Amea arxeoloji və Etnoqrafiya İnstitutu amea milli Azərbaycan Tarixi Muzeyi



Yüklə 43,42 Kb.
Pdf görüntüsü
səhifə87/106
tarix02.01.2018
ölçüsü43,42 Kb.
#19164
1   ...   83   84   85   86   87   88   89   90   ...   106

181 
 
edilməsin.  Bəs sonra? Hamı çiyinlərində məişət əşyaları gecənin yarısında Qafqaz 
dağlarının ətəyindəki əfsanəvi və əlçatmaz Fit dağında qərarlaşır. Düşmənə boyun 
əyməmək  və  bütün  Rusiya  imperiyası  tərəfindən  ələ  keçməmək  üçün  Ağsu  tərk 
edilir. Bütün bunlar ən azından burada deyilənlərdir. 
Şərq nağıllarında bəhs edildiyi kimi 800 fəsildən bəri Ağsu torpağın altında 
basdırılmış    və    yatmış      haldadır.    Arxitektonik  hissələr  Böyük  Qafqazdan  gələn 
soyuq  hava  kütlələrinin,  günəşin,  yağışın  təsirindən  getdikcə  torpağa  qarışıb. 
Həmin  ərazi  indi  ilanların  və  sakit  yerli  açıq  sarı  rəngli  atların,  Darvin  tərəfindən 
diqqətsiz  qalaraq  kəşf  olunmayan  Qalapaqos  iquanaları  kimi  nəhəng  olan 
kərtənkələlərin məskəninə çevrilib. Şərq və qərb qolları  600 metr olan,  şimaldan 
cənuba 600 metr uzanan, 60 futbol meydanına bərabər düzbucaqlı şəkilli qalıqları 
olan      Ağsunun      quru      ərazisi      indi      qonşu  kəndlərin  çobanları  üçün  səhər  və 
axşam otlağına çevrilib. 
Nəhayət başqa bir dəqiq fakt odur ki, çay daşlarından və palçıqdan tikilmiş 
Azərbaycanın  orta  əsr  Pompey  şəhərinə  yollanan  Ağsu  arxeoloji  ekspedisiyasının 
macərası  yeddi  ay  əvvəl  başladı.  Ölçüsü  16x40  metr,  dərinliyi  2  metr  olan  və 
digərinin isə eni 32, uzunluğu daha böyük - 64 metr olan qazıntı sahəsi!  Yüzlərlə  
sikkələr,    hər  növ  saxsı  əşyalar,  məişət  əşyaları,  farfor  qablar,  yüksək  keyfiyyətli 
şüşə  məmulatları,  firuzəyi,  qırmızı,  göy,  mavi,  yaşıl  rəngli  boya  qalıqlarından 
ibarət      palitralar,  və  daha  nələr:    dəmirçi  sobaları,    parça  boyaları  üçün  küplər, 
dəmirçixanalar,  ev  və  ümumi  ocaq  qurğuları:  məsələn  təndirlər  -  torpaq  və 
peyindən  hazırlanmış  üçbucaqşəkilli  odadavamlı  oyuqlar.  Yumşaq,  ətirli  və 
əvəzolunmaz  çörəklər  bişirmək  üçün  hələ  də  Bakıda  geniş  sayda  istifadə  olunan 
qədim Azərbaycan qaydası. 
Hərgün  səhərdən  axşama  kimi,  heç  bir  mexaniki  vasitə  olmadan,  yalnız 
kürək,  mala,  fırça  və  araba  istifadə  etməklə  30-dan  çox  işçi  tərəfindən  daşınmış 
tonlarla torpaq və daşlar. Dünya qədər iş. Mən bu yeni prometeysayağı macəranın 
qarşısında  deməyə  söz  tapmadım.  Yalnız  3  ay  bundan  əvvəl  qazıntı  hələ  təzə   
başlamışdı.  İndi  isə  bacarıqlı  işçilərdən  ibarət  ömrümdə  gördüyüm  ən  yekdli  bir 
komanda basdırılmış bir şəhəri yenidən üzə çıxartmaq üzrədir: küçələr, məhəllələr, 
fontanlar,  ocaq  qurğuları,  bəzəkli  dəbdəbəli  evlər  və  möcüzəli  bir  şey,  çox  yaxşı 
saxlanılmış ümumi hamam kompleksi: uzaqdan gəlmiş bir turistin də görə biləcəyi 
tikinti materialları və arxitektonik morfologiya. 
Yenə də təkrarlamaq istəyirəm, çünki bunu etməyin yeridir: Ağsu arxeoloji 
ekspedisiyası  sadə  sosial  duruma  malik  olan  ən  azı  30-a  yaxın  insan  üçün  əl 
əməyinə  istinadlanan  bir  məslək  yaratdı,  şərəfli  və  cəmiyyət  üçün  yararlı  bir 
məslək.  Bundan  əlavə  böyük  hissəsi  tam  məsləyi  olmayan  gənc  nəsildən  ibarət 
idarə heyətinin 20 nəfəri üçün və onların logistik və operativ ehtiyaclarını gözləyən   
ticarət  üçün  intellektual  məslək  yaratmaqdadır.  Və  sonda  mütəxəssis  rəyi, 
bürokratik, elmi, humanist, texnoloji, informativ, turistik məsləhətlər barədə lazımı 
dəstəyin yaradılmasına, inkişaf etməsinə və qiymətləndirilməsinə kömək edir. 


182 
 
Yeri gəlmişkən, Ağsunun mədəni irsin kollektiv dəyəri kimi tanınmasından 
sonra dərhal onun məşhurluğunu artırmaq üçün hərtərəfli, qısa və orta vaxt ərzində 
proqramlaşdırılmış  komunikasiyası  barədə  strateji  layihənin  hazırlanması  vacib 
olacaqdır. 
Axtarışın həqiqi bəyan oluna bilməsi üçün lazım olan həmin o orijinallığın 
təsdiqi, həqiqətə uyğun olduğunu göstərən vəsiqəni əldə etmək üçün komunikasiya 
ilk öncə beynəlxalq və elmi cəmiyyət üçün nəzərdə tutulmalıdır. Yalnız bu zaman 
Ağsu  qanuni  qaydada  yerli  və  beynəlxalq  turizmə  açıq  milli  və  universal  mədəni 
irs titulunu ala bilər. 
Artıq  ikinci  yerdə  isə  turizm  sahəsi  üzrə  azərbaycanlı    işçilərin    qonağa  
xidmətindən əlavə  onların  beynəlxalq  cəmiyyətdə  rolu hesabına bunu əldə etmək 
olar.  Onlar  beynəlxalq  mədəni  dialoqa  və  özlərinin  mədəni  meyarlarının     
fərqliliyini    öyrətməyə  dəstək  olmalıdırlar,  bu,  elə  onların  özlərini  zənginləşdirən 
və  öz  müştərilərinə  həmişə  daha  yaxşısını  təklif  etmək  üçün  cəsarətləndirən  bir 
tapşırıq  və  roldur.  Bunun  nəticəsində  də  onlar  induktiv,  özü-özünü  təmin  edən, 
mədəni təklifın ərazisi  ilə qarşılıqlı  əlaqədə olan inkişafın  mühərriki ola bilərlər. 
Zamanla isə yalnız sülh dövründə çalışan təşkilatlarını  hər şeydən qoruyacaqlar! 
On  illərlə  siyasi  səbəblərdən  komunikasiya  və  mədəni  dialoqun  qurulması 
üçün vacib əhəmiyyət daşıyan insanlararası münasibətlər üzrə dəyərlərini qoruyub 
saxlayan, demək olar ki, onları torpaqa basdıran Qərbi Asiya ölkələri qışlaqlarının 
hesabına  saxlanılmış  fərqliliklərinin  o  canlı  ətirlərini  istifadə  et  və  tulla 
konsespsiyasına görə yoxa çıxmaqda olan Avropaya göstərə bilərlər. 
Ağsu, yaxın keçmişə aid arxeologiya olmasına baxmayaraq, tanınmaq üzrə 
çıxdığı  yolda  hökümətin  turizm  və  milli  infrastrukturun  inkişafı  üçün  olan 
proqramlarına daxil ola bilmək üçün əlbəttə ki, bu mühüm mədəni horizontlara aid 
ola biləcəkdir. 
Fikri tamamlamaq və bu qeydlərin əvvəlində verdiyim sadə suala qayıtmaq 
üçün: Niyə  məhz  Ağsu? mənim  yaşamaqda olduğum canlı təcrübəmə əsaslanaraq 
dörd sadə, aydın cavab verirəm. 
Çünki  Ağsu,  tarixin  hüdudlarından  kənarda  sehirli  və  yatmış  bir  qala 
şəhərinin  şərqsayağı  bir  əfsanəsidir:  Mustafa  xanın,  onun  xəzinəsinin,  cəsarətinin 
əfsanəsi. 
Çünki  Ağsu  Arxeoloji  Ekspedisiyası  artıq  indidən  canlı,  induktiv, 
əlaqələndirilmiş bir məslək yaradır və işin əvvəlindən sərmayə qoyulmuş resursları 
çoxalda bilir. 
Çünki  Ağsu  indi  içən,  dişləyən  və  qaçan  turizmin  əsasında  əhəmiyyətli 
turizmin  yaradılmasına  imkan  yaradacaq;  həmin  o  turizm  ki,  Bakıdan  Şəki  kimi 
məşhur  ənənəvi  ucqar  şəhərlərə  gedən  yolda  Ləngəbiz  yaylalarının  yaşıllığı 
arasında  bir  az  dincəlmək  məqsədilə  burada  dayana  bilər.  Bu  turizm  effektiv  və 
təsiredici  komunikasiya  layihəsi  hesabına  infrastruktur  cəhətdən  düzgün  inkişaf 
etdirilərsə  və  heç  olmasa  xudmani  gedonizm  nəzəriyyəsini  dəstəkləyən  nəsə  bir 


Yüklə 43,42 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə