Anpassung des lehrbetriebs an den



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə10/33
tarix11.07.2018
ölçüsü0,79 Mb.
#54838
1   ...   6   7   8   9   10   11   12   13   ...   33

31 
 

 
layihədəki işlərin yekunlaşdırılması və bağlanması; 

 
münaqişə məsələlərinin həll edilməsi

 
qalmış ehtiyatların realizə edilməsi; 

 
layihə və onun yerinə yetirilməsi haqqında biliklər bazasının 
yaradılması; 

 
layihənin komanda heyyətinin buraxılması. 
 
 
8. Layihənin elementləri və xüsusiyyətləri 
 
Layihəni  vaxtında  və  keyfiyyətli  yerinə  yetirmək  üçün  onu 
düzgün  idarə  etmək  lazımdır.  Layihələrin  idarə  edilməsi  prosesində 
bəzi  xüsusiyyətlər  və  elementlər  mövcuddur.  Bu  elementlər 
aşağıdakılardır: 

 
layihənin ilkin şərtləri, məhdudiyyətlər və tələblər; 

 
layihədə qərar qəbuletmə mexanizmi; 

 
alternativ layihənin qiymətləndirilməsi və seçilməsi; 

 
layihənin sənədləşdirilməsi

 
layihənin təminat növləri; 

 
layihənin idarəetmə texnikası və metodikası. 
Elementlərin hər birini ayrılıqda nəzərdən keçirək: 
Layihənin  ilkin  şərtləri,  məhdudiyyətlər  və  tələblər. 
Layihənin  konsepsiyasını  işləmək  və  yaratmaq  üçün  zəruri 
məsələlərdən  biri  onun  ilkin  şərtləri  və  məhdudiyyətləri  tələblərdir. 
Bu parametrlər aşağıdakılarla xarakterizə olunur: 

 
sistemin mövcud vəziyyətilə

 
sistemin ətraf mühitilə; 

 
layihənin nəticəsinə olan tələblərlə; 

 
layihəni  həcminə,  keyfiyyətinə,  xərcinə,  gəlirinə,  vaxtına, 
ehtiyatına,  riskinə  və  digər  parametrlərinə  qoyulan 
məhdudiyyətlərlə. 
Layihədə  qərar  qəbuletmə  mexanizmi.  Layihənin  yerinə 
yetirilməsində  qəbul  edilmiş  qərarlar  layihənin  parametrləri 
qarçısında  qoyulmuş  məhdudiyyətləri  təmin  edir.  Əgər  layihədəki 
məhdudiyyətlər  düzgün  qoyulmuşdursa,  yəni  məhdudiyyətlər  bir-
birini  inkar  etmirlərsə,  onda  layihənin  yerinə  yetirilməsi  üçün  bir 
neçə  alternativ  variant  yarana  bilər.  Bu  alternativ  variantların 


32 
 
seçilməsi üçün bir neçə qərar mövcuddur. Qərarların və variantların 
sayı layihədəki dəyişənləri və parametrlərin sayında asılıdır. Qərar və 
parametrlərin  sayı  çox  olduğundan  yaxşı  və  münasib  variantın 
seçilməsini  hətta  ən  müasir  kompüterlərdən  istifadə  etməklə  həyata 
keçirmək  mümkün  deyildir.  Dəqiq  seçmə  metodu  mövcud  deyil. 
Lakin  kompüter  vasitəsilə  bu  işi  avtomatlaşdırmaq,  asanlaşdırmaq 
mümkündür.  Bu  iş  modelləşdirmə  yolu  ilə  məhdudiyyətlər 
çərçivəsində həyata keçirilir. 
Layihənin  sənədləşdirilməsi.  Layihənin  həyat  dövrünü 
əhatə  edən  bütün  sənədlər  çoxluğu  və  bu  sənədlərin  bir-birilə 
əlaqələndirilməsi  sistemini  əmələ  gətirir.  Layihələrin  sənədləşdirmə 
sistemində  mövcud  olan  sənədlər  layihənin  həyat  dövrünün  bütün 
fazalarını  əhatə  edir  və  bu  sənədlər  komanda  heyyəti  ilə  layihənin 
digər  iştirakçıları  arasında  əlaqələrin  yaradılmasında  müsbət  rol 
oynayır. 
Sənədləşdirmə  sisteminin  yaradılmasının  əsas  səbəbləri 
aşağıdakılardır: 

 
zəruri informasiyaların qeydə alınması; 

 
layihə  iştirakçılarının  tələblərini  ödəmək  üçün  informasiya 
xarakterli sənədlərə olan tələbat; 

 
layihənin iştirakçıları arasında əlaqələrin təmin edilməsi; 

 
standartlaşdırma prosesləri ilə bağlı sənədlər; 

 
analitik işlər üçün informasiya bazasının yaradılması; 

 
layihələrin  idarə  edilməsi  üzrə  təcrübə  və  biliklər  bazasının 
yaradılması; 

 
öhdəliklərin və qərarların yerinə yetirilməsi, nəzarət sistemi; 

 
münaqişələrin minimumlaşdırılması; 

 
“kağız”  sənədlərin  minimumlaşdırılması  və  elektron 
sənədləşmə sisteminin qurulması; 

 
layihənin yeni komanda heyyəti

 
iştirakçıların tez bir zamanda işə qoşulması. 
Layihənin  təminat  növləri.  Müasir  layihələrin  idarə  edilməsi 
metodologiyası vasitələrindən istifadə etməklə layihənin hazırlanma 
və  realizəetmə  mərhələlərində  müxtəlif  təminat  növləri  tələb  edilir. 
Layihənin  səmərəli  idarə  edilməsi  üçün  əsas  təminat  növlərinə 
aşağıdakılar daxildir: 

 
informasiya təminatı; 


33 
 

 
riyazi təminat; 

 
proqram təminatı; 

 
texniki təminat; 

 
təşkilati təminat; 

 
hüquqi təminat; 

 
metodiki təminat. 
İdarəetmə  texnikası  və  metodları.  Layihənin  yerinə  yetirilmə 
prosesində bir çox formal, məntiqi, təşkilati metodlardan və texniki 
üsullardan  istifadə edilir. Bu  metodlar layihənin  bütün  fazaları  üzrə 
paylanılır. 
Layihələrin  idarə  edilməsi  prosesində  aşağıdakı  metodlardan 
istifadə edilir: 
Layihənin konsepsiyasında istifadə olunan metodlar 

 
layihə məqsədinin təyinetmə metodları 

 
məqsədin təşkili metodları 
o
 
sosioloji metodlar 
o
 
ekspert sistemləri 
o
 
marketinq metodları 
o
 
məqsədlər qrafı 

 
konseptual layihələndirmə metodları 
o
 
predmet sahəsinin formal yazılışı 
o
 
məhdudiyyətlər və ilkin şərtlər 
o
 
meyarların seçilməsi 
o
 
alternativ variantların təhlili və qərar qəbuletmə 
o
 
layihədən əvvəl təhliletmə 
Layihənin işlənməsində istifadə olunan metodlar 

 
struktur dekompozisiya metodları 

 
kompozisiya struktur modellərinin qurulması metodları 

 
struktur model əsasında məsələ həlli metodları 

 
layihələrin  yerinə  yetirilməsi  prosesinin  modelləşdirilməsi 
metodları 

 
ierarxiya struktur modelinin qurulma metodları 

 
imitasiya metodları 

 
təqvim planlaşdırma metodları: vaxt, büdcə, ehtiyat və xərc 

 
ehtimal, risk və büdcənin təhlili metodları 

 
keyfiyyətin idarə edilməsi metodları 


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə