Arif Rəhimoğlu



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə44/61
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76469
növüYazı
1   ...   40   41   42   43   44   45   46   47   ...   61

 
91 
 
3.  İdi,  imiş,  ikən,  isə  hissəcikləri  ünsüzlə  bitən  fellərdən  və  adlardan  (isim,  sifət,  say, 
əvəzlik) sonra ilk ünlü səsi düşməklə bitişik yazılır; örn.: baxır, atam, qurdmuş, deyirmiş
uşaqmış, gəlirkən,  şairsə  vb.  
III. YarımbitiĢik yazılan köməkçi sözlər 
 
66.  Eyni  sadə  nidanın  təkrarından  düzələn  nidalar  yarımbitişik  (cızqı  ilə)  yazılır;  örn.: 
bəh-bəh, vay-vay, oy-oy, ha-ha-ha, qəh-qəh vb.  
Ġlk hərfi böyük yazılan sözlər  
 
Sözlərin  ilk  hərfinin  böyük  yazılması  anlaşılma  baxımından  ciddi  önəm  daşıyan 
dəqiqləşdirici və fərqləndirici orfoqrafik işarələrdən biridir. Örnəyin, O, bülbül  kimi  oxuyur 
  O,  Bülbül  kimi  oxuyur  cümlələri  böyük  hərf  –  kiçik  hərf  ayrımı  olmayan  əlifbalar  üçün 
anlaşılması zor cümlələrdir. Deyək ki, ərəb əlifbasında yazılarsa, bu cümlələri doğru anlamaq 
üçün  əlavə  aydınlaşdırıcı  dil  faktlarına  gərəksinmə  duyulacaqdır.  Çünki  ərəb  əlifbafında 
bülbül və Bülbül yazılışları  eyni  olduğundan  fərqli anlam daşımır və oxuyanın bülbül  qişu 
kimi, yoxsa Azərbaycanın görkəmli sənətçisi Bülbül kimi oxuması bilinmir.  
 
Böyük hərf – kiçik hərf ayrımı olan əlifbalarda isə belə bir anlaşılmama qorxusu yoxdur 
və sözün kiçik hərflə yazılması söhbətin bülbül quşundan, böyük hərflə yazılması da söhbətin 
görkəmli Azərbaycan sənətçisindən getdiyini açıq-aydın və dəqiq göstərməkdədir. Dilimizdə 
bülbül  –  Bülbül  kimi  faktlar  çoxdur  (örn.:  arzu  –  Arzu,  əsgər  –  Əsgər,  ildırım  –  İldırım, 
qəhrəman – Qəhrəman, laçın – Laçın, məhəbbət – Məhəbbət, mirzə - Mirzə, vurğun – Vurğun 
vb.) və böyük hərflərin işlənməsi ilə bu dil faktları tam doğru-düzgün anlaşıla bilir. Ona görə 
də, imla qaydalarımız içərisində ilk hərfi böyük yazılan sözlərə ayrıca diqqət yetirilir. 
 
67. Çağdaş Azərbaycan yazısında aşağıdakı durumlarda sözlərin ilk hərfi böyük yazılır:  
 
1.  Ad,  ata  adı,  soyad  və  ayama  (ləqəb),  təxəllüs  bildirən  sözlərin  (oğlu  və  qızı 
sözlərindən  başqa)  baş  hərfi  böyük  yazılır;  örn.:  Bulud  Qaraçorlu  Səhənd,  Dəli  Domrul, 
Həsən  Bayat,  Kefli  İsgəndər,  Qul  Abbas,  Məhəmmədhüseyn  Şəhriyar,  Məhəmməd  Füzuli, 
Salur Qazan, Səməd Vurğun, Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəyov  vb.  
 
Qeyd:  a)  Atanın  kimliyini  bildirib  kiçik  hərflə  ayrıca  yazılan  oğlu  və  qızı  sözləri 
soyadın tərkib hissəsi olarsa, artırıldığı ada bitişik yazılır; örn.: Azəroğlu, Həsənoğlu, Bəşirqızı 
vb.   
 
b) Şəxs adları cəm şəkilçisi qəbul etdikdə də böyük hərflə yazılma özəlliyini qoruyurlar; 
örn.:  Nizamilər,  Füzulilər,  Səməd  Behrəngilər,  Koroğlular,  Hacı  Qaralar,  Keçəl  Həmzələr  
vb.  


 
92 
 
c)  Heyvanlara  verilən  özəl  adların  və  bədii  əsərlərdə  işlədilən  heyvan  adlarının  da  baş 
hərfi  böyük yazılar; örn.: Qırat, Dürat, Alapaça, Bozat,  “Qurd  və  Quzu”, “Qarğa və Tülkü”, 
“Toplan və Məstan” vb. 
 
2.    Ayrıca  yazılan ağa, bəy,  bəyim, hacı, xan,  xanım,  mir,  mirzə, seyid, soltan, şah vb. 
sözlər aid olduqları addan öncə gələrsə, adın ayrılmaz tərkib hissəsinə çevrilir və böyük hərflə 
yazılır, aid olduqları addan sonra gələrsə, daha çox rütbə, titul və ayama (ləqəb) bildirdikləri 
üçün  ilk  hərfi  kiçik  yazılır;  örn.:  Ağa  Məhəmməd  Qacar,  Hacı  Qara,  Mir  Mehdi  Etimad, 
Mirzə  Fətəli  Axundov,  Seyid  Əzim  Şirvani,  Şah  İsmayıl  Xətayi,  Cahandar  ağa,  Fətəli  xan, 
Abbas mirzə, Heyran xanım vb.    
 
3.  Göy cisimlərinin adları  böyük hərflə yazılır; örn.: Yer, Ay, Günəş, Ülkər, Qoç bürcü, 
Buğa bürcü, Əkizlər bürcü, Qız bürcü, Ağ yol//Süd yolu vb.     
 
Qeyd: Ay, yer və günəş sözləri özəl göy cismini bildirən termin kimi işlənməzsə,   kiçik 
hərflə yazılır; örn.: ay ışığı, yer üzü vb.  
 
4.  Özəl  coğrafi  adlar  böyük  hərflə  yazılır;  örn.:  Azərbaycan,  Bakı,  Təbriz,  Həmədan, 
Savalan  dağı,  Səhənd  dağı,  Araz  çayı,  Kür  çayı,  Muğan  düzü,  Urmu  gölü,  Göy  göl,  Ucan 
yaylası, Basqal kəndi  vb.  
 
Qeyd: Coğrafi adlardan öncə aydınlaşdırıcı, dəqiqləşdirici və fərqləndirici rol oynayan 
güney, quzey, aşağı, yuxarı, birinci, ikinci, yeni, mərkəzi,  uzaq vb. bu kimi sözlər işlənərsə, 
onların da baş hərfi böyük yazılır; örn.: Güney Azərbaycan, Quzey Azərbaycan, Birinci Şıxlı, 
Daş Salahlı, İkinci Nügədi, Yuxarı Uzunoba, Aşağı Uzunoba, Yeni Ələt, Mərkəzi Asiya, Uzaq 
Doğu, Çay Qaraqoyunlu vb.  
 
Belə  sözlər  coğrafi  adlardan  sonra  işlənərsə,  kiçik  hərflə  yazılır;  örn.:  Azərbaycanın 
güneyi, Azərbaycanın quzeyi, Uzunobanın yuxarısı vb. 
 
5. Küçə, meydan, məhəllə, bağ, tarixi abidələr, mədəniyyət ocaqları vb. adların ilk hərfi 
böyük  yazılır;  örn.:  Azadlıq  meydanı,  Saat  qabağı,  Dəvəçi  məhəlləsi,  Qurdlar  məhəlləsi, 
Nəbatat bağı, Ərk qalası, Qız qalası, Atabəylər türbəsi vb.  
 
6.  Tarixi  hadisələrin,  dövrlərin,  sülalələrin,  tarixi  barış  və  döyüşlərin,  eləcə  də  qədim 
yazılı  abidələrin,  sənədlərin  vb.  adlarında  birinci  sözün  ilk  hərfi  böyük  yazılır;  örn.:  Dünya 
müharibəsi,  Versal  barışı  (sülhü),  Daş  dövrü,  Əsgəran  döyüşü,  Orxon  –  Yenisey  abidələri, 
Qacarlar sülaləsi, Türkmənçay müqaviləsi vb.  
 
Belə mürəkkəb adlara fərqləndirici söz artırıldıqda onun da ilk hərfi böyük yazılır; örn.: 
İkinci Dünya müharibəsi, Uzaq Daş dövrü vb.  


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə