Ајәтуллаһ-үзма Мәһәммәд Фазил Ләнкәрани



Yüklə 2,08 Mb.
səhifə16/23
tarix01.11.2017
ölçüsü2,08 Mb.
#7817
1   ...   12   13   14   15   16   17   18   19   ...   23

فَانْظُرْ فِي ذلِكَ نَظَراً بِلِيغاً، فَإِنَّ هذَا الدِّينَ قَدْ كَانَ أَسِيراً فِي أَيْدِي الاَْشْرَارِ، يُعْمَلُ فِيهِ بِالْهَوَى، وَتُطْلَبُ بِهِ الدُّنْيَا


Qazini seçdikdən sonra ona nəzarət et, hökmlərini araşdır, onu mükafatlandırarkən səxavət süfrəni aç ki, ehtiyacları aradan qalxsın və xalqa möhtac olmasın. Onun məqamını elə ucalt ki, ətrafındakılar ona tamah salmasın və qazi xəbərçilərin və qəlbi qaraların böhtanlarından amanda olsun.

Sənə bu işlərdə diqqətli ol dedim! Çünki bu din keçmişdə şər adamların əlində əsir olmuş, onlar azğın nəfs istəklərinə əməl etmiş və dini dünya əldə etmək üçün vasitəyə çevirmişdilər.”

DÖVLƏT MƏ’MURLARININ SEÇİMİNDƏ LƏYAQƏT ME’YARI


Nümunəvi İslam cəmiyyətində ədalət, bərabərlik, ayrı seçkilikdən uzaqlıq, günün tə’birincə partiya mənsubunun nəzərə alınmaması, şəxsi meyllərə əsaslanmamaq cəmiyyət və hökumətin əsas və mühüm prinsiplərindəndir. Başqa sözlə, qeyri-islami cəmiyyətdə məqam və vəzifələrin bölgüsündə dəstəbazlıq və xüsusi münasibətlər nə qədər çox rol oynayırsa, İslam cəmiyyətində bunun əksinədir. Çünki İslam dinində şəxsi rabitə və meyllər yox, ləyaqət və qanun hakimdir. İslami ədalət prinsipi tələb edir ki, məqam və vəzifələr bölüşdürülərkən fərdlərin insani və İslami imtiyazları əsas götürülsün. Hər bir insan öz ləyaqəti, mütəxəssisliyi və təqvası əsasında vəzifə tutmalıdır. Həzrət Əlinin (ə) nəzərincə, rəhbərliyə o şəxs layiqdir ki, öz işində yalnız ədalət və haqqın bərpası barədə düşünür. Fərdlərin xüsusiyyət və imtiyazları nəzərə alınmadan onlar sınağa çəkilmədən kimsə dövlət mə’murluğuna seçilmir. Bu əsasla həzrət Əli (ə) Malik və bütün digər İslam rəhbərlərindən istəyir ki, mə’mur seçərkən yalnız İslam me’yarları əsas götürülsün, şəxsi meyllərə, dəstəbazlığa, xüsusi münasibətlərə istinad edilməsin.

DÖVLƏT İŞÇİLƏRİNİN SEÇİM ME’YARLARI


Həzrət Əlinin (ə) dövlət işçisi seçimində nəzərdə tutduğu me’yarlar xülasə şəkildə belə sadalana bilər:

1.Təcrübəli və işbilən olsun, çətinliklərlə üzləşdikdə özünü itirməsin.

2.Əsil-nəcabətli, pak, abır-həyalı olsun, çirkin sifətlərə yol verməsin.

3.Köklü, saleh, təqvalı və pak ailədən olsun, tərbiyə aldığı mühit xəyanət və fəsada aludə olmasın.

4.Müsbət keçmişə malik olsun, başqalarından öncə İslama qatılmış olsun. Yə’ni İslam qüdrətə çatmayan bir vaxtda Allah ayinlərinə tabe olsun. Bə’ziləri İslam qüdrətə çatdıqdan sonra qorxudan və ya tamahdan İslama qatılır.

5.Şəxsiyyətli olsun, daim paklığına diqqət yetirsin, istənilən bir xətadan qaçsın.

6.Müdiriyyət bacarığı, uzaq görənlik kimi sifətlərə sahib olsun, müxtəlif problemlərlə üzləşdikdə tədbir görməyi bacarsın.

7.Nəfsi tox olsun, maddi ne’mətlərə göz tikməsin.

Həzrət Əli (ə) dövlət mə’murlarının xüsusiyyətlərini sadalayarkən mə’mur seçimində hakimin də vəzifələrini qeyd edir:

1.Hakim işçi götürərkən diqqətli olsun, yalnız dəqiq sınaqlardan sonra kiməsə iş tapşırsın.

2.Bu fərdlərin seçimində şəxsi rə’yə əsaslanmasın, başqaları ilə də məsləhətləşib onların fikirlərinə hörmət göstərsin.

3.İşçilərə fürsət versin ki, onlar öz iste’dad və ləyaqətlərini göstərə bilsinlər.

4.Nəzərdə tutulan işə uyğun gəlməyən insanı şəxsi rabitələr və ya bir fərddə olan xüsusiyyət əsasında işə tə’yin etmək olmaz.

Sonra həzrət buyurur ki, əgər hakim islami me’yarları nəzərə almadan kiməsə iş tapşırarsa, onun bu işi zülm-sitəmlə müştərək kökə malik olan işlərdəndir. Həzrət buyurur:

ثُمَّ انْظُرْ فِي أُمُورِ عُمَّالِكَ، فَاسْتَعْمِلْهُمُ اخْتِبَاراً، وَلاَ تُوَلِّهِمْ مُحَابَاةً وأَثَرَةً، فَإِنَّهُمَا جِمَاعٌ مِنْ شُعَبِ الْجَوْرِ وَالْخِيَانَةِ. وَتوَخَّ مِنْهُمْ أَهْلَ التَّجْرِبَةِ وَالْحَيَاءِ، مِنْ أَهْلِ الْبُيُوتَاتِ الصَّالِحَةِ، وَالْقَدَمِ فِي الاِْسْلاَمِ الْمُتَقَدِّمَةِ، فَإِنَّهُمْ أَكْرَمُ أَخْلاَقاً، وَأَصَحُّ أَعْرَاضاً، وَأَقَلُّ فِي الْمَطَامِعِ إِشْرَافاً، وَأَبْلَغُ فِي عَوَاقِبِ الاُْمُورِ نَظَراً

Sonra kargüzarlarının işlərinə bax, onlara bəxşiş və rəğbət yolu ilə yox, sınağa çəkdikdən sonra iş tapşır. Çünki bu üsul (sınağa çəkmədən iş tapşırmaq) bir növ sitəm və xəyanətdir. Onları təcrübə əhli, həya-abır sahibləri arasından, ləyaqətli və İslamda öncül ailələrdən seç! Çünki onların əxlaqı daha gözəldir, ailələri daha pakdır, tamahları daha azdır. İşin sonunu görməkdə daha bəsirətlidirlər.”


DÖVLƏT MƏ’MURLARININ MADDİ EHTYİACLARININ TƏ’MİNİ


Bundan öncə də müxtəlif mövzularda aparılan söhbətlərdə hazırkı mövzuya toxunuldu. İslam dini böyük insani məktəb və ilahi ayin olaraq fərdlərin rifahı və maddi ehtiyaclarının tə’mini məsələsinə də yetərincə diqqət göstərmiş, bu istiqamətdə tə’sirli tədbirlər müəyyənləşdirmişdir.

Bir İslam hakiminin dövlət işçiləri qarşısında daşıdığı vəzifələrlə bağlı həzrət Əlinin (ə) dəqiq və incə yanaşmaları var. Həzrət maddi müşküllərin həllini, dövlət işçilərinin ehtiyaclarının tə’minini mühüm müdiriyyət üsullarından biri, mə’murların xəyanətinin qarşısını alan, onları beytül-mala təcavüzdən və rüşvətxorluqdan çəkindirən mühüm amil sayır. Həzrət xəbərdarlıq edir ki, işçilərin maddi ehtiyacları tə’min olunarsa, hətta xətakar fərdlər də oğurluq, xəyanət və rüşvət üçün bəhanə tapmaz. Onlar xilafa yol verdikdə isə hakim qarşısında özlərini müdafiə etməyə bəhanə tapmayıb, susacaqlar.

Amma işçilərin maddi ehtiyacları tə’min olunmadıqda maddi sıxıntı onları yolundan azdırır, onların əmanətdarlıq ruhiyyəsini süquta uğradır. Belə bir halda hakimin də deməyə sözü olmur. Çünki onlar öz oğurluq və xəyanətləri üçün dəlil göstərir, hakimi qınayırlar ki, onları ehtiyac içində saxlayıb xalqın malını ixtiyarlarında qoyan hakimdir. Həzrət buyurur:


Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə