlar inandırıcı deyil və kiminsə qəlbinə şübhə toxumu səpir. 
Məqalə  müəllifinin  fikrincə,  mərsiyəxan  çox  böyük  məsuliyyət  götürüb, 
«günahkar adam belə imamın xatirəsinə gözündən bir gilə yaş tökərsə, onun bütün 
pis əməlləri bağışlanar» deyirsə, bunun nəticəsi çox zərərli ola bilər. 


 
43 
«Məhərrəmlik günlərində» məqaləsində müəllif Aşuradan sonra davam edən 
mərasim  və  adətlər  haqqında  bəhs  edir.  Göstərir  ki,  həmin  günlər  toy,  sünnət  və 
digər  təntənəli  mərasimlərin  keçirilməsinə  qəti  yol  verilmir.  Məqalədə  müəllifin 
maraqlı, həm də mübahisəli fikirləri də var. O, qeyd edir ki, indiki vəziyyətdə uzun 
müddətə  mədəni  həyatın  dondurulması  məqsədəuyğun  deyil  və  yaxşı  olar  ki, 
ikiaylıq məhərrəmlik mərasimi xeyli azaldılsın, daha münasib müddətdə tələblərə 
riayət olunsun. 
C.Hacıbəyli  məqalədə  əvvəlki  illərə  nisbətən  mərsiyəxanların  reallıqlarla 
nisbətən barışdıqları, öz mərsiyələrində fantastik, tamamilə yersiz və artıq, əsassız 
hay-küyə az yer verdiklərini qeyd edir və yazır ki, hər il 70 min qanadlı mələkdən, 
div  və  cindən  bəhs  edən  mərsiyəxanlar  bu  il  maarifdən  peyğəmbərimizin  təhsillə 
bağlı  dediklərindən,    bəzi  müftəxor,  tüfeyli  dərviş  və  seyidlərin  ikrah  doğuran 
hərəkətlərindən  danışırlar.  «Əsl  Peyğəmbər  övladı  heç  vaxt  əlini  açıb  dilənməz» 
yazan C.Hacıbəyli mərsiyəxanların bu mövqeyini təqdir edir. 
Publisist  yazır  ki,  bu  il  məhərrəmlik  daha  bir  hadisə  ilə  əlamətdar  olmuşdur. 
Mərsiyə  gecələrində  müharibədən  zərərçəkənlər  üçün  xeyli  yardım  toplanmışdır. 
Beləliklə,  müəllif  göstərir  ki,  bu  ilki  mərasimdən  iki  nəticə  alınmışdır:  birincisi 
odur  ki,  mərsiyəxanlar  yalançı,  fantastik  hay-küydən  əl  çəkmiş.  İmamı  və  onun 
silahdaşlarını  ləyaqətlə  yad  etmişlər,  ikincisi  isə  zərərçəkənlər  üçün  xeyli  pul 
toplanmışdır. 
C.Hacıbəyli  məqalənin  sonunda  yazır:  «Ümid  edirik  ki,  gələcəkdə  bizdə 
imamın  təziyyəsini  ləyaqətlə  saxlamağa  nail  olmaq  üçün  bu  işlə  məşğul  olanlar 
böyük həvəs və enerji ilə məhərrəmliyə aid problemi nizama salacaqlar». 
C.Hacıbəylinin  «Aşura»  adlı  məqaləsi  bu  mərasimin  mahiyyət,  məna  və 
həmçinin  tarixini  öyrənmək  baxımından  gözəl  mənbə  olmaqla  yanaşı,  həm  də 
aşuraya «yamaq vuranlara», əndazəni  aşanlara, eyni zamanda aşura mərasimlərini 
mətbuatda  ifşa  edənlərə  tutarlı,  dolğun  cavabdır.  «Aşura»  məqaləsi  geniş  oxucu 
kütləsi-ictimaiyyət  üçün  nəzərdə  tutulub  və  təbliğat  xarakterlidir.  Ceyhun  bəy  bu 
səpgili  məqalələri  yazmaqla  mövhumat  və  cəhalət  «xəstələrini»  məlumatlandırır, 
dindarlar arasında əsl həqiqətin ortaya çıxmasına çalışır. 
Məqalədə  müəllif  yazır:  «Min  iki  yüz  yetmiş  bir  dəfədir  ki,  müsəlmanlar 
insanın  azadlığı  və  hüquqları  uğrunda  əzabla  qətlə  yetirilmiş  imamın  xatirəsini 
ehtiramla yad edirlər». C.Hacıbəyli bu tarixin uzun müddət olmasına baxmayaraq, 
adamların  bu  yası  əvvəlki  kimi  zəifləməyən,  azalmayan  tərzdə  saxlanılmasını  
xüsusi qeyd edir və dərhal da yazır: «Əlbəttə, mən «yas» sözünü əsl mənada qəbul 
edirəm; qəlbin yası, bədənin yox, daxili yas, nümayişkaranə yox!» 
C.Hacıbəyli  göstərir  ki,  imamın  və  onun  72  yaxınının  əzablı  ölümünə  uzun 
müddət (2 ay) yas saxlanılmasının səbəblərini araşdırmaq lazımdır. Axı, imamların 
əksəriyyəti, elə İmam Hüseynin atası İmam Əli də qətlə yetirilmişdir. Onlara bir-
iki gün yas saxlanılır. Həm də bu zaman ümumxalq kədəri hiss olunmur. Deməli, 
imam  Hüseynin  qətli  ilə  bağlı  xalqın  hafizəsinə  və  qəlbinə  əbədi  hakim  kəsilmiş 
daha  təsirli  hisslər  hopmuşdur.  Müəllif  sual  verir:  «Bu  hansı  hisslərdir?».  Sonra 
yazır:  «Bu  bütün  insanlar  üçün  həyatın  o  müqəddəs  nemətidir  ki,  indi  də 
milyonlarla insan öz həyatlarını onun yolunda qurban verirlər. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə