Arif Rəhimoğlu


II. Qısaltmaların yazılıĢı



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə46/61
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76469
növüYazı
1   ...   42   43   44   45   46   47   48   49   ...   61

 
95 
II. Qısaltmaların yazılıĢı  
 
70. Mürəkkəb özəl adların baş hərflərindən ibarət qısaltmalar böyük hərflərlə yazılır və 
onlardan sonra nöqtə qoyulmur. Oxunuşuna görə qısaltmaların aşağıdakı növləri var: 
 
1.  Səslərlə  oxunan  qısaltmalar;  örn.:  AMAT    (a-m-a-t)  =  Azərbaycan  Milli  Azadlıq 
Təşkilatı, ASE (a-s-e) = Azərbaycan Sovet Ensiklopediyası, BAB (b-a-b) = Bütöv Azərbaycan 
Birliyi,  QAT (q-a-t) = Qarabağ Azadlıq Təşkilatı, RİK (r-i-k) = Rayon İcraiyyə Komitəsi) vb. 
 
2.  Hərflərlə  oxunan  qısaltmalar;  örn.:  BMT  (be-em-te)  =  Birləşmiş  Millətlər  Təşkilatı, 
DYP  (de-ye-pe)  =  Dövlət  Yol  Polisi,  MDB  (em-de-be)  =    Müstəqil  Dövlətlər  Birliyi,  MSK 
(em-se-ka) = Mərkəzi Seçki Kommisiyası vb.  
 
3.  Bütöv  sözlərlə  oxunan  qısaltmalar;  örn.:  BXMŞ  (Bakı  Xalq  Maarif  Şö’bəsi),  MM 
(Milli Məclis) vb.  
 
Qeyd: a)  Ad, ata adı və  soyadların yazılışında   qısaltmadan  sonra nöqtə  qoyulur; örn.: 
M.Ə.Rəsulzadə, M.T.Zehtabi, M.V.Vidadi, S.C.Pişəvəri vb.  
 
b)  Bir  sıra  durumlarda  gizli  qalması  istənilən  və  ya  açıq-aydın  deyilməsinə  ehtiyac 
olmayan  adların  baş  hərfi  böyük  yazılır  və  ondan  sonra  nöqtə  qoyulur;  örn.:  N.  hissəsində 
partlayış oldu.Toplantıya B. də qatılmışdı vb. 
 
c)  Qısaltmalar  rəqəmlə  göstərilən  sayla  işlənərək  bəlli  bir  ad  bildirdikdə  qısaltma  ilə 
rəqəm arasında cızqı qoyulur; örn.: İL-18, TU-154, T-72  vb.  
III. Birgə iĢlənən ixtisar və qısaltmaların yazılıĢı 
 
71. Çeşidli nədənlərə görə mürəkkəb adın bir sözü qısaltma ilə yazıla bilməyəndə, onu 
ixtisar  biçimində  vermək  olur;  örn.:  Az.Sİ  (Azərbaycan  Sənaye  İnstitutu),  Sov.İKP  (Sovet 
İttifaqı Kommunist Partiyası) vb.  
 
72. İxtisar və qısaltma sözlərə qoşulan şəkilçilərin yazılışı üçün bax: maddə 58 
Sözin sətirdən-sətrə keçirilmə qaydaları  
 
Sətrin  sonuna  tam  sığışmayan  və  bəlli  bir  hissəsi  yeni  sətirə  keçirilməli  olan  bütöv 
sözlər, yaxud ixtisar və qısaltma sözlər necə gəldi yazıla bilməz. Onların yazılışı bəlli ilkələrə 
söykənən  müəyyən  qaydalar  əsasında  olur.  Azərbaycan  orfoqrafiyasında  heca  vahidliyi,  söz 
kökü  vahidliyi  və  qrafik  vahidlik  ilkələrinə  əsaslanan    aşağıdakı  sətirdən-sətrə  keçirmə 
qaydaları göstərilə bilər:  
 
73. İstər iki, istərsə də çoxhecalı sözlər yeni sətrə ancaq bütöv hecalarla keçirilir; örn.: 
as-

 lan, daş-

 lıq, var-

 lı, Da-

 ğıstan (yaxud Dağıs-

 tan), qa-

 çaqaç (yaxud qaça-

 qaç)
tu-

 tatut (yaxud tuta-

 tut) vb.  
 
Qeyd:  Apostrof  işarəsi  sıradan  çıxdığı  üçün  apostrofla  hecalara  bölünüb  yeni  sətrə 
keçirilmə  qaydası  da  öz  önəmini  itirmişdir.  Öna  görə  də,  öncələri  apostrofla  yazılan  vüsət, 


 
96 
Kənan  tipli  sözləri  vü-

  sət,  Kə-

  nan  kimi  hecalarına  ayırmaq  və  yeni  sətrə  bu  hecalarla 
keçirmək olar.   
 
74. Sözün bircə ünlüdən ibarət olan ilk hecasını sətrin sonunda saxlamaq olmaz; örn.: a-

  çıq,  a-

  da,  a-

  na,  i-

  şıq,  u-

  zaq,  ü-

  züm  vb.  kimi  ayrılan  hecalar  sətirdən-sətrə 
keçirilməz. 
 
75. İki və çoxhecalı sözlərin bircə ünlüdən ibarət olan sonuncu hecasını ayırıb yeni sətrə 
keçirmək olmaz; örn.: bədi

 -i, əmtə

 -ə, iddi

 -a, mətbə

 -ə, təbi

 -i, şü

 -a vb. tipli sözlərin 
son hecası yeni sətrə keçirilə bilməz. 
 
76. Eynicinsli qoşa ünsüzü olan sözlərdə qoşa ünsüzü nə sətrin sonunda saxlamaq, nə də 
o biri sətrə keçirmək olmaz. Bu sözləri yeni sətrə keçirərkən qoşa ünsüz bir-birindən ayrılır və 
bir ünsüz öncəki sətirdə saxlanır, o biri ünsüz isə sonrakı sətrə keçirilir; örn.:  
 
 
Keçirmək olmaz                                            Keçirmək olar 
 
 
a-ddım, add-ım                                                ad-dım 
 
 
do-qquz, doqq-uz                                            doq-quz 
 
 
rə-ssam, rəss-am                                            rəs-sam vb.  
 
77.  Tərkibində  qram,  qrafiya  vb.  b.k.  sözlər  işlənmiş  mürəkkəb  sözlər  sətirdən-sətrə 
keçirilərkən  söz  kökü  vahidliyi  qorunur  və  mürəkkəb  sözün  ilk  söz  kökü  sətrin  sonunda, 
qram, qrafiya tipli ikinci söz kökü isə yeni sətirdə yazılır; örn.:  
 
 
Keçirmək olmaz                                             Keçirmək olar 
 
 
diaq-ram                                                            dia-qram 
 
 
 teleq-ram                                                          tele-qram 
 
 
bioq-rafiya                                                           bio-qrafiya 
 
 
monoq-rafiya                                                       mono-qrafiya  
 
78. İxtisar və qısaltma sözlər sətirdən-sətrə keçirilərkən heca vahidliyi və qrafik vahidlik 
ilkələrindən çıxış edilir və aşağıdakı qaydalar əsas götürülür: 
 
1.  Bitişik  yazılan  mürəkkəb  ixtisarlar  hecalarla  sətirdən-sətrə  keçirilir;  örn.:  uni

-ver

-
maq, part

-bi

-let, Azər

-ki

-tab vb. 
 
2.  Ad  və  ata  adının  qısaltması  sətrin  sonunda  saxlanıla  və  soyad  yeni  sətrə  keçirilə 
bilməz;  örn.:  Ü.Ə.Hacıbəyov  şəxs  adında  nə  Ü.,  nə  də  Ü.Ə.  qısaltmasının  Hacıbəyov 
soyadından ayrılıb ayrıca sətirdə yazılması doğru deyil.  
 
3.  Mürəkkəb  qısaltma  növləri  tərkibindəki  hərflərin  birini  (və  ya  bir  neçəsini)  sətrin 
sonunda qoymaq, o birini (o birilərini) isə yeni sətrə keçirmək olmaz; örn.: BAB adını B

-AB, 
yaxud BA

-B kimi ayırıb sətirdən-sətirə keçirmək doğru deyil. 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə