Arif Rəhimoğlu


Qeyd:  Söz  kökü  ünlü  ilə  bitəndə  köklə  -i



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə40/61
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76469
növüYazı
1   ...   36   37   38   39   40   41   42   43   ...   61

 
83 
 
Qeyd:  Söz  kökü  ünlü  ilə  bitəndə  köklə  -i  şəkilçisi  arasına  bitişdirici  v  ünsüzü  artırılır; 
örn.: dairəvi, kütləvi, səmavi vb.  
 
7. -sal şəkilçisi; örn.: qumsal, duyğusal, toplumsal vb. 
 
Qeyd: Son dönəm Azərbaycan türkcəsində  -sal şəkilçisinin işlərlik qazanması Türkiyə 
türkcəsinin etgisi ilə güclənmiş və şəkilçinin incə variantı olan -səl (Türkiyə türkcəsində -sel
biçimi  də  yayılmağa  başlamışdır;  örn.:  içsəl,  bilimsəl,  kürəsəl  vb.  Deməli,  gələcəkdə  bu 
şəkilçi  bir  cür  yazılan  yox,  iki  cür  yazılan  şəkilçilər  sırasında  veriləcəkdir.  Türkiyə 
türkcəsində -sal, -sel şəkilçisinin türkcə kökənli olmamasına yönəlik iddia yanlış yanaşmadan 
başqa bir nəsnə deyil.  
 
8. -dar şəkilçisi; örn.: evdar, əməkdar, məhsuldar vb.  
 
9. -mal şəkilçisi; örn.: sağmal, qırışmal, dadamal vb.  
 
10. -varı şəkilçisi; örn.:qalxanvarı, zolaqvarı, yüngülvarı vb. 
II. Ġki cür yazılan Ģəkilçilər  
 
Azərbaycan türkcəsində -a və  açıq ünlüləri ilə işlənən bir çox şəkilçilər iki cür yazılır 
ki, onlardan bir qismini göstərək: 
 
1. -a-ə  şəkilçisi; örn.: quşa, evə, yola, bizə vb. (söz kökü ünlü ilə bitərsə, sözlə -a 
şəkilçisi arasına bitişdirici y ünsüzü artırılır; örn.: suya, keçi vb.). 
 
2. -aq-ək şəkilçisi; örn.: qaçaq, çökək, yataq, kəsək vb.  
 
3. -al, - əl şəkilçisi; örn.:   daral-, düzəl-, çoxal-, genəl- vb.    
 
4. -an, - ən şəkilçisi; örn.: alan, bilən, sayan, sevən vb. (söz kökü ünlü ilə bitərsə, sözlə 
-an-ən şəkilçisi arasına bitişdirici y ünsüzü artırılır; örn.: yuyan, üşüyən vb.).  
 
5. -anda, -əndə şəkilçisi; örn.: alanda, biləndə, sayanda, sevəndə vb. (söz kökü ünlü ilə 
bitərsə,  sözlə  -anda,  -əndə  şəkilçisi  arasına  bitişdirici  y  ünsüzü  artırılır;  örn.:  yuyanda
üşüyəndə vb.).  
   
6.  -ar,  -ər  şəkilçisi;  örn.:  qaçar-,  biçər-,  ar-,  seçər-  vb.  (söz  kökü  ünlü  ilə  bitərsə, 
sözlə -ar-ən şəkilçisi arasına bitişdirici y ünsüzü artırılır; örn.: yuyar-, deyər- vb.).  
 
 
7. -araq, -ərək şəkilçisi; örn.: daşaraq, bişərək, duyaraq, üzərək vb. (söz kökü ünlü ilə 
bitərsə,  sözlə  -araq,  -ərək  şəkilçisi  arasına  bitişdirici  y  ünsüzü  artırılır;  örn.:  başlayaraq
işləyərək vb.).  
 
8. -la, -lə şəkilçisi; örn.: başla-, işlə-, ovla-, səslə- vb. 
   
9. -lar, - lər şəkilçisi; örn.: otlar, bizlər, çaylar, gözlər vb.   
 
10. -lan, -lən şəkilçisi; örn.: oğurlan-, dillən-, doğrulan-, gizlən- vb. 
 
11. -laĢ, - ləĢ şəkilçisi; örn.:  yaşıllaş-, gözəlləş-, xarablaş-, özəlləş- vb.  


 
84 
 
12. -ma, - mə şəkilçisi; örn.: baxma-, törə, qazma, demə- vb.   
 
13. -malı, - məli şəkilçisi; örn.: oxumalı, gülməli, almalı, deməli vb.   
 
14. -sa, - sə şəkilçisi; örn.: otursa, istə, dursa, gəl vb.    
 
15. -ca, - cə şəkilçisi; örn.: tapmaca, bilməcə, bulmaca, gülməcə vb.   
 
16. -ça, -çə şəkilçisi; örn.: kitabça, belçə, meydança, gözəlçə vb.   
III. Dörd cür yazılan Ģəkilçilər  
 
Azərbaycan  türkcəsində  -ı,  -i,  -u,  -ü  qapalı  ünlüləri  ilə  işlənən  və  dörd  cür  yazılan 
şəkilçilər çoxdur. Onların hamısını olmasa da, bir qismini göstərək: 
 
1. -dı, -di, -du, -dü şəkilçisi; örn.: al, bildi, durdu, gör vb. 
 
2. -dır, -dir, -dur, -dür şəkilçisi; örn.: dağdır, işdir, odundur, düzdür vb.  
 
3.  –dıqda,  -dikdə,  -duqda,  -dükdə  şəkilçisi;  örn.:  saydıqda,  bildikdə,  duyduqda
gördükdə vb.  
 
4.  -dıqca,  -dikcə,  -duqca,  -dükcə  şəkilçisi;  örn.:  qızdıqca,  eşitdikcə,  oturduqca
düzdükcə vb.  
 
5. -dığı, -diyi, -duğu, -düyü şəkilçisi; örn.: tapşırdığı, göstərdiyi, qoyduğu, səslədiyi vb. 
 
6. -ıq, -ik, -uq, -ük şəkilçisi; örn.: qıyıq, bilik, donuq, sönük vb.  
 
7. -ıb,  -ib,  -ub,  -üb  şəkilçisi; örn.: yatıb-, bitib-, qoşub-, süzüb-  vb. (söz kökü ünlü ilə 
bitərsə,  sözlə  -ıb,  -ib,  -ub,  -üb  şəkilçisi  arasına  bitişdirici  y  ünsüzü  artırılır;  örn.:  daşıyıb-, 
dişləyib-, uyuyub-, üşüyüb- vb.).  
 
8. -ıl, -il, -ul, -ül şəkilçisi; örn.: qazıl-, deşil-, boğul-, düzül- vb. 
 
9. -ım, -im, -um, -üm şəkilçisi; örn.: baxım, biçim, udum, büküm vb. (söz kökü ünlü ilə 
bitərsə, sözlə -ım-im, -um, -üm şəkilçisi arasına bitişdirici y ünsüzü artırılır; örn.: qaşıyım-
deyim, suyum, sürüyüm- vb.).  
 
10. -ıntı, -inti, -untu, -üntü şəkilçisi; örn.: axıntı, gəzinti, ovuntu, görüntü vb.  
 
11.  -ıcı,  -ici,  -ucu,  -ücü  şəkilçisi;  örn.:  qızdırıcı,  bilici,  qurucu,  görücü  vb.  (söz  kökü 
ünlü ilə bitərsə, sözlə -ıcı, -ici, -ucu, -ücü şəkilçisi arasına bitişdirici y ünsüzü artırılır; örn.: 
qaşıyıcı, deyici, yuyucu, bizləyici vb.).  
 
12.  -ıĢ,  -iĢ,  -uĢ,  -üĢ  şəkilçisi;  örn.:  qırış,  en,  otur,  düzülüş  vb.  (söz  kökü  ünlü  ilə 
bitərsə, sözlə -ıĢ, -iĢ, -uĢ, -üĢ şəkilçisi arasına bitişdirici y ünsüzü artırılır; örn.: arayıĢ, titrəyiĢ
yürüyüĢ vb.).  
 
13. -lı, -li, -lu, -lü şəkilçisi; örn.: ad, dilli, odlu, üzüm vb. 
 
14. -lıq, -lik, -luq, -lük şəkilçisi; örn.: dağlıq, dizlik, otluq, gözlük vb. 
 
15. -kı, -ki, -ku, -kü  şəkilçisi; örn.: onda, səhərki, onunku, özümüzün vb.  
 
16. -mıĢ, -miĢ, -muĢ, -müĢ şəkilçisi; örn.: qızmış, bilmiş, doymuş, görmüş vb. 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə