Arif Rəhimoğlu



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə42/61
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76469
növüYazı
1   ...   38   39   40   41   42   43   44   45   ...   61

 
87 
 
4.  Arada  bitişdirici  ha  ünsürü  işlənməklə  felin  iki  yol  təkrarlanmasından  yaranan 
mürəkkəb sözlər; örn.: vurhavur, dehade, yazhayaz, gəzhagəz, çalhaçal  vb. 
 
 Qeyd:  Təkrarlanan  fel  kar  ünsüzlə  bitərsə,  ha  əvəzinə  ahəngə  görə  a  və  ya  ə  yazılır; 
örn.:basabas, qaçaqac, tutatut, kəsəkəs vb. 
 
5. Sonuna xana və ya namə sözü artırmaqla yaradılan mürəkkəb sözlər; örn.: kitabxana, 
bəyannamə, “İsgəndərnamə”, “Hophopnamə”  vb. 
 
6.  Sadə  sifətlə  sadə  ismin  birləşməsindən  düzələn  coğrafi  adlar;  örn.:Ağdam,  Ağdaş, 
Ağşəhər, Qaraqoyunlu, Qaraşəhər, Içərişəhər, Göyçay  vb.  
 
7.  İki  sadə  ismin  qovuşmasından  düzələn  mürəkkəb  sözlər  və  coğrafi  adlar;  örn.: 
qaynana, giləmeyvə, sacayaq,  Arpaçay, Qusarçay, Qonaqkənd vb. 
 
8.  Insan  adlarını  bildirən  mürəkkəb  sözlər;  örn.:  Qızqayıt,  Qızyetər,    Aybəniz,  Çilənay, 
Tuncər, Ayxan vb. 
 
Qeyd:  Insan adlarını bildirən mürəkkəb isimlərdə iki ünlü yanaşı gələrsə, birinci sözün 
son ünlüsü atılır; örn.: Ələkbər, Ələsgər, Mirzəli, Hacağa vb. 
 
9. Tərkibində  zadə,  oğlu  və  ya  bəyli  (  sözlərindən biri  olan 
soyadlar; örn.: Əzimzadə, Cabbarzadə Azəroğlu, Həsənoğlu, Rəhimbəyli, Rüstəmxanlı vb
 
10.  Tərkibində  rütbə,  ləqəb,  titul  bildirməyən  ağa,  bəy,  bəyim,  hacı,  xan,  xanım,  mir, 
mirzə,  seyid,  sultan,  şah  sözlərindən  biri  olan  isimlər;  örn.:  Ağabacı,  Balabəy,  Gülxanim, 
Hacıbala, Xanmurad, Mirəli, Sultanəli, Şahsənəm, Vəlixan  vb.  
 
11.  Çeşidli  iki  sözün  birləşməsindən  yaranıb  bir  vurğu  ilə  deyilən  sifətlər;  örn.: 
qaraqabaq, enlikürək, sarıbəniz,  yadelli, qoşabuynuz, quşqonmaz  vb. 
 
12.  Sadə  isimlə  bir  miqdar  sayından  yaranan  zərflər;  örn:  arabir,  əlbir,  sözbir,  canbir 
vb. 
 
13.  Sadə  isimlə  mənsubiyyət  şəkilçili  zərf  və  ya  isimdən  yaranan  zərflər;  örn.: 
addımbaşı, ayaqüstü, dilucu, dodaqaltı, dodaqucu vb. 
 
14.  Təkrarlanan  çeşidli  nitq  hissələrindən  ba,  bə  bitişdiricisi  vasitəsil  yaranan  zərflər; 
örn.: addımbaaddım, dalbadal, ilbəil, yerbəyer, gunbəgun, taybatay  vb. 
 
15.  İki  ismin  birləşməsindən  yaranıb  ikincisi  mənsubiyyət  şəkilçisi  qəbul  etmiş 
mürəkkəb sözlər; örn.: ayaqqabı, əlyazması, suiti, eloğlu, əmiqızı vb. 
 
16.  İki  sifətin  birləşməsindən  yaranan  mürəkkəb  sözlər;  örn.:  qarabuğdayı,  ağsaçlı, 
uzunboylu vb. 
 
17.  Tərkibində  az,  bərabər,  bir,  düz,  eyni,  müxtəlif,  ümum,  həm,  çox  sözləri  olan 
mürəkkəb sözlər; örn.: azişlənən, düzbucaqlı, həmfikir, çoxuşaqlı, ümumxalq vb. 


 
88 
 
18.  Sadə  isimlə  verici,  dəyişdirici,  düzəldici,  edici,  sevər,  əmər,  edilməz  vb.  bu  kimi 
düzəltmə sifətlərdən yaranan mürəkkəb sifətlər; örn.: zərərverici, sözdəyişdirici, sözdüzəldici, 
əvəzedici, elsevər, südəmər, məğlubedilməz vb. 
 
19.  İsimlə  -ma
2
  sonluqlu  felin  birləşməsindən  yaranan  mürəkkəb  sözlər;  örn.: 
qarşıdurma,  səsvermə, yükdaşıma, pambıqtəmizləmə vb.  
 
20. Sadə isimlə feli sifət tərkibindən yaranan mürəkkəb sözlər; örn.: aşsüzən, günbatan, 
tozsoran, susəpən vb. 
III. YarımbitiĢik yazılan mürəkkəb sözlər 
 
63.  Azərbaycan  türkcəsində  aşağıdakı  sözlər  yarımbitişik  yazılır  və  bu  yarımbitişiklik 
cızqı (defis)  işarəsi ilə göstərilir: 
 
1. Tərkibindəki sözlərdən biri (bəzən hər ikisi) ayrılıqda anlam verməyən, yaxud başqa 
məna  bildirən  isim,  sifət  və  zərflər;  örn.:  adda-budda,  dedi-qodu,  kələ-kötür,  kol-kos,  sür-
sümük vb.  
 
2. Eyni sözün önünə ya m səsi artırmaqla, ya damaq səsini dodaq səsinə çevirməklə, ya 
da  sözün  ilk  ünsüzünü  m  səsi  ilə  əvəz  etməklə  yaranan  sifət,  isim  və  zərflər;  örn.:  az-maz, 
uşaq-muşaq, qara-qura, dəmir-dümür, şey-mey, cındır-mındır vb.   
 
3.  -maz,  -  məz  şəkilçili  feli  sifətlərdən  yaranan  sifət  və  zərflər;  örn.:  bitməz-tükənməz, 
dinməz-söyləməz, dinməz-danışmaz vb.   
 
4.  Tərkibində  qeyri,  əks,  külli,  vitse,  kontr,  ober,  super  sözləri  işlənmiş  çeşidli  nitq 
hissələri;  örn.:  qeyri-adi,  əks-təsir,  külli-ixtiyar,  vitse-konsul,  kontr-admiral,  ober-leytenant, 
super-market vb. 
 
5.  Ən  azı  iki  sözdən  yaranan  və  ilk  sözü  -i  (-yi)  şəkilçisi  qəbul  edən  izafət  tərkibləri; 
örn.: nöqteyi-nəzər, tərzi-hərəkət, tərcümeyi-hal vb.  
 
Qeyd:  Bu  cür  izafət  tərkibləri  getdikcə  köhnəlib  işlərliyini  itirməkdə  və  dilimizdən 
çıxmaqdadır.  
 
6. Eyni sözün təkları ilə yaranan isimlər, sifətlər, zərflər və fellər; örn.: qoz-qoz, cəh-cəh, 
civ-civ,  balaca-balaca,  yumru-yumru,  lopa-lopa,  ağır-ağır,  qarış-qarış,  tez-tez,  gülə-gülə, 
ağlaya-ağlaya, oxuya-oxuya vb.  
 
7.  İki  özəl  addan  yaranaraq  soyad  bildirən  isimlər;  örn.:  Andersen-Nikse,  Rimski- 
Korsakov vb.  
  
8.  Anlamca  bir-birinə  yaxın,  ya  da  uzaq  və  ya  zidd  olan  ayrı-ayrı  sözlərdən  yaranan 
mürəkkəb  isimlər  və  sifətlər;  örn.:  ağız-burun,  alış-veriş,  gecə-gündüz,  səs-küy,  adlı-sanlı, 
daşlı-kəsəkli, ucsuz-bucaqsız, dava-dərmansız, xəbər-ətərsiz vb. 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə