Aqil abbas dolu



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə31/35
tarix20.10.2017
ölçüsü0,81 Mb.
#6101
növüYazı
1   ...   27   28   29   30   31   32   33   34   35

 

61 


toranlaşmış bir parça səmaya ilişib qalmışdı... Sol əli aşağı sallanmışdı. Sağ əlində isə bir papaq 

vardı - Rəşid Behbudovun Pələngə bağışladığı papaq... 

Və muştuluğa qaçanlardan heç biri Pələngin Anasından muştuluq ala bilmədi... 

*** 


Dünyanın  ən  şirin  şeyi  olan  azadlığın  elə  bir  şirinliyini,  dadını-tamını  duymadı,  bu 

azadlığın  heç  o  qədər  də  həsrətini  çəkməmişdi.  Bir  azadlığın  ki  elə  bir  şirinliyi  yox  idi,  bir 

azadlıqda ki onu heç kim, heç harda gözləmirdi və o heç kimə lazım deyildi - heç belə dadsız-

duzsuz azadlıq da ona lazım deyildi. 

Və dəmir qapılar arxasınca bağlanan kimi bu altı milyardlıq dünyada özünü içəridəkindən 

daha tənha və daha  yalqız hiss elədi. Hara getsin, kimə getsin. Hansı  üzlə Dünyanın  Ən Varlı 

Şəhərinin  çöllərə  səpələnmiş  camaatının  üzünə  çıxsın.  Müharibə  Allahın  ona  verə  biləcəyi, 

amma vaxt tapıb verə bilmədiyi bütün şeyləri əlindən almışdı, əvəzində ağarmış saçlar və bir də 

hər an qopub düşə biləcək bir dünya ağrı-acını güc-bəla ilə daşıyan bir ürək vermişdi, bir az da 

çoxdan  unudularaq  yalnız  saralmış  qəzet  səhifələrində  qalmış  nə  özünə,  nə  də  heç  kimə  lazım 

olmayan  şöhrət.  Və  bu  on  ildə  heç  kim  onun  adını  məhz  onun  adı  olduğuna  görə  oğluna 

qoymamışdı, hətta xilas elədiyi insanlar belə. 

Qarabağ  camaatının  yorğan  davası  bitmiş  və  dünya  qayıdıb  öz  əvvəlki  məhvərinə 

düşmüşdü və dünya yenə 24 saat öz ətrafında, 365 gün 12 saat isə Günəşin ətrafına fırlanaraq öz 

kefindəydi  və  bir  şouya  çevrilmişdi.  Bu  şounun  qəhrəmanları  onun  kimi  müharibə 

qəhrəmanlarını  çoxdan  unutdurmuşdu.  Həm  baldızı  ilə,  həm  qaynı  arvadıyla  yaşayan, 

qayınanasının  sevgisinə  isə  biganə  qalan  Xose  Antuan  Rodrigesin  qayınanasının  iztirabları  bir 

tərəfdən,  aşnası  ilə  qəzaya  düşmüş  Diananın  ölümünün  acısı  bir  tərəfdən,  “Aşka  sürgün”dəki 

qızın göz yaşları bir tərəfdən - adamları elə təsirləndirib üzmüşdü ki... Adamın adamlara yazığı 

gəlir, lap ürəyi ağrıyırdı... 

Vaxtilə atdan salıb çayxanadan qovduqları indi yenə at belində idilər.”Yiquli” həsrətində 

olanlar  xarici  maşınlarda,  cangüdənlərin  əhatəsində  gəzirdilər.  Şəkilləri  qəzetlərdən  düşmürdü. 

Ən  məşhur  müğənnilərdən  də  məşhur  idilər  və  ilboyu  qastrollardaydılar.  Böyük-böyük 

dövlətlərin  padşahları  ilə  oturub-dururdular,  qəşəng-qəşəng  şəkillər  çəkdirirdilər.  Tuthatut 

başlayanda birinin də burnu qanamamışdı, arada onun kimi kasıblarınkı qırılmışdı. 

Özünü tamamilə unudulmuş bildiyi halda... 

...  O  adamlar  ki,  milyonları  yediyinə  görə  həbs  olunan,  dünənədək  demokratiyaya,  elə 

onların da üzünə tüpürən dövlət məmurlarının müdafiə komitələrini  yaradırdılar, adlarını siyasi 

məhbus siyahılarına salıb Avropanın qapılarını sındırırdılar, amma bu uzun illərdə bircə dəfə də 

onu yadlarına salmamışdılar... 

... elçi elçi dalınca düzüldü... 

- Bəy... 

...  Bəy  sözündən  heç  əvvəldən  xoşu  gəlmirdi.  Onu  “bəy”  deyə  müraciət  edəndə 

əsəbləşirdi: 

- Ə, nə bəy-bəy salmısınız? Bəyin ya anası bəylə yatar, ya da atası bəy qızıyla. Mənim nə 

anam bəylə yatıb, nə də atam bəy qızıyla. Kasıb itinin adını Gümüş qoyan kimi hamınız adınızı 

bəy qoymusunuz. Bəylərin torpağında düşmən tank oynatmaz. 

Bir dəfə Bakıdan telefon açmışdılar: 

- Bəyin köməkçisidi, Bəy deyir ki... 

O da köməkçinin sözünü ağzında qoymuşdu: 

- Dostum, bəyin köməkçisi olmur, nökəri olur! - deyib dəstəyi asmışdı... 

... - Bəy, bizim partiyaya gəl, bu gün-sabah iqtidarıq... 

-  Bəy,  bu  dəqiqə  ölkədə  iki  partiya  var,  biri  YAP-dı,  biri  də  bizimki,  başqan  müavinlik 

təklif edir... 

- Bəy, Etibar bəy axşam yeməyinə dəvət edir... 

- Bəy, Rəsul bəy Nyu-Yorkdan zəng edib səni soruşurdu... 

- Bəy, başqan deyir gəlsin Qarabağ Azadlıq Təşkilatını verim ona... 



Lit.az 

 

 



62 

... Bəy, bəy, bəy... 

Ev sahibi qorxmağa başlamışdı: 

-  İncimə,  oğul,  bəlkə  başqa  bir  ev  tapasan?  Uçastkovı  bütün  günü  məhlədən  çıxmır. 

Uşağın bir balaca budkası var, birtəhər başımızı saxlayırıq. Sən Allah, incimə. 

- Yaxşı, xala, bir-iki günə çıxaram. 

Gecə otaq ona Şeytanın özünün yatdığı, Şeytanın əmri ilə Məmməd Əminin döyüldüyü, 

Şairin  işgəncə  verildiyi,  Avropadan  gələn  insan  haqlarınu  qoruyan  deputatları  şahmatda  yıxıb-

sürüdüyü kameradan da soyuq, qaranlıq və dar gəldi. Heç Əzrayılın çürümüş almasını iyləmədən 

canını tapşıran Ayna Sultanovaya edilən vəhşətlərə dözməyib çatlayan divarların arasında özünü 

bu qədər pis hiss eləməmişdi, canı sıxıldı. 

Yüzlərlə  oğlanı  bir  işarəsi  ilə  ölümə  aparan,  ayağını  yerə  vuranda  Dünyanın  Ən  Varlı 

Şəhəri kimi bir şəhəri silkələyən, nazirlərin boğazından quş boğazı kimi yapışan bir oğula indi bu 

boyda ölkədə - yolunda hər şeyini qurban verdiyi bu boyda ölkədə Allahın bir kirəkeş otağını da 

çox  görürdülər.  Amma  onu  bundan  da  çox  ağrıdan  başqa  şey  idi.  Yaralardan  axan  qanlar 

qurumamış insanlar hər şeyini unutmuşdular. Sanki bu dünyada heç nə olmamışdı - nə Dünyanın 

Ən Varlı Şəhəri, nə Qarabağ, nə şəhid, nə də qucaqlarda “əmi, qoyma ölüm” deyib can verən qız 

görməmiş cavanlar - hər kəs öz işindəydi. 

Və onu da başa düşürdü ki, qapıya gələn elçilərin təklifləri heç də onların ağalarının onun 

keçmiş xidmətlərini qiymətləndirməsi deyil,yenidən ondan öz məqsədləri üçün istifadə etməkdi, 

vəssalam. 

Elçilərin  heç  birinə  acı  söz  deyib  qapıdan  qovmamışdı.  İstehza  ilə,  bu  istehzanı  gələn 

elçilər  də  hiss  edirdilər,  amma  üstün  vurmurdular,  qulaq  asmışdı,  hamısına  da  demişdi  ki, 

fikirləşərəm. 

Amma  biri  onu  hövsələdən  çıxartdı.  İgid  oğlanıydı,  vaxtilə  bir  şəhəri  qoruyurdu, 

müharibənin  yorğunluğunu  və  havasını  çıxarmaq  üçün  onu  da  Bayıldakı  bahalı  otelin  bahalı 

nömrələrinin  birinə  dincəlməyə  göndərmişdilər.  Canından  müharibə  havası  çıxanadək 

dincəlmişdi, sonra Prezident əfv eləmişdi. 

- Utanmırsan? 

- Nədən? 

-  Bir  şəhəri  qoruyan  oğlan  indi  bir  adamı  qoruyursan.  Yəni  bu  adam  o  qoruduğun 

şəhərdən çox bahalıdı? Özün də qəzetdə bəyanat verirsən ki, ona bir söz deyən mənim meyitimin 

üstündən  keçməlidir.  Sənin  meyitin  qoruduğun  şəhərdə  qalmalıydı  ey.  İkimiz  də  xəcalət 

çəkməliyik ki, meyidimiz oralarda qalmayıb. Başımı qaldırıb camaatın üzünə baxa bilmirəm. Elə 

bilirəm  üzümə  tüpürəcəklər  ki,  şəhərin  öləndə  sən  niyə  ölmədin.  İndi  də  ölüb  yerə  girmək 

əvəzinə durub gəlmisən üstümə, utanıb-qızarmadan mənə də təklif edirsən ki, mən də sənin kimi 

gedib iti-qurdu qoruyum. Ayıbdı ey! Ondansa gəl gedək boğazımıza bir çatı salaq. 

Bu sözlər elçiyə güllə kimi dəymişdi, başını aşağı salıb qıpqırmızı qızarmışdı və bir söz 

demədən durub getmişdi. Səhər qəzetlər bəyanatını yaymışdılar ki, partiyasından istefa verib. 

Səhəri  beləcə  heç  vaxt  çıxa  bilmədiyi  və  çıxa  bilməyəcəyi  fikirlər  burulğanında  açdı. 

Geyinib evdən çıxdı. Həbsxanadan çıxandan sonra neçə dəfə istəmişdi bir doğma yerlərə getsin, 

ürəyi  gəlməmişdi.  Elçiyə  dediyi  kimi,  qorxmuşdu,  qorxmuşdu  ki,  camaat  üzünə  tüpürər. 

Dünyanın  Ən  Varlı  Şəhərinin  ölümündə  ən  böyük  günahı  özündə  görürdü.  Neçə  ildi  çəkə 

bilmədiyi bu yükün altında əzilirdi. Və onu da bilirdi ki, bu yük onu ömrünün axırına qədər öz 

altında əzəcək və elə bu yükün altında da öləcək. Onun fikrincə, Komandir çoxdan ölmüşdü, indi 

yaşayan Komandir deyildi, kimiydi heç özü də bilmirdi. 

Çıxanda ev sahibi: 

- Hə oğul, nə deyirsən? 

- Narahat olma xala, gedirəm rayona, iki-üç günə qayıdıb şey-şüyümü aparacam. 

- İncimə, oğul! Özün başa düşürsən də. 

- İncimirəm! 



Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə