Ајәтуллаһ-үзма Мәһәммәд Фазил Ләнкәрани



Yüklə 2,08 Mb.
səhifə15/23
tarix01.11.2017
ölçüsü2,08 Mb.
#7817
1   ...   11   12   13   14   15   16   17   18   ...   23

ثُمَّ اعْرِفْ لِكُلِّ امْرِىء مِنْهُمْ مَا أَبْلى، وَلاَ تَضُمَّنَّ بَلاَءَ امْرِىء إِلَى غَيْرِهِ، وَلاَ تُقَصِّرَنَّ بِهِ دُونَ غَايَةِ بَلاَئِهِ، وَلاَ يَدْعُوَنَّكَ شَرَفُ امْرِىء إِلَى أَنْ تُعْظِمَ مِنْ بَلاَئِهِ مَا كَانَ صَغِيراً، وَلاَضَعَةُ امْرِىء إِلَى أَنْ تَسْتَصْغِرَ مِنْ يَلاَئِهِ مَاكَانَ عَظيِماً


Hər kəsin çəkdiyi zəhməti onun öz hesabına yaz. Birinin təlaşlarını o birinin adına çıxma. İnsanın xidmətinin dəyərini olduğundan aşağı endirmə. Bir şəxsin ad-sanı səbəb olmasın ki, onun kiçik işi böyük sayılsın. Eləcə də, bir şəxsin ad-sansızlığına görə onun dəyərli işini kiçik sayma.”

İSLAM CƏMİYYƏTİNDƏ QUR’AN VƏ SÜNNƏNİN YERİ


İslam cəmiyyətində Qur’an və sünnənin uca məqamı və geniş yeri var. Bu məqam təkcə Qur’an və sünnənin zahiri müqəddəsliyinə əsaslanmır. Onları uca məqama qaldıran ali məfhumlarının əməli tətbiqi, islami məsələlərdə Qur’an və sünnənin aparıcılığıdır.

Başqa sözlə, Qur’an və sünnə əvvəla bütün ictimai-siyasi, iqtisadi məsələlərin qaynağı sayılır. İkincisi, ixtilaf və parçalanma zamanı Qur’an və sünnə haqqın batildən seçilmə me’yarı olur. Həzrət buyurur:


وَارْدُدْ إِلَى الله وَرَسُولِهِ مَا يُضْلِعُكَ مِنَ الْخُطُوبِ، وَيَشْتَبِهُ عَلَيْكَ مِنَ الاُْمُورِ، فَقَدْ قَالَ اللهُ سبحانه لِقَوْم أَحَبَّ إِرْشَادَهُمْ: (يَا أَيُّهَا الَّذِينَ آمَنُوا أَطِيعُوا اللهَ وَأَطِيعُوا الرَّسُولَ وَأُولِي الاَْمْرِ مِنْكُمْ فَإنْ تَنَازَعْتُمْ فِي شَيْء فَرُدُّوهُ إِلَى اللهِ وَالرَّسُولِ)، فَالرَّدُّ إِلَى اللهِ: الاَْخْذُ بِمُحْكَمِ كِتَابِهِ، وَالرَّدُّ إِلَى الرَّسُولِ: الاَْخْذُ بِسُنَّتِهِ الْجَامِعةِ غَيْرِ الْمُفَرِّقَةِ


“Qarşına müsibət çıxdıqda, bir iş sənə çətin gəldikdə Allah və Onun rəsuluna müraciət et! Çünki Allah rəhbərini sevən qövmə buyurmuşdur:

Ey mö’minlər Allaha, Onun rəsuluna və özünüzdən olan əmr sahiblərinə itaət edin. Aranızda ixtilafa səbəb olan məsələni Allah və Onun rəsulunun ixtiyarına verin.”



Allahın öhdəsinə buraxmaq dedikdə Allah kitabının möhkəm ayələrinə əməl etmək, rəsulun ixtiyarına buraxmaq dedikdə peyğəmbərin qəti və yekdil qəbul olunan sünnəsinə əməl nəzərdə tutulur.”

MÜHAKİMƏNİN ƏHƏMİYYƏTİ VƏ İSLAMDA QAZİNİN ŞƏXSİYYƏTİ


Cəmiyyətdə zülm-sitəm və fəsad olmadıqda hökumətin əsasları möhkəmlənir və titrək olmur. Zülm-sitəmlə və fəsadın kökü o zaman kəsilir ki, ədalət və haq mühakimə bütün cəmiyyətdə möhkəmlənsin, istənilən bir təcavüz aradan qaldırılsın. Bəli, bütün bu məqsədlərə nail olmaq üçün məhkəmə orqanlarında saleh mühakimə hakim olsun.

Layiqli və saleh qaziləri (hakimləri) olmayan hökumətin məhkəmə orqanları fəsada sürüklənir. Beləcə, hər yerdə zor, təcavüz və xilaf hakim olur. Qanunun hökmü aradan qalxır, hərc-mərclik cəmiyyətin bünövrəsini laxladır, fəsad baş qaldırır.

Demək, qanunun işləməsi, sağlam məhkəmə sisteminin fəaliyyəti üçün hər şeydən öncə saleh qazilərə ehtiyac var. Bəs saleh qazi üçün hansı şərtlər nəzərdə tutulur? Həzrət Əlinin (ə) nəzərincə, ləyaqətli qazidə müəyyən şərtlərin olması zəruridir. O cümlədən:

1.Fərdlərin ən üstün və ən yaxşısı olsun;

2.Hövsələli və geniş qəlbli olsun. Düzgün mühakimə üçün tələb olunan bütün mə’lumatları hər tərəfdən əldə etsin;

3.Alicənablıqla öz səhvlərini qəbul etsin və onları aradan qaldırsın;

4.Tez qəzəblənməsin, xüsusi ilə ixtilafda olan tərəflərin təzyiqləri zamanı özünə nəzarət etsin;

5.Güclü ruhu olsun, güc sahiblərindən qorxmasın;

6.Nəfs izzəti və ali himmət sahibi olsun, dünyaya hərislik göstərməsin, varlılar tərəfindən tamaha salınmasın;

7.Həqiqəti axtaranlardan olsun, səhlənkarlıq göstərməsin, yetərincə mə’lumat toplamamış mühakimə yürütməsin, səthi və ilkin dinləmələr əsasında hökm çıxarmasın.

8.Dolaşıq, çətin işlərlə rastlaşdıqda ehtiyat və səbri əldən verməsin, qəti dəlillər əsasında həqiqətin müəyyənləşdirilməsində diqqətli və möhkəm olsun.

9.Mühakimədə tərəflərlə nikbin rəftar etsin, sözünü demək üçün hər iki tərəfə fürsət versin.

10.Hiyləgərlərə aldanmasın, yaltaqlıq və şirin dil müqabilində iradəsini əldən verməsin.

11.Bütün bu şərtlər ödəndikdən sonra tam qətilik göstərsin, həqiqəti müəyyənləşdirdikdən sonra kimsəyə imkan verməsin ki, ədalətli hökmə mane ola. Yə’ni öz hökmünü tam qəti şəkildə, heç bir tərəfdarlıqsız e’lan etsin, hökmə mane olacaq heç nəyi və heç kimi nəzərə almasın.

Sonra həzrət Malik və bütün digər hakimlərə xəbərdarlıq edir ki, bu xüsusiyyətlərə malik adamlar çox azdır. Layiqli və saleh qazi hakim üçün böyük hədiyyədir və onun qədrini bilmək lazımdır. Həzrət buyurur:

ثُمَّ اخْتَرْ لِلْحُكْمِ بَيْنَ النَّاسِ أَفْضَلَ رَعِيَّتِكَ فِي نَفْسِكَ، مِمَّنْ لاَ تَضِيقُ بِهِ الاُْمُورُ، وَلاَ تُمَحِّكُهُ الْخُصُومُ، وَلاَ يَتَمادَى فِي الزَّلَّةِ، وَلاَ يَحْصَرُمِنَ الْفَيْءِ إِلَى الْحَقِّ إذَا عَرَفَهُ، وَلاَ تُشْرِفُ نَفْسُهُ عَلَى طَمَع،وَلاَ يَكْتَفِي بِأَدْنَى فَهْم دُونَ أَقصَاهُ، أَوْقَفَهُمْ فِي الشُّبُهَاتِ، وَآخَذَهُمْ بِالْحُجَجِ، وَأَقَلَّهُمْ تَبَرُّماً بِمُرَاجَعَةِ الْخَصْمِ، وَأَصْبَرَهُمْ عَلَى تَكَشُّفِ الاُْمُورِ، وَأَصْرَمَهُمْ عِنْدَ اتِّضَاحِ الْحُكْمِ، مِمَّنْ لاَ يَزْدَهِيهِ إطْرَاءٌ، وَلاَ يَسْتَمِيلُهُ إِغْرَاءٌ،أُولئِكَ قَلِيلٌ


Xalq arasında mühakimə üçün ən üstün adamını seç! Həmin adam qəlbi geniş olsun, mübahisə tərəfləri onu qəzəb və sərtliyə vadar etməsin, səhvə yol verdikdə inad göstərməsin, səhv etdiyini gördükdə haqqa qayıdış və e’tiraf ona çətin gəlməsin, qəlbində tamahkarlığa yola verməsin, bir məsələni anlamaq üçün cüz’i araşdırma ilə kifayətlənməsin, ən çox ehtiyat yolunu tutan olsun, dəilləri müəyyənləşdirməkdə daha çox təlaş göstərsin, müraciətlərin çoxluğu onu yormasın, işlərin açılmasında hamıdan dözümlü olsun, həqiqət mə’lum olduqda qəti hökm versin, həddi aşan tə’rif onu aldatmasın, həddi aşan xoş sözlər onu qarşı tərəfə meylləndirməsin. Bəli, belə insanlar çox azdır.”

RƏHBƏRİN LAYİQLİ QAZİ QARŞISINDA VƏZİFƏLƏRİ


Qeyd etdik ki, həzrət Əlinin (ə) nəzərincə, qazi üçün zəruri olan bütün şərtlərə malik insanlar çox az tapılır. Rəhbərlər və hakimlər belə insanları tapıb üzə çıxarmaq üçün ciddi çalışmalıdır. Amma məsələ bundadır ki, hakimin işi layiqli hakimi tapıb tərbiyələndirmək və iş başına qoymaqla başa çatmır. Saleh qazi tapıldıqdan sonra rəhbərin qarşısında iki mühüm vəzifə dayanır. Qazi ilə necə rəftar etmək, onları vəzifədə saxlamaq onları tapıb üzə çıxarmaqdan da çətin məsələlərdir.

Əvvəla, hakim qazini maddi cəhətdən sıxıntı keçirməyə qoymamalıdır. Maddi ehtiyacları ödənməyən qazi ya işdən kənarlaşacaq, ya işə soyuqluq göstərəcək, ya da rüşvətxorluğa düçar olub haqqı ayaq altına alacaq.

İkincisi, rəhbər qazinin mövqeyini möhkəmləndirməli, ona öz yanında xüsusi məqam verməlidir. Belə ki, hakimiyyətdə kimsə qazidən üstün olub ona tə’sir göstərməyə, onu tamaha salmağa, onu işdən uzaqlaşdırmağa, ona qarşı xəbərçilik etməyə qadir olmamalıdır. Hamı bilməlidir ki, qazi saleh və ədalətlidir, rəhbərin himayəsi onu bütün pisliklərdən qoruyur.

Həzrət Əli (ə) qazi qarşısında rəhbərin vəzifələrini sadaladıqdan sonra haqq-ədalət hökuməti üçün qazinin varlığını zəruri sayaraq müəyyən xəbərdarlıqlar edir. Həzrət ədalətin icrasında, hərc-mərcliyin qarşısının alınmasında, Allah hökmlərinin işə salınmasında saleh qazinin necə böyük rola malik olduğunu hakimin nəzərinə çatdırır. Həzrət uyğun məsələ ilə bağlı keçmişi yada salır, peyğəmbərin vəfatından çox keçməmiş din adı altında ən alçaq əməllərə yol verildiyi, xüsusi ilə məhkəmə sistemində alçaq məqsədlərin izləndiyini yada salır. Həzrət buyurur:

ثُمَّ أَكْثِرْ تَعَاهُدَ قَضَائِهِ، وافْسَحْ لَهُ فِي الْبَذْلِ مَا يُزيِلُ عِلَّتَهُ، وَتَقِلُّ مَعَهُ حَاجَتُهُ إِلَى النَّاسِ، وَأَعْطِهِ مِنَ الْمَنْزِلَةِ لَدَيْكَ مَا لاَ يَطْمَعُ فِيهِ غَيْرُهُ مِنْخَاصَّتِكَ، لِيَأْمَنَ بِذلَكَ اغْتِيَالَ الرِّجَالِ لَهُ عِنْدَكَ.


Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə