Arif Rəhimoğlu



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə39/61
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76469
növüYazı
1   ...   35   36   37   38   39   40   41   42   ...   61

 
81 
 
55.  Çindəki  özəl  adların  çincə  və  uyğurca  variantları  bir-birindən  fərqlənirsə,  
Azərbaycan  türkcəsində  oturuşmuş  variantları  çıxmaqla,  uyğurca  variantın  Azərbaycan 
deyilişi  əsas  götürülür  və  çincə  variantın  pinyin  əlifbası  ilə  yazılışı  ayrac  içərisində  verilir; 
örn.:    رھەش ى  يچمۈرۉ ئ  –  Ürümçi  Shehri    (pinyin.  Wūlǔmùqí  Shì)  –  Ürümçü  (rus.Урумчу) 
şəhəri;  يت ىيلاىۋ  ًﺎ تﺎغﺎ ﺑرﺎ ت – Tarbaƣatay Vilayiti  (pinyin. Tǎchéng Dìqū) – Tarbağatay 
vilayəti;    لا ىۋيت ىي    رەق ش ەق    –  Qeshqer  Vilayiti    (pinyin.  Kāshí  Dìqū)  –  Qaşqar  vilayəti; 
رھەش ى  لارﺎ ئ  – Aral Shehri ( pinyin. Ālā'ěr Shì) – Aral şəhəri; يت ىيلا ىۋ  لۇمۇ ق – Qumul 
Vilayiti (pinyin. Hami diqu) – Qumul vilayəti vb.   
 
Qeyd:  Çindəki  özəl  adların  uyğurca  yazılışı  və  deyilişi  Azərbaycan  türkcəsi  üçün  çox 
önəmli  bir  qaynaqdır  və  bu  qaynaq  imlamızın  bir  sıra  yanlışlıqlarını  düzəldə  bilər.  Örn.: 
ruscadan  Sintzyan-Uyğur  Muxtar  Rayonu  adını  alıb  Doğu  Türküstan  anlamında  işlədirik, 
ancaq  bu  ad  uyğur  dilində    ڭﺎﺠن ىش     –  Shinjang  (pinyin.  Xinjiang  =  çincə.  “yeni  ərazi”)  – 
Şincan  biçimindədir.  O  halda  uyğurcanın  dilimizə  uyğun  Şincan  deyilişi  ola-ola  tələffüzü 
bizim üçün çətin Sintzyan adını niyə işlətməliyik?   
 
 Yaxud pinyin əlifbası ilə çincə Ākèsù yazılan ad bizə heç nə demir, ancaq adın uyğurca  
ۇس قﺎ ئ  –  Aqsu  yazılışı  göstərir  ki,  Şincanın  vilayətlərindən  biri  olan  Aqsu  dilimizin  Ağsu 
adından başqa bir nəsnə deyil və təbii ki, Azərbaycan türkcəsində Akesu yox, Ağsu yazılması 
daha doğrudur.  
 
Yaxud  da  Tanrı  dağları  (pinyin.  Tiānshān)  adını  götürək.  Uyğurcada  indiyədək 
qorunmuş bu tarixi adımız varkən Tyanşan  işlətməyimiz nə dərəcədə doğrudur? Açıq-aydın 
görünür ki, Tanrı dağları adının çağrışdırdiğı anlam çalarları Tyanşan adında yoxdur. Yaxşı 
olar ki, biz öz tarixi Tanrı dağları adımıza yenidən işlərlik qazandıraq və gərəkərsə, bir sürə 
üçün ayrac içərisində adın pinyin əlifbası ilə Tiānshān biçimini də göstərək.  
 
Beləliklə, biz heroqlif yazı gələnəkli Doğu Asiya özəl adlarının yazılışı ilə bağlı bir neçə 
qayda  verdik.  Təbii  ki,  Doğu  Asiya  dilləri  üzrə  uzmanlarımız  yetişib  bu  soruna  yönəlik 
araşdırmalar  apardıqca,  durum  daha  da  aydınlaşacaq  və  imla  qaydalarımız  daha  da 
dəqiqləşəcəkdir.  
ġəkilçilərin yazılıĢ qaydaları 
 
Dilçilikdə  sözün  tərkib  hissələri  kök  və  şəkilçi  olmaqla  iki  yerə  ayrılır.  Akademik 
çalışmaları  bir  yana  qoysaq,  geniş  yayılmış  düşüncəyə  görə,  kök  –  sözün  ayrılıqda  işlənə 
bilən  və  leksik  anlam  daşıyan  hissəsidir;  Ģəkilçi  isə  sözün  ayrılıqda  işlənə  bilməyib  yalnız 
kökə  artırılan  və  leksik  anlam  daşımayan  hissəsidir.  Adətən,  yazıda  şəkilçidən  öncə  cızqı 
(defis) işarəsi
28
 qoyular və neçə cür yazılması şəkilçinin üstündə rəqəmlə göstərilər; örn.: -lar
2
 
(yəni  bu  şəkilçi  -lar  və  -lər  olmaqla  iki  cür  yazılır),  -çı
4
  (yəni  bu  şəkilçi  -çı,  -çi,  -çu  və  -çü 


 
82 
olmaqla dörd cür yazılır). Bir cür yazılan şəkilçilərdə isə rəqəm göstərilməz; örn.: -gil, -varı 
vb.    
 
Azərbaycan  türkcəsinin  bütün  şəkilçiləri  kökə  artırılarkən  yazılış  tərzindən  asılı  olaraq 
iki yerə bölünür: cızqı ilə (defislə) yazılan və bitişik yazılan şəkilçilər.  
a) Cızqı ilə (defislə)  yazılan Ģəkilçilər 
 
Azərbaycan  türkcəsində  cızqı  ilə  (defislə)  yazılan  şəkilçilər  azdır  və  əsasən,  rəqəmlə 
yazılan saylarda özünü göstərir. 
 
56.  Rəqəmlə  yazılan  miqdar  saylarına  hal  və  mənsubiyyət  şəkilçiləri  artırıldıqda 
şəkilçidən öncə cızqı qoyulur; örn.: 15-dən, 5-də, 3-ə, 2-si vb. 
 
57. Ərəb rəqəmlərindən sonra sıra sayının şəkilçisi (-ıncı, -inci, -uncu, -üncü,      -ncı, -
nci)  ixtisar  edilərək  ahəngə  görə  -cı,  -ci,  -cu,  -cü  biçimində  yazılır  və  ondan  öncə  cızqı 
qoyulur; örn.: 6-cı, 1-ci, 9-cu, 3- vb.  
 
Qeyd:  Rum  rəqəmlərindən  sonra  sıra  sayı  şəkilçisinin  nə  özü,  nə  də  ixtisar  biçimi 
yazılmır; örn.: I, IV, VII, X vb.  
 
58. İxtisar və qısaltma sözlərə qoşulan şəkilçilər ya sonuncu ünlü səslə, ya da son ünsüz 
hərfin  adındakı  ünlü  səslə  ahəng  qanununa  görə  uyğunlaşdırılır  və  şəkilçidən  öncə  cızqı 
qoyulur;  örn.:  BDU-nun  (=  be-du-nun.  Tam  olaraq  Bakı  Dövlət  Universitetinin  yazılır), 
BMT-də (= be-em-te-də. Tam olaraq Birləşmiş Millətlər Təşkilatında yazılır) vb.  
 
b) BitiĢik yazılan Ģəkilçilər 
 
59.  Azərbaycan  türkcəsində  şəkilçilərin  çoxunluğu  artırıldığı  sözə  bitişik  yazılır  və 
tərkibindəki  ünlünün  neçə  cür  işlənməsindən  asılı  olaraq  üç  yerə  bölünür:  1.  bir  cür  yazılan 
şəkilçilər, 2. iki cür yazılan şəkilçilər və 3. dörd cür yazılan şəkilçilər. 
I. Bir cür yazılan Ģəkilçilər.  
 
Azərbaycan  türkcəsində  bir  sıra  şəkilçilər  var  ki,  hansı  sözə  artırılmasından  asılı 
olmayaraq ancaq bir cür yazılır; örn.: 
 
1. -daĢ şəkilçisi; örn.: arxadaş, oyundaş, ülküdaş vb. 
 
2. -gil şəkilçisi; örn.: babamgil, dayısıgil, Elçingil vb.     
 
3. -kən şəkilçisi; örn.: alarkən, gedərkən, yıxılarkən vb. 
 
4. -laq şəkilçisi; örn.: yaylaq, qışlaq, çaylaq vb. 
 
5. -stan şəkilçisi; örn.: Qobustan, Gürcüstan, Racastan vb. 
 
Qeyd: Söz kökü ünsüzlə bitəndə köklə -stan şəkilçisi arasına bitişdirici 
4 
(-ı,-i,   -u,-ü) 
ünlülərindən biri artırılır; örn.: Dağıstan, Türkmənistan, Uyğurustan, Türküstan vb. 
 
6. -i şəkilçisi; örn.: daxili, tarixi, cənubi vb.  


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə