Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə144/150
tarix26.10.2017
ölçüsü3,35 Mb.
#6732
1   ...   140   141   142   143   144   145   146   147   ...   150

 

438 


Günev Atalı: İdraki müstəqillik barədə. Xalq müstəqil dilə, fikrə, 

bədiiyyata, siyasətə yetir və özünün gəlişməsində yeni düşüncə orta-

ya  qoyur.  Öz  xislətini,  ictimai  yönünü,  Mütləqə  yanaşmasını  bəyan 

edir.  Dünyanı  öz  ağlıyla  dərk  edir.  Bəşərilik  zənginlik,  müxtəliflik 

tələb  etdiyinə  görə  özünə  yetən  xalq  bəşərə  yetir.  Yəni  bəşəri  məz-

munu ifadə edir. 

Soylunun  təkidi  ilə,  dünya  ədəbiyyatına  üz  tutmuşam.  Çünkü 

mənim  özünü  ifadəmdə,  Amalı  ifadəmdə,  xalqlaşma  yönündə  fikir-

lərimi çatdıranda bilik baxımından bir az çatışmazlığım var. Fikrimi 

elə  də  zəngin  ifadə  edə  bilmirəm.  Bunun  üçün,  böyük  ədəbiyyatı 

oxumaqla,  öz  üzərimdə  işləməyə  başlamışam.  Alfred  Ştoklun  “Cor-

dano  Bruno”  əsərini  oxuyuram.  Mən  orta  məktəbdən  (astronomiya 

fənnindən) Cordano Brunonu tanıyırdım. Eşitmişdim ki, onu tonqal-

da yandırıblar, fikirlərindən, öz baxışlarından dönməyibdir. Bildiyim 

elə bu idi. Ancaq C.Brunonun indi ərənliyini, incə duyğularını, qranit 

möhkəmliyini öyrənirəm. Bizə ruhani anlamda qohum adamdır. 

İmtina barədə danışırıq. Mən bu gün cismanilərimin Amala, Oca-

ğa xor baxanlarından imtina eləmişəm. İmtina o demək deyil, birdə-

fəlik qapını örtüb çıxmışam çölə. Onlara yazığım gəlir. Ancaq onlar-

dan  hansısa  asılılığım,  ehtiyacım  deyə  bir  şey  yoxdur.  O  əhvaldan 

imtina  eləmişəm.  Ancaq  16-cı  yüzildə  özümə  qohum  bir  adam  tap-

maq mənim işimi, içimi zənginləşdirir. Onu həvəslə, maraqla oxuyu-

ram, öyrənirəm. Orta yüzil Avropa ictimai həyatını da yaxşı göstərir 

əsər.  Mənim  İsaya  yanaşmam  da  biranlamlıydı.  İsanın  fikirləri  ilə 

barbar  Avropa  bataqlıqdan  çıxdı.  Ancaq  bir-birinə  nisbi  yanaşdıq-

larından, İsanın təlimi böyük anlamda heç nəyi dəyişə bilmədi. 

Bütün dövrlərdə yeni fikir çətin qəbul olunur. Yeniçini soyublar, 

kəsiblər,  yandrıblar,  öldürüblər.  Vətəndən  didərgin  salıblar,  daş-

qalaq ediblər. Minbir növü var əngəllərin. Ancaq bunun içində başını 

dik  tutub  bir  nəfər  gedirsə,  mənim  nəzərimdə  o,  dövrünün  gözəlliyi 

idi.  Ata  deyir  ki,  insanlar  nə  qədər  qıraq  düşsələr  də,  içlərində 

gözəlliyə, məhəbbətə, sədaqətə meyil var. İnsanların içindəki o meyil 

C.Bruno kimi bir şəxsiyyət yetirmişdi. 15-ci yüzildə Nəsimini yetir-

mişdi. Bu həm də dünyalaşmaq məsələsidir. 

İmtina  məsələsi  ciddi  məsələdir.  Nurtəkin  bacımız  dedi  ki,  bir 

dönüş nöqtəsi kimi Ocaq ideyalarını dərk eləməyim, həyatı dərk elə-

məyim – burdan başladı. Kamillik özünü tanımaqdan başlayır. Özü-

nü  tanımayan,  özündəkiləri  bilməyən,  qiymətləndirməyən  özünü 




 

439 


təsdiq edə bilməz.  Hamı kimi idim. Ömrümdə həyatın tələblərindən 

başqa tələblər yox idi. Qutsal fikirlər, duyğular isə həmişə olub. Nis-

bi səviyyədə olsa da. Ancaq ürəyin çırpıntıları yox idi. Ocağa gələn-

dən çox illər sonra, Ocağa, Ocaqçılara söykənərək onların gözəl əh-

vallarını görə-görə məndə özüylə məşğul olmaq meyli yarandı. Mən 

dərk elədim ki, nə qədər həyatın dalınca gedirəmsə, izsiz-soraqsız bir 

insan olub gedirəm. Ancaq həyatı, həyatçılığı öz yeində oturdub öm-

rü  yüksək  ideyalara,  qutsal  niyyətlərə  həsr  eləmək,  tamamilə  başqa 

bir şeydir. Bu, əsil özünü təsdiq məsələsidir. Burdan yarandı məndə 

bir dönüş nöqtəsi. Özümə görə deyirəm, böyük imtinalara yetmişəm. 

Mən savadsız,  qaranlıq  bir  mühitdən çıxmış,  Ocağı  gəlib  tapmış  bir 

adam  olmuşam.  Odur  ki,  o  dövrümə  baxanda  indi  “böyük  imtina” 

sözünü  işlətməyə  cəsarət  elədim.  Birinci  növbədə  məişətçilikdən 

imtina  elədim.  Adilikdən,  qorxu  duyğusundan…  bunu  sadalayanda 

uzun olur. Qeyri-insani nə varsa, ondan imtina edə-edə gəldim. 

Ümumən  gəlib  elə  bir  nöqtədə  özümüzü  izhar  edirik  ki,  o  artıq 

özümüzü izhar yox, millətimizi, insanlığı izhardır. 

Bəşəriyyət  intibah  dövrünü  keçməsə,  bütün  yaratdıqları  özünə 

qarşı  olacaq.  İnsan  dəyişməlidir.  İnsan  qutsallıq  əsasında,  insanlıq 

əsasında özünü qurmalı, yaratmalıdır. Mənəviyyatın qapısı imtinadır. 

İmtina  yolu  keçməyən  mənəviyyatını  yarada  bilməz.  Çünkü  həyat 

istəkləri  əməlli-başlı  adama  əngəllər  yaradır.  Sən  onları  ötməyənə 

qədər,  imtina  eləməyənə  qədər  mənəviyyatını  təmizləyə  bilmirsən. 

Həyatın bəlli çətinlikləri, sorunları olur. Bu hər bir insana özgündür. 

Öz  ürəyinin  gücünə  arxalanırsan,  idrakının,  ruhunun gücünə  arxala-

nırsan, hər bir sorunu çözürsən. Ruh insana hər şeyi deyir. Ruh insa-

nın  özü  ilə  yaranır.  Həyati  istəklərdən  imtinaya  yetməyənə  qədər 

ruhun diləklərinə yetmək olmaz. 



 

Nurtəkin Atalı: Günev qardaş Brunodan danışdı. Gözümün qarşı-

sında  belə  bir  mənzərə  canlanır  ki,  nəyə  görə  Günev  Brunonu 

anlayır. Çünkü Bruno da əqidə insanı idi.  

Sən də əqidənə bağlı bir insansan. Sıradan bir adam əqidə insanı-

nın əqidəyə vurğunluğunu, əqidəyə görə canından keçməsini, özün-

dən keçməsini anlaya bilməz. 

Azərbaycanda nə qədər Füzulişünaslar var. Ancaq Atanın Füzuli 

haqqında  dediyni  onlar  deyə  bilmədilər.  Çünkü  Ata  içindəki  ideala, 

dünyabaxışa aşiq idi. Aşiq aşiqliyi görə bilir, dəyərləndirə bilir. Ata-



 

440 


nın  Füzuli  haqqında  yazısını  oxuyanda  Füzulini  özün  üçün  açırsan, 

yenidən görürsən elə bil. Biz anlaya bilirik Nəsimini.  

Hürufilər  necə  öz  əqidələrini  yayırdılar,  İsanın  apostolları  necə 

gedib yayırdılar, hansı eşqlə gedirdilər. Biz özümüz səfərlərdə olmu-

şuq, ac qalmışıq, soyuq yerdə qalmışıq. O çətinliklər gözə görünmür, 

çünkü  istək  vardı  ki,  biz  öz  fikirlərimizi  çatdıraq.  Neçə  yüzillərdən 

bəri  gəlir,  ancaq  biz  yenə  də  öz  ruhsal  doğmalarımızı  görürük.  O 

çətinliklər  o  zaman  olub,  insanların  gözünü,  ağlını  açmaq  baxımın-

dan. İndi də var o çətinliklər. 

Əqidəli  əqidəlini  anlaya  bilir.  Aşiq  aşiqi  görə  bilir,  dəyərləndirə 

bilir. 

 

Günev Atalı: Ən böyük qiymət heyrətdir. 

Mən xalqlaşmam haqqında danışmaqla söhbətimi davam eləmək 

istəyirəm.  Bu  ay  xalqlaşma  əməlim  də  olub.  3  yerdə  söz  demişəm. 

Bizim  kəndimizdə  şəhidlərlə  bağlı  abidə  düzəldiblər.  Bir  neçə  kənd 

ora toplaşmışdı. 20 yanvar günü. Oxul öyrənciləri şeir dedilər. Sonra 

bildirdilər ki, proqramda mollanın yasin oxuması da var. Mən dedim 

sözüm var. Bir neçə dəfə çalışdılar ki, mənim çıxışımı əngəlləsinlər. 

Ancaq  mən  təkidlə  söz  demək  istədiyimi  vurğuladım.  İnadımı  gör-

dülər, söz verdilər. Mən orada fərqli bir çıxış elədim. Birinci, Atanın 

Azərbaycanımız-Azərbaycanlığımız  vurğu  elədiyi  6  kədərdən  biri 

“20 yanvar” fəlakətidir. Bir-bir fəlakətləri açdım. Türkmənçay fəla-

kətinin  ortaya  qoyduğu  aqibəti  açdım  ki,  bütöv  bir  xalq  parçalandı, 

Araz boyda dağ çəkildi sinəsinə. Bir az da qeyzlənmişdim ki, niyə bu 

yöndə  söz  demirsiniz.  Bu  qədər  öyrətmən  yığışıb  bura.  Heç  kəs  də 

danışmaq istəmirdi. Orda dedim ki, 20  yanvar faciəsi sonuncu faciə 

deyil. Silsilə faciələrin davamıdır. Bundan sonra da davam edə bilər. 

Bilgə  Xaqanın  sözünü  dedim:  “Üstdən  göy  çökmədikcə,  altdan  yer 

dəlinmədikcə türk ulusu, türk yurdu, türk dövləti, türk törəsi pozul-

maz”.  Bu  fikirləri  əsaslandıra-əsaslandıra  istəklərimi  çatdırdım.  Biz 

necə  eləməliyik  ki,  növbəti  20  yanvar  faciəsi  başımıza  gəlməsin. 

Mən buna cavab istəyirəm. Bu sualın da cavabı bizdə var. Nə qədər 

ki, biz özgəçilikdən yapışmışıq, özümlüyümüz olmayacaq, başımıza 

gələn fəlakətlərə qarşı dura bilməyəcəyik. Əsas sözümü ora gətirdim. 

Özünü aydın sayanlardan bəziləri gəlib qıraqda təbrik elədilər ki, 

çox  gözəl  bir  çıxış  idi,  haray  idi.  Mən  onlara  irad  bildirdim:  gərək 



Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   150




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə