Arif Rəhimoğlu



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə38/61
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76469
növüYazı
1   ...   34   35   36   37   38   39   40   41   ...   61

 
79 
qorumaqdadır  (Çağdaş  Azərbaycanda  isə  öncə  adınmı,  yoxsa  soyadınmı  yazılmasının 
oturuşmuş tam dayanıqlı bir qaydası yoxdur);       
 
2. Doğu Asiya şəxs adlarında ata adının yazılması heç də geniş yayılmamışdır;  
 
3. Doğu Asiya şəxs adlarında soyadın təkhecalı, adın isə ya tək, ya da özəlliklə ikihecalı 
olması çox geniş yayılmış bir qaydadır (adətən, hər heca bir sözdür).  
 
Yaponların  və  Koreyalıların  oturuşmuş  əlifbaları  da  var  olduğu  üçün  onların  adlarının 
yazılışı elə bir ciddi sorun törətmir. İstər yapon, istərsə də Koreya səslərinə uyğun hərflər az-
çox  dəqiq  bilindiyinə  görə,  bu  hərflərin  dilimizdəki  səs  qarşılığını  öyrənmək  və  onları 
dilimizdə  uyğun  hərflərlə  yazmaq  nisbətən  qolaydır  (təbii  ki,  bu  yöndə  araşdırmalar 
aparılmalıdır). Əlifbası olan o biri Doğu Asiya xalqlarının özəl adları da bu sıradandır. Ancaq 
çin dili səslərinin hərflərlə işarələnməsi yönündə bəlli çətinliklər olduğuna görə, bu qolaylıq 
çin özəl adlarına aid deyil.  
 
Çin  şəxs  adlarında  ilk  sırada  duran  soyad  təkhecalı  olduğu  üçün  (ikihecalı  soyad  çox 
seyrək  işlənir,  üç  və  daha  çox  hecalı  soyadlara isə  yaxlaşıq  tuş  gəlinmir)  onların  yazılışında 
elə  bir  özəl  qayda  yoxdur  və  burada  başlıca  sorun  heroqlifin  ədəbi  tələffüzü  ilə  yerəl 
deyilişləri  arasındakı  fərqdə,  həmçinin  ədəbi  deyilişin  pinyində,  Palladiyada  vb.  necə 
transkripsiya edilməsindədir.  
 
Adlar  isə  daha  çox  ikihecalı  (çox  seyrək  tuş  gəlinsə  də,  bəzən  üçhecalı)  olur  və  bir 
yandan onların səs tərkibinin verilməsində, o biri yandan da yazılış biçimində fərqlilik özünü 
göstərir. Örnəyin, eyni bir heroqliflə göstərilən ad pinyin sistemi ilə latın əlifbasında Qiubai
Palladiya  sistemi  ilə  Kiril  əlifbasında  Цюбай  olaraq  yazılır.  Həmçinin  bu  iki  hissəli  ad  ya 
bitişik (Qiubai//Цюбай), ya ayrı (Qiu Bai//Цю Бай), ya da cızqı (defis) ilə (Qiu-bai//Цю-
бай) biçimində göstərilir ki, bu da imla baxımından qarışıqlıq törətməkdədir. Bu və bu kimi 
qarışıqlıqlardan  qurtulmağa  çalışan  Çin  dövləti  uluslararası  düzeydə  çin  adlarının 
transkripsiyasını standartlaşdırmaq üçün pinyin əlifbasına üstünlük vermiş və 1958-ci ildə bu 
əlifbanı rəsmən qəbul etmişdi.  
 
1979-cu  ildə  isə  Çin  dövlətinin  xahişi  əsasında  YUNESKO-nun  Uluslararası 
Standartlaşdırma  Qurumu  (İSO)  bütün  ikihecalı  çin  özəl  adlarının,  özəlliklə  şəxs  adlarının 
bitişik yazılması ilə bağlı tövsiyə verdi və bundan sonra çin adlarının yazılışındaki qarışıqlıq 
nisbətən  ortadan  qalxdı.  Hazırda  ikihecalı  Koreya  şəxs  adlarının  da  bitişik  yazılması  meyli 
getdikcə yayğınlaşmaqdadır.        
 
Heroqlif  yazı  gələnəkli  Doğu  Asiya  özəl  adlarının  çağdaş  Azərbaycan  türkcəsində 
yazılışı ilə bağlı aşağıdakı qaydaları önərə bilərik:   


 
80 
 
52. Heroqlif yazı gələnəkli Doğu Asiya özəl adları Azərbaycan türkcəsində gələnək üzrə 
tarixən  yazıldığı  kimi  yazılır;  örn.:  Çin  (pinyin:  Zhōngguóu;  uyğurca:  وگ ڭۇﺟ    –    Cungqu= 
Cuŋ+qu,  həmçinin  Xitay;  rus.  Китай  vb.);  Pekin  (pinyin:  Běijīng;  inglis.  Peking  və  ya 
Beijing;  uyğurca:  بببببب    -  Beycing=Bey+ciŋ  vb.);  Turfan  (pinyin.  Tǔlǔfán;  uyğur. 
Turpan vb.); Konfutsi; YaponiyaTokioKoreya vb.  
 
53. Heroqlif yazı gələnəkli Doğu Asiya özəl adları Azərbaycan türkcəsində deyildiyi 
kimi yazılır və çincə adlardan sonra gərəkərsə, ayrac içərisində pinyin əlifbası ilə qarşılığı da 
verilir; örn.: Naqasaki, Osaka, Şanxay, Yarkənd (pinyin. Shāchē), Qarğılıq (pinyin. Yèchéng) 
vb. 
 
54.  Heroqlif  yazı  gələnəkli  Doğu  Asiya  şəxs  adlarında  öncə  soyad,  sonra  ad  gəlir  və 
birdən  çox hecası  olan bütün  özəl  adlar  bitişik  yazılır;  örn.:  Mao  Tzedun,  Den  Syaopin,  Sun 
Yatsen, Çan Kayşi, Hon Myunbo, Kim Namil, Yu Sançul vb.  
 
Qeyd: Azərbaycan mətbuatında bu adların ayrı yazılmasına da tuş gəlinir; örn.: Kim Te 
Yun, Hon Myun Bo, Kim Nam İl, Yu San Çul vb. (Daha əski variantda adlar cızqı (defis) ilə də 
yazılırdı;  örn.:  Mao  Tze-dun  vb.).  Xatırladaq  ki,  bəzən  Azərbaycan  şəxs  adlarında  da 
Məhəmmədhüseyn  adı  Məhəmməd  Hüseyn  kimi,  Məmmədrza  adı  Məmməd  Rza  kimi  vb. 
yazılır. Ancaq unutmayaq ki, hər yazılışın öz deyiliş tərzi var, daha doğrusu, hər yazılış bəlli 
bir deyilişi yansıdır. Azərbaycan türkcəsində Məhəmməd  Hüseyn, Məmməd Rza kimi  adlar 
iki ayrı-ayrı baş vurğu ilə yox, eyni bir baş vurğu ilə deyilir və adətən, bu baş vurğu sözün son 
hecası  üzərinə  düşür,  birinci  sözün  baş  vurğusu  isə  sıradan  çıxaraq  əlavə  vurğuya  çevrilir. 
Sonucda, baş vurğusunu itirmiş birinci söz ikinci sözün baş vurğusuna tabe olur və bununla da 
eyni bir baş vurğu ilə deyilən mürəkkəb ad (isim) yaranır. Bir baş vurğu ilə deyilən mürəkkəb 
adlar  isə  vahid  bir  ad  olaraq  bitişik  yazılar  və  ona  görə  də,  Azərbaycan  türkcəsində 
Məhəmməd Hüseyn yox, Məhəmmədhüseyn, Məmməd Rza yox, Məmmədrza... yazmaq daha 
doğrudur. Bu yanaşma Azərbaycan türkcəsinin deyiliş və yazılış qaydalarına tam uyğun olub 
geniş yayılmış, artıq bir gələnəyə çevrilmişdir. 
 
Azərbaycanda  vahid bir Məhəmmədhüseyn, Məmmədrza... adları əvəzinə ayrı-ayrı baş 
vurğuları olan Məhəmməd Hüseyn, Məmməd Rza... yazmaq nədirsə, heroqlif yazı gələnəkli 
Doğu  Asiya  şəxs  adlarının  da  ayrı  yazılması  mahiyyətcə  odur.  Başqa  sözlə,  Azərbaycan 
türkcəsində  iki  və  daha  artıq  söz  eyni  bir  baş  vurğu  ilə  deyilib  eyni  bir  mürəkkəb  sözə 
çevrildiyi və bitişik yazıldığı kimi,  birdən çox hecası olan Doğu Asiya şəxs adları da eyni bir 
mürəkkəb addır və artıq dünya üzrə yayılmış qaydaya uyğun olaraq, bitişik yazılmalıdır. Bu 
yazılış  Azərbaycan  türkcəsinə  tam  uyğun  gəldiyindən,  dilimiz  üçün  daha  əlverişlidir. 
 
     


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə