Aqil abbas dolu



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə32/35
tarix20.10.2017
ölçüsü0,81 Mb.
#6101
növüYazı
1   ...   27   28   29   30   31   32   33   34   35

 

63 


Düşdü  “Şamaxinka”  deyilən  yerə,  dünya  binə  olandan  rayonlara  gedən  maşınlar  burda 

müştəri gözləyirdi: 

- Yevlağa iki nəfər... 

- Gəncəyə, Gəncəyə... 

- Göyçaya bir nəfər... 

Onu görən kimi müştəri gözləyən maşın sahibləri başına yığışdılar: 

- Hara, qardaş? 

- Dünyanın Ən Varlı Şəhərinə. 

- Hara?! 

- Eşitdiyiniz yerə. 

Bir-birlərinə baxdılar: 

- Bu nə deyir, ə?! 

Əynində köhnə əsgər köynəyi olan sütül bir sürücü dedi: 

-  Əmi,  mən  o  tərəfə  gedirəm.  Sən,  budey  bağın  içindəki  çayxanada  çay  iç,  beş-on 

dəqiqəyə bir-iki nəfər də tapım gedək. 

Çayxanada  sakitlik  idi.  Bir  stolda  iki  ahıl  adam  başlarını  əllərinin  arasına  alıb  şahmat 

oynayırdı,  bir  nəfər  də  sanki  şahmata  deyil,  futbola  azarkeşlik  edirmiş  kimi  yerində  otura 

bilmirdi.  Şahmatı  dəli  kimi  sevdiyindən  bir  az  onlara  yaxın  oturdu,  gözü  qalmışdı  şahmatda. 

Azarkeşlik  edən  oynayanlara  aman  vermirdi,  gah  birinə  gediş  göstərirdi,  gah  o  birisinə. 

Oynayanlar da onun dediyi gedişləri etmirdilər. 

O da əsəbləşirdi: 

- Ə, vallah, siz bunu bilmirsiniz. 

 

- Ə, qoy bu zəhrimarı oynayaq də! 



Şahmat oynayanda dünyanı da unudurdu, özünü də, hətta Dünyanın Ən Varlı Şəhərini də. 

Ağlı-qaralı 64 xanalı bir taxta parçasını, ağlı-qaralı 32 daşı insan ağlının hələ sonunadək gedib 

çıxa bilmədiyi bir möcüzə adlandırırdı. Bu daşlardan 16-sı ona tabe idi, hətta Tanrının  yerdəki 

kölgəsi  olan  padşahı  da.  Həmişə  deyirdi  ki,  şahmatı  insan  yaratmayıb,  çünki  insanda  belə  bir 

möcüzəni kəşf edə biləcək bir ağıl yoxdu. Deyirdi ki, yeri-göyü yaratdığı kimi şahmatı da Allah 

yaradıb  və  özü  üçün  yaradıb.  Allah  onun  itaətindən  çıxmış  bu  dünyanı  yaratdığına  peşman 

olduğu,  amma  məhv  eləyib  məhşər  ayağına  çəkmək  istəmədiyi  insanlardan,  insanların  canını 

almaqdan  yorulub  əldən  düşmüş  neçə  milyon  ildi  əlində  istefa  ərizəsi  dərgahının  ağzında 

dayanmış  Əzrayıldan  usanıb  yorulanda  bir  anlıq  özünə  çəkilib  hər  şeyi  unutmaq  və 

yorğunluğunu çıxarmaq üçün özü-özü ilə şahmat oynayır. 

Və onu da deyirdi ki, Fişer Tanrının işinə qarışıb bu möcüzənin sonuna çıxmaq istədiyi 

üçün Tanrı onun ağlını əlindən aldı ki, şahmat elə sirr olaraq qalsın. Və həmişə şahmatla bağlı 

düşündüklərini deyəndə şahmatın möcüzəsindən xəbərsiz olan dostları: 

- Ə, vallah, sən xəstəsən. 

Bir az kitab oxumuş dostları da deyirdi: 

- Marks deyib ki, dünyada ən səfeh oyun şahmatdı. 

Və dünya Tanrının iradəsindən çıxanda dostları: 

- Deyəsən, Allahın başı şahmat oynamağa qarışıb. 

Həbsxanada  məhbuslar  da  görmüşdülər  ki,  o  şahmat  oynayanda  bütün  ağrısını-acısını 

unudur, 6-cı kalona xəbər göndərmişdilər və ordan da məxsusi bir şahmat düzəldib yollamışdılar 

Komandirə. 

Həbsxana  rəisindən  daha  çox  ədəbiyyat  müəlliminə  oxşayan,  məhbuslara,  xüsusilə  də 

cavanlara  öyüd-nəsihət  verməkdən  yorulmayan  Rəis  də  şahmat  xəstəsi  olduğundan  az-çox 

şahmat  bilənləri  onunlar  bir  kameraya  saldırırdı.  Hərdən  özü  də  bir  bəhanə  ilə  gəlirdi  onun 

kamerasına, ləzzətlə bir-iki partiya oynayırdı, həmişə də uduzurdu. Hər dəfə uduzanda da başını 

yelləyib deyirdi: 

- Komandir, vallah, sən bu şahmatın dalınca düşsəydin çoxdan dünya çempionuydun. 



Lit.az 

 

 



64 

Rəisin  Komandirlə  köhnə  tanışlığından  və  ona  xüsusi  hörmət  bəsləməsindən  hamının 

xəbəri vardı, hətta yuxarıların da. Rəis bir neçə dəfə Böyük Rəisə demişdi: 

- Avropada türmələr arasında müxtəlif idman yarışları keçirilir. Bəlkə, biz də bir şahmat 

yarışı keçirək? 

Böyük Rəis: 

- Deyəsən başına at təpib. Bəlkə yeni ulduz müsabiqəsi keçirəsən?! 

Bir dəfə Rəis Avropadan gələn hüquq müdafiəçilərini hərləyib-fırlayıb onun kamerasına 

gətirmişdi  ki,  bəlkə  onu  da  siyasi  məhbuslar  siyahısına  salalar.  Hüquq  müdafiəçilərinə 

əvvəlcədən  də  demişdi  ki,  bu  ən  məşhur  cəbhəçilərdəndi.  Ona  da  işarə  eləmişdi  ki,  ürəyini 

boşalt. 

- Hansısa bir şikayətiniz var? 

- Xeyr. 

- Nə üstə həbs olunmusunuz? 

- Adamı nə üstə tutarlar? Cinayət eləmişəm. 

- Nə cinayət? 

- Adam öldürmüşəm. 

- Siz keçmişdə cəbhəçi olmusunuz? 

- Xeyr. 

- Özünüzü siyasi məhbus sayırsınız? 

- Xeyr, mən siyasətçi deyiləm. 

Rəis də dilxor-dilxor başını bulayıb yavaşca onun qulağına pıçıldamışdı: 

-  Rəhmətliyin  oğlu,  bu  boyda  adamları  gətirmişəm  ayağına,  sən    də  deyirsən  adam 

öldürmüşəm. 

- Yalan danışım? 

Hüquq  müdafiəçiləri  stolun  üstündən  muzey  əşyasına  oxşayan  qeyri-adi  şahmatın 

gözəlliyinə  heyran  qalmışdılar.  Daşları  götürüb  çox  maraqla  bir-bir  tamaşa  edib  demişdilər  ki, 

dünyada bu gözəllikdə şahmat görməyiblər. 

Rəis də fors eləmişdi: 

- Bunu məhbuslar özləri düzəldib. 

Avropalı qonaqlar inanmamışdılar: 

- Doğrudan bunu məhbuslar düzəldib? 

- Bəli. 

- Bunu kim oynayır? 

Rəis Komandiri göstərmişdi. 

- Bizimlə oynayarmı? 

Rəis: 

-  Komandir,  bu  avropalılara  bir  dərs  ver.  İt  uşağı  elə  bilirlər  ki,  bunlardan  ağıllı  insan 



yoxdu. 

Komandir gülümsəmişdi: 

- Sənin xətrinə. 

Və Komandir bu hüquq müdafiəçilərinin ikisini də şahmat taxtasının üstünə yıxıb elədən-

elə sürümüşdü, belədən-belə. 

Komandirə dalbadal bir neçə dəfə məğlub olan və bundan heyrətə gələn qonaqlardan biri 

maddım-maddım Komandirə baxıb çiyinlərini çəkmişdi: 

-  Bu  ki  möcüzədi!  Mən  professional  şahmatçıyam,  vaxtilə  dünya  çempionatlarında  da 

iştirak eləmişəm, belə şey görməmişəm. Bu adam Fişer kimi oynayır. 

Rəis: 


- Komandir, gördün, bunlar da m 

ən deyəni deyir. 

Qonaqlar  ayrılanda  öz  vizit  vərəqələrini  ona  verib  xahiş  etmişdilər  ki,  Avropaya  yola 

düşsə onların qonağı olsunlar, sonra da əlini möhkəm-möhkəm sıxıb demişdilər: 




Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə