77
Qeyd: Gərəkərsə, Azərbaycan türkcəsindəki ilk yazılışdan sonra ayrac içərisində söz və
adların özgün
biçimi də göstərilə bilər; örn.:
Monteskyö (Montesquieu); Şekspir (Shakespeare)
vb.
49. Latın əlifbalı
qaynaq dillərdəki x (eks) hərfi
[k] və
[s] səslərinin
bir araya gəlməsi ilə
düzəlib
Azərbaycan türkcəsində ks kimi deyilir və
ks kimi də yazılır; örn
.: ta
ksi, bo
ks, fa
ks,
Mar
ks vb.
Qeyd: Texas (=Te
ksas) adının Azərbaycan türkcəsində Te
xas yazılışı adlım
yanlışlıqlardan (öncələri deyildiyi kimi, “qələti-məşhur”lardan) biridir. Həm Kiril, həm də
latın kökənli Azərbaycan əlifbalarında
[x] səsini (cingiltili
ğ səsinin kar qarşılığı) bildirən və
transkripsiyada
kh kimi göstərilən
x hərfi işləndiyi üçün bu yanlışlıq ortaya çıxmış (rus
dilinin etgisini də unutmayaq) və Azərbaycan
x (kh) hərfi ingilis
x (eks) hərfilə
eyniləşdirilmişdir.
Bu gün bəziləri
taksi əvəzinə
taxi,
maksi əvəzinə
maxi... yazırsa, təbii ki, yarın da bu
yazılışı ümumiləşdirib
Aleksandr əvəzinə
Alexandr,
Kseniya əvəzinə
Xeniya, maksimum
əvəzinə
maximum, boks əvəzinə
box... yazmalı olacaqdır.
Ancaq dilimiz üçün ən doğrusu alınma söz və yabançı adların tərkibindəki
x hərfini
Azərbaycan yazısında yalnız
ks hərfləri ilə verməkdir. Bu qayda hərflərin differensiallaşması
– fərqliləşməsi ilkəsini ortaya qoyar və yabançı
x (ks) səsi ilə dilimizin
x (kh) səsinin qarışıq
salınasını önləyər.
50. Almancanın
z (tset) səsi Kiril əlifbalı slavyan dillərindəki özümlü
ц (tse) səsi ilə
uyğun olub Azərbaycan türkcəsində yerinə görə həm
s səsini, həm də
ts səsini verir; örn.:
zitat
– sitat; zisterna – sisterna; zivil – sivil; zyklon – siklon vb.; Zürich – Sürix; G.W. Leibniz – Q.
V. Leybnits; W.A.Mozart – V.A.Motsart vb.
Artıraq ki, bəzi özəl adlarda sözortası və sözsonu durumlar üçün
z (tset) və
ц (tse)
səslərinin qarşılığı olaraq təkcə
ts yox, həm də
s səsi işlənə bilir; örn.:
Leipzig – Лейрциг –
Leypsiq; Mainz – Майнц – Mayns vb.
51. Latın əlifbalı qaynaq dillərə aid özümlü hərf birləşmələrilə işlənən alınma söz və
yabançı özəl adlar Azərbaycan türkcəsində bu özümlü hərf birləşmələrinin uyğun səs dəyərini
qarşılayan milli hərflərlə yazılır; örn.:
a) Çeşidli Batı dillərinə aid
ch hərf birləşməsi Azərbaycan türkcəsində yerinə görə gah
ç
hərfi ilə (örn.:
charter – çarter; Chile – Çili; check – çek vb.); gah
Ģ hərfi ilə (örn.:
chans –
şans; chef – şef; chock – şok vb.); gah da
x hərfi ilə (örn.:
Christ – Xrist; charakter –
xarakter,
Friedrich – Fridrix vb.) verilir.
78
Qeyd: Təbii ki, burada sözün hansı dilə məxsusluğu və o dildə hərf birləşmələrinin
özəllikləri (necə səslənməsi də daxil) aparıcı rol oynayır.
b)
sh hərf birləşməsi Azərbaycan türkcəsində
Ģ hərfi
ilə verilir; örn.:
sherif – şerif; shia
– şiə; show – şou; W. Shakespeare – V. Şekspir vb.
c)
sch hərf birləşməsi Azərbaycan türkcəsində
Ģ hərfi ilə verilir; örn.:
schablon – şablon;
schimpans – şimpanze; F. Nietzsche – F. Nitsşe vb.
ç)
ph hərf birləşməsi Azərbaycan türkcəsində
f hərfi ilə verilir; örn.:
phonem – fonem;
Phoenix – Feniks; paragraph - paraqraf; philolıgie – filologiya vb.
d)
ck hərf birləşməsi Azərbaycan türkcəsində
k hərfi ilə verilir; örn.: Sto
ckholm –
Sto
kholm;
M.Jeckson – M. Cekson vb.
ç) Heroqlif yazı gələnəkli Doğu Asiya özəl adlarının yazılıĢı
Heroqlif yazı gələnəkli dillərdəki söz və hecaların səs tərkibini dəqiq vermək bir az
çətindir. Bu çətinliyi nisbətən azaltmaq üçün heroqliflə yazan Doğu Asiya xalqları (çin,
yapon, Koreya vb.) fonetik yazılar da yaratmağa yeltənmiş və sonucda, yaponların
katakana,
xaraqana vb. əlifbaları, Koreyalıların
hanqıl (ingilis. hangul) adlanan əlifbası yaranmış,
həmçinin çin heroqliflərinin latın əlifbasında transkripsiyası üçün
pinyin əlifbası, Kiril
əlifbasında transkripsiyası üçün
Palladiya sistemi vb. ortaya çıxmışdır (o biri faktları
xatırlatmırıq).
Təəssüf ki, Doğu Asiya özəl adlarınının Azərbaycan türkcəsində yazılışı ilə bağlı elə bir
araşdırmaya tuş gəlmədik. İndiyədək bu adların Azərbaycan türkcəsində yazılış qaydaları
daha çox iki qaynaqdan irəli gəlməkdə idi: 1. Azərbaycanda (və türk dünyasında) tarixən
yaranıb
oturuşmuş gələnəksəl qaynaq; 2. rus dili.
Son dönəm üçün ikinci qaynaq daha güclü və aparıcı olduğundan gələnəksəl qaynağın
Kıtay, Tabğaç, Maçin, Xanbalıq (Pekin), Caparka (Yaponiya) vb. bu kimi tarixi adları
unudulmuş, Doğu Asiya özəl adları rus dilindən alınaraq rus dilinin qaydalarına uyğun
yazılmışdır.
Çağımızın kürəsəlləşən dünyasında yaşamın günlük gedişləri özəl adların, ən çox da
şəxs adlarının işlənmə tezliyini qat-qat artırdığı üçün Doğu Asiya şəxs adlarının yazılış
qaydaları üzərində ayrıca dayanmamız gərəkir.
Bəlli olduğu üzrə, Doğu Asiya mədəniyyəti Çin kültürünün ciddi etgisi altında
biçimlənmişdir və buradan irəli gələrək, bütün Doğu Asiya özəl adları da çin dilinin güclü
etgisini ortaya qoymaqdadır. Bu etgidə şəxs adlarına yönəlik üç özəlliyi ayrıca vurğulayaq:
1. Batı mədəniyyətində öncə ad, sonra soyad yazıldığı halda, Doğu Asiya
mədəniyyətində öncə soyad, sonra ad yazılır və geniş yayılmış bu qayda indiyədək özünü