Arif Rəhimoğlu



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə41/61
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76469
növüYazı
1   ...   37   38   39   40   41   42   43   44   ...   61

 
85 
 
17. -cıl, -cil, -cul, -cül şəkilçisi; örn.: ardıcıl, söhbətcil, yuxucul, ölümcül vb. 
 
18. -ıltı, -ilti, -ultu, -ültü şəkilçisi; örn.: danqıltı, dingilti, gurultu, cüggültü vb. 
 
19. -sız, -siz, -suz, -süz şəkilçisi; örn.: adsız, sənsiz, susuz, sözsüz vb. 
 
20. -çı, -çi, -çu, -çü şəkilçisi; örn.: yalan, güləşçi, oyunçu, üzümçü vb.  
Mürəkkəb sözlərin və mürəkkəb özəl adların yazılıĢ qaydaları 
 
İki və daha artıq sözün birgə işlənməsi ilə yaranan mürəkkəb sözlər və mürəkkəb özəl 
adlar yazılış biçiminə görə üç yerə bölünür: ayrı, bitişik və yarımbitişik yazılanlar. Bu yazılış 
biçimlərindən hər birini doğru-düzgün işlətmək imla qaydaları baxımından çox gərəklidir. 
I. Ayrı yazılan mürəkkəb sözlər və özəl adlar  
 
Ayrı yazılan mürəkkəb söz və özəl adlar yazılış tərzinə görə iki yerə bölünə bilər: a) bir-
birindən boşluqla ayrılan mürəkkəb sözlər; b) bir-birindən ayırtı (tire)
29
 ilə ayrılan mürəkkəb 
söz və adlar.  
 
Bir-birindən  boşluqla  ayrılmada  heç  bir  orfoqrafik  işarə  işlədilmir  və  tərəflər  arasında 
buraxılmış  boşluq  imla  işarəsi  görəvi  üstlənərək  yazıda  mürəkkəb  sözün  tərəflərini  ayırır 
(Deyilişdə bu görəvi fasilə yerinə yetirir).  
 
Aralarında ayırtı (tire) qoyulan mürəkkəb söz və ya adlarda isə tərəflər bir-birindən üfiqi 
düz  cizgi  –  ayırtı  (tire)  işarəsi  ilə  ayrılır  və  ayırtıın  hər  iki  yanında  boşluq  buraxılır.  Ayırtı 
işarəsi  və  onun  hər  iki  yanında  buraxılan  boşluq  imla  işarəsi  görəvi  daşıyaraq  tərəfləri  bir-
birindən ayırır (Deyilişdəki ayrılmanı isə fasilə yerinə yetirir)..   
a) Bir-birindən boĢluqla ayrılan mürəkkəb sözlər 
 
60. Ayrı yazılan aşağıdakı mürəkkəb sözlər bir-birindən yalnız boşluqla ayrılır: 
 
1. Çıxışlıq hal şəkilçili ismə qoşulmuş sifətdən düzələn mürəkkəb sözün tərkib hissələri 
ayrı yazılır; örn.: qoldan güclü, dildən iti, ağıldan kəm vb.  
 
2. Mürəkkəb miqdar, sıra, kəsr sayları ayrı yazılır; örn.: altmış altı, on üçüncü, dörddə 
üç vb.  
 
Qeyd: Miqdar sayları bəlirsizlik (qeyri-müəyyənlik) bildirdikdə cızqı (defis) ilə yazılır; 
örn.: əlli-altmış, beş-on, on-on beş vb. 
 
3. İlk sözü o, bu işarə əvəzliklərindən ibarət olan mürəkkəb sözlər ayrı yazılır; örn.: 
gün, bu il, o çağlar, bu dönəm vb.  
 
4.  Mürəkkəb  sual  əvəzliklərinin,  bəlirsiz  əvəzliklərin  tərkibindəki  sözlər  ayrı  yazılır; 
örn.: nə üçün, nə cür, hər kəs, heç kim vb.  
 
Ġstisna:  Filankəs  bəlirsiz  əvəzliyi  bitişik  yazılır,  kim  isə  əvəzliyi  həm  bitişik  (kimsə 
biçimində), həm də ayrı yazıla bilər. 


 
86 
 
5.  Çeşidli  sözlərə  bilmək,  etmək,  eləmək,  olmaq  fellərinin,  yaxud  onların  inkar 
biçimlərinin  qoşulması  ilə  düzələn  mürəkkəb  fellərin  tərkib  hissələri  ayrı  yazılır;  örn.:  ala 
bilmək,  ala  bilməmək,  qəbul  etmək,  qəbul  etməmək,    razılıq  eləmək,  razılıq  eləməmək,  yazıq 
olmaq, yazıq olmamaq vb. 
 
Qeyd:  ala,  gələ...  bilmək//bilməmək  mürəkkəb  feli  danışıqda  alammaq,  alammamaq, 
gələmmək,  gələmməmək...  kimi  biçimlərdə  işlənə  bilir.  Danışıq  və  yazılış  varıantları 
qarışdırılmasın. 
 
6.  Məcazi  anlamda  işlənən  fellərlə  başqa  nitq  hissələrinə  aid  sözlərin  birləşməsindən 
düzələn  mürəkkəb  fellərin  tərkib  hissələri  ayrı  yazılır;  örn.:  boğaza  yığılmaq,  cana  gəlmək, 
başa düşmək vb.  
 
7.  Miqdar  saylarından  yaranıb  ilk  sözü  yönlük  halda  işlənən  zərflər  ayrı  yazılır;  örn.: 
birə beş, birə on, birə yüz vb.  
 
8.  Mürəkkəb  adların  tərkibindəki  sözlər  ayrı  yazılır;  örn.:  Xəzər  dənizi,  Savalan  dağı, 
Azərbaycan  Milli  Hərəkatı,  Otuz  bir  dekabr  (və  ya:  31  Dekabr),  İyirmi  bir  azər  (və  ya:  21 
Azər), Bütöv Azərbaycan yolu  vb.  
 
9.  Yabançı  soyadların  tərkibində  işlənən  artikl,  ədat  və  hissəciklər  ayrı  yazılır;  örn.: 
Lüdviq van Bethoven, Otto fon Bismark, Leonardo da Vinçi, Lope de Veqa vb.  
b) Bir-birindən ayırtı (tire) ilə ayrılan mürəkkəb söz və adlar 
 
61. Ayrı yazılan aşağıdakı mürəkkəb söz və adlar arasında ayırtı (tire) qoyulur:   
 
a)  məkan  və ya  məsafə  hüdudu  bildirən iki coğrafi  ad yanaşı işlədildikdə;  örn.:  Bakı  – 
Təbriz qatarı, Samur – Dəvəçi kanalı, Gəncə – Urmu hava yolu vb. 
 
b) yer və ya şəxs adı bildirən bir meçə özəl ad yanaşı işlədildikdə; örn.: Məmmədəmin 
Rəsulzadə – Elçibəy irsi, Azərbaycan – Türkiyə danışıqları, Coul – Lens qanunu vb.  
 
c) vaxt bildirən qoşa sözlər; örn.: səksən – doxsanıncı illər, şənbə – bazar günləri vb.   
II. BitiĢik yazılan mürəkkəb sözlər 
 
62. Aşağıdakı mürəkkəb sözlər tələffüzdə eyni bir baş vurğu ilə deyilir və yazıda bitişik 
yazılır: 
 
1. Miqdar sayı ilə
 
isim və ya sifətdən yaranan mürəkkəb sözlər; örn.: beşillik, birhecalı, 
ongünlük, ücbucaq vb
 
2. Sadə (və ya düzəltmə) isimlə mənsubiyyət şəkilçili zərfdən yaranan mürəkkəb sözlər; 
örn.: bayramqabaği, dənizqırağı, həyətyanı, cərgələrarası, şəhəryanı vb. 
 
3. Çıxışlıq halda olan isimlə feli isimden yaranan mürəkkəb sözlər; örn.: anadangəlmə, 
başdansovma, ucdantutma vb.  


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə