Ајәтуллаһ-үзма Мәһәммәд Фазил Ләнкәрани



Yüklə 2,08 Mb.
səhifə17/23
tarix01.11.2017
ölçüsü2,08 Mb.
#7817
1   ...   13   14   15   16   17   18   19   20   ...   23

ثُمَّ أَسْبِغْ عَلَيْهِمُ الاَْرْزَاقَ، فَإِنَّ ذلِكَ قُوَّةٌ لَهُمْ عَلَى اسْتِصْلاَحِ أَنْفُسِهِمْ، وَغِنىً لَهُمْ عَنْ تَنَاوُلِ مَا تَحْتَ أَيْدِيهِمْ، وَحُجَّةٌ عَلَيْهِمْ إِنْ خَالَفُوا أَمْرَكَ أَوْ ثَلَمُوا أَمَانَتَكَ


Sonra onlara yetərincə maaş ver! Bu iş onların şəxsiyyətini gücləndirər, xalqın malına əl uzatmaqdan çəkindirər. Bundan əlavə, itaətsizlik göstərsələr və ya əmanətə xəyanət etsələr bəhanələri olmaz.”

İSLAMDA MƏ’MURLARA NƏZARƏT VƏ BU İSTİQAMƏTDƏ RƏHBƏRİN ROLU


Dövlət işçilərinə münasibətdə rəhbərin vəzifəsi təkcə onları seçib ehtiyaclarını ödəmək deyil. Rəhbər işə tə’yin etdikdən sonra ardıcıl şəkildə mə’murların əməl və rəftarlarına nəzarət etməlidir.

Rəhbərin nəzarətdə saxlamalı olduğu sahələri sadalayaq: Mə’murların iş üsulu, onların xalqla rəftarı, işin gedişi və vəzifənin icrası ilə bağlı verilən mə’lumatların düzgünlüyü, xalqın mə’murlardan şikayətlərinin düzgünlüyü və onlarla başqa sahə. Bəli, bütün bunlar rəhbərin mühüm və aparıcı vəzifələrindəndir. Əgər rəhbər öz işçilərinin əməl və rəftarlarına nəzarət etməsə bə’ziləri bundan sui-istifadə edib xalqa sitəm qılacaq, xəyanətə əl atacaq, ədalətsizlik və fəsada yol verəcək. Beləcə, xalq mövcud hakimiyyətdən ümidini üzəcək, cəmiyyətin nizamı pozulacaq. Bu vəziyyətin qarşısını almaq üçün dövlət işçilərinə daimi nəzarət zəruridir. Dəqiq nəzarət mexanizminin qurulması, işçilər haqqında düzgün mə’lumatların əldə olunması mövcud nizamı möhkəmləndirən vəzifələrdəndir.

Təbii ki, nəzarət mexanizmində çalışan işçilər rəhbərin ən yaxın və ən e’tibarlı adamları olmalıdır. Onların təqvalı, mö’min, allahpərəst, əmanətdar və sədaqətli olması mühümdür. Rəhbər yalnız belələrinin verdiyi mə’lumatlardan arxayın ola bilər. Rəhbər əmin olmalıdır ki, ona mə’lumat verənlərin məqsədi yalnız Allaha, İslama, İslam nizamına xidmət etməkdir.

GİZLİ NƏZARƏT


Nəzarət mexanizmi ilə bağlı bəyan olunmuş məsələlərdən biri budur ki, İslam dövlət nəzarətçilərini (təhlükəsizlik xidmətini) “dövlətin gözü” adlandırır. Doğrudan da, dövlət mə’murlarına nəzarət edən şəxs dövlətin və hakimin gözüdür. Düzgün nəzarət mexanizmi olmayan dövlət eybləri görməyən kor kimidir. Buna görə də həzrət Əli (ə) İslam hakiminə göstəriş verir ki, bu gözləri (xəfiyyəni) məxfi şəkildə ölkənin müxtəlif nöqtələrinə yönəlt. Gizli nəzarət dövlət mə’murlarını sui-istifadədən və xəyanətdən çəkindirir, onlar xalqla mehriban rəftar edir, süründürməçiliyə yol verməyib insanların problemini həll edir.

Həzrət Əli (ə) bunu da nəzərə çatdırır ki, nəzarətçilər hakim tərəfindən e’timad qazanmalıdır. Onların verdiyi mə’lumat dəlil olmalı və bu mə’lumat əsasında tədbir görülməlidir. Əgər nəzarətçinin verdiyi mə’lumat şübhə altına alınarsa və tədbir görülməzsə bütün nəzarət mexanizmi e’timadını itirər və azğın insanlar qorxu-hürküsüz cəmiyyətdə fitnə-fəsada rəvac verər.


XAİNLƏRİN CƏZALANDIRILMASI


Həzrət Əli (ə) xainlərin cəzalandırılması ilə bağlı qeyd edir ki, hökumət işçilərindən, hətta hakimə ən yaxın adamlardan biri fəsad və xəyanətə əl atarsa və məxfi nəzarətçilər belə bir mə’lumat verərsə, xəyanətin sübutu üçün uyğun mə’lumat kafidir və tə’cili tədbir görülməlidir.

Sonra həzrət Əli (ə) rəhbərin xain fərdlərlə necə rəftar etməli olduğunu açıqlayır: Xaini cəzasına çatdır! Günahına uyğun şər’i cəzanı əskildib-artırmadan ona tətbiq et! Xaini rüsvay edib zillətə sal! Onun alnına xəyanət dağı vur, bədnamlıq boyunduruğunu başına sal. Belə ki, xalq onu barmaqla göstərsin və onun aqibəti başqaları üçün ibrət olsun. Belə etsən, xalq arasında xəyanət və fəsad üçün fürsət və imkan tapılmaz.


MƏXFİ MƏ’MURLARIN HƏMFİKİRLİYİ


Həzrət Əli (ə) məxfi mə’murların dəqiq seçimi, onların ruhi və əxlaqi sağlamlıqlarının nəzərə alınması ilə bağlı tövsiyələrdən sonra hakimi də’vət edir ki, istənilən bir işi bir neçə yöndən araşdırsın. Əgər müxtəlif nöqtələrdən eyni bir mə’lumat gələrsə hakimdə verilən mə’lumatlara şəkk qalmaz. Məxfi mə’mur nə qədər diqqətlə seçilsə də yalnız onun tərəfindən verilən mə’lumat höccət (dəlil) sayılmır. Əgər bir məsələ ilə bağlı müxtəlif məxfi mə’murlar müxtəlif mə’lumat verərsə bu məsələ araşdırılmalıdır. Öz növbəsində yalan mə’lumat verən məxfi mə’mur cəzalandırılır. Həzrət buyurur:

ثُمَّ تَفَقَّدْ أَعْمَالَهُمْ، وَابْعَثِ الْعُيُونَ مِنْ أَهْلِ الصِّدْقِ وَالوَفَاءِ عَلَيْهِمْ، فَإِنَّ تَعَاهُدَكَ فِي السِّرِّ لاُِمُورِهِمْ حَدْوَةٌ لَهُمْ عَلَى اسْتِعْمَالِ الاَْمَانَةِ، وَالرِّفْقِ بِالرَّعِيَّةِ.


وَتَحَفَّظْ مِنَ الاَْعْوَانِ، فَإِنْ أَحَدٌ مِنْهُمْ بَسَطَ يَدَهُ إِلَى خِيَانَة اجْتَمَعَتْ بِهَا عَلَيْهِ عِنْدَكَ أَخْبَارُ عُيُونِكَ، اكْتَفَيْتَ بِذلِكَ شَاهِداً، فَبَسَطْتَ عَلَيْهِ الْعُقُوبَةَ فِي بَدَنِهِ، وَأَخَذْتَهُ بِمَا أَصَابَ مِنْ عَمَلِهِ، ثُمَّ نَصَبْتَهُ بِمَقَامِ الْمَذَلَّةِ، وَ وَسَمْتَهُ بِالْخِيانَةِ، وَقَلَّدْتَهُ عَارَ التُّهَمَةِ


Sonra doğruçu və vəfalı məxfi mə’murlar göndərməklə onların da işini nəzarət altına al! Çünki işlərindəki son araşdırma onları əmanətdarlığa və xalqla mülayim rəftara vadar edər.

Böyük diqqətlə öz yaxınlarına nəzarət et! Əgər onlardan biri xəyanətə əl atsa və məxfi mə’murlar yekdilliklə bu xəyanəti təsdiqləsə deyilənlərlə kifayətlənib tə’xirə salmadan xəyanətkarı cəzalandırmalısan. Ona xəyanətinə münasib cəza ver! Sonra onu xar edib oturt, alnına xəyanət damğası vur, boynundan rüsvayçılıq boyunduruğu as!”

ƏKİNÇİLİYİN ƏHƏMİYYƏTİ VƏ XƏRACIN LÜĞƏT MƏ’NASI


İlkin İslam dövründə sənət məhdudiyyətlər səbəbindən, dünyadakı ticari əlaqələrin nizamsızlığı, rabitələrin zəifliyi, ticarət yollarının pisliyi və təhlükəliliyinə görə cəmiyyətin iqtisadi əsaslarına tə’sir göstərə bilmirdi. Cəmiyyətin iqtisadiyyatı yalnız əkin torpaqları və əkinçilikdən götürülən məhsuldan asılı idi. Buna görə də vergi yalnız torpaqdan və əkin məhsullarından alınırdı. Bu sayaq vergi xərac adlanırdı. Əkçinçilik ona görə əhəmiyyətlidir ki, şəhər əhalisinin əksəriyyəti öz ehtiyaclarını əkin məhsulları ilə tə’min edir. Əgər əkinçilik rövnəq taparsa şəhər əhlinin də ehtiyacları ödənər. Əks-təqdirdə heç bir şəhərli qida məhsullarına olan ehtiyacını birbaşa tə’min etməyə qadir deyil. Buna görə də əkinçilik heç bir vaxt əhəmiyyətini itirəsi deyil və daim insanların ilkin ehtiyaclarının tə’minatçısı olaraq qalacaq.

Digər bir tərəfdən, şəhər əhalisi öz ehtiyaclarını bilavasitə ödəyə bilmir. Ticari vasitələrlə onlar heyvan və bitki mənşəli məhsulları əldə edir. Əkinçilər də öz növbəsində geyim və məişət əşyalarını məhsuldan götürdükləri qazancla əldə edirlər. Belə bir alış-veriş cəmiyyətin iqtisadi çiçəklənməsinə səbəb olur. Uyğun mübadilələr isə ilk növbədə əkinçiliyə bağlıdır. Bu səbəbdən də əkinçiliyin tənəzzülü təkcə əkinçilərə ziyan vurmur. Belə bir tənəzzül bütün fəaliyyətlərə tə’sir göstərib cəmiyyəti iqtisadi böhrana, sonda isə məhvə aparır. Həzrət buyurur:



Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə