Abġd tahġRLĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   21   22   23   24   25   26   27   28   ...   176

 
50 
təriqətlərin  qərəzli  mübarizəsinin  qatı  əleyhdarı  olmuşdur.  Təsadüfi  deyil  ki, 
seminariyanın  açılması  ilə  bağlı  məsələlərdən  bəhs  olunarkən  tez-tez  «şiə» 
sözünün  işlədilməsi  Ceyhun  bəyi  narahat  edir.  Böyük  qələm  sahibi  yazırdı  ki, 
seminariyaya bütün müsəlmanların – həm şiələrin, həm də sünnilərin ehtiyacı var. 
Seminariyanın  açılmasına  münasibət  bu  cür  olsa,  ruhanilərin  tərbiyəsindəki 
nöqsanları  aradan  qaldırmaq,  Avropada  islam  barəsində  yayılan  qərəzli  söz-
söhbətlərin qarşısını almaq olar. 
Məqalənin  sonuncu  hissəsində  (8  dekabr,  №  274)  müəllif  ruhanilərin 
vəziyyətini  qeyri-qənaətbəxş  olması  səbəblərini  izah  etmək  üçün,  onların  gəlir 
mənbəyinin açıqlanması vacibliyini göstərir. 
O  yazır:  «Ruhanilərin  müəyyən  gəlir  mənbəyi  yoxdur.  Onlar  təsadüflərin 
hesabına yaşayırlar». C.Hacıbəyli təsadüflərin nədən ibarət olduğunu da qeyd edir 
ki,  oxucuda  mollanın  həyat  tərzi,  gəlir  mənbəyi  barədə  tam  təsəvvür  əldə  etsin. 
Molla  gözləməlidir  ki,  xeyir  və  ya  şər  məclisində  kimsə  ona  müraciət  edəcək, 
yaxud  yoldan  ötən  bir  kəs  uzun  Ramazan  gecəsində  atasının  ruhunu  şad  etmək 
xəyalına  düşəcək,  ya  da  ki,  məhərrəmliyin  sonunda  mərsiyəxandan  sonra  növbə 
mollaya  çatacaq.  Bunlardan  başqa  həm  də,  pedaqoji  fəaliyyətlə  məşğul  olan 
mollalar da var ki, onun gəlirinə qəpik-quruş əlavə etmək olar. 
C.Hacıbəyli göstərir ki, tək mollanın yox, ruhanilərin bütün təbəqəsinin, hətta 
şeyxülislamın belə gəliri azdır. 
İqtisadi  çətinliklər  istər-istəməz  mollada  da  «yaşamaq  uğrunda  mübarizə» 
şüarı  ilə  çalışmaq  keyfiyyəti  aşılayır.  Təbii  ki,  belə  vəziyyətdə  ümumxalq 
mənafeyinin şəxsi mənafeyə qurban verilməsi şansı çoxalır. 
Molla təbii olaraq, məktəb açan elmə səsləyən dünyəvi ziyalıların timsalında 
öz  rəqibini  görür.  Ziyalıların  əsl  niyyətlərindən  xəbərsiz  mollalar  mədəni-
maarifçilik  işini  onlara  qarşı  çevrilmiş  akt  kimi  qəbul  edirlər.  Mollanın  yaşadığı, 
işlədiyi ərazidə məktəbin açılması, «mədrəsədən, axına səbəb olur ki, bu da, onun 
cibinə  zərbə  vurur.  Şübhəsiz,  belə  vəziyyət  mollanı  haldan  çıxarır.  Əgər  molla 
iqtisadi cəhətdən tam təmin olsaydı, heç şübhəsiz, minlərcə məktəbin açılması onu 
qıcıqlandırmaz və «rus işqolu»nun ünvanına söyməzdi. 
C.Hacıbəylinin  fikrincə,  vəziyyət  bu  cür  davam  etsə,  kütləvi,  mənəvi,  fiziki 
şikəstliklər  baş  verə  bilər.  Bu  gün  ruhanilərin  iqtisadi  təminatı  birinci  dərəcəli 
əhəmiyyət kəsb edən məsələlərdəndir. 
Bu, 1914-cü ildə keçirilmiş müsəlmanların qurultayında da qeyd olunmuşdur. 
Böyük publisist ruhanilərin ehtiyacından bəhs edərkən çox vacib bir məsələni 
də vurğulamışdır. Onun qənaətinə görə şəxsi və əmlak münasibətlərində müsəlman 
ruhanilər də xristian ruhanilərə aid hüquq və imtiyazlardan istifadə etməlidirlər. 
C.Hacıbəyli  məqalənin  sonunda  ruhani  dünyasında  ediləcək  dəyişikliklərin 
rəhnini  iki  məsələnin  təxirə  salınmadan  həll  olunmasında  görür:  təlim-tərbiyə  və 
təminat. 
Cəmiyyətdə  bəziləri  də  mollaların  iqtisadi  mübarizəsinin  dinlə  elmin, 
köhnəliklə yeniliyin, cəhalətlə işığın mübarizəsi kimi qiymətləndirir. 
Göründüyü kimi, islamın mahir bilicisi və istedadlı qələm sahibi C.Hacıbəyli 
ruhaniliyin  mövcud  problemlərini  çox  obyektiv  şəkildə  araşdırmış,  çıxış  yolunu 
göstərmiş,  bununla  da,  həm  yalnız  «ifşa  etməklə»  məşğul  olan  qafqazlı 


 
51 
həmkarlarını  qınamış,  həm  də,  Avropada  «fanatizm»,  «dözülməzlik»  kimi 
ibarələrlə aləmə car çəkən ideoloqlara tutarlı cavab vermişdir. 
C.Hacıbəylinin  gənc  yaşlarından  islamdan  bəhs  edən  yazılarını    sonrakı 
illərdə-xüsusilə,  mühacirət  dövründəki  fundamental  tədqiqatların  bünövrəsi  hesab 
etmək olar. 
 
“Meydan”qəzeti, 6,13,20 oktyabr 1995, 
“Xalq qəzeti” 3 fevral 1999 
 
ÖZÜNÜ TÜRK VƏ MÜSƏLMAN SAYAN HƏR KƏS.., YAXUD
 
C.HACIBƏYLĠ QASPRĠNSKĠ HAQQINDA 
 
(İSMAYIL QASPRİNSKİNİN VƏFATININ 80 İLLİYİ 
MÜNASİBƏTİLƏ) 
 
 
Türk  dünyasının  mədəni,  mətbu-ictimai-mənəvi  tarixində  misilsiz  rol 
oynamış  İsmayıl  bəy  Qasprinski  ideyaları  taleyin  hökmü  ilə  dünyaya  səpələnmiş 
böyük bir  millətin  illər  uzunu  arzu  və  istəklərini  əks  etdirməklə  bərabər,  tərəqqi, 
dirçəliş,  xilas  yoluna  işıq  saçmışdır.  Bu  ideya  çox  yığcam  şəkildə  belə  ifadə 
olunmuşdur:  «Dil,  fikir  və  iş  birliyi».  Bu  ideyanın  formalaşmasına,  sonralar  isə 
alovlu təbliğinə İ.Qasprinski bütün həyatını həsr etmişdir. 
İ.Qasprinski  1851-ci  ildə  Krımın  Bağçasaray  şəhəri  yaxınlığındakı  Avcı 
kəndində  dünyaya  göz  açmışdır.  Atası  Mustafa  ağa  Qaspiralı  kəndindən  olduğu 
üçün İsmayıl bəy özünə Qasprinski soyadını götürmüşdür. İlk təhsilini Ağmeçiddə 
alan  İsmayıl  bəy  Moskva  şəhərində  hərbi  liseydə  oxumuş,  1868-ci  ildən  isə 
müəllimliyə  başlamışdır.  Moskva,  sonralar  Paris  (1871-74-cü  illərdə  İsmayıl  bəy 
Fransada  yaşamışdır)  mühiti  gələcəyin  böyük  ziyalısında  bu  qənaəti 
formalaşdırmışdır ki, xalqın cəhalətdən xilası, tərəqqisi üçün onun maariflənməsi 
yeganə  yoldur.  İsmayıl  bəy  bu  yolda  yorulmadan  çalışır,  məktəblər  açır,  qəzet 
buraxmağa səy göstərir. Araşdırmalarının, müşahidələrinin və səfərlərinin nəticəsi 
kimi  bu  illər  iki  kitab  yazır:  «Avropa  mədəniyyətinə  bir  nəzəri-müvazinə», 
«Rusiya müsəlmanları». 
İnadkarlığı, gərgin zəhməti bahasına İsmayıl bəy əvvəlcə «Tonğuc» (1881), 
«Mirati-cədid»  (1882)  qəzetlərini,  sonra  isə  Rusiya  müsəlmanlarının  mətbuat, 
mədəniyyət  tarixində  parlaq  rol  oynamış  «Tərcüman»ı  (1883-cü  il,  10  aprel) 
buraxmağa nail olur. 
Heç şübhəsiz, Bağçasaraydan parlayan – bütün türk dünyasına işıq salan bir 
ulduz – İsmayıl bəy Qasprinski şəxsiyyətinə Azərbaycan ziyalıları da böyük maraq 
göstərir, onunla əməkdaşlıq edirdilər. Xalqımızın Əli bəy Hüseynzadə, Əlimərdan 
bəy  Topçubaşov,  Əhməd  bəy  Ağayev  kimi  simaları  İsmayıl  bəylə,  onun  qəzeti 
«Tərcüman»la  müntəzəm  əlaqə  saxlamışlar.  Dövrünün  fəal,  məhsuldar  və 
mütərəqqi  ziyalılarından  sayılan  Ceyhun  bəy  Hacıbəyli  üçün  də  İsmayıl  bəy 
Qasprinski  örnək, öndər idi.  Bunu  Hacıbəylinin  İsmayıl  bəy  Qasprinskinin  vəfatı 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə