Arif Rəhimoğlu



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə43/61
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76469
növüYazı
1   ...   39   40   41   42   43   44   45   46   ...   61

 
89 
 
9. Ölçü və çəki vahidlərini bildirən isimlər; örn.: qram-kalori, kilometr-saat, kilovat-saat 
vb.  
 
10.  Cəhətlər  arasını  bildirən  isimlər;  örn.:  güney-batı,  güney-doğu,  quzey-batı,  quzey-
doğu (və ya getdikcə köhnələn cənub-qərb, cənub-şərq, şimal-qərb, şimal-şərq) vb. 
 
11. Tərkib içində bir anlayış bildirən müxtəlif anlamlı isimlərdən yaranmış sözlər; örn.: 
alim-geoloq, kafe-restoran, general-qubernator vb.  
 
12.  Klassik  muğam  adlarını  bildirən  isimlər;  örn.:  bayatı-qacar,  bayatı-şiraz,  mahur-
hindi vb. 
 
13.  Qarşılıqlı  ilişgi,  münasibət  bildirən  sifətlər;  örn.:  türkcə-ingiliscə,  isveçcə-türkcə, 
almanca-fransızca vb.  
 
14. Bəlirsiz miqdar sayları; örn.: üç-beş, beş-on, əlli-altmış vb. 
 
15. Çeşidli sözlərdən düzəlmiş yabançı coğrafi adlar; örn.: Buenos-Ayres, Mahaç-Qala, 
Monte-Karlo, Nyu-york, Puerto-Riko vb. 
 
16.  Siyasi  partiyaların,  cərəyanların,  ideolojilərin  və  onların  tərəfdarlarının  adlarını 
bildirən  mürəkkəb  isimlər;  örn.:  inqilabçı-demokratlar,  sosial-demokratiya,  sosial-şovinizm 
vb.   
 
17. İki sözdən yaranaraq əlavə əlamət, anlam çalarlığı və rəng bildirən sifətlər; örn.: ala-
bəzək, ala-çiy, al-qırmızı, açıq-sarı, tünd-göy vb.  
 
18. İlk sözü, yaxud hər iki sözü -i (ünlü ilə bitənlərdə -vi) şəkilçisi qəbul etmiş sözlərdən 
yaranan mürəkkəb sifətlər; örn.: elmi-tədqiqat, hərbi-dəniz, ictimai-siyasi, mədəni-kütləvi vb.  
 
19.  Tərkibində  -ıb
4
  (-ıb,  -ib,  -ub,  -üb)  şəkilçili  feli  bağlama  olan  fellər;  örn.:  yazıb-
yaratmaq, itib-batmaq, oturub-durmaq, düşünüb-daşınmaq vb.   
Köməkçi sözlərin yazılıĢ qaydaları 
 
Mürəkkəb  sözlər  və  özəl  adlar  kimi  köməkçi  sözlər  də  (qoşma,  bağlayıcı,  ədat,  nida) 
yazılış tərzınə görə üç cür yazılır:   
I. Ayrı yazılan köməkçi sözlər  
 
64. Aşağıdakı köməkçi sözlər ayrı yazılır: 
 
1.  İki  və  üçhecalı  qoşmalar  qoşulduqları  sözdən  ayrı  yazılır;  örn.:  mənim  üçün,  ona 
görə,    evə  tərəf,  kəndə  sarı,  axına  qarşı,  yola  doğru,  dünəndən  bəri,  səndən  başqa,  ondan 
savayıbizdən özgədünəndən sonraöylədən qabaq vb.  
 
Qeyd:    ilə qoşması sonu ünlü ilə bitən sözlərdə ayrı yazılır (örn.: su ilə), sonu ünsüzlə 
bitən sözlərdə isə həm bitişik, həm də ayrı yazıla bilir (örn.: sizin – sizin ilə). 
 
Xatırladaq ki, sonu ünlü ilə bitən sözlərə qoşularkən sözlə ilə qoşması arasına bitişdirici 
y  ünsüzü  artırıla  bilir;  örn.:  suyla,  meşəylə  vb.  Ancaq  bu,  yalnız  danışıq özəlliyidir  və  ədəbi 


 
90 
dildə  deyiliş  (tələffüz)  qaydası  kimi  qəbul  edilsə  də,  yazılış  qaydası  kimi  məqbul  sayılmır. 
Ona görə də, ünlü ilə bitən sözlərə ilə qoşması qoşularkən yazı qaydası ilə danışıq qaydasının 
qarışdırılmamasına diqqət yetirilməlidir.  
 
2.  İki  sadə  bağlayıcıdan  və  ya  sadə  bağlayıcı  ilə  başqa  nitq  hissəsindən  düzələn 
mürəkkəb bağlayıcılar ayrı yazılır; örn.: belə ki, buna görə də, tutaq ki, və ya, yoxsa ki, onun 
üçün də, madam ki, gah da vb. 
 
3.  Ədatlar sözlərdən ayrı yazılır; örn.:  axı, ancaq, bax,  bəli, bəs,  da, də, daha, di,  elə, 
ən, əsl, ha, hətta, kaş, ki, qoy, lap, məhz, məgər, nə, təkcə, təki, yalnız vb.   
 
Ġstisna: -mı, -mi, -mu, -mü və -sana, -sənə ədatları aid olduqları sözlərə bitişik yazılır; 
örn.: baş, dilmi, odurmu, üzüm, alsana, gəlsənə vb.  
 
Ancaq -mı, -mi,  -mu,  -mü  ədatı ilə da, də ədatı birgə islənərsə, ayrı yazılar; örn.: o da 
mı, sən də mi vb. 
 
4. Nidalar sözlərdən ayrı yazılır; örn.: ax, ox, uf, of, aha, oho, əh, ura vb.  
 
5.  Çeşidli  sözlərin  bir  araya  gəlməsi  ilə  yaranan  nidalar  ayrı  yazılır;  örn.:  ay  aman,  ay 
can, ay haray, ey vay vb.  
 
6.  İdi,  imiş,  ikən,  isə  hissəcikləri  ünlü  ilə  bitən  fellərdən  və  adlardan  (isim,  sifət,  say, 
əvəzlik)  sonra  ayrı  yazılır;  örn.:  baxası  idi,  su  idi,  durmalı  imiş,  duru  imiş,  gəlməkdə  ikən
körpə ikən, harada isəatası isə vb.  
 
Qeyd:  Danışıqda  ünlü  ilə  bitən  fel  və  adlarla  idi,  imiş,  ikən,  isə  arasına  bitişdirici  y 
artırılır  və  sözlə  hissəcik  ahəng  qanununa  uyğunlaşdırılaraq  birgə  deyilir;  örn.:  baxasıydı, 
suydu, durmalıymış, duruymuş, gəlməkdəymiş, körpəymiş, atasıysa vb.  
 
Bəzən bu danışıq qaydası yazıya da gətirilir.    
II. BitiĢik yazılan köməkçi sözlər 
 
65. Aşağıdakı köməkçi sözlər bitişik yazılır:  
 
1.  Birhecalı  qoşmalar  (-can,  -cən,  -dək,  -tək)  qoşulduqları  sözə  bitişik  yazılır;  örn.: 
buracan, evəcən, bizədək, qartaltək vb. 
 
 ikihecalı  ilə  qoşması  da  ünsüzlə  bitən  sözlərdə  ahəng  qanununa  uyğun  olaraq    -la,  -lə 
biçimində bitişik yazıla bilir; örn.: atla, göz, daşla, dil vb.  
 
Qeyd: Qoşmaların şəkilçi kimi sözə bitişik yazılması onların hazırda şəkilçiləşmə sürəci 
keçirmələri ilə bağlıdır.  
 
2.  Kökəncə  mürəkkəb  olan  aşağıdakı  bağlayıcılar  bitişik  yazılır;  örn.:  yainki,  yaxud, 
nəinki, habelə, halbuki, həmçinin, çünki, hərçənd vb.  


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə