Afse a fəLSƏFƏ



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə61/74
tarix22.11.2017
ölçüsü5,05 Kb.
#11505
1   ...   57   58   59   60   61   62   63   64   ...   74

Fəlsəfi Diskurs 
 
 
- 185 -
özünd n şərəfli olanı yarada bilməz. Çünki yaradarkən öz mükəmməliyinin 
hamıs
n hissəsini ona bəxş edir. 
ə
ını deyil, müəyyə
 
Elbrus Xasiyev: 
Bildiyimiz kimi, Şihabəddin Yəhya Sührəvərdi də varlığı vacib və 
mümkün olmaqla 2 qismə bölür ve qeyd edir ki, Vacib, yaxud zəruri varlı-
ğın mövcudluğu onun özünə görədir, mümkün varlıgın mövcudluğu isə baş-
qasının sayəsindədir. Buradan görünür ki, filosof nəticə olanı, yaradılan var-
lıqları və ya şeyləri nəticə kimi nəzərdən keçirmişdir. Buraya həmçinin təbi-
ətdə özünün bütün müxtəlifliyi ilə götürülən canlı və cansızlar da aiddir. Fi-
losof təbiətdə olan hadisə və proseslər arasında səbəb-nəticə əlaqəsinin ol-
duğunu qeyd edirdi. Bu mənada hər bir şey bir şeyə münasibətdə səbəb, di-
gər bir şeyə münasibətdə isə nəticə kimi cıxış edə bilər. Onu da qeyd edim 
ki,  şərəf anlayışı insanlara aid olduğu üçün təbiətdə  (şeylər) səbəb-nəticə 
əlaqəsini bu anlayışla izah etmək düzgün olmazdı. Bu əlaqəni mükəmməl-
liklə ifadə eləmiş olsaq, onda düşünürəm ki, bu mənada nəticə səbəbdən da-
ha mükəmməl ola bilməz, bir şey ki, bir şeyin səbəbi olur nəticə olan şey sə-
bəb olan şeydən daha çox şey ola bilməz. Yəni nəticə səbəbdə olandan daha 
çox şeyi özündə ehtiva edə bilməz. Əksini düşünsək, onda nəticənin bir his-
səsi heç nədən yaranmış olardı ki, heçlik də hər hansı bir şeyin səbəbi ola 
bilməz. Həmçinin düşünürəm ki, nəticə səbəbdə olan mükəmməlikdən artı-
ğına sahib ola bilməz. Ola bilsin ki, bunun əksi nəticənin hər hansı bir fraq-
mentində özünü göstərsin, amma sistem olaraq nəticə səbəbdən mükəmməl 
olanı yarada bilməz. Örnək olaraq insanı göstərmək olar ki, insan min illər 
boyu nələrisə yaradır (və deməli nələrinsə səbəbidir). Müasir dövrdə insan 
çox mürəkkəb süni sistemlər yaradır (texniki, kibernetik və s.), amma hələ 
ki, insana, nəinki, özündən daha mükəmməl, hətta özü kimi sistem yaratma-
ğa elm, texnika belə kömək eləmir. Şərəf məsələsinə gəldikdə isə, şərəf an-
layışı  mənəvi dəyər olaraq, insana və  cəmiyyətə aid oldugundan buradakı 
"şey" anlayışı da güman ki, insanı nəzərdə tutur. Bu mənada isə insan özün-
dən şərəfli bir "şey" (insan) yarada bilər, çünki şərəf içtimai mühitin, cəmiy-
yətin insana verdiyi qiymətdir. Bu isə Ləyaqətdən (insanın özü-özünə verdi-
yi qiymət) daha üstündür. Hər hansı bir ailədən çıxan övlad cəmiyyəti və 


Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1 
 
 
 
- 186 -
yətindən irəli gəlir. Təbii ki, insanın (səbəb) nəyisə yaratma-
sını (nəticə) Vacib varlığın (Allah) nəyisə yaratması ilə qətiyyən müqayisə
etmək olmaz.  
 
ww.felsefedunyasi.org 
  
 
s of the best three questions are invited to the
“Felsefe dunyasi” for the awarding and information and photos about awarding
ceremony appear on the web
 
 
более 
интересных  ответов  приглашаются  в  «Мир  философии»  для  награждения. 
Информация об этом вместе с фотоснимками размещается на сайте.  
dövləti, gələcək nəsillər üçün valideynlərindən daha çox işlər görə bilər, da-
ha çox xeyir verə bilər. Bütün bunlar isə cəmiyyətin ona verdiyi yüksək qiy-
mətdə (şərəf) öz ifadəsini tapır. Sonda onu da qeyd edim ki, bütün bu bəhs 
olunan məsələlər, yalnız mümkün varlıqlar dünyasına, (yaşadığımız dünya-
ya) aiddir, çunki zəruri və ya vacib varlıqda yalnız bir səbəb var ki, o da 
onun öz mahiy
 
w
Philosophical Discourse 
(summary) 
 
The website of “World of philosophy” (www.felsefedunyasi.org) holds 
“philosophical discourse” twice a month on behalf of mobilizing intelligentsia for 
the discussion of philosophical issues. At every “discourse” “Felsefe dunyasi” puts 
a question which interested society or famous philosophers throughout history and 
best answers appear on the website. The question is discussed in a philosophical 
seminar twice a month, the author
 
 
page. 
Философский Дискурс 
(резюме) 
 
 
В целях все большего привлечения интеллектуальной общественнос-
ти  к  обсуждению  философских  проблем  сайт  «Мир  философии» 
(www.felsefedunyasi.org) дважды в месяц проводит «Философский дискурс». 
В каждом дискурсе читателям задается вопрос, исторически интересовавший 
общество  либо  выдающихся  философов.  Самые  интересные  ответы  разме-
щаются на сайте. Дважды в месяц проводится научно-философский семинар, 
посвященный  обсуждению  поставленного  вопроса.  Авторы  трех  наи


 
 
- 187 -
 
 
Fəlsəfi etüdlər 
 
 
Kimdir günahkar: əzən, yoxsa əzilən? 
 
1.
 
“Eyni çəki dərəcəsindən olan” tərəf-müqabillərin könüllü döyüşün-
də kim üstündürsə, o da qalib gəlir. Qalib və məğlub “əzən-əzilən” görüntü-
sü yaradır.  
2.
 
Əslində isə bu bir mübarizədir. Burada şəhid olurlar, məğlub olur-
lar, amma əzilmirlər. Burada üstünlük nəticəyə görə yox, motivə görə veril-
məlidir. Haqq uğrunda mübarizə aparan nəticədən asılı olmayaraq həmişə 
qalibdir. Onun qalibiyyəti Haqq yolunu seçməsində, Haqqı müdafiə etmə-
sindədir. “Haqq nazilər, üzülməz”.  
3.
 
Qeyri-bərabər tərəflərin qarşılaşması: nəticə öncədən bəllidir. Kim 
isə öz tayı ilə vuruşmaq əvəzinə, özündən qat-qat zəif olanı əzməkdən çə-
kinmir. (Yeri gəlmişkən, iştirakçıların çoxu bu variantdan çıxış etmişdir). 
Burada da iki halı  fərqləndirmək olar. Birincisi, əzənin yaşayışı, həyatının 
təminatı bunu tələb edir (şirin öz ovuna münasibəti: ac qalmamaq üçün nə 
qədər lazımdırsa, o qədər ovlayır). İkincisi, sadəcə həzz almaq üçün əzmək 
(canavar-qoyun; gəlincik-toyuq münasibəti: doymaqla kifayətlənməyib, di-
gərlərini də  “əzir”). Burada əzmək prosesi mübarizəsiz baş verir. “Əzilən 
gərək özünü qorusun, əzilməsin” məntiqi qüsurludur. Əzilənin mühafizəsini 
üçüncü tərəf həyata keçirməlidir. Sivilizasiya qoyunu canavardan qorumaq-
la başlayır. Cəmiyyətin formalaşması, dövlətin yaranması həm də məhz zə-
iflərin mühafizə olunması ehtiyacından doğur.  
4.
 
Dəmir döyülərək qılınca, xəmir yoğrularaq çörəyə, gil əzilərək qa-
ba çevrilir. Burada əzilən tərəfin pozitiv perspektivi var. “Müqəssir” həyatın 
hərəkətverici qüvvəsi olur. Bir cəhətə də diqqət yetirək ki, bu şərafətli yolun 
məşəqqəti təkcə əzilməklə, döyülməklə bitmir, gərək həm də oddan keçəsən. 
5.
 
“Kim güclüdürsə, o haqlıdır” məntiqindən “Kim haqlıdırsa, o güc-
lüdür” məntiqinə keçidin dialektikası açılmalıdır. 
6.
 
Və s. 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə